Peyğəmbərin ata-anası cəhənnəmlikdirlərmi?
1572. Nəbi (sallallahu aleyhi və səlləm), anasının qəbrini ziyarət etdi və ağladı. Ətrafındakıları da ağlatdı. Sonra, belə buyurdu:
"Anam üçün istiğfar etməyim (bağışlanma diləyim) haqqında, Rəbbimdən icazə istədim; Mənə icazə vermədi. Onun qəbrini ziyarət etməyim üçün, Rəbbimdən icazə istədim; Mənə icazə verdi.
Siz, qəbirləri ziyarət edin. Çünki qəbrlərin ziyarəti, sizə ölümü xatırladar."
-----------------------------------
Şərhi:
Bu hədisi,
~ Əhməd;
~ Muslim;
~ əbu Davud;
~ Nəsai;
~ Hakim; və
~ Beyhaqi
də rəvayət etmişlərdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), anası Əminə binti Vəhəb b. Abdi Manaf b. Zuhrə, Məkkə ilə Mədinə arasında yer alan əl-Əbva'da, Peyğəmbər (sallallahu aleyhi və səlləm) 6 yaşında ikən vəfat etmişdir. Anası Əminə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, dayıları olan Mədinədəki Bəni Adiyy b. Nəccar'ın ziyarətinə getmişdi. Mədinə'dən Məkkə'yə qayıtdıqda vəfat etmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), daha sonra, anasının qəbrini ziyarət edərkən, axirəti xatırladığı; və anasının, Onun peyğəmbərlik günlərinə çata bilməməsi üçün ağlamış və ordakıların ağlamasına səbəb olmuşdur. Qadı İyad belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ağlaması, anasının əzab içində olmasından dolayı deyildir. Yeganə səbəb, anasının, Onun peyğəmbərlik günlərinə çata bilməməsi və Ona iman etmə nemətinə qovuşa bilməməsi kədəridir." (Qadı İyad, "İkməlu'l-Mu'lim bi fəvəid-i Muslim", 3/452)
Hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, anası üçün istiğfar etmək üzərə, Allahdan icazə istədiyi və lakin, Ona, icazə verilmədiyi bildirilmişdir. İcazə verilməməsinin səbəbi haqqında, "əl-Mənhəl Azbi'l-Məvrud şərh Sünən-i əbi Davud" müəllifi Mahmud Muhamməd Xattab əs-Subki, belə deyir:
Səbəb, bu ola bilər:
İstiğfar, bir günahdan dolayı muaxəzə edilməməyi (insanı, xətası və ya günahı səbəbilə qınanmamaq və ya cəzalandırmamağı) istəməkdir. Peyğəmbərlik xəbəri özünə çatmayan şəxs isə, günahından dolayı muaxəzə edilməz. O halda, muaxəzə edilməmək üçün, istiğfara ehtiyac qalmaz!
Digər tərəfdən, belə də deyilə bilər:
İstiğfar üçün icazə verilməməsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in anasının kafir olduğunu zəruri qılmaz. Çünki, Allah Taala'nın, başqa bir səbəblə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i Ona istiğfar etməkdən əngəlləmiş olması, mümkündür. Necə ki, borcunu qarşılayacaq bir mal qoymadan ölən müsəlmanın cənazə namazını qılmaqdan və ona istiğfar etməkdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ilk dövrlərdə əngəllənmişdi.
Bunun səbəbi də, belə açıqlanmışdır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in istiğfarı, dərhal məqbuldur. Kim üçün istiğfar edərsə, savabı, dərhal o kimsənin cənnətdəki məqamına çatar və həmin şəxs, ondan faydalanar. Halbuki, borclu ölən birinin borcu ödənmədikcə, cənnətdəki məqamından əngəlləmiş haldadır.
Yuxarıda bildirilən izah səbəbilə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in anasının küfr üzərinə öldüyü və kafirə də istiğfar etmək caiz olmadığından, ona istiğfar etmək üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə icazə verilməmişdir." deyənlərin sözü, isabətli deyildir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ata-anasının nicat əhli olduqlarını isbatlayıcı bir çox dəlili, imam Cəlaləddin əs-Suyuti, zikr etmişdir. Bunlardan bir qismi, bunlardır:
1. Buxari'nin, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Mən, Adəm oğullarının, əsr bə əsr bütün əsrlər (xalqı)'nın, daim ən xeyirliləri arasından göndərildim." (Buxari, "Səhih", "əl-Mənəqib"/20; hədis no: 3364)
Tərcüməsini verdiyimiz bu hədisdə keçən "qarn", "əsr" mənasına gəldiyi kimi; "insanın ataları" və "ağa" mənasına da gəlir. Bu səbəblə, tərcümə edərkən, bu kəliməni, "sülalə" mənasında tərcümə etdik.
