Peyğəmbərə gələn ilk vəhy

 

Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə vəhyin ilk başlanğıcı, gördüyü doğru yuxu olmuşdu. Gördüyü hər bir yuxu, sabahın aydınlığı kimi mütləq gerçəkləşərdi.

Sonra Ona, tənha qalmaq sevdirildi. Bundan dolayı, Hira mağarasında, tək başına, ailə xalqının yanına qayıtmadan əvvəl, bir neçə gecə təhannus edərdi -ki, o, təəbbüd (ibadət) deməkdir-.

Bunun üçün, yanına azuqə alardı, sonra Xədicənin yanına qayıdar, yenə o qədərlik müddət üçün azuqə götürərdi.

Nəhayət, O, Hira mağarasında ikən, anidən, haqqla qarşılaşdı. Mələk Ona gələrək:

"Oxu." dedi.

- O: "Mən oxuya bilmirəm." deyə cavab verdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Mələk Məni götürdü və taqətim kəsilincəyə qədər sıxışdırdı, sonra da Məni buraxaraq:

"Oxu." dedi."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

Mən: "Mən, oxumaq bilmirəm."

Bunun üzərinə mələk, yenə Məni götürdü və taqətim kəsilincəyə qədər sıxışdırdı, sonra buraxaraq: "Oxu." dedi.

- Mən: "Mən, oxumaq bilmirəm." dedim.

Yenə Məni tutub taqətim kəsilincəyə qədər, üçüncü dəfə sıxışdırdı, sonra Məni buraxaraq belə dedi:

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ • خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ • ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ • ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ • عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ

"Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin, kərəm sahibidir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi." (Ələq/1-5)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), onlarla, boyun ətləri titrəyərək geri qayıtdı və nəhayət, Xədicənin yanına girərək:

"Məni örtün, Məni örtün." buyurdu.

Onu örtdülər. Axırda üzərindəki qorxu getdi. Sonra Xədicəyə:

"Ey Xədicə, Mənə nə olur?" deyib, ona baş verənləri xəbər verdi və:

"Özüm üçün qorxdum." dedi.

Xədicə Ona belə dedi:

"Əsla! Sevin. Allaha and olsun ki, Allah səni heç bir vaxt utandırmayacaqdır. Allaha and olsun ki, Sən, qohum-əqrəbalıq bağlarına riayət edərsən, doğru danışarsan. Aciz kimsələrin işlərini, Özün yüklənərsən. Kasıba verər, ona qazandırarsan, qonaq qəbul edər, onlara ehsan edərsən, haqq yolda çıxan müsibətlərə qarşı kömək edərsən.

Sonra Xədicə Onu götürüb Vərəqə b. Nəvfəl b. Əsəd b. Əbdü'l-Uzza'nın yanına apardı. Vərəqə, Xədicənin öz əmisi oğlu idi. Cahiliyyədə xristiyan olmuş bir şəxs idi. Ərəbcə yazmağı bilir və İncili də, Allahın yazmasını dilədiyi qədər ərəbcə olaraq yazardı.

- Xədicə ona:

"Ey əmim, qardaşın oğlunu bir eşid." dedi.

- Vərəqə b. Nəvfəl:

"Ey qardaşımın oğlu, nə görürsən?" dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Özünə nələr göründüyünü xəbər verdi.

- Vərəqə, Ona:

"Bu, Musa (əleyhissəlam)'a enən Namusdur/Cəbrayıldır. Kaş ki, o vaxtlarda, gücü-qüvvəti yerində olan bir gənc olsaydım... Kaş ki, qövmün Səni (yurdundan) çıxaracağı vaxt, həyatda olsaydım..." dedi.

- Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Onlar, Məni, (yurdumdan) çıxaracaqlarmı?" deyə soruşdu.

- Vərəqə:

"Bəli, Sənin gətirdiklərini gətirib, Özünə düşmənlik edilməyən heç bir adam yoxdur. Əgər Sənin o gününə yetişəcək olsam, Sənə bütün gücümlə, ola bildiyi qədər kömək edərdim." dedi.

---------------------------------------

İzahı:

Bu babda, bilinən məşhur hədislər yer almaqdadır. Uca Allahın iznilə, sırası ilə, ləfzlərini və mənalarını ələ alacağıq.

"Aişə (radiyallahu anha) dedi... 'sadiq/doğru yuxudur..."

