Peyğəmbər də ac qalmışdırmı?
4147- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə deyir:
"Mən, Allah rəsulunun dəfələrlə:
'Muhammədin canı (qüdrət) əlində olan Allaha and içirəm ki, Muhammədin ev xalqı yanında nə bir sa (3120 qram ağırlıq ölçüsü) toxum, nə də bir sa quru xurma sabahladı.'
buyuruğunu eşitdim. O gün Onun 9 zövcəsi şübhəsiz vardı."
Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:
Bunun sənədi səhih olub raviləri siqa şəxslərdir. İbn-i Hibban da bunu, Əban əl-Attar yolu ilə Qatadə'dən bu sənədlə öz Səhih'ində rəvayət etmişdir.
----------------------
4148- Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu:
"Muhamməd'in ev xalqında bir müd (875 qram ağırlıq ölçüsü) yeməkdən başqa (azuqə olaraq) bir şey olmadı." vəya
"Muhamməd'in ev xalqında bir müd yemək (belə) olmadı." buyurdu, demişdir."
Not: Zəvaid'də belə deyilir:
Bu, raviləri güvənilən bir sənəddir. Ravi- əbu'l-Muğirə'nin adı-Abdu'l-Quddus b. Haccac əl-Havlani'dir.
------------------------------
4149- Süleyman b. Surad (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə deyir:
"Allah rəsulu yanımıza gəldi və bir yeyəcək maddəsinə gücümüz yetmədiyi (və ya Onun gücü yetmədiyi) halda 3 gecə (yeməksiz) durduq."
----------------------------
4150- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə deyir:
"Bir gün Allah rəsulu'na isti bir yemək gətirildi. O da yedi və yeməkdən sonra:
'Əlhəmdulilləh. Bu və bu qədər zamandan bəri qarnıma isti bir yemək girmədi.' buyurdu.
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd: "Muhamməd (sallallahu aleyhi və səlləm)'in ev xalqının məişəti (yəni yaşayış və dolanışı) babı, hədis no: 4147, 4148, 4149, 4150)
----------------------
İzahı:
4147 no-lu hədisin bir bənzəri Buxari tərəfindən də nəql edilmişdir.
4150 no-lu hədisi isə, Beyhaqi də rəvayət edir.
Bu babda rəvayət edilən bütün hədislər, gərək Allah rəsulunun və gərəksə əhl-i beytin, yəni möhtərəm zövcələrinin necə bir yaşayış içində olduqlarını bildirir.
Təbii ki, O böyük insan və aləmlərin iftixar səbəbi (sallallahu aleyhi və səlləm), bir çox hədislə sabit olduğu kimi, bu həyat tərzini seçmiş, dünya ləzzətlərinə və bəzək-düzəyinə iltifat və etibar etməmişdir. Möhtərəm zövcələri də, Onun bu prinsibinə sədaqətlə bağlı qalmışlardır.
Əslində, Allah rəsulu, hər zövcəsinin illik nəfəqəsini, yəni dolana biləcək qədər azuqələrini verərdi.
Lakin onlar da, Allah rəsulunun yolunu izləyərək, kasıbları, yoxsulları, öz nəfislərinə tərcih edərdilər və dolayısıyla, illik nəfəqələri, ilin yarısına belə yetməzdi.
Bu hədislər, hər gün 2-3 dəfə qarınlarını fərqli yeməklərlə necə gəldi dolduran, hətta bunun yanında qida maddələrini israf edən, zibillikləri yemək artıqları və çörək parçaları ilə dolub daşan bu günki müsəlmanlar üçün, böyük bir dərsdir.
- Peyğəmbər ac qalmışdırmı?
- İslamda it saxlamağın hökmü-3
- İslamda it saxlamağın hökmü-3
- Həsən və Hüseynin fəziləti
- Kasıb möminlərin fəziləti
- İnsanlar öldükləri niyyət üzərəmi dirildiləcəklər?
- "(Ey Əli) Mənə nisbətən Sən, Musa'ya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı?" hədisini izah edərsinizmi?
- Ərəfə orucu haqqında məlumat verərsinizmi?
- "Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."
- Cənnət həyatı haqqında məlumat verərsinizmi?