Qədr gecəsi, hansı gecədir? (1)

Əbu Səid əl-Xudri (رضي الله عنه) 'dan belə rəvayət edilir:

Bir il (Qədr gecəsini axtarmaq üçün) Rəsulullah ( ﷺ ) ilə bərabər Ramazan'ın ortasındakı 10 gecə (gündüzləri il bərabər) etiqaf etdik. Rəsulullah ( ﷺ ) (20-ci günün sabahı etiqaf yerindən çıxaraq bizə):

"(Yuxuda) mənə Qədr gecəsi(nin bütün əlamətləri) göstərildi. Sonra unutturuldu. Sizlər Qədr gecəsini Ramazan'ın son 10 gününün tək gecələrində axtarın." buyurdu.(1)

--------------------

İzahı:

İmam Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) , İmam Malik ( رحمه الله) , Əbu Davud ( رحمه الله) və Nəsai ( رحمه الله) də bunu rəvayət etmişlərdir. Mörtərizə içindəki ifadələr, digər rəvayətlərdən istifadə edilərək əlavə edilmişdir.

Qədr kəliməsi, fərqli mənalara gəlir.

• Bunlardan biri, qiymət və şərəfdir. Bu gecədə edilən ibadətlərin savabı, içində Qədr gecəsi olmayan 1000 ayda ediləcək ibadətlərin savabından üstün olduğu üçün, bu gecəyə "Qədr" ismi verilmişdir. Və ya bu gecə, ibadət edən mömin, üstün qiymət və şərəf qazandığı üçün, gecəyə bu isim verilmişdir.

• Qədr kəliməsinin ikinci mənası, təqdir və təyin etməkdir. Gecəyə bu ismin verilməsinin səbəbi budur:

Bu gecədən etibarən bir ilə qədər olan zamanda insanların qarşılaşacağı ölüm, ruzi kimi bütün hadisələr, Allah tərəfindən vəzifəli mələklərə bildirilir. Və hər mələyə, görəcəyi iş üçün əmr verilir.

Sözü mötəbər olan bütün alimlər, Qədr gecəsinin varlığına və qiyamətə qədər hər il təkrarlandığına icma etmişlərdir.

Əl-Mənhəl əsərinin müəllifi İmam Subki ( رحمه الله) , fərqli hədislərə dayanaraq verdiyi məlumata görə, Qədr gecəsinin bu əlamətləri vardır:

1- Qədr gecəsinin sabahı, günəş doğarkən bəyaz və göz qamaşdırmayacaq tərzdə pak və bir ləyən şəklində görülür. Səbəbi də, o gecə sabaha qədər çox sayda mələk yerə enər və göylərə çıxarlar. Mələklərin izdihamı dolayısı ilə, günəşin şiddətli işığı, sanki kölgələnmiş kimi olur.

2- Qədr gecəsi, çox sakit olur. Nə çox soyuq, nə də çox isti olur.

3- Qədr gecəsində, sabaha qədər ulduz düşməsi görülməz.

4- Hər şey o gecədə səcdə edər.

İmam Təbəri ( رحمه الله)'nin bir camaatdan rəvayət etdiyinə görə, o gecə ağaclar səcdə edərcəsinə yerə əyilər və doğrular.

Muslim'in Əbu Said əl-Xudri (رضي الله عنه) 'dən rəvayət etdiyinə görə, Rəsulullah ( ﷺ ) Qədr gecəsini axtarmaq üzərə Ramazan'ın ilk 10 günü etiqafa girmiş, sonra ikinci 10 günü etiqafa girmiş, daha sonra:

Qədr gecəsinin Ramazan'ın son 10 günündə olduğu mənə deyildi. Bu son 10 gündə etiqaf etmək istəyənlər, etiqaf etsinlər." buyurdu. Bunun üzərinə səhabələr, Rəsulullah ( ﷺ ) 'lə bərabər etiqafa girdilər.

Hədisdə bildirildiyi kimi, Rəsulullah ( ﷺ ) , yuxusunda Qədr gecəsinin hansı gecə olduğunu və əlamətlərini görmüş, sonra hansı gecə olduğu Allah tərəfindən unutdurulmuşdur. Unutdurulma səbəbi haqqında, Buxari'nin rəvayət etdiyi bir hədisdə, Ubadə b. Samit (رضي الله عنه) belə deyir:

Rəsulullah ( ﷺ ) Qədr gecəsinin hansı gecə olduğunu bizə xəbər vermək üçün çıxdı, amma iki müsəlmanın dalaşdığını gördü və:

Mən, Qədr gecəsini sizə xəbər vermək üçün çıxdım, ancaq filan və filan adam dalaşırdı. Bunun üzərinə Qədr gecəsi (bildirilməsi) qaldırıldı. Qaldırılmasının sizin üçün daha xeyirli olduğu umular. Artıq siz o gecəni Ramazan'ın 29, 27 və 25-ci gecələrində axtarın- buyurdu.

Qədr gecəsinin təyin edilməməsinin hikməti bu ola bilər:

Möminlər o gecəni tanısa idilər, yalnız o gecəni ihya etməklə kifayətlənib digər gecələrin ihyasını buraxa bilərdilər.

Hədis, Qədr gecəsinin, Ramazan'ın son 10 gününün tək gecələrində axtarılmasını əmr etmişdir.

Qədr gecəsinin, Ramazan'ın hansı gecəsində olduğuna dair fərqli rəvayətlər vardır. 17, 21, 23, 25, 27, 29-cu gecələrinə aid rəvayətlər olduğu kimi, 22, 24 və 26-cı gecələrinə aid rəvayətlər də vardır.

İmam Subki ( رحمه الله)'nin dediyinə görə, bəzi alimlər, bu rəvayətlərin sayını 44-ə çıxarmışlardır.

Ən qüvvətli rəvayət isə, 27-ci gecəyə aid olan rəvayətdir.

(1).  İbn Macə, Sünəm tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): Qədr gecəsi(nin hansı gecə olduğu) haqqındakı bab, hədis no: 1766)

Read 876 times
In order to make a comment, please login or register