Bu hədis, səhabələrin (radiyallahu anhum) mürsəl rəvayətlərindəndir. Çünki Aişə (radiyallahu anha), bu hadisəyə yetişməmişdir. Dolayısı ilə, o, bunu, ya Nəbi (sallallahu aleyhi və səlləm)'dən, yaxud bir səhabədən eşitmişdir.

Daha əvvəl, fəsllərdə, səhabənin mürsəl rəvayətinin bütün alimlər tərəfindən dəlil qəbul edildiyini, ancaq bu xüsusda ustad əbu İshaq əl-İsfərayini'nin tək başına mənimsədiyi qənaətin bir istisna təşkil etdiyini söyləmişdik. Allah, ən gözəl biləndir.

Aişə (radiyallahu anha)'nın "sadiq/doğru yuxu" ifadəsi, Buxari'nin rəvayətində "saleh yuxu" şəklində olub, hər ikisi də, eyni mənadadır.

--------------------------------

Aişə (radiyallahu anha)'nın:

"Gördüyü hər bir yuxu, sabahın aydınlığı kimi mütləq gerçəkləşərdi..."

sözlərilə bağlı olaraq, dilçi alimlər, (sabah aydınlığı deyə çevirdiyimiz) "fələqu's-subh" ilə "fəraqu's-subh"un, "sabah aydınlığı" demək olduğunu söyləmişlərdir. Bu təbir isə, açıq və bəlli şey haqqında istifadə edilir.

Qadı İyad (rahiməhullah) və digər elm adamları belə demişlərdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, əvvəl belə bir yuxunun göstərilməklə başlanması, mələk ilə qarşılaşmasının çox ani olmaması, açıq və qəti nübüvvətin Ona anidən gəlməməsi üçün idi. Çünki bəşəriyyətin gücü, ona tab gətirə bilməz. Bundan dolayı, nübüvvətin özəlliklərinin ilki və ehsan və lütf müjdələrinin birincisi olan sadiq/doğru yuxu ilə; digər hədislərdə keçən:

~ işıq görmək;

~ daşların və ağacların, Ona nübüvvətini zikr edərək salam verdiklərini ifadə edən səslərini eşitməsi

ilə başladı.

------------------------------------

Aişə (radiyallahu anha)'nın:

"..Sonra Ona, yalnızlıq sevdirildi...ta ki, anidən haqq ilə qarşılaşıncaya qədər..."

Xəlvət (yalnız qalmaq), salehlərin və Allaha çoxca ibadət edən ariflərin bir halıdır. Əbu Süleyman əl-Xattabi (rahiməhullah) deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə uzlətin (insanlardan ayrılmağın) sevdirilməsi, bu hal ilə, qəlbin məşğuliyyətlərdən qurtulmasından və bu halın, düşünməyə, təfəkkürə köməkçi olmasından dolayıdır. Uzlət sayəsində, insanlığın alışqanlıqlarından/adətlərindən uzaqlaşar və qəlbi, huşu duyar. Allah, ən gözəl biləndir."

--------------------------------

Təhannus: hədisdə, "təabbud" olaraq açıqlanmışdır və bu, doğru bir açıqlamadır.

"əl-hins", əslində, "günah" mənasındadır. Təhannus edirsə, "hins" deyilən günahdan uzaq durur, demək olur. Sanki O, etdiyi ibadət ilə, Özünü hins (günah)'dan uzaq tutmuş olur.

Təxarruc və təəssum də, təhannusa bənzəyir, yəni xarəc və ism (günah)'dan uzaq durmaq, deməkdir.

Aişə (radiyallahu anha)'nın: "Bəlli saydakı gecələr" ifadəsi, təəbbud ilə deyil, təhannus ilə əlaqəlidir. Yəni bəlli saydakı gecələr, təhannus edərdi (ibadət edərdi). Əgər bu, təəbbud ilə əlaqəli olaraq qəbul edilərsə, məna pozular. Çünki təhannus üçün bir neçə gecə şərti axtarılmaz, əksinə, az və çox az müddət haqqında istifadə edilir. Təabbud deyə verilən açıqlama isə, Aişə (radiyallahu anha)'nın sözü arasına girmiş bir açıqlamadır. Onun sözləri isə:

"Orda, bəlli sayda gecələr də, təhannus edərdi."

