Peyğəmbər adına yalan hədis uydurmaq

30- Abdullah ibn Məs'ud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim bilərək Mənim üzərimə yalan uydurarsa, cəhənnəmdəki yerinə hazırlaşsın."

-------------------

31- Əli (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mənim ağzımdan (qəsdən) yalan uydurmayın. Çünki Mənim adıma (bilərək) yalan uydurmaq, şübhəsiz ki, (uyduranı, bilərək rəvayət edəni, buna razı olanı və hər hansı bir münasibəti olanı) cəhənnəmə salar."

----------------------

32- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim mənim adıma -ravi deyir ki, zənnimcə 'bilərək' qeydini istifadə etdi- yalan uydurarsa, cəhənnəmdəki yerinə yerləşsin!"

---------------------

33- Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim qəsdən Mənim üzərimə yalan söyləyərsə, cəhənnəmdəki yerinə hazır olsun."

--------------------

34- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mənim söyləmədiyim bir şeyi, kim Mənə bilə-bilə isnad edərsə, cəhənnəmdəki yerinə hazırlaşsın."

----------------------

35- əbu Qatadə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu minbərin üzərində ikən, belə buyurduğunu eşitdim:

"Məndən çox hədis rəvayət etməkdən çəkinin. Hər kim Mənim üzərimə (Mənim ağzımdan) bir şey söyləmək istəyərsə, haqq və ya doğru (bu tərəddüd ravidəndir) söyləsin.

Kim Mənim söyləmədiyim bir sözü qəsdən uydurub Mənə isnad edərsə, cəhənnəmdəki yerinə yerləşsin."

---------------------

36- Abdullah ibn Zubeyr (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:

Mən, atam Zübeyr b. əl-Avvam'a dedim ki:

'(Abdullah) ibn Məsud, filan və filan səhabənin hədis rəvayət etdiklərini eşitdiyim kimi, niyə sənin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hədislərindən bir şey xəbər verdiyini eşitmirəm?'

Zübeyr (radiyallahu anh) belə cavab verdi:

"Yaxşı bil ki, Mən, müsəlman olduğum vaxtdan bəri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanından heç ayrılmadım (yəni mənim bu davranışım, yəni hədis rəvayət etməməyim, uzun zamandan bəri səhabəlik şərəfinə qovuşduğum halda, Peyğəmbərin yanında az olmağımdan iləri gəlmir). Lakin mən, Allah rəsulunun:

'Kim Mənim ağzımdan qəsdən yalan söyləyərsə, cəhənnəmdəki yerini hazırlasın!'

buyurduğunu eşitdim. (Yəni hədis rəvayət etməyimə mane olan hal, budur. Çünki artıq və əskik söyləmək xətasına düşə bilərəm).

----------------------

37- əbu Səid (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər kim ki, bilərək üzərimə yalan uydurarsa, atəşdən olan yerinə hazır olsun."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərinə yalan uydurmağın ağır günah olmasının bəyanı babı")

-----------------------

Bu babda keçən hədislərin izahı:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərinə yalan uydurmağın ağır cəzaları gərəkdirdiyinə dair bu babda yer verilmiş 8 hədisin mənaları, aşağı-yuxarı eyni olduğu kimi, mətnləri arasında da elə də çox fərq yoxdur. Lakin sənədləri tamamilə ayrıdır. Fərqli sənədlərin mövcud olması və xüsusilə də çoxluğu, hədisin qüvvət baxımından dəyər və üstünlüyünü göstərir. Müəllifimiz ibn Macə (rahiməhullah), bu səbəblə, eyni mənanı ifadə etməklə bərabər, sənədləri ayrı olan bu hədislərin hamısını zikr etmişdir.

"Hər kim bilərək Mənim ağzımdan yalan uydurarsa, cəhənnəmdəki yerini hazırlasın."

mənasını ifadə edən hədis, mütəvatir hədislərdəndir. İmam Şafi'nin "ər-Risalə" adlı əsərinə şərh yazan Sayrafi, bu hədisin 70 səhabə tərəfindən mərfu olaraq rəvayət edildiyini yazmışdır. Bunlar arasında, cənnətlə müjdələnən 10 səhabənin hamısı mövcuddur. Bu hədisin ravilərinin sayını 200-ə çıxaranlar da mövcuddur.

Hədisin:

"Cəhənnəmdəki yerini hazırlasın." cümləsi, bəzi alimlər tərəfindən bəd dua olaraq açıqlanmışdır. Yəni bu kimsə, cəhənnəm əzabını qazanmışdır. Ona hazır olsun.

-----------------------

Hədisin gərəkli açıqlaması üçün, 3 nöqtə üzərində durmaq istəyirik:

1. Yalanın mahiyyəti;

2. Peyğəmbər üzərinə yalan uydurmaq;

3. Bu günahı işləyənin cəhənnəmlik olması.

 

1. Əhl-i sünnət'ə görə, həqiqətə zidd xəbər verməyə, yalan deyilir. Müxbir (xəbər verən), istər qəsdən, istərsə də səhvən yalan söyləsin. Yalan söyləmiş olması baxımından fərq yoxdur. Ancaq həqiqətə zidd olduğunu bildiyi halda, qəsdən yalan söyləyərsə, günah işləmiş olar. Səhvən söyləyərsə, günaha girməz.