2. Tirmizi'nin, Vəsilə b. Əsqa (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allah, İbrahimin uşaqlarından İsmayılı seçdi. İsmayılın uşaqlarından, Bəni Kinanə'ni seçdi. Bəni Kinanə'dən Qureyşi seçdi. Qureyşdən Bəni Haşim'i seçdi. Bəni Haşim'dən də, Məni seçdi."
Qastallani, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ata-anasının nicat əhlindən olduqlarına, yəni, cəhənnəmlik olmadıqlarına hökm edən alimlərin dəlillərindən biri, budur ki:
Onun ata-anası, fətrət dövründə, yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə peyğəmbərlik vəzifəsi verilmədən əvvəl vəfat etmişlərdir. Fətrət dövründə ölənlər üçün isə, əzab yoxdur. Çünki, Allah Taala:
...وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا
'...Biz, rəsul/elçi göndərməmiş heç kəsə əzab vermirdik.' (İsra/15) buyurmuşdur.
Üsul alimlərindən Əşariyyə məzhəbinin iləri gələn alimləri; və fəqihlərdən Şafii alimləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in göndərilişi, özünə çatmadan ölən kimsə, nicat əhlidir. Yəni, əzabdan qurtulmuş olanlardandır."
Cəlaləddin əs-Suyuti:
"Bu görüş, Şafii fəqihlər və Əşariyyə məzhəbinə mənsub alimlərin ittifaqla qəbul etdikləri məzhəb (görüş)'dür." demişdir.
Digər tərəfdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ata-anasının mömin olduqlarına və İbrahim (əleyhissəlam)'ın dinini qəbul etdiklərinə; yenə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbər olaraq göndəriləcəyinə inandıqlarına dair qəti məlumatlar vardır! Bu inanc isə, imanın məhz özüdür. Necə ki, əbu Nuaym əl-İsbahani, "Dəlailu'n-Nübüvvə"də, Zühri təriqilə Əsma binti Rəhm yolu ilə Əsma'nın anasından, belə dediyini rəvayət etmişdir:
Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in anası Əminə'ni, son xəstəliyində gördüm. Muhamməd (sallallahu aleyhi və səlləm), 5 yaşında idi. Anasının baş tərəfində dayanmışdı. Anası, Muhamməd (sallallahu aleyhi və səlləm)'i tərifləyən şeirlər oxudu. Bu şeirlərdə, məsələn:
"Sən, Hill və Haram'da olan bəşəriyyətə göndərilmiş olacaqsan. Sən, atan İbrahimin dini olan İslamla göndəriləcəksən. Allah, səni, bütlərdən uzaq tutmuşdur."
Daha sonra isə, belə deyir:
"Hər diri, ölməyə; hər yeni, köhnəlməyə məhkumdur. Hər böyük, yoxluğa gedər. Mən də öləcəyəm. Adım isə, əbədi qalacaq. Çünki Mən, xeyirli bir xələf və tər-təmiz bir övlad buraxdım."
Zurqani, Suyuti'dən bunu nəql edir:
Əminə'nin bu sözləri, Onun, qətiliklə, tövhid əhli olduğuna dəlalət edir. Çünki, İbrahim (əleyhissəlam)'ın dinini və Öz oğlunun, Allah tərəfindən, peyğəmbər olaraq göndərildiyini, bütlərə qarşı olduğunu bildirmişdir. Tövhid, bundan başqa bir şeydirmi?! Bəli, tövhid, Allahın varlığına və birliyinə inanmaq; bütlərin batil olduğunu bilmək kimi məfhumlardan ibarətdir. Cahiliyyə dövründə, küfrdən uzaq qalmaq üçün, bu qədəri kifayət edir. Bundan ilərisi isə, ancaq, peyğəmbərlik vəzifəsi verildikdən sonra şərtdir. Çünki, cahiliyyə dövründə, həniflər var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in anası, həniflərdəndirsə, bundan başqa nə lazımdır?! Zatən, həniflərin, hənif dini seçmələrinin səbəbi, yaxında, hərəmdən bir Peyğəmbər göndəriləcəyinə dair kitab əhli və kahinlərdən eşitdikləri məlumatlardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in anası, Peyğəmbərimizə hamilə ikən və doğumunda, elə açıq əlamətlər müşahidə etmişdi ki, bunların hər biri, onu, hənif dininə və tövhidə yönəltməyə kifayət edirdi. Onun gördüyü və eşitdiyi həqiqətləri, heç bir hənif görməmiş və eşitməmişdir. Özü, belə deyir:
"Mən, özümdən elə bir nurun çıxdığını gördüm ki, Şamın saraylarını işıqlandırıb mənə göstərdi."
