Peyğəmbər ac qalmışdırmı?

Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, O, belə demişdir:

"Şübhəsiz Biz Muhamməd (sallallahu aleyhi və səlləm)'in əhl-i beyti (ev xalqı) qətiliklə bir ay durub (bir yemək bişirmək üçün) o müddət ərzində od qalamazdıq. O, (yəni yeyəcək və içəcək olaraq evdə istifadə edilən şey) yalnız quru xurma və su idi. 

(Ravi ibn-i Numeyr): "Bir ay qalardıq." demişdir.

----------------------------

Aişə (radiyallahu anha) belə demişdir:

(And olsun ki) Muhamməd (sallallahu aleyhi və səlləm)'in evlərinin heç birində od dumanı görülmədən Onun ev xalqının (üzərindən bir ay keçərdi və) üzərinə yeni ay gələrdi.

(Ravi əbu Sələmə demişdir ki) Mən (Aişə'yə):

"Bəs yaxşı, onların yeməyi nə idi?" diyə soruşdum. Aişə belə cavab verdi:

"Qara 2 şey: quru xurma və su. 

Bir də bu var ki, Ənsar'dan olan sədaqətli qonşularımız var idi. Bunların sağmalları olardı. Bax bunlar, sağmallarının südlərini Ona göndərərlərdi. (O da bizə içirərdi.)" 

(Ravi) Muhamməd deyir ki: Və onlar (yəni Peyğəmbərin əhl-i beyti) 9 ev idi."

Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:

"Bunun sənədi səhih olub raviləri siqa kimsələrdir."

---------------------

Ömər b. əl-Xattab (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, O, belə demişdir:

"Mən, Allah rəsulunu, aclıqdan bütün günü qıvrılıb qarnını doyuracaq pis xurma (belə) tapa bilmədiyi bir halda ikən gördüm."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Muhamməd (sallallahu aleyhi və səlləm)'in ev xalqının məişəti (yəni yaşayış, dolanışıq tərzi) babı, hədis no: 4144, 4145, 4146)

-----------------------

İzahı:

Bu babın ilk hədisini, Buxari, Muslim və Tirmizi də rəvayət etmişlərdir. İlk hədisi, İbn Macə'nin şeyxi- əbu Bəkr b. əbi Şeybə'yə, Abdullah b. Numeyr və əbu Usamə rəvayət etmişlərdir.

İbn-i Numeyr, hədisdəki "nəmkusu" feli əvəzinə, "nəlbəsu" felini rəvayət etmişdir. Bu 2 felin ifadə etdiyi məna aşağı-yuxarı eynidir. Hədisin sonunda bu dəyişiklik, bildirilmişdir.

------------------------

Aişə (radiyallahu anha)'nın ikinci hədisini, Muslim də Zühd kitabında bunun bir bənzərini rəvayət etmişdir. 

Buxari'nin "Hibənin fəziləti" babında rəvayət etdiyi Aişə (radiyallahu anha) hədisi də buna bənzəyir. Bu hədisdə keçən "rəbaib": rəbibə'nin cəm halıdır. Rəbibə: evdə bəslənən davar deməkdir.

Aişə (radiyallahu anha), quru xurma və suya, "əsvədan= iki qara" demişdir. 

Mədinə xurmalarının çoxu qaradır. Lakin bilindiyi kimi, suyun rəngi yoxdur, qaba görə rəng alır. 

Ona qara deyilməsinin səbəbi:

• ya onların su qablarının əksəriyyətinin qara olması;

• və ya təğlibdir. Yəni, quru xurmanın qaralıq xüsusiyyətinin suya da verilməsi və beləcə xurmanın suya qalib qılınmasıdır.

Allah rəsulu'na süd hədiyyə edən Ənsar'dan olan qonşularının kimlər olduğu, Qastallani tərəfindən belə bildirilmişdir:

"Sa'd b. Ubadə, Abdullah b. Amr, əbu Əyyub Xalid b. Zeyd və Əs'əd b. Zürarə."

Ravi Muhamməd'in: "və onlar 9 ev idi." sözü, əhl-i beytin 9 ev olduğu şəkildə tərcümə edildi. Çünki 4147 no-lu hədisdə  bildirildiyi kimi, Allah rəsulunun 9 zövcəsi var idi. Hər zövcənin otağı ayrı olduğu üçün, əhl-i beytin 9 evi olardı.

--------------------------------

Ömər (radiyallahu anh) hədisini Muslim də rəvayət etmişdir. Bu hədisdə keçən "dəqal" sözü: "pis cins xurma" deməkdir.

İltiva: önə, sağa və sola əyilməkdir. 

Lakin imam Tibi, İltiva və tələvvi kəlimələri haqqında belə deyir:

"Aclıqdan dolayı, qıvranmaq və ya döyülərkən ağrıdan dolayı, qıvranmaqdır."

Read 6 times
In order to make a comment, please login or register