şəklindədir. Allah, ən gözəl biləndir.

-----------------------------------------

"Anidən Ona haqq gəlincə..."

Anidən Ona vəhy gəlincə, deməkdir. Çünki Özü, vəhyin gəlməsini gözləmirdi.

------------------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"...taqətim kəsilincəyə qədər, Məni sıxışdırdı, sonra Məni buraxdı..."

buyruğu, "Məni sıxışdırdı və Məni qucaqladı" deməkdir.

"Məni buraxdı." Yəni sıxışdırmağı/sıxmağı bitirdi, deməkdir.

Elm adamları belə deyirlər:

"Bu sıxışdırmaqdakı hikmət, başqa şeylərə yönəlməkdən Onu uzaq tutub, Ona söyləyəcəkləri ilə, qəlbinin tam mənası ilə və iləri dərəcədə qəlb rahatı ilə maraqlanmasını təmin etməkdir.

Bu sıxışdırmağın 3 dəfə təkrar edilməsi də, diqqətini toplamağı üçün bir mübaliğədir.

Bundan da, elm öyrədən müəllimin, tələbəsinin diqqətini toplamağını təmin etməkdə ehtiyatlı olması və ona qəlbini oyaq tutmağını əmr etməsi gərəkdiyi anlaşılmaqdadır. Allah, ən gözəl biləndir.

-----------------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Sonra Məni buraxdı və yaradan Rəbbinin adı ilə oxu, dedi."

Bu, Quran-i Kərim'dən ilk enən buyruqların "oxu..." olduğunun açıq dəlilidir. Sələf və xələfdən böyük əksəriyyətin mənimsədikləri doğru qənaət də, budur.

İlk endilirən buyruqların "ey örtünüb bürünən" (Müddəssir/1) olduğu söylənmişsə də, bunun bir qiyməti yoxdur.

Bunu, bu babda, bu hədisdən sonra yeri gəlincə, uca Allahın iznilə bəhs mövzusu edəcəyik.

"Bismilləhi'r-Rahməni'r-Rahim, surələrin başında, Quran-i Kərimdən deyildir."

deyən bəzi kimsələr də, bu hədisi dəlil göstərmişlərdir. Çünki burda bismilləhi'r-rahməni'r-rahim, bəhs mövzusu edilməmişdir.

Surələrin başında bir ayət olduğunu qəbul edənlər isə, bismillahın ilk olaraq nazil olmadığını, ancaq surənin digər qisminin başqa bir zamanda endiyi kimi, bismillahın da başqa bir zamanda endiyini söyləyərək, cavab vermişlərdir.

--------------------------------------

Aişə (radiyallahu anha)'nın: "...boyun ətləri titrəyirdi..." sözlərində, titrəyib sözü, "oynayıb dayanırdı" deməkdir.

Əbu Ubeyd və digər dilçi alimləri ilə "Qaribu'l-Hədis" alimlərinə görə, "bəvadir": "çiyin ilə boyun arasındakı ət"ə deyilir. İnsan qorxduğu zaman, bunlar hərəkət edir.

-------------------------------------

"...Özüm üçün qorxdum..." buyuruğu ilə bağlı olaraq, Qadi İyad, belə deyir:

"Bu, Özünə uca Allahdan gələn (vəhy) haqqında şübhə etdiyi mənasında deyildir. O, bu işi yüklənə biləcək gücü tapa bilməməkdən qorxmuş və vəhyin yüklərini qaldıra bilməyib öləcəyindən çəkinmiş ola bilər.

Yaxud bu sözləri, gərək yuxuda, gərəksə də oyaq ikən gördüyü ilk müjdə halları ilə mələk ilə qarşılaşmadan və Rəbbinin risalətinin Özünə gəldiyindən şübhəsiz olaraq əmin olmadan əvvəl eşitdiyi səslər ilə də bağlı ola bilər. Beləliklə, O, bu halın qovulmuş şeytandan da ola biləcəyindən qorxmuş olmaqdadır.

Ancaq mələk, Özünə, şanı uca olan Rəbbinin risalətini gətirdikdən sonra, bu xüsusda Onun şübhə etmiş olması, əsla mümkün deyildir. Şeytanın Ona təzyiq edib təsir etmiş olacağından, əsla qorxulmaz.

Bax Peyğəmbər olaraq göndərilməsi ilə bağlı, hədisdə bu növdən varid olmuş bütün rəvayətlərin bu yolla təvil edilməsi, başa düşülməsi lazımdır."

Qadı İyadın "Muslim şərhi"ndəki sözləri, bunlardır.

O, "əş-Şifa" adlı əsərində də, bu 2 ehtimalı, geniş açıqlamalarla ələ almışdır.

Ancaq, bu ikinci ehtimal, zəifdir. Çünki hədisin açıq ifadələrinə ziddir. Çünki bu halı, mələyin Onu qucaqlayıb sıxışdırmasından və Özünə: "yaradan Rəbbinin adı ilə oxu" deyə başlayan vəhyi gətirməsindən sonra olmuşdu. Allah, ən gözəl biləndir.

--------------------------------------

"Xədicə Ona: Əsla! Sənə müjdə...dedi..."

Onun "kəlla: əsla" sözü, burda nəfy və uzaqlaşdırmaq mənasındadır. Bu da, bu ədatın mənalarından biridir. Bəzən həqiqətən, bəzən xəbərdarlıq etmək üçün istifadə edilən "əla" mənasında istifadə edilir, bəzən onunla sözə başlanılır. Şanı böyük olan Quranda da, bir neçə cür istifadə edilmişdir.

İmam əbu Bəkr b. əl-Ənbari, "əl-Vəqf və'l-İbtida" adlı əsərinin bir babında, bu ədatın qisimlərini və istifadə edildiyi yerləri bir arada zikr etməkdədir.

-----------------------------------

"Qohum-əqrəbalıq bağlarına riayət etmək..."

Bu:

~ bəzən mal ilə;

~ bəzən xidmət etməklə;

~ bəzən ziyarətlə;

~ salam verməklə;

və başqa yollarla olur.

------------------------------------------

"əl-kəll: aciz"in əsl mənası: yükdür. Uca Allahın:

...وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ...

"...öz ağasına bir yükdür..." (Nəhl/76) buyuruğu da, bunun kimidir.

Aciz olanın yükünün daşınmasının muhtəvasına:

~ zəifə;

~ yetimə;

~ ailə xalqına; və

daha başqalarına infaq etmək də daxildir. Bu da "yorğun düşmək" demək olan "əl-kəlal"dan gəlməkdədir.

-------------------------

"...bir şeyi olmayana qazandırarsan..."

ibarəsinin mənasına gəlincə, "tə" hərfini ötrəli olaraq rəvayət edənlərə görə:

"Sən, bir şeyi olmayan Səndən başqasına mal qazandırarsan, qazanmasını təmin edərsən"

demək olur. Bunun:

"Sən, insanlara, Səndən başqa kimsədə tapa bilməyəcəkləri olduqca faydalı şeylər və üstün əxlaqi dəyərlər verərsən"

mənasında olduğu da söylənmişdir.

"Tə" hərfinin fəthalı rəvayəti ilə bağlı olaraq da, mənasının ötrəli oxunuşu ilə eyni olduğu söyləndiyi kimi:

"Sən, olmayan malı qazanar və başqasının qazanmaqdan, əldə etməkdən aciz olduğu qədərini Sən əldə edərsən."

demək olduğu da söylənmişdir. Çünki ərəblər, xüsusilə də, Qureyşlilər, olmayan malı qazanmaqla, bir-birilərinə qarşı qürurlanarlardı.

Bu açıqlamanı da, Qadı İyad, "əd-Dəlail" sahibi Sabit'dən nəql etməkdədir.

Ancaq bu açıqlama, zəif, yaxud yalnışdır. Belə bir yerdə, bu açıqlamanın nə mənası var ki?!

Ancaq ona, bəzi ləfzlər əlavə edərək, onun doğru bir açıqlama halına gətirilməsi də, mümkündür. Bu halda da, mənası belə olur:

"Sən, Səndən başqasının qazana bilməyəcəyi qədər çox miqdarda mal qazanar, sonra bunu fərqli xeyir yollarında və fəzilətli sahələrdə comərdliklə xərcləyərsən."

Necə ki:

~ aciz olanı daşıması;

~ qohum-əqrəbalıq bağına riayət etməsi;

~ qonağa ehsan etməsi;

~ haqq yolda qarşılaşılan müsibətlərə kömək etməsi

kimi, bəhsini etdiyi fəzilətli hallar, buna bənzəyir.