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in süd anası Həlimə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sinəsinin, mələklər tərəfindən yarılması hadisəsindən sonra, uşağa bir şey olar qorxusu ilə, Onu, anasına geri qaytardığı vaxt, Peyğəmbərimizin anası, Həliməyə:
"Sən, şeytanın Ona bir şey edəcəyindənmi qorxdun? Xeyr! Vallahi, şeytan üçün, Ona doğru heç bir yol yoxdur. Mənim bu oğlum üçün, mütləq, uca bir şan və şərəf olacaqdır."
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in atasından da, imanına və tövhid əqidəsi daşıdığına dəlalət edən sözlər nəql edilmişdir. Tarix kitablarında, bu haqda, geniş məlumat vardır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in babası Abdu'l-Muttalib də, tövhid və hənif dini üzərində idi. Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinə dəlalət edən dəlilləri müşahidə etdiyi üçün, Onun, bu uca kiçik Nəvəsinin peyğəmbər olacağını, əvvəlcədən başa düşmüş və təsdiq etmişdi. Suheyli, belə deyir:
"Abdu'l-Muttalib'ə, bir peyğəmbərin dəvəti çatmadığı halda, bir çox dəlil, hənif və tövhid dini üzərində olduğunu isbatlayır." (Suheyli, "Ravzu'l-Unuf", 2/223)
"əl-Mənhəl" müəllifi Subki, əbu Davud'un "Sünən"indəki "Qəbrlərin ziyarəti" babında, 7 səhifə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in atası, anası və babasının iman əhlindən olduqları haqqında danışır. Bu səbəblə, bunları tərcümə etmədik. Müəllif Subki, bu izahın bir bölməsində, icmal olaraq belə deyir:
Yuxarıda verilən məlumatları əldə etdiyin vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in atalarının və anasının nicat əhli olduqlarını başa düşəcəksən. Çünki onlar, İbrahimin dininə bağlı idilər. Onlara, "hənif" dini mənsubları deyilirdi.
Belə də deyilə bilər:
Onlar, hər hansı bir haqq dini dəyişdirməyən fətrət əhlindən idilər. Çünki fətrət əhli, bu 3 qismə ayrılır:
• Birinci qisim: Bəsirəti və ağlı ilə Allahı tanıyıb Ona inanan və bütə ibadət etməyənlərdir.
• İkinci qisim: Allaha şərik qoşmayan və ağlı ilə Allahı tanımayan; hər hansı bir peyğəmbərin dininə girməyən; öz-özünə bir din və şəriət ihdas etməyən kimsələr. Bunlar, ömürləri boyunca, qəflət içində qalmışlardır.
Fətrət əhlinin bu 2 qismi, əzab edilməyəcək olanlardır.
• Üçüncü qisim: Bir peyğəmbərin dinini dəyişdirərək, Allaha şərik qoşan və öz-özünə bir şəriət icad edib bəzi şeyləri, halal; bəzi şeyləri də, haram qılan kimsələrdir. Cəhənnəmdə əzab ediləcək olanlar, bunlardır. Buxari və Muslimdə rəvayət edilən və fətrət əhlinin bir qisminə əzab ediləcəyinə dəlalət edən hədislər, bu üçüncü qismə həml edilmişdir. (haşiyə)
------------------------
(Haşiyə:
Fətrət:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99tr%C9%99t)
--------------------------
Maliki məzhəbi alimlərindən imam əbu Bəkr b. əl-Arabi'dən, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in atası, cəhənnəmlikdir." deyən adam haqqında soruşulmuş, imam isə, belə cavab vermişdir:
"Bunu deyən şəxs, məlundur! Çünki, uca Allah:
إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا
'Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri, Allah, həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara, alçaldıcı bir əzab hazırlamışdır.' (Əhzab/57) buyurmuşdur. (Suyuti, "əd-Duracu'l-Munifə fi'l-əbəi'ş-şərifə", s. 103)
'Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, atası cəhənnəmlikdir.' sözündən böyük bir əziyyət yoxdur.
