Peyğəmbərlər günahlar işləmişlərdirmi? -2

Görəsən peyğəmbərlərin -Allahın salamı hamısının üzərinə olsun- özləri səbəbilə sorğu-sual ediləcəkləri və məzəmmətə məruz qaldıqları kiçik günahları olmuşmudur, olmamış mıdır?

Bununla bərabər, bütün elm adamları, peyğəmbərlərin böyük günahları işləməkdən, eyni şəkildə, ayıblanmağı və əskikliyi gərəkdirən hər cür alçaldıcı işdən də məsum olduqlarını ittifaqla qəbul etmişlərdir.

• Qadı Əbu Bəkr əl-Baqillani'yə görə, bu, icma ilə belədir.

• Ustad Əbu İshaq əl-İsferayini'yə görə isə, bunun belə olması, möcüzə dəlilinin bir gərəyidir.

• Malik, Əbu Hənifə və Şafi məzhəbinə mənsub fəqihlərin cumhuru isə, belə deyirlər:

Peyğəmbərlər, bütün böyük günahlardan necə qorunmuş isələr, bütün kiçik günahlardan da eləcə qorunmuşlardır.

Çünki bizlər, fellərində, tətbiqatlarında və yaşayışlarında hər hansı bir qərinəni göz önündə tutmadan, mütləq olaraq onlara tabe olmaqla əmr olunmuşuq.

Onların kiçik günah işləməklərini caiz qəbul etsək, onlara tabe olmaq mümkün olmaz. Çünki onların işlədikləri hər hansı bir felin məqsədi:

• ya Allaha yaxınlaşdırıcıdır və mübahdır;

• yaxud da qadağan və masiyətdir (günah və üsyandır).

Bir insana masiyət (günah, Allaha üsyan) olma ehtimalı olan bir işi yerinə yetirməsini əmr etmək, doğru deyildir.

Xüsusilə də, üsul alimləri arasında, ziddiyət olması halında, tətbiqatı, sözdən daha əhəmiyyətli qəbul edənlərin görüşünə görə, bu, belədir.

Ustad Əbu İshaq əl-İsferayini deyir:

Elm adamları kiçik günahlar xüsusunda, fərqli görüşlərə sahibdirlər. Çoxluğun qəbul etdiyi görüşə görə, peyğəmbərlərin kiçik günah işləməkləri, caiz deyildir.

Bəziləri də caiz qəbul etmişlərdir. Ancaq bu məsələdə (peyğəmbərlər kiçik günah işləyərlər görüşünə) isnad təşkil edəcək əsli bir dəlil yoxdur.

Birinci görüşü qəbul edən sonrakı alimlərdən bəziləri belə deyirlər:

Söylənməsi gərəkli olan budur:

Şanı uca olan Allah, onların bir qisminin bəzi günahlar işlədiklərini xəbər vermiş, bu günahları özlərinə nisbət etmiş, bundan dolayı da onları məzəmmət etmişdir.

Yenə Onlar, Özlərinin bu cür xətalar işlədiklərini xəbər vermiş, ancaq onlardan sıyrılmış və tövbə etmişlərdir.

Bütün bu xüsuslar -bir ikisini təvil etmək mümkün olsa belə- bütününü təvil etmək mümkün olmayacaq şəkildə bir çox yerdə varid olmuşdur.

Ancaq bunların hamısı da, peyğəmbərlərin məqamlarını kiçildəcək özəllikdə deyildirlər. Onların işlədikləri bu kiçik xətalar, nadirən baş vermiş və xəta yolu ilə və ya unudaraq olmuşdur.

Ya da belə bir iş tutmalarına götürəcək bir təvil nəticəsində meydana gəlmişdir. Və onların bu xətaları, başqalarınkına nisbətlə həsənatdır (yaxşı, gözəl əməldir).

Onların mövqelərinə, qiymət və qədirlərinin yüksəkliyinə nisbətlə isə, onlar haqqında bir günahdır. Çünki seyisin (yəni at və ya digər minik heyvanlarının baxımı ilə məsul kimsələrin) mükafat ala biləcəyi bir işi görməkdən dolayı, vəzir məsul tutulub cəzalandırıla bilər.

Bu cəhətdən, peyğəmbərlər, əminlik, təhlükəsizlik içində olmaqlarını bildiklərinə baxmayaraq, qiyamət günündə bunlardan dolayı sorğu-suala çəkiləcəklərindən çəkinmişlərdir.

Əbu İshaq daha sonra belə deyir:

"Doğrusu da, budur."

Məşhur sufi şeyxlərindən Cüneyd əl-Bağdadi'nin bu sözləri gözəldir:

"Yaxşılar üçün həsənat olan şeylər, muqarrəblər (Allaha çox yaxın kimsələr) üçün səyyiat (günah) ola bilər."

Bu cəhətdən, nasslar, peyğəmbərlərin (Allahın salamı olsun onlara) bəzi günahlar işlədiklərinə dəlil təşkil etsələr belə, bu, onların məqam və mövqelərini sarsmaz, rütbələrini düşürməz.

Əksinə uca Allah, onların bu hallarını ortadan qaldırmış, (Onları digərlərindən) seçmiş, hidayət etmiş, tərifləmiş, təmizləmiş, üstün tutmuşdur. Allahın salat və salamı onların üzərlərinə olsun.

(İmam Qurtubi, "əl-Cami li ahkami'l-Quran" təfsiri, Bəqərə/35, 12-ci başlıq)

Read 7 times
In order to make a comment, please login or register