Qəbr sorğu-sualı necə olacaq? Bu haqda məlumat verərsinizmi?
4268- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ölü məzara qoyular. Saleh (yəni qulluq vəzifəsini görmüş mömin) kimsə, qəbrində qorxusuz oturdular. Sonra ona:
"Sən hansı dində idin?" diyə soruşular. O:
"Mən İslam dinində idim." diyə cavab verər. Sonra ona:
"Bu adam (haqqında etiqad və qənaətin) nədir?" diyə (Allah rəsulu sallallahu aleyhi və səlləm haqqındakı etiqadı və qənaəti) soruşular. O da:
"Muhamməd (sallallahu aleyhi və səlləm), Allahın rəsuludur. O, bizə Allah qatından açıq ayətlər gətirdi. Biz də Onu doğruladıq."
diyə cavab verər. Daha sonra bu (mömin) ölüyə:
"Sən Allahı gördün mü?" diyə soruşular. O da:
"Heç bir kimsə Allahı (dünyada) görməyə layiq deyildir." diyə cavab verər.
Bu sual və cavablardan sonra onun üçün atəş tərəfinə bir pəncərə açılar. Ölü ona baxaraq atəş alovlarının (şiddətli hərarətdən) birbirini parça-parça etdiyini görər.
Sonra ona:
"Allahın səni qoruduğu atəşə bax." deyilər.
Sonra onun üçün cənnət tərəfinə bir pəncərə açılar. O da bu dəfə cənnətin süsünə və nemətlərinə baxar və ona:
"Bu gözəl yer, sənin məqamındır." deyildikdən sonra:
"Sən (dünyada) səmimi iman üzərində idin, bu sağlam iman üzərinə öldün və (qiyamət günü) in şə Allah iman üzərinə diriləcəksən." deyilər.
Pis biri də, dəhşət və qorxu içində məzarında oturdular və özünə:
"Sən hansı dində idin?" diyə soruşular. Özü:
"Bilmirəm." diyə cavab verər. Sonra ona:
"Bu adam (haqqında etiqad və qənaətin) nədir?" diyə (peyğəmbərimiz haqqında) soruşular. O da:
"Xalq (onun haqqında) bir söz (yəni peyğəmbər olduğunu) söyləyirdi. Mən də o sözü dinlədim." deyər.
Bunun üzərinə onun üçün cənnət tərəfinə bir pəncərə açılar. O da cənnətin süsünə və içindəki (nemət)'lərə baxar. Sonra ona:
"Allahın səndən geri çevirdiyi (yəni pisliyindən dolayı sənə nəsib etmədiyi) cənnətə bax." deyilər.
Bu dəfə atəş alovlarının bəzisinin bəzisini qırdığına, parça-parça etdiyinə çalışdığı halda baxar və bunun üzərinə ona:
"Bax bu, sənin yerindir. (İslama inanmaq baxımından) şübhə üzərində (yaşadın) idin, şübhə üzərinə öldün və in şə Allah Taala, (qiyamət günü) şübhə üzərinə dirildilərsən." deyilər.
Not: Heysəmi, "Zəvaid"də sənədinin səhih olduğunu söyləmişdir.
-------------------------
4269- əl-Bəra b. Azib (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu ki:
"Allah, iman edənləri möhkəm sözlə (yəni şəhadət kəliməsi ilə) sabit saxlayar." ayəti, qəbir əzabı (yəni sorğu-sualı) haqqında endi.
Ölüyə (qəbirdə):
"Sənin Rəbbin kimdir?" diyə soruşular. O da:
"Rəbbim, Allahdır və Peyğəmbərim Muhamməddir." diyə cavab verər.
Bax mömin ölünün belə (mətanətlə) cavabı, Allah (Azzə və Cəllə)'nin:
"---يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ---"
"---Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar (qılar).---" (İbrahim/27)
ayəti(nin canlı bir ifadəsi)'dir."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Məzar və cəsədin çürüməsi haqqında gələn hədislər babı"
----------------------
İzahı:
4269 no-lu əl-Bəra b. Azib (radiyallahu anh) hədisi, Kütübü'l-Sittə (Buxari, Muslim, Tirmizi, əbu Davud, ibn Macə, Nəsai)'nin hamısında rəvayət edilmişdir.