Bunun üçündür ki, əbu Nuaym'ın zikr etdiyinə görə, Ömər b. Əbdü'l-Əziz, bir katibinin belə dediyini eşidincə, şiddətlə qəzəblənmiş və vəzifəsinə son vermiş, bir daha o şəxsə heç bir vəzifə verməmişdir.
ibn Abbas (radiyallahu anh),
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ
"Şübhəsiz ki, Rəbbin, sənə nemət bəxş edəcək, sən də, razı qalacaqsan." (Duha/5) ayəti bəhsində, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in rizası cümləsindən biri də, Onun ev xalqından heç kimin, cəhənnəmə girməməsidir." (Qurtubi, "əl-Cami li Əhkami'l-Quran", Duha/5 təfsiri. İmamın bildirdiyinə görə, Süddi də belə demişdir.)
ibn Sa'd'ın təxric etdiyi bir hədisə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Mən, ev xalqımdan heç kimin cəhənnəmə girməməsini Rəbbimdən istədim. Rəbbim də, bu istəyimi verdi." buyurmuşdur.
(ibn Macə, "Sünən tərcümə və şərhi")
--------------------
--------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah)'ın bəyanları:
Müəllif Nursi, "Məktubat" adlı əsərində (28-ci Məktub, 8-ci Məsələ, 5-ci Nüqtə, s. 370-371), belə deyir:
"Beşinci nükte:
Sual ediyorsunuz ki: "Zaman-ı fetrette Resul-i Ekrem aleyhissalâtü vesselâmın ecdadı bir din ile mütedeyyin miydiler?"
Elcevap: Hazret-i İbrahim aleyhisselâmın, bilâhare gaflet ve mânevî zulümat perdeleri altında kalan ve hususî bazı insanlarda cereyan eden bakiye-i dini ile mütedeyyin olduğuna rivâyat vardır. Elbette Hazret-i İbrahim aleyhisselâmdan gelen ve Resul-i Ekrem aleyhissalâtü vesselâmı netice veren bir silsile-i nuraniyeyi teşkil eden efrad, elbette din-i hak nurundan lâkayt kalmamışlar ve zulümat-ı küfre mağlûp olmamışlar.
Fakat zaman-ı fetrette,
وَمَا كُنَّا مُعَذِّبِينَ حَتّٰى نَبْعَثَ رَسُولاً
sırrıyla, ehl-i fetret, ehl-i necattırlar. Bil'ittifak, teferruattaki hatîatlarından muahazeleri yoktur. İmam-ı Şâfiî ve İmam-ı Eş'arîce, küfre de girse, usul-i imanîde bulunmazsa, yine ehl-i necattır. Çünkü teklif-i İlâhî irsal ile olur ve irsal dahi ıttıla ile teklif takarrur eder.
Madem gaflet ve mürur-u zaman, enbiya-yı sâlifenin dinlerini setretmiş; o ehl-i fetret zamanına hüccet olamaz. İtaat etse sevap görür; etmezse azap görmez. Çünkü mahfî kaldığı için hüccet olamaz."
Yəni:
Beşinci nüqtə (incə mənalı, düşündürücü söz):
Sual verirsiniz ki:
Fətrət zamanında, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əcdadı (babaları), bir din ilə mütədəyyin (dindar, bir din mənsubu) idilərmi?
Cavab:
(Onların), İbrahim (əleyhissəlam)'ın, daha sonralar, qəflət və "mənəvi qaranlıq pərdələri" altında qalan və xüsusi bəzi insanlarda cərəyan edən dinindən qalan şeylər ilə mütədəyyin olduğuna, rəvayət vardır. Əlbəttə, İbrahim (əleyhissəlam)'dan gələn və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i nəticə verən nurani bir silsilə təşkil edən fərdlər, əlbəttə, haqq dinin nurlarından laqeyd qalmamışlar və küfr qaranlıqlarına məğlub olmamışlar. (haşiyə)
-------------------------
(Haşiyə:
ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Adnanın atası Udəd ---> Udəd'in oğlu Adnan ---> (Adnanın oğlu) Məadd ---> Rabia və Mudar ---> (Mudarın oğlu) Qaysu Aylən ---> Təmim ---> Əsəd ---> Dabbə ---> Xuzeymə,
İslam üzərə, İbrahimin milləti (dini) üzərə ölmüşlərdir.
Artıq siz, onları, xeyrdən başqa bir şeylə zikr etməyin (xatırlamayın) və onlardan, ancaq, müsəlmanların zikr edildiyi (xatırlandığı şeylərdən) başqa şeylərlə xatırlamayın." (Bədrəddin əl-Ayni, "Umdətul-Qari şərh-u Sahihi'l-Buxari", 16/68; "Yaradılışın başlanğıcı kitabı"; ibn Hazm, "Cəmhəratu ənsabi'l-Arab", s. 7, 233, 467, 480; Suyuti, "əl-Havi li'l-Fətəva", 2/379)
--------------------------
Lakin, fətrət zamanında,
"Biz rəsul/elçi göndərməmiş, heç kəsə əzab vermirdik." (İsra/15) ayətincə, əhl-i fətrət, nicat əhlidirlər. İttifaqla, təfərrüatdakı xətalarından muaxəzələri yoxdur. İmam Şafi və imam Əşari'yə görə, küfrə də girsə, iman əsaslarında olmasa, yenə əhl-i nicatdır.