Bəli, bu kəlimə ilə bağlı doğru olan açıqlama da, budur.

------------------------------------

"ət-Təhrir" sahibi belə deyir:

Burda "yoxsul": "qazanmaqdan aciz, heç bir şeyi olmayan, möhtac olan adam" deməkdir. Ona yoxsul (mə'dum) adının verilməsi, ölmüş və yox olmuş şəxs kimi olmasından dolayıdır. Çünki başqalarının təsərrüf etdiyi kimi, o da, məişətində təsərrüf edə bilməməkdədir.

"...yoxsula qazandırarsan..." ifadəsinin:

"aciz birini axtarıb onun həyat tapmasını, canlanmasını təmin edərsən, bunun üçün çalışarsan"

mənasında olduğu da, söylənmişdir.

"Kəsb: qazanmaq" istifadə etmək, faydalanmaq deməkdir.

"ət-Təhrir" sahibinin bu açıqlamalarının, -bu ləfz ilə bağlı bildirdiyimiz kimi-, qismən uyğun tərəfləri olmaqla birlikdə, doğru və tərcih edilən, az əvvəl verdiyim açıqlamadır.

Allah, ən gözəl biləndir.

-----------------------------------

"...haqq uğrundakı müsibətlərə kömək edərsən..."

sözlərinə gəlincə, "nəvəib", "müsibət" demək olan "naibə"nin cəm halıdır. Haqq müsibət deməsinin səbəbi isə, belə bir hadisənin, bəzən xeyir uğrunda, bəzən şər uğrunda olmasının mümkün olmasından dolayıdır. Ləbid, belə deyirdi:

"Xeyir və şərdən (ibarət olan) müsibətlərin hər ikisi də,

Xeyir də uzanıb getməz, şər də yapışıb qalmaz."

Elm adamları (radiyallahu anhum) belə deyirlər:

Xədicə (radiyallahu anha)'nın söylədiyu bu sözlərin mənası, budur:

"Sənə xoşuna gəlməyəcək bir şey gəlib, isabət etməz; çünki Allah səni, üstün əxlaqi dəyərlərə və olduqca böyük kamilliyə sahib qılmışdır. Bunun da, fərqli nümunələrini bəhs mövzusu etməkdədir."

Bu, gözəl əxlaqın və gözəl xislətlərin, pis hadisələrdən əmin-amanlıq içində qalmağa səbəb olacağını göstərməkdədir.

Bununla bərabər, bir maslahatı göz önündə tutaraq, bəzi hallarda insanı, üzünə qarşı tərifləmək də, mümkündür.

Digər tərəfdən, qorxacağı bir hal ilə qarşı-qarşıya qalmış bir kimsəni təsəlli edib onu müjdələmək və onun əmin-amanlığa qovuşmasının səbəblərini zikr etmək, yerindədir.

Ayrıca, bunlarda, Xədicə (radiyallahu anha)'nın çox mükəmməl, sağlam görüş sahibi, güclü bir şəxsiyyəti, sağlam bir qəlbi və dərin anlayışı (fiqhi) olan çox böyük biri olduğunun ən böyük dəlilidir.

Allah, ən gözəl biləndir.

-----------------------------------

Xədicə (radiyallahu anha)'nın Vərəqə haqqında:

"...Cahiliyyədə xristianlığı qəbul etmiş biri idi..."

Cahiliyyə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in risalətindən əvvəlki dövrün adıdır. Onlara bu adın verilmə səbəbi, iləri dərəcədə bir cəhalət içində olmalarından dolayı idi.

Allah, ən gözəl biləndir.

------------------------

Xədicə (radiyallahu anha)'nın:

"...ərəbcə yazı yazardı...Allahın, yazmasını dilədiyi qədərini yazardı..."

Muslimdə ibarə, bu şəkildədir. Həm ərəbcə yazardı, həm də İncildən ərəbcə yazardı, şəklindədir.

Buxari'nin Səhih'inin baş tərəfində isə:

"O, kitabı ibranicə yazardı." şəklindədir.

Hər ikisi də, səhihdir. Bunların ifadə etdiyi məna da budur:

"O, xristiyanlıq dinini, İncil haqqında bəzi çalışmalar edə biləcək qədər öyrənmişdi. Ordan istədiyi yeri, istərsə ibranicə, istərsə ərəbcə yaz bilirdi. Allah, ən gözəl biləndir."

