Qədr gecəsi
2770- Ubey b. Ka'b'dan Qədr gecəsi haqqında (belə) dedi:
"Allaha and olsun ki, mən, şübhəsiz o gecəni bilirəm.
-Şu'bə dedi ki:
'Mənim ən çox bildiyim Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bizə qiyamla keçirtməyimizi əmr etdiyi o gecədir və bu, 27-ci gecədir.'
--------------------
2771- Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in hüzurunda Qədr gecəsini müzakirə etdik. Allah Rəsulu:
"Hansınız ayın doğduğu zaman bir ləyənin yarısı kimi olduğunu xatırlayır?" buyurdu.
(Nəvəvi, əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac, Oruc kitabı)
----------------------
Şərhi:
Qadı İyad belə deyir:
"Bu hədisdə, bu gecənin, ayın sonlarında olduğuna işarət mövcuddur. Çünki ay doğduğu zaman, bu şəkildə, ancaq ayın son günlərində olur. Ən doğrusunu Allah bilir."
Bunu da bilmək lazımdır ki, Qədr gecəsi, babın baş tərəflərində açıqlandığı üzərə, var olan bir gecədir və o gecə, uca Allahın, Adəm oğullarından istədiyi kimsələr tərəfindən hər il Ramazan ayında görülür və bundan mütləq olaraq əmin olunur. Necə ki, bu babda daha əvvəl keçən bu hədislər, bu xüsusda bir birini dəstəkləməkdədir. Salehlərin buna dair verdikləri xəbərlər ilə bu gecəni görmələri, sayıla bilməyəcək qədər çoxdur. Qadı İyad'ın da:
'Bu gecənin görülməsi mümkün deyil.'
şəklindəki sözü, böyük bir yalnışlıqdır. Ən doğrusunu Allah bilir...
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- Qədr gecəsinin əlaməti nədir?
- Qədr Gecəsi və Dəyərləndirilməsi
- Qədr surəsinin təfsiri
- Qədr gecəsində necə ibadət edilməli; bu gecə necə dəyərləndirilməlidir?..
- Qədr gecəsi hansı gecədir?
- Qədr gecəsində necə ibadət edilməlidir?
- Qədr Gecəsi vaxtının Ramazan ayının içində dəyişməsi və bunun gizli olmasının hikmətləri nələrdir?
- Qədr Gecəsi.
- Qədr Gecəsinin vaxtının ramazan içində dəyişməsi və bunun gizli olma hikmətləri nələrdir?