Çünki, mükəlləfiyyət, irsal (peyğəmbər göndərmək) ilə olur; və irsal da, peyğəmbər göndərilməsindən xəbərdar olmaqla istiqrar qazanır.
Madam ki, qəflət və zamanın keçməsi, keçmiş peyğəmbərlərin dinlərini örtmüş; o fətrət əhli zamanına, hüccət ola bilməz. İtaət etsə, savab görər; etməzsə, əzab görməz. Çünki, məxfi qaldığı üçün, hüccət ola bilməz.
--------------------------
--------------------------
Yenə müəllifimiz Ustad Said Nursi, eyni adlı əsərinin 7-ci Nüqtə'sində ("Məktubat", 28-ci Məktub, 8-ci Məsələ, s. 371-372), belə deyir:
Yedinci Nükte:
Diyorsunuz ki: "Resul-i Ekrem aleyhissalâtü vesselâmın peder ve valideleri ve ceddi Abdülmuttalib'in imanları hakkında akvâ ve esahh olan haber hangisidir?"
Elcevap: Yeni Said on senedir yanında başka kitapları bulundurmuyor, "Bana Kur'ân yeter" diyor. Böyle teferruat mesâilinde, bütün kütüb-ü ehâdisi tetkik edip en akvâsını yazmaya vaktim müsaade etmiyor. Yalnız bu kadar derim ki:
Resul-i Ekrem aleyhissalâtü vesselâmın peder ve valideleri ehl-i necattır ve ehl-i Cennettir ve ehl-i imandır. Cenâb-ı Hak, Habib-i Ekreminin mübarek kalbini ve o kalbin taşıdığı ferzendâne şefkatini elbette rencide etmez.
Eğer denilse: "Madem öyledir; neden onlar Resul-i Ekrem aleyhissalâtü vesselâma imana muvaffak olamadılar? Neden bi'setine yetişemediler?"
Elcevap: Cenâb-ı Hak, Habib-i Ekreminin peder ve validesini, kendi keremiyle, Resul-i Ekrem aleyhissalâtü vesselâmın ferzendâne hissini memnun etmek için, valideynini minnet altında bulundurmuyor.
Valideynlik mertebesinden mânevî evlât mertebesine getirmemek için, hâlis kendi minnet-i rububiyeti altına alıp onları mes'ut etmek ve Habib-i Ekremini de memnun etmekliği rahmeti iktiza etmiş ki, valideynini ve ceddini, ona zâhirî ümmet etmemiş.
Fakat ümmetin meziyetini, faziletini, saadetini onlara ihsan etmiştir.
Evet, âli bir müşirin yüzbaşı rütbesinde olan pederi, huzuruna girmesi, birbirine zıt iki hissin taht-ı tesirinde bulunur. Padişah, o müşir olan yaver-i ekremine merhameten, pederini onun maiyetine vermiyor.
Yəni:
Deyirsiniz ki: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in atası, anası və babası Abdu'l-Muttalib'in imanları haqqında daha qüvvətli və daha doğru olan xəbər, hansıdır?" (Yəni, onlar, cənnətlikdirlərmi, yoxsa cəhənnəmlik?)
Cavab:
Yeni Said, 10 ildir, yanında, başqa kitablar saxlamır; "Mənə, Quran kifayət edir." deyir. Təfərrüata dair belə məsələlərdə, bütün hədis kitablarını tədqiq edib ən qüvvətlisini yazmağa, vaxtım imkan vermir. Yalnız, bu qədərini deyirəm ki:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ata və anası, nicat əhlidirlər və əhl-i cənnət və mömindirlər. Haqq Taala, sevgili Peyğəmbərinin mübarək qəlbini; və o qəlbin daşıdığı övlada yaraşan şəfqətini, əlbəttə incitməz.
Əgər deyilsə ki:
"Madam ki, elədir (yəni, Allah, Öz sevgili peyğəmbərinin qəlbini incitməz); elə isə, niyə onlar, Allah rəsuluna imana müvəffəq ola bilmədilər? Niyə, Onun peyğəmbər olaraq göndərildiyi vaxta çata bilmədilər?"
