Qədr gecəsinin əlaməti nədir?
Mən Ubey b. Ka'b'dan soruşdum:
"Qardaşım ibn Məs'ud, il boyunca gecə namazı qılan, Qədr gecəsini isabət etdirər deyir. (Sən bu haqda nə deyirsən?)"
Ubey:
"Allah ona rəhmət etsin. O, insanların (gecəni tapdıq deyə) ona bel bağlamalarını istəməmişdir. Ancaq o da bilir ki, bu gecə, Ramazan ayındadır və bu gecə, son 10 gündədir və bu gecə, 27-ci gecədir."
Sonra hər hansı bir istisna etmədən, o gecənin 27-ci gecə olduğuna dair and içdi. Mən:
"Ey əbu'l-Munzir! Bunu nəyə dayanaraq söyləyirsən?" deyə soruşdum. O:
"Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bizə, o gecənin sabahında (günəşin) parıltısı (şüası) olmadan doğacağını xəbər verdiyi əlamət (yaxud ayət) ilə." dedi.
(Nəvəvi, əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac, Oruc kitabı, hədis no: 2769)
---------------------------
Şərhi:
"O gün o (günəş) şüasız doğar..."
• Lüğət alimləri belə demişlərdir:
"Şüa, günəş doğarkən üzünüzü ona çevirib baxdığınız təqdirdə ip və çubuq şəklində görülən işıq deməkdir."
• "əl-Muhkəm" adlı əsərin müəllifi ibn Sidə, məşhur olan bu mənanı zikr etdikdən sonra bunları da söyləməkdədir:
'Günəş doğduqdan sonra ətrafa uzanıb yayılmış gördüyün (aydınlıq) olduğu da söylənmişdir, (günəş) işığının yayılmasıdır da deyilmişdir.'
• Qadı İyad belə deyir:
"Şuasız ləfzinin mənası, bunun Allah tərəfindən o gecə üçün bir əlamət qılınmış olması deməkdir."
• Bir digər açıqlamaya görə:
Bu gecə mələklər çoxca gedib gəldiklərindən və yerə, özlərilə birlikdə endirilənlərlə enib yüksəldiklərindən ötürü, qanadları və lətif cisimləri ilə günəşin işıq və şüuasını örtmüş olduqlarından dolayı, belə görünür. Ən doğrusunu Allah bilir...