Qəbrin dəhşəti

Hani Məvla, Osman (radiyallahu anh)'dan belə rəvayət edir:

Osman b. Affan (radiyallahu anh), bir məzar başında durduğu zaman, saqqalını (göz yaşları ilə) isladıncaya qədər ağlayardı. Bu səbəblə Ona:

'Sən, cənnəti və cəhənnəmi anırsan, ağlamırsan, bundan (yəni qəbir qorxusundan) dolayımı ağlayırsan?'

Osman (radiyallahu anh) dedi ki: Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

'Şübhəsiz, qəbir, axirət mənzillərindən ilkidir. Əgər ölü on(un əzabın)'dan qurtularsa, ondan sonrakı (mənzillər) ondan asan olar.

Əgər ölü on(un əzabın)'dan qurtulmazsa, ondan sonrakı (mənzillər) ondan şiddətli olar.'

Osman dedi ki: Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə də bu buyurdu:

"Qəbir qədər qorxunc heç bir mənzərə görmədim."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Məzar və cəsədin çürüməsi haqqında gələn hədislər babı", hədis no: 4267

--------------------------

İzahı:

Bu hədisi, Tirmizi də "Zühd" bablarının başında rəvayət edir.

Hz. Osman (radiyallahu anh), bilindiyi kimi cənnətlə müjdələnmiş 10 səhabədən biridir. Buna rəğmən, bir məzar başında durduğu zaman, saqqalı göz yaşları ilə islanacaq dərəcədə ağlamasının səbəbi haqqında, fərqli ehtimallar üzərində durulmuşdur:

1. Cənnətlə müjdələnmək, qəbir əzabının qətiliklə olmamasını gərəkdirməz.

2. Cənnətlə müjdələnmə işi, bilinən və ya məlum olmayan bir qeydə bağlı ola bilər.

3. Qəbir əzabının qorxuncluğu və çətinliyi dolayısı ilə Osman (radiyallahu anh), o əsnada cənnət müjdəsini unutmuş ola bilər.

4. Onun ağlaması, qəbrin ölünü sıxmasından dolayı ola bilər. Çünki Sa'd (radiyallahu anh) haqqında varid olan bir hədisə görə, Peyğəmbərlər (aleyhimussalam) xaricində qalan cənnətliklər belə, "dağta" deyilən: "qəbir sıxması"ndan qurtula bilməzlər.

"Tuhfətu'l-Əhvəzi bi şərh-i Camii't-Tirmizi" müəllifi- Mübarəkfuri'nin bəyanına görə, bu ehtimalları Əli əl-Qari (əl-Hənəfi) rahmətullahi aleyh bildirmişdir.

-------------------------

Bu hədis, axirətin fərqli mənzillərinin mövcud olmasına dəlalət edər. 

Bu mənzilər:

• Məzar;
• Məhşərdə toplanma yeri;
• Hesabların görüldüyü mizan (tərəzi) yeri;
• Sirat körpüsü;
• Cənnət və ya cəhənnəmdir.

Qəbir əzabından qurtulan kimsəyə, digər mənzillərin daha asan olma səbəbi isə, budur:

Ölünün günahları var isə, qəbir əzabı ilə cəzasını çəkmiş olur. Əgər ölü, qəbir əzabından qurtulmayıb da, axirətədək cəzası davam edərsə, bundan sonrakı əzabı, cəhənnəmdə verilir. 

Cəhənnəm əzabı, qəbir əzabından daha şiddətlidir. Çünki hədislərdə varid olduğu kimi, qəbir, cəhənnəm dərələrindən bir dərədir.

-----------------------

Hani (radiyallahu anh)'ın hal tərcüməsi:

Hani əl-Bərbəri əbu Səid əd-Diməşqi (radiyallahu anh), məvlası Osman b. Affan (radiyallahu anh)'dan hədis rəvayət etmişdir. Ravisi də, Abdullah b. Bəcir əs-Sanani əl-Qas'dır. 

Nəsai, bu şəxsin rəvayətində bir beis olmadığını söyləmişdir. 2 hədisi vardır. Tirmizi, əbu Davud və ibn Macə də, onun hədislərini rəvayət etmişlərdir. (bax: "Xülasə", s. 408)

Read 20 times
In order to make a comment, please login or register