Cavab: Haqq Taala, sevgili peyğəmbərinin ata-anasını, Öz kərəmilə, peyğəmbərin övlada yaraşan hissini məmnun etmək üçün, valideynlərini, (Peyğəmbərə qarşı) minnət altında saxlamır. (haşiyə)
----------------------
(Haşiyə:
Müəllifin qəsdi, budur:
Bilindiyi kimi, hər bir övlad, valideyninə şəfqət etmək istəyər. Allah, peyğəmbərin bu hissini tətmin etmək üçün, valideynlərini minnət altında saxlamamışdır. Yəni, peyğəmbərə itaət, ata-anası daxil, hər kəsə fərzdir. Ata-anası həyatda olsaydı, onlar, özlərində, Peyğəmbərə itaət etmək kimi bir borcluluq hiss edəcəklərdi.
---------------------
(Ata-anasını), valideynlik mərtəbəsindən, mənəvi övlad mərtəbəsinə gətirməmək üçün; Allahın,
-onları, xalis Öz minnəti altına alıb, onları məsud etmək; və sevgili peyğəmbərini də məmnun etməyi-
rəhməti gərəkdirmişdir ki, ata-anası və babasını, Ona, zahiri bir ümmət etməmişdir. (haşiyə)
------------------------
(Haşiyə:
Müəllifin qəsdi, budur:
Peyğəmbərin ata-anası yaşasa idi, onlar, Peyğəmbərin, mənəvi cəhətdən övladları mərtəbəsinə düşəcəkdilər. Bilindiyi kimi, Peyğəmbər, ümmətinin mənəvi atasıdır. Bu, hədislə sabitdir. Bu halda (yəni, Peyğəmbər, onların mənəvi atası olsa), valideyn-övlad münasibəti və hisslərilə; peyğəmbər- və ümməti arasındakı hissi münasibət, bir-birinə zidd düşəcəkdi. Çünki atası və anasının, O, peyğəmbər olduğu üçün, Peyğəmbərimizə hörmət etmələri lazım gələcəkdi. Lakin bildiyimiz kimi, valideynlər nəzərində, övlad nə qədər uca olsa da, həmişə uşaqdır...
Bundan dolayı, həm onlar necə davranacaqları xüsusunda çətinlik yaşayacaqdı; həm də Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir çətinlik yaşaya biləcək və onların bu halına kədərlənəcəkdi. Allahın rəhməti də, onları, əvvəlcədən aldı və belə hallarla qarşılaşmağa gərək də qalmadı.
-----------------------
Lakin Allah, ümmətin məziyyətini, fəzilətini, səadətini, Peyğəmbərin ata-anasına ehsan etmişdir. (haşiyə)
------------------------
(Haşiyə:
Bilindiyi kimi, peyğəmbərlərin göndərilişindən məqsəd, insanların mənəvi tərbiyəsidir. Məhz bu tərbiyə nəticəsində, insanlar, üstün məziyyət, fəzilət və səadətə qovuşmaqdadırlar.
Müəllifin qəsdi budur:
Peyğəmbərin ata-anası, Onun peyğəmbərlik dövrünə çata bilməsələr də, Allah, onlara üstün məziyyətlər, fəzilət və səadət vermişdi. (Bir çox hədislərdə, Peyğəmbərin ata-anasının fəzilətləri yer almaqdadır. )
Dolayısı ilə, bir peyğəmbər tərbiyəsindən güdülən məqsədlər, peyğəmbərsiz də hasil oldu.)
---------------------------
Bəli, ali bir marşal'ın, 100 başı rütbəsində olan atasının, onun hüzuruna girməsi; bir-birinə zidd 2 hissin təsiri altında olması deməkdir. Padşah, o marşal olan kərəm sahibi yavərinə mərhəmət edərək, atasını, onun bərabərliyinə vermir. (haşiyə)
---------------------------
(Haşiyə:
Təmsilin həqiqəti:
~ Padşah: Allah subhənəhu və taala'dır;
~ Kərəm sahibi yavər: Peyğəmbər'dir;
~ 100 başı isə: Peyğəmbərin atası'dır.
---------------------------------
--------------------------------
Əlavələr:
Biz, yuxarıda, Peyğəmbərimizin atasının hənif bir müsəlman olduğu haqqında xəbərlərə yer vermişdik. Burda isə, Peyğəmbərimizin babası Abdu'l-Muttalib'in tövhid əhli olduğuna bəzi dəlillər zikr etmək istəyirik. Belə ki:
1. Suyuti, "əl-Havi li'l-Fətəva" adlı əsərində (2/382-383), belə bir rəvayətə yer verməkdədir:
~ Abdu'l-Muttalib deyirdi:
"Vallahi, bu yurdun (yəni, dünyanın) arxasında elə bir yurd vardır ki, yaxşılıq edənə, orda, ehsanının qarşılığı veriləcək; burda pislik edən də, etdiyi pislik səbəbilə, orda əzaba düçar ediləcəkdir."
