Planetlərin sayındakı Quran möcüzəsi

 

Kopernik'dən (1473-1543) əvvəlki dövrlərdə, geosantrik adı verilən dünya mərkəzli kainat görüşü mənimsənmiş və bu görüş, Avropa aləmindən mühakimə edilməyəcək qədər qəbul görmüşdür. Bu görüşə görə, kainatın tam ortasında dünya var, günəş və planetlər onun ətrafında dönərkən, bunları da ən xaricdən bir ulduz zərfi çevrələyir. Kopernik'in heliosantrik (günəş mərkəzli) kainat görüşü isə, günəş sisteminin mərkəzində, dünya yerinə günəşi yerləşdirdi. Bu gün, fənni çalışmalar işığında, bu nəzəriyyənin doğruluğu, qəti olaraq isbatlanmışdır. Məsələn, günəş və ay tutulması hadisəsi, bu görüş yönündə aparılan hesablarla çox əvvəldən təsbit edilə bilməkdədir.

Ancaq günəş sistemini meydana gətirən planetlərin sayı, yeni kəşflərlə mütəmadi olaraq dəyişməkdədir. Daha əvvəl 7 planetdən bəhs edilirdi. Sonra 8, 9, 10, bu gün isə, 11 planetdən bəhs edilməkdədir. Halbuki Ustad Bədiü'z-zaman Said Nursi, təxminən 50-60 il əvvəldən, 12 planetin mövcud olduğunu bildirmiş və o dövrlərdə fənnin xəyal belə edə bilmədiyi yerə, Quranın feyzi (bərəkəti) ilə isbat barmağını basmaqla, İslamın iləri görüşlülüyün ortaya qoymuşdur. O:

"Günəş də özü üçün təyin edilən yerdə axıb gedir." (Yasin/38) ayətini təfsir edərkən, belə deyir:

"Şu kâinatın lâmbası olan güneş, Kâinat Sâniinin [sənətkar olan Allahın] vücuduna ve vahdâniyetine [birliyinə] güneş gibi parlak ve nuranî bir penceredir.

Evet, manzume-i şemsiye [günəş sistemi] denilen, küremizle beraber on iki seyyare [planet]:

~ cirmleri [cisimləri] küçüklük—büyüklük itibarıyla pek çok muhtelif; ve

~ mevkileri uzaklık—yakınlık noktasında pek çok mütefavit [fərqli]; ve

~ sür'at-i hareketleri [hərəkət sürətləri] çok mütenevvi [fərqli]

olduğu halde, kemâl-i intizam [mükəmməl intizam] ve hikmetle ve kemâl-i mizanla [mükəmməl mizan, ölçü ilə] ve bir saniye kadar şaşırmayarak hareketleri ve deveranları [dönmələri] ve güneş ile, cazibe kanunu tabir edilen bir kanun-u İlâhî [Allahın qanunu] ile bağlanmaları, yani onlar imamlarına iktidâları [tabe olmaları], büyük bir mikyasta bir azamet-i kudret-i İlâhiyeyi [Allahın qüdrətinin əzəmətini] ve vahdâniyet-i Rabbâniyeyi [Rəbb olan Allahın birliyini] gösterir." (Sözlər, 33-cü Söz, 21-ci Pəncərə, s. 652)

Yusuf surəsində də, 12 ulduzun varlığına işarət edən dəlillər mövcuddur. "Bir zaman Yusuf atasına dedi: 'Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm." (Yusuf/4) ayətindən, bunu başa düşmək mümkündür. Ayətdə, günəş və ayın 11 ulduzun (planetin) xaricində zikr edilməsi və "dünya" yerinə, dünyanın peyki olan aya yer verilməsi, mənalıdır. Bu gün, günəşin, planet tərifi xaricində tutulduğu göz önünə alındığında, adı keçən ayətin göstərdiyi fikir çərçivəsində, Ustad Nursi'nin ortaya qoyduğu "12 planet" görüşünün, həm Qurani, həm də elmi olduğu düşünülə bilər.

Diqqətə layiq bir neçə məsələ

a. Hikmətli Quran, günəş sisteminin təsvirini, insanlığın mənəvi cəbhəsinin gözəlliyi yanında fiziki quruluşu etibarı ilə də bir günəş olduğu qəbul edilən Yusuf (əleyhissəlam)'ın həyatından bəhs edən Yusuf surəsində etmişdir.

b. Dünya ilə bərabər günəşin ətrafında dolaşan 12 planetdən bəhs edən Yusuf surəsi, sıra etibarı ilə 12-ci sıradadır.

c. Günəş sistemində 12 planet olduğu cəhətindən yola çıxaraq, günəşin özü də 13-cü sıradadır. Digər bir ifadə ilə, günəş sisteminin 2 əsas ünsürü vardır:

~ Birincisi: Camaat olan 12 planet;

~ İkincisi isə: İmam olan və 13-cü sırada yer alan günəşin özü. (Haşiyə)

-------------------------------------

(Haşiyə:

1. Günəş sisteminə diqqət çəkən surənin adı olan "Yusuf" kəliməsinin əbcəd (rəqəmsal) dəyəri: 156'dır. Yəni, 12×13. Vurulanlardan biri 12; digəri isə, 13'dür.

2. Sanki sistemdəki sırası olan 13 rəqəmi nəzərə alınaraq, "Şəms" surəsi, Quranda 91-ci sıraya yerləşdirilmişdir. 91, 13×7'dir. Yəni, günəşin sistemdəki sırası olan 13 rəqəmini, işığının rənglərinin sayı olan 7'yə vurduğumuzda, 91 edir ki, bu da, Şəms surəsinin sıra nömrəsidir.

3. 13 rəqəmi ilə münasibəti olan Şəms surəsinin nüzul sırası, 26'dır. Yəni, 2×13.

4. Şəms surəsində istifadə edilən heca hərflərinin sayı da, 26'dır.

5. Günəşdə, 2 cür hərəkət vardır. Bu hərəkətlərdən biri, günəşin öz orbiti ətrafındakı hərəkətidir, ki, bu da 26 günlük bir müddətdir. (Mustafa əl-Məraği, "Təfsiru'l-Məraği", cüz 28/11)

Read 14 times
In order to make a comment, please login or register