------------------------

Xədicə (radiyallahu anha) ona (Vərəqəyə):

"Ey əmim, qardaşın oğlunu eşit... dedi."

Digər rəvayətdə: "Ey əmim oğlu...dedi." şəklindədir. Əsllərdə də, bu şəkildədir.

Birinci rəvayətdə əmi, ikinci rəvayətdə əmi oğlu deyilməkdədir. Hər ikisi də, doğrudur.

~ İkincisinin doğru olması, hədisin baş tərəfində zikr etdiyi kimi, həqiqətən əmisinin oğlu olduğundan dolayı belə deyilmişdir. Çünki adı, Vərəqə b. Nəvfəl b. Əsəd'dir. Özü isə, Xədicə binti Xuveylid b. Əsəd'dir.

~ Birincisində ona "əmi" deməsi isə, hörmət üçün məcazən deyilmişdir. Bu, ərəblərin xitab ədəbindəki adətləridir. Kiçik böyüyə, ona hörmət və mərtəbəsini yüksəltmək məqsədilə, əmi deyə xitab edər. "Əmim oğlu" xitabı ilə isə, bu məqsəd hasil olmaz. Allah, ən gözəl biləndir.

--------------------------------------

Vərəqə'nin:

"Bu, Musa (əleyhissəlam)'a endirilən namusdur."

sözündə də, "namus"dan məqsəd: Cəbrail əleyhissəlamdır.

Dilçi alimlər və "Ğaribu'l-Hədis" alimləri isə:

Lüğətdə:

~ "namus": "xeyirli bir sirri saxlayan" kimsə deməkdir.

~ "cəsus" isə: "şər olan sirri saxlayan kimsədir."

~ (Sin hərfi ilə) "nəməsə" kökü isə: "gizləyib saxlamaq" deməkdir.

~ "Naməsə" isə: "gizlicə bir şeylər söyləmək" mənasındadır.

Cəbrail (əleyhissəlam)'a "namus" deyiləcəyi üzərində, elm adamları ittifaq etmişlərdir. Eyni şəkildə, burda onun qəsd edildiyini də, ittifaqla qəbul etmişlərdir.

əl-Hərəvi, belə deyir:

Ona bu ismin verilmə səbəbi, uca Allahın qeybi və vəhyi bildirmə xüsusiyyətini, ona təxsis etmiş olmasından dolayıdır.

"Musa (əleyhissəlam)'a endirilən" ibarəsi də, hər iki səhihdə və digər hədis qaynaqlarında da, bu şəkildədir. Məşhur olan da, budur.

Biz bunu, "Səhih"in xaricindəki qaynaqlarda:

"İsa (əleyhissəlam)'a enən" deyə rəvayət edirik. Hər ikisi də, səhihdir.

---------------------------------------

Yenə Vərəqə'nin:

"...kaş ki, o vaxt güclü-qüvvətli olsa idim..."

ifadəsində "o" əvəzliyi, "nübüvvət günləri və müddəti"nə aiddir.

(Nəvəvi, "əl-Minhac fi şərh Səhih Muslim b. Haccac", İman kitabı, 73-cü bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə vəhyin gəlməyə başlaması", hədis no: 401)

--------------------------------------

Hədis, Buxari'də (hədis no: 4953) də yer almaqdadır. Şərhi isə, belədir:

"Təhannus" kəliməsinin, "ibadət etmək mənasına gəldiyi də söylənilmişdir."

ifadəsi, açıq bir idracdır (sənəd və ya mətninə, əslində olmayan bir şey əlavə edilən hədis). Əgər bu ifadə, Aişənin sözünün davamı olsa idi, rəvayət "qalət"/dedi şəklində davam edərdi.

Rəvayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ibadət şəkli açıqlanmamışdır. Ancaq ibn İshaq'ın, Ubeyd b. Umeyr'dən nəql etdiyi rəvayətdə, belə bir ifadə keçməkdədir:

"Muhamməd (sallallahu aleyhi və səlləm), Özünə müraciət edən yoxsulları doyurardı."

