Peyğəmbər günah işləmişmidir- 3

فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ

"Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını istə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir." (Muhamməd/19)

--------------------------------

Təfsiri:

وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ

"...(sən) öz günahının bağışlanmasını istə..."

ifasəsi, bu 2 şəkildə açıqlana bilər:

1. Bununla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xitab edilmiş; ancaq möminlər qəsd edilmişdir.

Bu, uzaq bir ehtimaldır. Çünki zatən ayətdə, mömin kişilər və qadınlar, ayrıca zikr edilmişlərdir.

Bəzi kimsələr də, "günahını" ifadəsinin:

"Əhl-i beytinin (ailəsinin) xaricindəki ümmətinin günahı üçün istiğfar et (bağışlanmasını dilə)"

mənasında olduğunu söyləmişlərdir.

2. Bu xitab, şəxsən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ədir. Bəhs edilən "günah" isə, Peyğəmbər cəhətindən daha əfdal olanı tərk etməkdən ötürüdür. Yoxsa Peyğəmbərimiz, xəta, günah İŞLƏMƏMİŞDİR.

3. Gözəl olan və istidlala dayanan bir izaha görə, bununla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gözəl əməllərə və pis əməllərdən çəkinməyə müvəffəq qılınması qəsd edilmişdir.

Bunun izahı, belə verilə bilər:

İstiğar, bağışlanmaq istəməkdir. Bağışlanmaq (məğfirət) isə, pis olan şeyi örtmək mənasındadır. Dolayısı ilə, günahdan qorunan kimsə, həvasının çirkinliklərindən doğacaq pislikləri örtən kimsədir. Məğfirət istəmək:

"Bizi rəzil-rüsvay etmə." deməkdir.

Bu isə:

• bəzən Peyğəmbər (sallallahu aleyhi və səlləm) də olduğu kimi, bəzən insanın günahdan qorunması və günaha düşməməsi səbəbilə;

• bəzən də, mömin kişi və qadınlar haqqında olduğu kimi, günah meydana gəldikdən sonra örtülməsi səbəbilə olur.

Ayətdə belə bir incəlik vardır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in 3 halı vardır:

1. Allah ilə;

2. Özü ilə; və

3. Başqaları ilə.

~ Allaha qarşı olan vəzifə və hərəkəti: Allahı bir bilib, Ona eləcə inanmasıdır.

~ Özünə qarşı halı: Günahlarından dolayı istiğfar etməsi və bu mövzuda Allah Taala'dan öz ismətini qorumasını istəməsidir.

~ Möminlərə qarşı vəzifəsi isə: Onların bağışlanmalarını istəyib onlar üçün Allaha istiğfar etməsidir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri, Muhamməd/19)

Read 2 times
In order to make a comment, please login or register