Peyğəmbərin utancaqlığı

Əbu Said əl-Xudri (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hidrində (evin bir küncündə bakirə qız üçün ayrılan örtülü bir yerdə) duran bakirə bir qızdan daha çox utancaq idi və bir şeydən xoşuna gəlmədiyi zaman, narazılığı üzündə görülərdi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Həya (utanma)" babı, hədis no: 4180

----------------------

İzahı:

Bu hədisi Buxari, Muslim və Əhməd də rəvayət etmişlərdir. 

Azra: Bakirə qız deməkdir.

Hidr: Evin bir küncündə bakirə qız üçün ayrılan örtülü yerə deyilir. Bakirə bir qız, tənha bir yerdə yalnız ikən, daha çox utancaq olur.

Əl-Alqami deyir ki:

"Bakirə qız, öz küncündə yalnız ikən yanına bir kişi girdiyi zaman çox utanar. Yanına bir kişi girmədiyi zaman, utancaqlığı çox da görülməz. Bu etibarla, zahir olan odur ki, kişinin onun yanına girdiyi an qəsd edilmişdir."

Hədisdə Allah rəsulunun üstün utancaqlığının, yuxarıda halı bildirilən bakirə qızın utancaqlığından daha çox olduğu bildirildikdən sonra, Onun bir şeydən xoşu gəlmədiyi zaman, utancaqlığından dolayı narazılığının mübarək üzündə görüldüyü bildirilməktədir.

Yəni O, bir şey xoşuna gəlmədiyi zaman, razı qalmadığını dilə gətirməz, bu mövzuda bir şey söyləməz, buna səbəb olan şəxsin üzünə vurmazdı. Lakin bu hal, mübarək çöhrəsinin dəyişməsindən anlaşılardı.

Bunu da söyləmək lazımdır ki:

Allah rəsulu, Özünə xoş olmayan bir hal qarşısında susması və narazılığını dilə gətirməməsi, şər'i məsələlər xaricindəki hallar aiddir.

Şəri bir məsələ, bəhs mövzusu olduğu zaman, mövzu haqqında gərəkli olan şey nə olardısa, onu deyərdi. Həya hissinin güclülüyü, gərəkli söhbətini qətiliklə kölgələməzdi. Misal üçün:

Zina etdiyini etiraf edən Maiz isimli şəxsə:

"Bəs yaxşı, sən qadınla cinsi münasibətdə oldun mu?" 

diyə açıq bir ifadə ilə sual ünvanlamış və kinayə yolu ilə, üstü qapalı sözlərlə sorğu-sual etməmişdi.

Bu hadisə ilə bağlı hədisi, Buxari və Tirmizi rəvayət edirlər.

Read 4 times
In order to make a comment, please login or register