Peyğəmbər cinləri görmüşdürmü?

 

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, cinləri görüb-görmədiyi xüsusundakı görüş və rəvayətlər, fərqlidir:

✓ Birinci görüş:

İbn Abbas (radiyallahu anh)'a görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), cinləri GÖRMƏMİŞDİR.

O, belə deyir:

"Cinlər, İsa (əleyhissəlam) ilə Muhamməd (sallallahu aleyhi və səlləm) arasındakı fətrət (peyğəmbərsiz) dövründə, göyə yüksəlir və göyün xəbərlərini (mələklərin qarşılıqlı xəbərləşmələrini) dinləyir, bu xəbərləri kahinlərə çatdırırdılar. Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i peyğəmbər olaraq göndərincə, göy, qorunmağa başlandı.

Beləcə də, şeytanlar (cinlər) ilə göy xəbərləri arasında əngəl qoyuldu. Şihablar (ulduzlardan meydana gələn atəşli kürələr, meteorlar), onların üzərinə atıldı. Bunlar da, İblisə gedib, bu halı xəbər verdilər. Bunun üzərinə İblis:

"Bunun mütləq bir səbəbi vardır. Dolayısı ilə, sizlər, yer üzünün şərqini-qərbini (hər yerini) qarış-qarış gəzib bu səbəbi tapmağa çalışın." dedi.

Bunun üzərinə, onlardan bir qrup, Tihamə'yə gəldilər və Ukaz bazarında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, səhabələrinə sabah namazı qıldırarkən gördülər. Oxuduğu Quranı eşidincə, dinləməyə başladılar və:

"Allaha and olsun, sizinlə göyün xəbərləri arasına girib sizi əngəlləməyə səbəb olan şey, budur." dedilər.

Ordan qövmlərinə dönərək:

"Ey qövmümüz! Həqiqətən biz, heyrətamiz bir Quran dinlədik." dedilər.

Allah Taala da, bu qeybi halı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xəbər verdi və:

قُلْ أُوحِىَ إِلَىَّ...

"De ki: "Mənə bu həqiqətlər vəhy olundu..." buyurdu.

İbn Abbas (radiyallahu anh), sözünə davamla belə deyir:

"Bunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cinləri GÖRMƏDİYİNƏ dəlil vardır. Çünki əgər O (sallallahu aleyhi və səlləm), onları görmüş olsaydı, bu hadisənin öyrənilməsini vəhyə nisbət etməzdi. Çünki varlığı şəxsən müşahidə edilərək bilinən şeyin isbatı, vəhyə istinad edilə bilməz."

---------------------------------

Cinlərin növləri:

Əgər:

"O şihablar ilə daşlanan və qovulanlar, şeytanlardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quran oxumağını dinləyənlər isə, cinlərdir. Bəs yaxşı, elə isə, bu 2 xüsus, necə birləşdirilə bilər?"

deyilərsə, buna belə cavab verərik:

1. O cinlər, şeytanlar ilə bərabər idilər. Dolayısı ilə, şeytanlar qovulduqlarında, onlarla birlikdə olan bu cinlər, bunun səbəbini axtarmağa başladılar.

2. Şihablarla daşlanıb qovalananlar da, cinlər idi. Lakin eynilə, "cin və insanlardan olan şeytanlar" təbirində olduğu kimi, onlara da "şeytan" deyildi. Çünki şeytan, Allaha itaətdən uzaqlaşan, təkəbbür edən və inad edən hər kəsdir.

-----------------------------------

Quranı dinləyən cinlər:

Alimlər, o Quranı dinləyən cinlərin kimlər olduğu xüsusunda ixtilaf etmişlərdir. Bu cümlədən olaraq, Asim, Zəvr'dən belə dediyini rəvayət edir:

"Zəvba'a və ətrafından bir qrup (cin), Məkkədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm'in yanına gəldilər. Bax:

وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ...

"Bir zaman bir dəstə cini, Quranı dinləmək üçün Sənin yanına yollamışdıq..." (Əhqaf/29)

ayətinin bildirdiyi hadisə də, budur.

Bu cinlərin:

~ Şeysaban qəbiləsindən olduğu; və

~ Bunların, say olaraq ən izdihamlı cin qəbiləsi olduğu;

~ İblisin ordusunun demək olar ki hamısının, bunlardan ibarət olduğu da

iləri sürülmüşdür.

---------------------------------------

Gördüyünə dair hadisə:

• İkinci görüş:

Bu, ibn Məsud (radiyallahu anh)'ın görüşüdür. İbn Məsuda görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, Quran oxuması və onları İslama dəvət etməsi üçün, cinlərə getməsi əmr olunmuşdu. Necə ki, ibn Məsud (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

~ "Cinlərə, Quran oxumaqla əmr olundum. Kim Mənimlə bərabər gəlmək istəsə, gəlsin." dediyini, bunun üzərinə, səhabələrin səs çıxarmadığını, daha sonra

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bunu ikinci dəfə söylədiyini, lakin səhabələrin yenə susduğunu, sonra

~ Üçüncü dəfə söylədiyində, özünün (ibn Məsudun):

"Ey Allahın rəsulu! Mən, Səninlə bərabər gələrəm." dediyini, bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Elə isə, gedək." dediyini;

~ Beləcə ibn əbu Dubb məhəlləsindəki Hacun dağına gəldiklərini;

