Peyğəmbər Əlini xəlifə təyin etmişdirmi?
Şiə saytı yazır: Səhabə Hz.Peyğəmbərə "ən yaxın qohumlarını xəbərdar et" deyə əmr edildiyi missiyasının ilk günlərindən bəri, vəsiyyətin Əli'nin xəlifə təyin edilməsi mövzusunda olduğunun fərqində idi ki, o ilk günlərdə qohumlarını dəvət etmiş və islamın çağırışını yaymışdır.
"Mənə Fəzl b.Səhl xəbər verdi, dedi ki: Mənə Əffan b.Muslim anlatdı, dedi ki: Əbu Əvanə mənə Osman b.Muğirə'dən, o Əbu Sadiq'dən, o da Rabiyə b.Nəcid'dən anlatdı, dedi ki: Biri Əli'yə dedi ki: "Ey Möminlərin Əmiri! Necə oldu ki, əmilərin varkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)"ə niyə sən varis oldun?" Əli dedi ki:"Rəsulallah, Abdulmuttalib oğullarını yığıb onlara ziyafət çəkdi. Onlar da doyana qədər yemələrinə baxmayaraq, yemək sanki heç toxunulmamış kimi eləcə qaldı! Sonra su gətirtdi, doya doya içdilər. Buna baxmayaraq su sanki heç toxunulmamış kimi qaldı! Arxasından belə buyurdu: "Ey Abdulmuttalib oğulları! Mən, xüsusi olaraq sizlərə, ümumi olaraq da bütün insanlara peyğəmbər olaraq ğöndərildim. Bu möcüzədən gördüklərinizi gördünüz! (İndi söyləyin) Qardaşım, dostum və varisim olmağa qarşılıq, hansınız mənə beyət edəcək?" Kimsə ayağa qalxmadı! Oradakıların yaşca ən kiçiyi olmağıma baxmayaraq yalnız mən ayağa qalxdım! Rasulullah oturmağımı istədi. Bu təklif tam üç dəfə təkrarlandı. Hər dəfə (mənə) "Otur!" deyirdi. Nəhayət üçüncü dəfə ayağa qalxdığımda, mübarək əlini əlimə qoydu, sonra dedi ki: "Sən mənim qardaşım, səhabəm, varisim və vəzirimsən." İşdə buna görə əmi oğluma (Rasulullah'a), digər əmilərim durarkən mən varis oldum". (Həsais, İmam Nəsai, s 6465, 62)
Cavab: Bu hədis məchul ravisi olması və isnadındakı illət səbəbiylə münkərdir. İmam Əhməd'ə Əbu Sadiq'in Rabiyə bin Nəciddən onunda Əli'dən olan rəvayəti haqqında soruşuldu. O bu rəvayətin əsas ravisi Əbu Əvanə'nin səhv etdiyini söyləyərək cavab vermişdir. O bunu iki dəfə rəvayət etmişdir. İlki yuxarıda gördüyünüz, ikincisi isə Meysərə əl Kindi'nin daxil olduğu tamamilə fərqli bir isnada malikdir. İmam Əhməd zikr etdi ki, Musa bin İsmayıl dedi ki, o bunu Əbu Əvanə'dən iki dəfə eşitmişdir. İlki Əbu Əvanə'nin yaddaşından ikincisi isə onun kitabından. O ilk rəvayətin xətalı olduğu və ikinci isnadın isə doğru olduğu nəticəsinə varmışdır..... (Bax:Muntəhab min əl-iləl lil-Həllal, s.207-208, #119)
Qeyd: Doğru isnadda olan Meysərə əl Kindi də məchul bir ravidir.
