Qəbr əzabı

Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(Mömin) ölü, qəbrə girdiyi vaxt, günəş, batmaq üzərə olduğu halda (ona) təmsil edilər (yəni sanki axşam namazı vaxtı gəlmiş kimi bir görüntü ona göstərilər). (Bunun üzərinə) ölü oturub əllərini gözlərinə sürtər və:

'Məni buraxın namaz qılım.' deyər."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Məzar və cəsədin çürüməsi haqqında gələn hədislər babı", hədis no: 4272)

--------------------------

İzahı:

Bu hədis, mömin qulun Allahın lütf və ehsanını qazandığına dəlalət edər. Çünki ölü, qəbrə girdiyi vaxt, axşam namazı vaxtı gəlmiş kimi ona bir görüntü təqdim edilməsi və:

'Məni buraxın namaz qılım.'

sözünü söyləməsi, ilahi məğfirətə qovuşmağın bir canlı nümunəsidir.

Hədisdə bir qeyd olmamaqla bərabər, qənaətimizcə, belə bir görüntü, 5 vaxt namaza düşkün olan möminlərə təqdim ediləcəkdir. Çünki namaza davam etməyən və ya zaman-zaman ona lazımi əhəmiyyəti verməyən bir kimsə, belə bir görüntünü həyatında dəfələrcə real olaraq müşahidə etdiyi halda, axşam namazına qalxmamışdır. Qul həyatda ikən, namaza əhəmiyyət verməmişdirsə, fərz edək ki, qəbrində belə bir görüntü ilə qarşılaşsa, görəsən:

'Məni buraxın namaz qılım.' deyəcək mi?

Təbii ki, bunu ancaq Allah bilir, ancaq bu, çox da təxmin edilə bilən bir fikir deyil.

---------------------

Əhl-i sünnət'in qəbr əzabı haqqındakı görüşü:

Gərək bu babda rəvayət edilən hədislər və gərəksə də, "Kütübü'l-Sittə"nin qalanlarında rəvayət edilən və qəbir hallarına dair bənzər hədislər, qəbir əzabının haqq olduğuna dəlalət edər. Əhl-i Sünnət məzhəbinə görə, qəbir əzabı haqdır. Ğafir surəsinin 46-cı ayəti:

ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ

"Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!"

və səhabələrdən bir camaat tərəfindən rəvayət edilən səhih hədislər, bunu isbatlayar.

Allah Taala'nın ölünün cəsədindən bir parçaya həyat və hiss verməsi və o parçaya əzab çəkdirməsi, əqlən də mümkündür. Ağılın qəbul etdiyi bu hadisə, Kitab və sünnət ilə sabit olduğu üçün, buna inanmaq və eynilə qəbul etmək lazımdır.

• Xaricilər;

• Mötəzilə məzhəbinə sahib olanların çoxu; və

• Murciə məzhəbi mənsubları,

qəbir əzabına inanmamaqdadır. Təbii ki, bu məzhəblər, Əhl-i Sünnət məzhəbi xaricində qalan batil məzhəblərdir.

Nəvəvi, Muslim'in şərhində, "Kitabu'l-Cənnət" bölməsində rəvayət olunan qəbir əzabı hədislərinin izahını verərkən, icmal olaraq bu məlumatı verir:

"Əhl-i sünnət məzhəbinə görə, cəsəd eynilə və ya bir parçası ilə əzab görür və ruh, əzab görən cəsədə və ya bir parçasına girir.

Əhl-i sünnət məzhəbinə mənsub:

• Muhamməd b. Cərir;

• Abdullah b. Kiram; və

bir qrup, ruhun cəsədə geri dönməsinin şərt olmadığı görüşünü müdafiə etmişlərsə də, dostlarımız, bu görüşün fasid və batil olduğunu söyləmişlərdir. Çünki ağrı və hislər, ancaq canlı bir varlıqda ola bilər. Dostlarımız:

'Cəsədin parçalara dağılması, yırtıcı heyvanlar və ya balıqlar tərəfindən yeyilməsi və ya başqa cür məhv edilməsi, İlahi əzabın gerçəkləşməsinə əngəl deyildir. Çünki Allah Taala, cəsədi qiyamət günü dirildəcəyi və diriltməyə gücü çatdığı kimi, cəsəd, dağılmış, yırtıcı heyvanlar və ya balıqlar tərəfindən yeyilmiş olsa belə, bunun bir parçasına və ya bəzi parçalarına həyat verməyə də gücü çatar. Belə bir şey soruşula bilər:

'Ölü dəfn edildikdən bir müddət sonra, qəbri açılır, cəsəddə bir dəyişiklik görülmür, qəbrə qoyulduğu kimi müşahidə edilir. Bəs yaxşı, ona necə suallar soruşulur, qəbrində necə oturdulur və dəmirdən toxmaqlarla necə döyülür, ki, üzərində heç bir izi görülmür?'

Bu suala belə cavab veririk:

'Ölünün başına gələn fəlakətləri görməməyimiz, normaldır və nümunəsini, yuxu halındakı adamda da görə bilirik. Yanımızda yatan kimsə, yuxusunda bəzi zövqlü şeylər və ya ağrılar görür, hiss edir. Lakin yanında olduğumuz halda, biz, bunun fərqində deyilik. Bununla bərabər, insan oyaq ikən eşitdiyi və ya düşündüyü bir şeydən dolayı, zövq və ya acı hiss edər. Buna rəğmən, yanında oturan bir kimsə fərqində deyildir və ya bir şey görməz. Cəbrail (əleyhissəlam), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə vəhy gətirirdi. Lakin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında oturanlar, Cəbrail (əleyhissəlam)'ı görməzlərdi."

Ölünün oturdulması hadisəsinin, qəbrə basdırılan ölüyə məxsus olması və cəsədi hər hansı bir şəkildə məhv olan ölülərdə, bu hadisənin baş verməməsi möhtəməldir.

Read 24 times
In order to make a comment, please login or register