Bəzi alimlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təfəkkür edərək ibadət etdiyini söyləmişlərdir. Çünki insanlardan, xüsusilə də batil üzərə olan insanlardan uzaqlaşmaq, ümumi olaraq ibadət muhtəvasına girməkdədir. Necə ki, İbrahim (əleyhissəlam)'ın insanlardan uzaqlaşması, ibadət olaraq görülmüşdür. Bu hal, Onun:

... إِنِّى مُهَاجِرٌ إِلَىٰ رَبِّىٓ ۖ ...

"...Mən, Rəbbimin yanına hicrət edirəm..." (Ənkəbut/26) sözünə əks etmişdir.

Bu halın, ibadət olub-olmayacağı məsələsi, Üsul elminin bir mövzusudur. Belə ki:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özünə vəhy gəlmədən əvvəl, Ondan əvvəl göndərilmiş bir peyğəmbərin şəriətinə görəmi ibadət edirdi?"

Əksəriyyət, bu suala: "Xeyr!" cavabını vermişlərdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), birinə tabe olsaydı, Özünə tabe olunması, uzaq bir ehtimal olardı. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir peyğəmbərə tabe olsaydı, Onun tabe olduğu bu peyğəmbərin adı nəql edilərdi.

Yuxarıdakı suala, "Bəli!" deyə cavab verənlər də, olmuşdur. İbn Hacib, bu görüşü tərcih etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özündən əvvəl bir peyğəmbərə tabe olduğunu söyləyənlər də, bu peyğəmbərin kim olduğu xüsusunda, 8 görüş iləri sürmüşlərdir:

1. Adəm (əleyhissəlam). Bu görüşü, ibn Bərhan əl-Bağdadi nəql etmişdir.

2. Nuh (əleyhissəlam). Bu görüşü, Amidi nəql etmişdir.

3. İbrahim (əleyhissəlam). Bir qrup alim, bu görüşü mənimsəmiş və:

...أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَ‌ٰهِيمَ حَنِيفًا ۖ ...

"...Hənif İbrahimin dininə tabe ol..." (Nəhl/123) ayətini, görüşlərinə dəlil olataq gətirmişlərdir.

4. Musa (əleyhissəlam).

5. İsa (əleyhissəlam).

6. Bütün peyğəmbərlərin şəriətlərindən Özünə çatan məlumatlar. Bu görüşü iləri sürənlər:

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ ...

"Bunlar (bu peyğəmbərlər), Allahın hidayət etdiyi kimsələrdir. Sən də onların yoluna yönəl..." (Ənam/90) ayətini dəlil olaraq göstərmişlərdir.

7. Bir isim vermədən, Özündən əvvəlki peyğəmbərlərə tabe olduğunu söyləyənlərin görüşü. Amidi, bu görüşü tərcih etmişdir. (Haşiyə)

-------------------------------

(Haşiyə:

İbn Həcər Asqalani, burda 8 görüş olduğunu ifadə etdi, ancaq 7 görüş saydı. Əsl nüsxəyə müraciət etdiyimizdə, bu halın, müxtəsərdəki kimi olduğunu gördük. Bunun, 2 səbəbi ola bilər:

1. "Fəthu'l-Bari", istinsah edilərkən (yazılıb çoxaldılarkən), 8-ci maddə üzərindən keçilmiş ola bilər.

2. İbn Həcər, 8-ci maddəni zikr etməyi unutmuş ola bilər.)

--------------------------------------

Mələyin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i sıxışdırmasının hikməti, bu şəkildə izah edilir:

1. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in başqa bir şeylə məşğul olmasını əngəlləmək.

2. Özünə vəhy ediləcək sözün ağırlığına diqqət çəkmək üzərə, halın ciddiyyətini və ağırlığını göstərmək.

Mələk, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu sıxışdırmaya səbr edincə, Ona vəhy vermişdir. Vəhy vermə işi, hər nə qədər Allahın elminə görə gerçəkləşəcək olsa da, burda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə görə məsələnin zahir olması üçün, bunun göstərilməsi qəsd edilmiş ola bilər.

3. Bir görüşə görə, mələk, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i sınamaq, Onun, öz ağlından bir şey söyləyib-söyləməyəcəyini görmək üçün belə etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz ağlından bir şey söyləməyincə, bu hal, Onun belə bir şey edə bilməyəcəyinə dəlalət etdi.

4. Bir görüşə görə də, mələk, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çətinlik çəksə belə, oxumağa gücü çatmayacağını göstərmək istəmişdir.

