Peyğəmbər qiyamət günü insanları dəstəmaz izlərindən dolayımı tanıyacaqdır?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz qiyamət günü Mənim yanıma dəstəmaz izlərinizdən dolayı üzləriniz, qol və ayaqlarınız nurlu olaraq gələcəksiniz. (Bu nur), ümmətimin əlaməti olub ondan başqa heç bir kimsədə olmaz."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): " Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4282)

----------------------

Abdullah ibn Məsud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Ey Allahın rəsulu! Ümmətindən olub görmədiyin kimsələri (qiyamətdə) necə tanıya bilərsən?" 

diyə soruşuldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"(Ümmətim), dəstəmaz izləri ilə ğurr, muhaccəl və bulq'durlar."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Taharə və sunənihə: "Dəstəmazın savabının bəyanı babı", hədis no: 284)

-------------------------

İzahı:

Ğurr: Ağarr'ın cəm halıdır.

Ağarr: Alnında bəyazlıq mövcud olan at deməkdir. Məsdəri: ğurrət'dir. O da atın alnındakı bəyazlılıqdır. Bir çox yerdə buna: sağarr deyilir.

Muhaccəl: Ayaqlarında bəyazlıq olan ata deyilir. Bəziləri: 3 ayağında bəyazlıq olan ata muhaccəl deyilir, demişlərdir. Məsdəri: tahcil'dir. Bu da atın ayağındakı bəyazlıqdır. Bəzi yerlərdə buna səkir deyilir.

Bulq: Əblaq'ın cəm halıdır. 

Əblaq: Bəyazlığı və qaralığı olan ata deyilir. Bəziləri: Əblaq, ayaqlarındakı bəyazlıq dizlərinə qədər uzanan ata deyilir, demişlərdir. 

Hədisdə möminlər, dəstəmaz üzvlərində parlayacaq olan nur baxımından, alnında və dizlərinə qədər ayaqlarında bəyazlıq olan atlara bənzədilmişdir.

Dəstəmaz alan möminlər:

• Üzlərindəki nur baxımından alnında bəyazlıq olan və ğurr deyilən atlara;

• Qollar və ayaqlarındakı nur üzündən də dizlərinə qədər ayaqlarında bəyazlıq olan və muhaccəl, əblaq deyilən atlara bənzətilmişlərdir.

Hədis, dəstəmazın fəzilətini bildirir, Muhamməd ümmətinin üz, qol və ayaqlarında parlayacaq olan nur ilə qiyamət günü digər ümmətlərdən ayırd ediləcəklərini bildirir.

----------------------

Muslim, "ğurrə" və "tahcil" üçün ayırdığı bir babda, fərqli hədisləri rəvayət etmişdir. Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi bir hədisə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Dəstəmazı tam və yerli yerində aldıqlarından dolayı, qiyamət günü, alınları sağar; qol və ayaqları səkir olanlar, ancaq sizlərsiniz. 

Bunun üçün sizdən kim edə bilirsə, sağar və səkirliyini uzatsın."

Ğurrə və tahcili uzatmaqdan məqsəd, dəstəmaz üzvlərini yuyarkən, fərz olan yerin xaricinə keçməkdir.

Ğurrə və tahcilin müstəhəb olan miqdarı xüsusunda, alimlərin müxtəlif qövlləri vardır:

• Bəzilərinə görə:

Qollar, çiyinlərə qədər, ayaqlar da dizlərə qədər yuyulmalıdır.

Bu rəvayət, əbu Hureyrə'dən sabit olmuşdur. 

• Digər bəzilərinə görə:

Qollar, bazuların yarısına və ayaqlar da baldırların yarısına qədər yuyulmalıdır.

• Bir qismi də:

Bunun bir az da uzadılmasını istəmişlərdir. Bu qövl, imam Bəğavi'dən nəql edilmişdir. 

İcmal olaraq:

Ğurrə və tahcilin uzadılması, Hənəfi və Şafilərə görə müstəhəbdir. 

Hənəfi alimlərdən ibn Abidin (rahiməhullah), "əd-Durru'l-Muxtar"ın Taharət kitabının:

"Ğurrəsini və tahcilini uzatmaq, dəstəmazın ədəblərindəndir." 

ibarəsi üzərinə, əbu Hureyrə'nin hədisini dəlil olaraq zikr etdikdən sonra belə deyir:

"Bahr'da: Ğurrə'nin uzadılması, üzdən, yuyulması fərz olan miqdardan bir az artıq yumaqla gerçəkləşər, deyilmişdir.

əl-Hilyə'də də:

Tahcil, qollarda və ayaqlarda olur. 

Bunun uzadılması üçün bir hədd var mı? 

Mən bu xüsusda Hənəfi alim dostlarımın hər hansı bir sözünə rast gəlmədim. 

Nəvəvi, Şafi alimlərin müxtəlif 3 qövl söylədiklərini nəql etmişdir:

1. Dirsəklərlə topuqların bir az xaricinə keçmək, müstəhəbdir, bunun müəyyən bir həddi yoxdur.

2. Qollar və ayaqlar, bazuların və baldırların yarısına qədər yuyulmalıdır (müstəhəb olan budur).

3. Qolların çiyinlərə və ayaqların dizlərə qədər yuyulması müstəhəbdir.

Nəvəvi, sözlərinə davamla, bu qövllərin hamısını da gərəkdirən hədislər vardır, deyir.

"Şərhu'ş-Şir'a"da, yalnız ikinci qövlə uyğun görüş bəyan edilmişdir."

İbn Abidin'in sözü burda bitdi. (bax: 1. Cild, s. 135)

---------------------

Hədisin baş qismində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Ümmətindən olub da görmədiyin kimsələri, (qiyamət günü) necə tanıya biləcəksən?" 

sualının soruşulması, Peyğəmbərin, qiyamət günü ümmətini tanıdığının, sual sahiblərincə bilindiyini göstərir.

İmam Sindi (əl-Hənəfi) deyir ki:

"Sual sahiblərinin, Peyğəmbərin ümmətinə şəfaət edəcəyini bildikləri üçün, Onun ümmətini tanıması gərəyini anlayaraq, bu sualı ünvanlamış olmaları, möhtəməldir.

Yaxud o məclisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qiyamətdə ümmətini tanıyacağını bildirən bir söhbət keçmiş olub,  bunun üzərinə sualın soruşulmuş olması da, mümkündür."

Read 17 times
In order to make a comment, please login or register