İmam Zəhəbi bu hədisi münkər saymışdır. Əz Zəhəbi Rabiyə bin Nəcid haqqında 'Mizan'da belə demişdir: "Olduqca çətin bilinməkdədir və Əbi Sadiq ondan münkər hədis rəvayət etmişdir"...…. (Mizənul-i'tidal, c.2, s.45, 2758)
Albani bu rəvayətin isnadını zəif saymışdır…... (Silsilə əl-Əhədis ət-Daifə vəl-Məvduə, c.12, s.646, 5793)
Bu səbəblə İmam Nəsai'nin "Həsais"ində gələn hədis münkərdir və rədd edilər. Bu hədis Hz.Əli'nin Hz.Peyğəmbərin xəstəliyi əsnasında vəfatından sonra kimin xəlifə olacağı haqqında heç bir fikir sahibi olmadığını bildirən rəvayətə müxalifdir. (Bax, Səhihul Buxari, 4447)
Öndə gələn sünni uləma Hz.Peyğəmbərin Hz. Əli'ni xəlifə təyin etməsiylə əlaqədar bütün rəvayətləri ələ aldıqdan sonra bu cür rəvayətlərin hamısının çox zəif və sabit olan səhih rəvayətlərə müxalif olacaq şəkildə etibarsız olduqları nəticəsinə varmışdılar.
Əhməd İbni Teymiyyə yazır: "Əhl'ul Nəql'in ( hədis əhlinin) qatında Hz.Peyğəmbərin Əli'ni xəlifə təyin etdiyini isbat edən səhih bir şey yoxdur. Ancaq Əbu Bəkr'in xilafətini isbatlayan səhih hədislər vardır". (Minhəcus Sunnə, c.6, s.317318)
İbni Kəsir ( rahiməhullah ) yazır: "Bir çox cahil şiə və axmaq hekayə izah ediciləri Hz.Peyğəmbərin xəlifəliyi Hz. Əli'yə miras buraxdığını uydurmuşlar ki, bu yalan, böhtan və dəhşətli bir uydurmadan başqa ( bir şey) deyildir". (Əl-Bidayə vən Nihayə, c.7, s.225 )
Molla Əli əl Qâri ( rahiməhullah ) yazır: "Bəzi muhəqqiqlər dedi ki, Mənzilət hədisi xaricində "ya(Əli)" nidasıyla Əli'nin qəyyum təyin edilməsi haqqındakı bütün rəvayətlər, mövzudur (uydurmadır)". (Əsrarul Mərfua fil Əhbəril Məvzua, s.376, 614)
İmam Əl Qurtubi ( rahiməhullah ) yazır: "Əksər Şiələr və rafizilər, batil və yalan hədislər gətirərək, Nəbinin Hz. Əli'ni xəlifə təyin etdiyini söyləyən saxta dəlillər meydana gətirmişlər və iddia etmişlər ki, onlar bunlara görə təvatür dərəcəsindədir. Bunların hamısı mürəkkəb yalanlardır. Əgər bu səhih bir şey olmuş olsa idi, yaxud da Səhabənin qatında bilinən olsaydı, Səhabələr bunu Səqifə günü zikr edər və ona dönərdilər. Əli də bunu özü üçün hüccət ( dəlil) olaraq zikr edərdi. Ayrıca onun bunun kimi bir məsələdə sükut etməsi caiz olmazdı. Çünki bu Allah'ın haqqı, Nəbinin haqqı, özünün haqqı və bütün müsəlmanların haqqıdır. Üstəlik Əli'nin elmdəki əzəməti, dindəki möhkəmliyi bilinməkdədir və şücaəti Allah'ı diniylə əlaqədar məsələlərdə kimsədən qorxmamasını tələb etməkdədir.... Necə ki, ona müxalifət etdiklərində Muaviyyə'dən və Şam əhlindən qorxmadı. Əlavə olaraq Hz. Osman şəhid edildiyində müsəlmanlar ictihadlarına söykənərək Hz.Əli'ni xəlifə seçdilər. Nə Əli, nə də başqa bir səhabə, bu mövzuda bir nass zikr etmədilər. Qəti bir şəkildə bilinməkdədir ki, onu iddia edən kimsə yalançıdır". (əl-Mufhim limə əşqalə min təlhisi Kitabi Muslim, c.4, s.558-559/ c.4, s. 557)