5. Bir digər görüşə görə isə, bu sıxışdırmaqdakı hikmət, təxəyyül, vəhm və vəsvəsənin, cismin sifəti OLMADIĞINI göstərməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cismi üçün bu özəlliklər gerçəkləşincə, O, bunun Allahın bir işi olduğunu başa düşmüşdü.

Asqalani davam edərək, belə deyir:

Görüşdüyümüz bəzi alimlər, bunun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xas bir hal olduğunu, daha əvvəlki peyğəmbərlərdən heç birinin, ilk vəhy əsnasında, belə bir hadisə ilə qarşılaşdıqlarının nəql edilmədiklərini bildirdilər.

Mələyin üçüncü dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i sıxışdırmasından, bir mövzunu qüvvətləndirmək və ya mövzunu daha açıq bir hala gətirmək istəyən bir şəxsin, 3 dəfə təkrar edə biləcəyi nəticəsi çıxardılır. "Kitabu'l-İlm"də də keçdiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə edərdi.

-------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ev xalqından Özünü örtmələrini istəməsj, içində olduğu haldan qaynaqlanan qorxu səbəbilə olmuşdur. Ümumilikdə, insanlar, örtüyə büründükləri zaman, qorxuları keçər.

-------------------------

Əbu Məysərə'nin mürsəl rəvayətində, hədisin: "Musaya gələn" qismi, bu şəkildə keçməkdədir:

"Sevin! Mən şahidlik edirəm ki, Sən, Məryəm oğlunun müjdələdiyi peyğəmbərsən. Sən, Musaya verilən vəhyin bir bənzərinə sahibsən. Əlbəttə Sən, göndərilmiş bir peypəmbərsən. Şübhəsiz, Sənə, cihad etməyin əmr ediləcək.

Vərəqənin müsəlmanlığı mövzusunda nəql edilən xəbərin ən sarihi/açığı budur. Bu rəvayəti, ibn İshaq nəql etmişdir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 65-ci kitab: "Quran təfsiri", 1-ci bab: "əl-Ələq surəsi")

----------------------------------------

Niyə Peyğəmbərə gələn ilk vəhylər, yuxuda baş verirdi?

Yuxu, insanın zehni və danışıq qabiliyyətlərini keyidir. Xalq arasında buna, "yuxu sərxoşluğu" da deyilir. Bu əsnada, zehn və qabiliyyətlər bağlı olduğu üçün, insan nə danışdığını bilməz. Necə ki, insanlar yuxuda danışdıqlarında, danışıqları mənasız və münasibətsiz olur.

Ancaq bu da var ki, ayətlərin bir qismi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə yuxu vasitəsilə göndərilir. Belə mükəmməl və mövüzəvi ayətlərin yuxu kimi zidd bir haldan doğması, ayətlərin Allahın kəlamı olduğunun bir dəlili, bir isbatı olur. Yuxu sərxoşluğu ilə möcüzə dərəcəsindəki ayətlər, bir birinə zidd və müxalifdirlər.

Demək, bunlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözləri deyil, Allahın kəlamıdır. Allah, bu ayətləri, ən zidd və qeyr-i məhsuldar bir yol ilə göndərir ki, insanlar bu ayətin kimdən gəldiyini idrak edib bilsinlər.

Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in oxuma-yazma bilməməsi də, buna bənzər bir hadisədir. Oxuma-yazma bilməyən bir Şəxs, necə olur ki, belə möhtəşəm bir Quran ortaya qoya bilir?... Demək ki, Quran, onun kəlamı deyildir nəticəsi ortaya çıxmaqdadır.

Bu hal, bütün varlıqlarda da özünü göstərən İlahi bir qanundur.

~ Cansız bir nütfədən, düşünən, hiss sahibi olan, danışan varlıqların meydana gəlməsi;

~ Elmi, iradəsi olmayan bir ağacdan, möhtəşəm meyvələrin çıxması; və ya

~ Elmi, iradəsi olmayan bir arıdan, mükəmməl bir qida olan balın meydana gəlməsi;

bunun bənzəri nümunələrdir.

Xülasə, kainatda səbəb və nəticə arasında böyük boşluqlar vardır. Bu hal bizə, "pərdələr arxasında" bir Şəxsin varlığını göstərir.

Read 3 times
In order to make a comment, please login or register