Bəzi rəvayətlərdə, qəbirdə ölüdən soruşulan suallar:
"Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?" diyə üçə çıxarılmışdır.
Hədisdə keçən ayətdəki "möhkəm (sabit) söz": Kəlime-i şəhadət və kəlime-i Tövhid olaraq təfsir edilmişdir. Bu hədis də, bu təfsiri təyid edər (dəstəkləyər, qüvvətləndirər).
Allahın möminləri sabit qılması, saxlaması:
• Onlara mətanət və səbat ehsan etməsi, dünyada imanlarından dolayı güzəştə getməmələri surətilə gerçəkləşər.
Yəni möminlər, dünya həyatlarında hücum və təhdidlərə məruz buraxılsalar, hətta oda belə atılsalar, qəlblərində yerləşən iman və dillərindəki tövhid kəliməsindən, Allahın yardım və dəstəyi ilə ayrılmazlar.
• İman edənlərin qəbirdə səbat göstərmələri və Allahın onlara yardım və mətanət ehsan buyurması isə, mələklərin suallarına qarşı veriləcək cavabı təlkin buyurması və onları doğru cavab verməyə müvəffəq qılması surətilə olur.
Cumhur alimlər, ayətdəki axirət kəliməsini: "qəbir" mənasında açıqlamışlardır.
Bu hədis də, zikr edilən kəlimədən "qəbir" mənasının qəsd edildiyinə dəlalət edər. Çünki gərək müəllifimiz ibn Macə'nin və gərəksə Buxari və Muslim'in rəvayətlərində, bu ayətin qəbir əzabı, yəni qəbir sorğu-sualı haqqında endiyi açıqlanmışdır.
İmam Sindi (əl-Hənəfi), hədisdəki "qəbir əzabı" ifadəsini, qəbir sorğu-sualı mənasında açıqlamış və:
"Qəbir sorğu-sualı, bəzən əzaba səbəb olduğu üçün, sorğu-sual kəliməsi yerinə əzab kəliməsi istifadə edilmişdir.
Axirətdəki səbat (mətanət)'dən məqsəd:
Qəbirdə mələklərin sualları qarşısında möminin mətanət və səbat göstərməsidir." demişdir.
əl-Kirmani də belə deyir:
"Bu ayətdə qəbir əzabından söz edilməmişdir. Bu etibarla, qəbirdə qulun başına gələn hallara qəbir əzabı isminin verildiyi qənaətindəyəm.
Qəbirdə mələklərlə qarşılaşmaq, insan oğlu üçün ülfət edilmiş (alışılmış) bir şey olmadığı üçün, qorxu və dəhşətə vəsilə ola bilər. Ayrıca qəbir, zatı etibarı ilə, narahatçılıq meydana gətirən bir mənzildir. Bu kimi izahlar səbəbilə, əzab kəliməsi istifadə edilmiş ola bilər."
Xülasə, bu hədis və hədisdə keçən ayət, möminlər üçün bir müjdədir. Çünki gərək ayət və hədis, Allahın mömin ölüdən qorxunu qaldıracağına, onu veriləcək sağlam cavablara müvəffəq qılacağına dəlalət edər.
- Qəbirdə sorğu sual necə olacaq? Cəsədi, olmayan ölülərin qəbir əzabı necə olacaq?
- Qəbirdə sorğu sual necə olacaq?
- Ölümün öldürülməsi haqqında məlumat verərsinizmi?
- QƏBİR HƏYATI və QƏBİR ZİYARƏTİ
- Ölüm sonrası mömin və kafirlərin aqibətləri necə olacaq?
- Ölüyə Quran oxumaq olarmı?
- Müsəlman olmadan əvvəlki günahlarımızdan dolayı cəzalandırılacayıqmı?
- Müsəlman olmamışdan əvvəlki günahlar üçün cəzalandırılacayıqmı?
- Təkfir
- Qəbir əzabı var, varsa bu bədənə yoxsa ruha ediləcək?