~ Orda Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in özünün önünə bir çızıq çəkib:

"Bundan iləri keçmə." deyib Hacun dağına doğru getdiyini;

~ Sonra o cinlərin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına eynilə kiçik dəvə balaları kimi sürətlicə qaçdıqlarını;

~ Sanki bədənləri böyük, başları kiçik kişilər olduqlarını;

~ Eynilə qadınlar kimi dəf çaldıqlarını;

~ Bu şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ətrafını sardıqlarını;

~ Dolayısı ilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görə bilmədiyini;

~ Görmək üçün ayağa qalxınca da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ona əli ilə "otur" deyə işarət etdiyini;

~ Sonra da getdikcə yüksələn bir səslə Quran oxuduğunu;

~ O cinlərin də sanki yerə yapışdıqlarını;

~ Özünün onların səsini eşidib özlərini görmədiklərini

bildirmişdir.

Bir başqa rəvayətdə də, o cinlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə: "Sən kimsən?" deyə soruşurlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Mən, Allahın nəbisiyəm." deyincə; "Bu mövzuda şahidin kimdir?" dediklərində, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu ağac." deyir və "Ey ağac, gəl!" əmrini verincə, ağacın, budaqları ilə ifrat səs çıxardaraq gəlib, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hüzurunda dayanır, bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Mənə, nə deyə şəhadət edirsən?" deyincə, ağac:

"Mən, Sənin Allah rəsulu olduğuna şəhadət edirəm." deyir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Artıq yerinə qayıt." deyir, ağac da, gəldiyi kimi qayıdıb əvvəlki yerini alır.

İbn Məsud (radiyallahu anh), belə davam edir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), yanıma gəlincə, 'Yanıma gəlmək istəmişdin?' deyə soruşdu. Mən də: 'Bəli, ey Allahın rəsulu.' dedim. O:

'Bu, sənin üçün münasib olmazdı. Onlar cinlərdilər, Quran dinləməyə gəlmişdilər. Sonra da, qövmlərinə, dəvətçilər olaraq qayıtdılar. Məndən, nələri yeyə biləcəklərini təyin etməyimi istədilər. Mən də, yemək olaraq, onlara, sümüklər ilə heyvan təzəklərini təyin etdim. Bundan dolayı, artıq heç kim, sümüklər və təzəklərlə təmizlənməsin."

-------------------------------------

2 fərqli görüşün cəmi:

Bil ki, bu rəvayətləri yalanlamaq, imkansızdır. İbn Abbas ilə ibn Məsud'un rəvayət və görüşlərini, bu cəhətlərdən birləşdirmək mümkündür:

1. Bəlkə də, ibn Abbas (radiyallahu anh)'ın bəhs etdiyi, məsələnin başlanğıcından, bu mövzuda ilk hadisədir. Beləcə, Allah Taala, ona bu surəni vəhy etmiş, daha sonra da, ibn Məsudun rəvayət etdiyi kimi, gedib cinlərə Quran oxumasını əmr etmişdir.

2. Cinlərlə qarşılaşma hadisəsinin tək bir dəfə olduğu qəbul edilsə belə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlara getmək və Quran oxumaqla əmr olunmuşdur. Lakin O, nə deyəcəyini və nə edəcəyini bilməməkdədir. Bunun üzərinə, Haqq Taala, nə deyəcəyini və nə edəcəyini vəhy etmişdir.

3. Hadisə, tək bir dəfə baş vermişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onları görmüş, sözlərini eşitmiş, onlar da Onu təsdiq etmişlərdir. Sonra qövmlərinə qayıdınca, onlara hekayəvari:

"Biz həqiqətən heyrətamiz bir Quran dinlədik və belə, belə oldu..." demişlərdir.

Bunun üzərinə, Allah Taala, ona, onların qövmlərinə dedikləri şeyləri vəhy etmişdir.

Bütün bunlar, ehtimal daxilində ikən, bu rəvayətləri yalanlamaq, imkansızdır.

-------------------------------------

Üçüncü məsələ: Cinlərə təbliğin eşitdirilməsi

Allah Taala'nın: "De ki" ifadəsi, Ondan rəsuluna, Allahın cin hadisəsi haqqında Özünə vəhy etdiyi şeyləri, səhabələrinə açıqlamasını əmr edən bir ifadədir və bunda, bu faydalar vardır:

1. Səhabələr, bu sayədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, insanlara peyğəmbər olaraq göndərildiyi, cinlərə də peyğəmbər olaraq göndərildiyini bilib anlamış olacaqlar.

2. Qureyş, cinlərin bu qədər təkəbbürlərinə rəğmən, Quranı eşidincə, onun möcüzə olduğunu anladıqlarını və onu gətirən peyğəmbərə dərhal iman etdiklərini başa düşəcəklər.

3. Cinlər topluluğu da, beləcə, özlərinin insanlar kimi mükəlləf olacaqlarını başa düşəcəklər.

4. Cinlərin, biz insanların sözlərini eşidib başa düşdükləri anlaşılacaq.

5. Onlardan mömin olanların da, öz qəbilə və cinslərindən mömin olmayanları imana dəvət edəcəkləri anlaşılmış olacaqdır ki,

bax bütün bu xüsuslarda, insanlar bunları öyrənincə, bir çox faydaların olacağı aşkardır.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)

Read 125 times
In order to make a comment, please login or register