Mötəzilə məzhəbinə görə, həqiqətə zidd söylənən bir sözün yalan sayıla bilməsi üçün, qəsdən və bilə-bilə söylənmiş olması, şərtdir. Yanılaraq söylənilən həqiqətə zidd söz, yalan sayılmaz.

Əhl-i sünnət məzhəbinin görüşü, dəlillərlə isbat edilmiş və mötəzilə'nin iddiaları rədd edilmişdir.

Bu xüsus, mövzumuzun xaricində olub uzun izah istədiyi üçün ona girməyəcəyik. Sadəcə, bunu bildirmək istəyirik:

Bu babda keçən hədislər də, əhl-i sünnət məzhəbinin görüşünü təyid edir (dəstəkləyir). Çünki məqsədli və məqsədsiz söylənilən həqiqətə zidd sözlərin hər ikisi də yalan sayılmamış olsaydı və mötəzilə'nin iddia etdiyi kimi, həqiqətə zidd bir sözün yalan sayıla bilməsi üçün qəsdən yalan söylənmiş olması şərt olsaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu hədislərdə:

"Kim qəsdən yalan söyləyərsə..." deməyəcəkdi. Çünki "qəsdən" kəliməsi artıq olardı.

---------------------

2- Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərinə yalan uydurmaq, ya bilə-bilə, yaxud da yanılaraq edilir.

Yanılaraq edilərsə, bildirilən cəzanı gərəkdirməz. Çünki Kitab, sünnət və icma ilə sabitdir ki, unutma və ya yanılma ilə işlənən qüsurlar, günah sayılmazlar.

Lakin bilə-bilə:

• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ağzından yalan uydurmaq;

• Bilərək belə uydurulmuş hədisi nəql etmək;

• Hər nə surətlə olursa olsun, buna vəsilə olmaq,

ağır günah və cəzanı gərəkdirir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in söyləmədiyi bir sözün və ya görmədiyi bir işin ona isnad edilməsi:

"Onun üzərinə yalan uydurmaq." muhtəvasına girir.

Demək ki, qövli sünnətdə olduğu kimi, fel'i sünnətlərdə də gərəkli həssaslığı göstərmək zərurəti vardır. Digər tərəfdən, heç bir mövzuda Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə uydurma hədis isnadı, caiz deyildir.

Dəlalət firqələrindən biri olan "Kərramiyyə"yə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gətirmiş olduğu dinin lehində və onun nəşri yolunda:

• irşad;

• təşviq;

• qorxutma; və

• bənzəri məqsədlərlə

hədis uydurmaq, caizdir. Lakin əhkam haqqında caiz deyildir. Onlar bu görüşdən yola çıxaraq, öyüd-nəsihət mövzularında hədis uydurmaq cəhətinə getmişlərdir.

Kərramiyyə'nin iddiası, tamamilə yersiz və məsnədsizdir. Hər hansı bir insanın etmədiyi və söyləmədiyi bir şeyi ona isnad etmək, uca dinimizə görə, böyük günahlardan sayılarkən, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə uydurma söz və fel isnadı, hər nə məqsədlə olursa olsun, necə caiz ola bilər?! Oysa ki, Nəbi (sallallahu aleyhi və səlləm)'in ağzından çıxan, din ilə bağlı hər sözün Allah tərəfindən olması:

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ • إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ

"O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir." (Nəcm/3-4)

ayəti ilə qüvvətləndirilmişdir.

Bu babda keçən hədislərin hamısı, hər növ yalan uydurmağı şiddətlə qadağan edir. Din və Peyğəmbər (sallallahu aleyhi və səlləm) əleyhində və ya lehində diyə bir fərq yoxdur.

Nəvəvi, Muslim'in Müqəddiməsinin şərhində və imam Sindi (əl-Hənəfi), ibn Macə'nin bu babının haşiyəsində belə deyirlər:

"Kərramiyyə'nin bu iddiası, böyük bir qəflət və açıq bir cəhalətdir. Ərəb lüğətini bilən heç bir şəxsin belə bir iddanı iləri sürməsi bağışlana bilməz."

Daha geniş təfsilat istəyənlər, "Minhac"a müraciət edə bilərlər.