~ Yenə, Abdu'l-Muttalib, Kəbə'ni yıxmağa gələn əbrəhə ordusu qarşısında dayanarkən, belə deyirdi:
"Şübhəsiz ki, bu beytin, uca bir Rəbbi vardır, ki, O, onu qoruyar."
~ Yenə, Abdu'l-Muttalib, fil ordusunun istilasına qarşı, əbu Qubeys təpəsinə çıxaraq, belə dua etmişdi:
"Ey Allah! Şübhəsiz ki, insan, öz malını qoruyar;
Sən də, evlərini qoru.
Onların xaçları və gücləri, heç bir gün,
Sənin gücünə qalib gələ bilməsin.
Xaça ibadət edənlərə və onun adamlarına qarşı bu gün Sən,
Öz (beytinin) xalqına kömək et."
(ibn Hişam, "əs-Sirətu'n-Nəbəviyyə", 1/51; Şehristani, "əl-Miləl və'n-Nihəl", 2/237; Suyuti, "əl-Havi li'l-Fətəva", 2/383)
2. Peyğəmbərimiz, kafir olan atalar özünü nisbət etməyi və onlarla qürurlanmağı, qadağan etmişdir!
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Hər kim, özlərilə izzət və şərəf əldə etməyi qəsd edərək, kafir olan 9 atasına qədər intisab edərsə (yəni, iftixarla soyunu sayarkən özünü onlara nisbət edərsə), o şəxs, cəhənnəmdə, onların onuncusudur." (Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 17212; əbu Yə'lə, "əl-Müsnəd", hədis no: 1439; Taberani, "əl-Mu'cəmu'l-Əvsat", 1/141)
Yenə, Ondan belə rəvayət edilir:
"Cahiliyyədə ölmüş olan atalarınızla iftixar etməyin! Nəfsim əlində olan Allaha and olsun ki, nəcis böcəyinin burun deşiklərilə yuvarladığı şey belə, sizin cahiliyyə dövründə (şirk içində ölmüş) atalarınızdan daha xeyirlidir." (Əhməd b. Hənbəl, "əl-Müsnəd", hədis no: 2739; ibn Hibban, "Səhih", hədis no: 5775)
Əgər Peyğəmbərimizin babası Abdu'l-Muttalib tövhid əhli olmasaydı, Peyğəmbərimiz, onunla iftixar etməzdi!
Huneyn günü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilir:
"Mən, nəbiyəm, yalan yoxdur. Mən, Abdu'l-Muttalib oğluyam." (Buxari, hədis no: 4315, 4316)
(Haşiyə:
Biz, yuxarıda, Peyğəmbərimizin atasının hənif bir müsəlman olduğu haqqında xəbərlərə yer vermişdik. Burda isə, Peyğəmbərimizin babası Abdu'l-Muttalib'in tövhid əhli olduğuna bəzi dəlillər zikr etmək istəyirik. Belə ki:
1. Suyuti, "əl-Havi li'l-Fətəva" adlı əsərində (2/372-383), belə bir rəvayətə yer verməkdədir:
~ Abdu'l-Muttalib deyirdi:
"Vallahi, bu yurdun (yəni, dünyanın) arxasında elə bir yurd vardır ki, yaxşılıq edənə, orda, ehsanının qarşılığı veriləcək; burda pislik edən də, etdiyi pislik səbəbilə, orda əzaba düçar ediləcəkdir."
~ Yenə, Abdu'l-Muttalib, Kəbə'ni yıxmağa gələn əbrəhə ordusu qarşısında dayanarkən, belə deyirdi:
"Şübhəsiz ki, bu beytin, uca bir Rəbbi vardır, ki, O, onu qoruyar."
~ Yenə, Abdu'l-Muttalib, fil ordusunun istilasına qarşı, əbu Qubeys təpəsinə çıxaraq, belə dua etmişdi:
"Ey Allah! Şübhəsiz ki, insan, öz malını qoruyar;
Sən də, evlərini qoru.
Onların xaçları və gücləri, heç bir gün,
Sənin gücünə qalib gələ bilməsin.
Xaça ibadət edənlərə və onun adamlarına qarşı bu gün Sən,
Öz (beytinin) xalqına kömək et."
