Qədr gecəsinin əhəmiyyəti:

1643- Cabir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, iftar vaxtında, Allah tərəfindən (Cəhənnəm atəşindən) azad edilənlər olur. Bu, (ramazanın) hər gecəsində vardır.

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədinin ricalı, siqa kimsələrdir. Çünki əbu Sufyanın, Cabir (radiyallahu anh)'dan rəvayəti səhihdir. Ravi əl-Aməş'in əbu Sufyandan hədis eşitmədiyinə dair Bəzzar'ın sözünün qərib olduğunu, çünki Şu'bə, Aməşin bu cür rəvayətinin Kütübü'l-Sittədə mövcud olduğunu və əbu Sufyandan rəvayət etməklə tanındığını söyləmişdir."

--------------------------------------

1644- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

Ramazan ayı girdi və Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Bu aya girmiş oldunuz. Onda 1000 aydan daha xeyirli bir gecə vardır. Bu gecə (nin qazancın)'dan məhrum olan bir şəxs, xeyrin bütünündən məhrum olmuş olar və bu gecənin xeyrindən, yalnız səadətdən payı olmayan kimsə məhrum olar."

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədindəki İmran b. Davud əbu'l-Avvam əl-Qattan haqqında ixtilaf vardır. İmam Əhməd, onun hədislərini məqbul saymışdır. Affan və əl-İcli, onu siqa saymışlardır. İbn Hibban da onu siqalar arasında zikr etmişdir. İbn Adiyy isə:

'İmrandan rəvayətdən dolayı, bu hədis, qərib sayılmışdır. İmrandan bəzi qərib hədislər rəvayət edilmiş olub onda beis olmadığını umuram.' demişdir.

İsnadın qalan raviləri, siqadırlar.

---------------------------------------

İzahı:

Bu hədis, qədr gecəsinin, içində qədir gecəsi olmayan 1000 aydan daha xeyirli olduğuna dəlalət edir.

İmam Sindi (əl-Hənəfi) belə deyir:

"Hədisdən məqsədin, qədr gecəsini ibadətlə ihya etməyə müvəffəq olmayan və o gecədəki İlahi lütf və ehsandan nəsibini almayan kimsə, xeyrin bütünündən məhrum qalmış olar, deyənlər vardır. Qədr gecəsinin lütf və ihyasından məhrum olan kimsənin, o gecənin işa namazının fərzini belə qılmayan kimsə olduğunu umuram."

Sindinin məqsədi zənnimizcə budur:

Qədr gecəsində işa namazının fərzini qılan kimsənin, o gecənin lütf və ehsanından məhrum sayılmayacağı umulur. O gecə, hər cür ibadəti və xeyri yerinə yetirmədiyi kimi, işa namazını da qılmayan kimsə, o gecənin fəzilətindən və xeyrin bütünündən məhrum qalmış olar. Bu gecəni bu dərəcə qəflətlə keçirib xeyir və bərəkətindən məhrum olan şəxs, ancaq və ancaq səadətdən nəsibi olmayan kimsədir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı)

Read 2 times
In order to make a comment, please login or register