Peyğəmbərin qəbrini ziyarət etmək olarmı?

 

“Abdullah b. Ömər (ra), səfərə çıxmağı murat etdiyi zaman və ya səfərdən döndüyü vaxt, Peyğəmbər ﷺ ’in qəbrinə gələr, ona salat oxuyar, dua edər və sonra ayrılardı.”

Sələfdən İmam Muhamməd - rahiməhullah - deyir ki:

“Mədinə’yə varıldığında, Peyğəmbər ﷺ ’in qəbrinə gəlib İbn Ömər kimi etmək gərəkdir.” (Şeybani, Muvatta, 630 (No. 947))

Hədisi şərh edən əllamə İmam Ləknəvi ( rahiməhullah ) belə deyir:

“Peyğəmbər ﷺ ’in qəbrini ziyarət etmək, Allah’a yaxınlaşdıran şeylərin ən böyüklərindən və məşru qılınan ibadətlərin ən üstünlərindəndir. Peyğəmbər ﷺ ’in qəbrini ziyarət etmənin məşru olması haqqında kim mübahisə edirsə, o kimsə azmış və azdırmış olar.

Malikilərdən bəzisi, Peyğəmbər ﷺ ’in qəbrini ziyarət etmənin sünnət olduğunu söyləmişlərdir. Bəzisi vacib, bəzisi vacibə yaxın olduğunu söyləmişlərdir…Peyğəmbər ﷺ ’in qəbrini ziyarət etmənin ən yüksək müstəhablardan olduğu söylənmişdir.”

(Ləknəvi, ət-Ta’liku’l-müməccəd, 3/481-482.)

İmam Məvsili - rahiməhullah - :

“Peyğəmbər ’in qəbrini ziyarət etmək, məndub və müstəhəblərin ən fəzilətlilərindədir, hətta vacibləri dərəcəsinə yaxındır.” (Məvsılî, əl-İxtiyar, 1/535-536)

“Peyğəmbər’in qəbrini ziyarət, məndub olan əməllərin ən əfdalıdır.” (Fətava-i Hindiyyə, 2/242; Təhanəvi, İ’lâü’s-sünən, 8/281.)

Read 7 times
In order to make a comment, please login or register