Peyğəmbərin belə qibtə etdiyi kimsələr
Əbu Umamə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Mənim etiqadıma görə, halına insanların ən çox qibtə etməkləri uyğun olan kimsə, bu (sifətləri daşıyan) kimsədir:
• (Yükü və) halı, xəfif;
• Namazdan pay sahibi;
• İnsanlar içində gizli qalan (yəni tanınmayan); və
• (Cəmiyyətdə) özünə dəyər verilməyib iltifat edilməyən mömindir.
Onun ruzisi kifayət qədər olub buna səbr etdi. Ölümü də tez oldu. Miras olaraq geriyə buraxdığı mal az, (arxasında) ağlayan qadınları da az idi."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Cəmiyyət tərəfindən) heç qiymət verilməyən, iltifat edilməyən (mömin)'lər babı", hədis no: 4117)
Not: "Zəvaid'də belə deyilmişdir:
"Ravi Əyyub b. Süleyman'ın zəifliyi səbəbilə, bunun sənədi zəifdir. Əbu Hatəm, onun məchul olduğunu söyləmiş, Zəhəbi də "Tabaqat"da və başqa kitablarında, bu xüsusda əbu Hatəm'i dəstəkləmişdir.
Ravi Sadaqa b. Abdullah'ın zəifliyi xüsusunda da ittifaq vardır."
Zəvaid'in sözü burda bitdi.
Əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi) isə, belə deyir:
"Əbu Umamə (radiyallahu anh)'ın bu hədisini, Tirmizi, həsən saydığı başqa bir sənədlə və daha uzun bir mətn halında rəvayət etmişdir."
--------------------
İzahı:
Əbu'l-Həsən əs-Sindi'nin bildirdiyi kimi, Tirmizi, bu hədisi, Zühd kitabında "əl-Kifaf və's-Sabru aleyh" babında rəvayət etmişdir.
Tuhfətu'l-Əhvəzi müəllifi Mübarəkpuri'nin bəyanına görə, bu hədisi, Əhməd də rəvayət etmişdir.
----------------
Bu hədisdə, halına qibtə ediləcək möminin sifətləri sıralanmışdır. Bu sifətləri ələ alıb açıqlayaq:
1. Halının xəfif olmasıdır. Hədisdə keçən "haz": "hal" deyə açıqlanmışdır.
Tuhfə müəllifi:
"Halın xəfif olmasından məqsəd, malı və baxmaqla mükəlləf olduğu ailə fərdlərinin azlığı dolayısı ilə, çiynindəki mənəvi yükü xəfif olandır."
İmam Tibi də:
"Yəni baxmaqla mükəlləf olduğu yaxınları və çox məşğuliyyəti olmayan deməkdir." demişdir.
-----------------
2. Namazdan pay sahibi olmaq. Bu sifət də, fərqli şəkillərdə açıqlanmışdır. Sindi belə deyir:
"Yəni huşu və qəlb rahatlığı ilə namaz qılmaq və ya bol-bol namaz qılmaqla bundan payını alar.
Bir qövlə görə, qəsd edilən məna budur:
Yəni namaza durmaqla dünya sıxıntılarından qurtulub Allah yalvarmaq surətilə qəlb rahatına qovuşar."
Tuhfətu'l-Əhvəzi müəllifi də belə izah gətirir:
"Yəni Allahın hüzuruna çıxmaqla mənəvi zövq, ləzzət və rahatlıq tapar. Çünki şüurlu mömin, namaza durduğu zaman, bütünü ilə Allaha yönələr, dünyanın bütün məşğuliyyətlərindən tamamilə sıyrılar. Müraqabə, dua və müşahidə dəryasına dalar. Necə ki, bir hədisdə varid olduğuna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
'Ey Bilal! Bizi namaz (a çağırmaq) ilə rahata qovuşdur."
------------------
3. İnsanlar içində gizli qalmaqdır. Yəni, şöhrət və ad-san sahibi olmamaq, insanlar tərəfindən tanınmamaqdır.
------------------
4. Cəmiyyətin özünə qiymət verməməsi, iltifat etməməsidir. Yəni, o kimsə dünyanı və dünya əhlini tamamilə tərk etdiyi, inzivaya çəkildiyi, tamamilə Allaha qulluq etməyə yönəldiyi üçün, heç kimsə onunla maraqlanmaz, cəmiyyətdə ona yer verilməz.
------------------
5. Ruzisinin yetəcək qədər olmasıdır. Yəni, nə ehtiyacından az, nə də artıqdır.
------------------
6. Ruzisinə qənaət etmək, səbr etmək və çoxalmasını istəməməkdir.
Səbrlə bağlı cümlənin yalnız ruzi xüsusuna təhsis edilməyib (xas qılınmayıb) yuxarıda keçən bütün sifətlərlə bağlı olaraq açıqlanması da mümkündür. Yəni, sayılan bütün hallara səbr edər, halından da şikayətçi olmaz.
-------------------
7. Ölümünün tez olmasıdır. Bu da fərqli şəkillərdə açıqlanmışdır. İmam Sindi belə deyir:
"Yəni xalq arasında tanınmayan, məşhur olmayan bir kimsə olması səbəbilə, xəstəliyi uzun müddət davam etsə belə, kimsə fərqinə varmaz və bir da görülər ki, bu adam vəfat etmişdir."
Tuhfətu'l-Əhvəzi müəllifi Mübarəkpuri isə, fərqli izah verir:
"Yəni, dünya ilə münasibətinin azlığı və axirətə şövqünün ağır basması səbəbilə, ruhunu tez təslim edər. Məqsəd bu ola bilər:
Bu möminin dünyada ikən yükü və məsrəfi az olduğu kimi, ölümündə də yükü və məsrəfi az olar."
--------------------
8. Miras olaraq geriyə buraxdığı malının azlığıdır.
--------------------
9. Öldüyündə onun üçün ağlayan qadınların azlığıdır.
- İçki içənlərin namazı qəbuldurmu?
- Zilhiccə
- Zilhiccə orucu haqqında məlumat verərsinizmi?
- Bəraət gecəsi haqqında hədislər-2
- Zühd nədir? Zahid kimdir?
- Peyeğəmbərin şəfaəti kimlərə məxsusdur?
- Qiyamət günü insanların Allaha ərz olunması haqqında məlumat verərsinizmi?
- Dünya atəşi ilə cəhənnəm atəşinin müqayisəsi.
- Köhnə paltarlar geyinmək imandandırmı?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?