Peyğəmbərimiz meracda Allah (c.c.)-ı görmüşdür. Meracdan qayıtdıqdan sonra sahabələrə Rəbbimizin camalından bəhs edib?

 

Mənbələrdə gördüyümüz qədər, bu mövzuda Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s.)-in bir açıqlaması olmamışdır. Hətta Hz. Əbu Zərin “Rəbbimizi gördünüzmü?” sualına “O, bir Nurdur, necə görə bilərəm?” şəklində cavab vermişdir. Yəni Onun mahiyyəti bilinmir, o şəkildə görülə bilməz. Digər bir rəvayətdə Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s.) “Bir Nur gördüm.” demişdir. (bax: İbn Hacer, Fethu’l-Bari, tefsiru sureti’n-Necm).

Bu mövzuda alimlərin fərqli fikirləri var. İbn Huzaymə səhih bir hədislə Hz. Enesdən nəql edərək “Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s.)-in Allahı gördüyünü” söyləmişdir. (a.k.ə).

Ancaq Peyğəmbərimizin (s.ə.s.) meracın İlahi sirrdən çox danışmadığı bilinir. Çünki “Bu kiçik ağıl bunu dərk etməz. Bu tərəzi bu qədər ağırlığı (mənəvi sıxıntını) çəkə bilməz.”

 

Read 7.074 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR