Peyğəmbərin zahidliyi haqqında məlumat verərsinizmi?

4108- Bəni Fihr'in qardaşı əl-Müstəvrid (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə buyurarkən eşitdim:

"Axirət (nemətləri) qarşısında dünya (nemətləri)'nin misalı (və dəyəri), birinizin barmağını dənizə batırması kimidir. Artıq barmağın (o sudan) nə ilə qayıtdığına bir baxsın."

---------------

4109- Abdullah (b. Məs'ud)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm), bir həsir üzərində yatdı və o həsirdən dolayı, dərisində bir iz meydana gəldi. (Bunun üzərinə) Mən:

'Atam-anam sənə fəda olsun, ey Allahın rəsulu! Kaş ki, həsir üstünə səni qoruyan bir şey sərməyə bizə icazə versəydin.'

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

'Mən, dünya nemətləri ilə bərabər deyiləm. Mənim dünya ilə bərabərliyim, ancaq bir ağacın altında bir az kölgələnib (yəni dincəlib), sonra gedən və tərk edən (yolçu) biri (nin ağacla bərabərliyi) kimidir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünya (rahatı və nemətlərinin qiyməti)'nin misalı babı"

-----------------

İzahı:

4108 no-lu əl-Müstəvrid (radiyallahu anh) hədisini, Muslim və Tirmizi də rəvayət etmişlərdir. 

Bu hədisdə, dünya həyatı və nemətlərinin axirət həyatı və nemətləri qarşısında dəyərsiz olduğuna işarət edilərək, axirət nemətləri qarşısında dünyanın bütün nemətləri, bir əl barmağını dənizə batırıb çıxarmaq nəticəsində, barmaqla gələcək suya bənzədilmişdir.

Bəli, dənizə batırılıb çıxarılan əl barmağı ilə çıxarılan su miqdarı nə qədər azdırsa, axirət nemətləri və səadəti qarşısında dünya xoşbəxtliyi və nemətləri də, o qədər az və dəyərsizdir.

--------------------

4109 no-lu ibn Məs'ud (radiyallahu anh) hədisini:

• Tirmizi;
• Əhməd; və
• Hakim

də rəvayət etmişlərdir.

Bu hədisdə də, dünya həyatının müvəqqəti olması, sürətlə keçməsi və yolçunun bir ağacın kölgəsi altında bir az kölgələnib oradan ayrılmasına bənzədilmişdir. 

Bu hədis, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sadə həyatını da göstərməktədir.

Read 11 times
In order to make a comment, please login or register