-------------------

3- Qəsdən hədis uyduran və ya uydurma olduğunu bildiyi hədisi rəvayət edənin cəhənnəmlik olması:

Sindi bu mövzuda Nəvəvi'dən nəqlən belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) üzərinə qəsdən yalan uyduranın qazandığı cəza, cəhənnəmdir. Allah Taala istərsə, cəzasını çəkdirər, dilərsə əfv edər. Belələri qətiyyən əfv edilməyəcəklər diyə bir məna çıxmaz. Zatən küfürdən başqa hər hansı bir günahı işləyən kimsənin mütləq cəhənnəmdə əzab ediləcəyinə dair bir hökm yoxdur. Bu, Allahın diləməsinə qalmış, Onun biləcəyi bir sirdir. Bunlar cəhənnəmdə əzab edilsələr belə, cəzalarını bitirdikdən sonra cəhənnəmdəm çıxacaqlar. Çünki dinimizə görə, yalnız küfür üzərində ölənlər, əbədi cəhənnəmlikdirlər. Ölərlərkən, zərrə qədər imanı olanlar belə, nəticədə cəhənnəmdən qurtulmuş olarlar. Allah rəsulu (sallallahu aleyhi və səlləm) adına yalan uydurmağın böyük günah olduğu bu hədisdən başa düşülür. Lakin bu günahı işləyən adam, kafir olmaz. İmamu'l-Harameyn'in atası əbu Muhamməd əl-Cüveyni, bu iftiranı işləyən kimsənin dindən çıxmış olduğunu söyləmişdir. Lakin imamu'l-Harameyn, bu fətvanı zəif görərək, atasından başqa heç bir alimin belə bir şey söyləmədiyini və atasının yanıldığını ifadə etmişdir.

Sual: Hədis uydurmaq günahını işlədikdən sonra tövbə edən günahkarın tövbəsi və tövbədən sonra rəvayəti məqbuldurmu?

Cavab: Bu xüsusda alimlər ikiyə ayrılmışlardır:

• Bir qismi: "Xeyr. Qəbul deyil." demişlərdir.

• Lakin səhih və ümumi qaydalara uyğun olan qövlə görə, tövbəsi, həm də rəvayəti məqbuldur.

Çünki kafir belə tövbə edərsə (iman edərsə), onun tövbəsi və rəvayəti məqbuldur. Hədis uydurmaq günahını işləyən kimsə isə, kafirdən əlbəttə ki, aşağı deyildir."

Sindi'nin Nəvəvi'dən nəqli burda bitdi.

----------------------

Bu hədisdən çıxan hökmlər:

Bu babda keçən hədislərdən çıxan hökmlər, yuxarıda verilən izahdan çıxarıla bilər. Lakin maddələr halında bildirməkdə fayda görürük:

1. Əhl-i sünnət məzhəbinə görə, bilərək və ya bilməyərək söylənilən həqiqətə zidd söz, yalan sayılır. Bu hədislər, əhl-i sünnətin görüşünü təyid edən dəlillərdəndir.

2. Allah rəsulu (sallallahu aleyhi və səlləm) üzərinə qəsdən yalan uydurmaq, qorxulu, özündən şiddətlə çəkinilməsi gərəkli olan böyük günahlardandır. Hədis uydurmağı mübah görmədikcə, bu günahı işləməklə, müsəlman kimsə, dindən çıxmaz. Cumhurun görüşü budur.

3. Bir hədisi uyduran kimsə, fasiq olar. Bütün rəvayətləri rədd edilər. Heç bir hədisi ilə ihticac edilməz (hüccət göstərilməz). Əgər tövbə etsə belə, bir çox alimə görə, rəvayətləri yenə tutarsız sayılır.

Lakin mötəməd qövlə görə, nasuh (içdən) bir tövbə ilə tövbə edərsə, tövbə və rəvayəti qəbul edilər.

4. Hədis uydurmaq işi, istər əhkam ilə bağlı olsun, istər tərğib (əmələ rəğbətləndirmək), tərhib (qorxutmaq), öyüd-nəsihət və bənzəri mövzularda olsun, hamısı ən böyük günahlardandır.

5. Hədis uydurmaq, böyük günah olduğu kimi, uydurma hədisi bilə-bilə rəvayət etmək və ya uydurma olduğundan şübhə edilən hədisi nəql etmək də, böyük günahdır.

Alimlər:

"Hədis rəvayət etmək istəyən adam, ilk əvvəl tədqiq etməlidir. Əgər səhih və ya həsəndirsə:

"Qalə Rasulullah (sallallahu aleyhi və səlləm)= Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu" və ya buna bənzər qəti bir ifadə istifadə etsin.

Hədisin zəif olduğu ehtimalı varsa, qətilik ifadə etməyən:

"Rəvayət edildiyinə, deyildiyinə görə" və bənzəri bir təbir istifadə etsin."

diyə tövsiyə etmişlərdir.

6. Peyğəmbər (sallallahu aleyhi və səlləm) adına yalan uydurmağın qadağası haqqındakı hədislərin çoxunda "məqsədli uydurma" qeydi mövcuddur. Bəzilərində isə, yoxdur. Olmayanlar da, olanlar kimi açıqlanır. Əks təqdirdə, səhvən edilən rəvayətin də günah olması gərəkəcəkdir. Oysa ki, səhvən edilən işlər, muafdır (əfv edilmiş, istisna tutulmuşdur).

Read 2 times
In order to make a comment, please login or register