(ibn Hişam, "əs-Sirətu'n-Nəbəviyyə", 1/51; Şehristani, "əl-Miləl və'n-Nihəl", 2/237; Suyuti, "əl-Havi li'l-Fətəva", 2/383)
2. Peyğəmbərimiz, kafir olan atalar özünü nisbət etməyi və onlarla qürurlanmağı, qadağan etmişdir!
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Hər kim, özlərilə izzət və şərəf əldə etməyi qəsd edərək, kafir olan 9 atasına qədər intisab edərsə (yəni, iftixarla soyunu sayarkən özünü onlara nisbət edərsə), o şəxs, cəhənnəmdə, onların onuncusudur." (Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 17212; əbu Yə'lə, "əl-Müsnəd", hədis no: 1439; Taberani, "əl-Mu'cəmu'l-Əvsat", 1/141)
Yenə, Ondan belə rəvayət edilir:
"Cahiliyyədə ölmüş olan atalarınızla iftixar etməyin! Nəfsim əlində olan Allaha and olsun ki, nəcis böcəyinin burun deşiklərilə yuvarladığı şey belə, sizin cahiliyyə dövründə (şirk içində ölmüş) atalarınızdan daha xeyirlidir." (Əhməd b. Hənbəl, "əl-Müsnəd", hədis no: 2739; ibn Hibban, "Səhih", hədis no: 5775)
Əgər Peyğəmbərimizin babası Abdu'l-Muttalib tövhid əhli olmasaydı, Peyğəmbərimiz, onunla iftixar etməzdi!
Huneyn günü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilir:
"Mən, nəbiyəm, yalan yoxdur. Mən, Abdu'l-Muttalib oğluyam." (Buxari, hədis no: 4315, 4316)
-----------------------------
Əlavələr:
Peyğəmbərin ata-anasının nicat (qurtuluş) əhli olduqlarına dair kitab yazmış müəlliflər və əsərləri:
1. Cəlaləddin Suyuti:
İmam, bu mövzuda, 6 əsər qələmə almışdır:
a. "Məsəliku'l-Hunəfa fi Valideyi'l-Mustafa"
b. "ət-Tə'zimu və'l-minnə fi ənnə Əbəveyi'n-Nəbiyyi fi'l-cənnə". Bu əsərin bir digər adı, "əl-Fəvəidu'l-kəminə fi imani's-Seyyidə Əminə"dir.
c. "əd-Duracu'l-Munifə fi'l-əbəi'ş-şərifə"
Müəllif Suyuti, bu əsərində, mövzu haqqında belə deyir:
"Alimlərin bəyanına görə, fətrət əhlinə əzab olunmayacağına dair gələn ayətlər və bu babda varid olan hədislər, xüsusilə fətrət əhlinin axirətdə imtahana tabe tutulacağını bəyan sədədində zikr edilən 6 hədis, Muslim'in "Səhih"i kimi qaynaqlarda, bu hökmə (yəni, ata-anasının cəzalandırılmayacağına) müxalif olaraq zikr edilən, yəni, onlara əzab ediləcəyini bəyan edən digər bütün hədisləri, nəsx etdi!"
d. "Nəşru'l-alemeyni'l-munifeyn fi ihyai'l-Əbəveyni'ş-şərifeyn"
e. "əs-Sulubu'l-cəliyyə fi əbəi'l-aliyyə" (Uca atalar[ın qurtuluşunu dəlillərilə isbat etmə] haqqında [izlənəcək] yollar"
f. "əl-Maqamatu's-sundusiyyə fi'n-nisbəti'l-Mustafaviyyə"
------------------------
2. Şəmsuddin ibnu'l-Mualla əl-Həskəfi: "Risalətun həsənə fi İsləmi Əbəvey Rasulilləh sallallahu aleyhi və səlləm"
-------------------------
3. Şeyxu'l-İslam ibn Kamal Paşa: "Risalə fi haqq-i Əbəveyi'n-Nəbiyy sallallahu aleyhi və səlləm"
---------------------------
4. Zəbidi:
İmam, bu mövzuda, 3 əsər qələmə almışdır:
a. "əl-İntisar li Valideyi'n-Nəbiyyi'l-Muxtar"
b. "Hadiqatu's-Səfa fi Valideyyi'l-Mustafa sallallahu aleyhi və səlləm"
c. "əl-İqdu'l-munazzam fi Ummuhəti'n-Nəbiyyi'l-mukərrəm sallallahu aleyhi və səlləmə və şərrafə və məccədə və azzam"
------------------------------
5. "İrşadu's-Sari li şərhi'l-Sahihi'l-Buxari" müəllifi Qastallani, "əl-Məvəhibu'l-Ləduniyyə" adlı əsərində, yenə bu mövzuda ayrıca bir başlıq açmış və Peyğəmbərimizin anasının, doğum öncəsi və sonrası gördüyü, eşitdiyi bir sıra fövqə'l-adi hadisələr zikr etməkdədir.
