Qədr surəsinin təfsirini verə bilərsinizmi?

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ﴿١﴾

1- "Doğrusu, Biz onu Qədr gecəsində endirdik."

-------------------------

Hər nə qədər bu surədə, hələ Quran'dan bəhs edilməmiş isə də, mənanın belə olduğu bilinən bir xüsusdur. Uca Allah belə buyurur:

"O Ramazan ayı ki, Quran onda endirilmişdir." (Bəqərə/185) 

Bir başqa yerdə də belə buyurmaqdadır:

"Ha mim. Açıq-aydın kitaba and olsun ki, şübhəsiz Biz onu mübarək bir gecədə endirdik." (Duxan/1-3)

Allah'ın bu buyuruğunda "mübarək gecə"dən məqsəd- Qədr gecəsidir.

Bir görüşə görə, Cəbrayıl (əleyhissəlam), Quranı bir dəfədə, bütünü ilə Qədr gecəsində Lövh-i Məhfuz'dan dünya səmasındakı *Beytu'l-İzzə'yə endirmişdir. Cəbrayıl, Quranı yazıcı mələklərə yazdırmış, daha sonra da Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə qisim-qisim endirməyə davam etmişdir. 

Quran'ın ilk nazil olmağa başlaması ilə son nazil olan ayət arasında 23 illik bir zaman keçmişdir. Bu açıqlamanı ibn-i Abbas vermişdir.

*Beytu'l-İzzə: İzzət evi mənasına gələn Beytu'l-İzzə, Quranın bir bütün halında endirildiyi dünya səmasında (yerə ən yaxın göydə) mövcud olan yerin adıdır. 

---------------------

Qədr gecəsinə, təqdir gecəsi də deyilmişdir.

1) Ona bu ismin veriliş səbəblərindən biri budur:

Uca Allah'ın bu gecədə, gələcək il eyni gecəyə qədər, Öz əmrindən olan: ölüm, əcəl, ruzi və daha başqa xüsusları dilədiyi şəkildə təqdir buyurmasıdır. Sonra bunu, işləri çəkib-çevirən mələklərə təslim edər. Bunlar da 4 mələkdir: 

"Cəbrail, Mikail, İsrafil və Əzrail."

Yenə ibni Abbas'dan belə deyildiyi rəvayət edilmişdir:

"Uca Allah, Şaban'ın yarısına rastlayan gecədə meydana gələcək hadisələrə dair qəza və hökmlərini təqdir buyurur və bunları Qədr gecəsində bununla vəzifəli mələklərə təslim edər."

2) Bu gecəyə Qədr gecəsi deyilməsinin digər səbəbi:

Əzəməti, qədri və şərəfi dolayısı ilə olduğu söylənmişdir. 

Filan adamın şərəfi və üstün bir mövqeyi vardır mənasında 'filankəsin qədri vardır.' şəklindəki (ərəblərin) təbirlərindən alınmışdır. 

Bu açıqlamanı Zühri və başqaları gətirir.

3) Bu gecəyə bu ismin verilmə səbəbinin:

Bu gecədə edilən ibadətlərin çox böyük bir qədri və çox savab və mükafatı olduğu da söylənmişdir.

4) Bir digər açıqlamaya görə, bu gecəyə bu adın verilmə səbəbi budur:

"Bu gecədə üstün bir qədri (dəyəri) olan Kitab'ın (Quranın), yenə üstün bir qədri (dəyəri) olan Rəsula endirilməsidir.

5) Bir digər səbəbə görə:

"Bu gecədə qədri olduqca yüksək və əhəmiyyətli olan mələklərin enməsidir."

6) Bir başqa açıqlamaya görə:

"Bu gecədə Allah, möminlərə rəhmətini təqdir buyurmuşdur."

-----------------------

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ﴿٢﴾ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ﴿٣﴾ 

2- "Sən nə bilirsən (hardan bilirsən) ki, Qədr gecəsi nədir?!"

3- "Qədr gecəsi, 1000 aydan daha xeyirlidir."

------------------------

1) Bu ayət, gecənin fəzilət və böyüklüyünü açıqlamaqdadır. Zamanın fəziləti, o zaman içərisində çox fəzilətli hadisələrin meydana gəlməsi səbəbi ilədir. Bu gecədə, bənzəri 1000 ayda olmayan çox xeyir paylaştırılar. Ən doğrusunu Allah bilir.

2) Müfəssirlərin bir çoxu da belə deyirlər:

"Yəni bu gecədə edilən əməl, içində Qədr gecəsi olmayan 1000 ayda ediləcək əməldən daha xeyirlidir."

3) Qədr gecəsi, özündə Qədr gecəsi mövcud olmayan 1000 aydan daha xeyirlidir, deyənlər də olmuşdur.

4) 1000 ay ilə uca Allah'ın, zamanın bütününü qəsd etdiyi də söylənmişdir. Çünki ərəblər, 1000 rəqəmini əşya ilə bağlı ən iləri nöqtə haqqında istifadə edirlər. Necə ki, uca Allah:

"Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!" (Bəqərə/96) deyə buyurmaqdadır ki, bundan məqsəd "zaman boyunca"dır.

Deyildiyində görə, keçmiş vaxtlarda, abid bir nəfərə, Allaha 1000 ay, Yəni 83 il 4 ay müddətlə ibadət etmədiyi müddətcə, abid deyilməzdi. Uca Allah, Muhamməd (sallallahu aleyhi və səlləm)'in ümmətinə bir gecə ibadət etməyi, keçmiş qövmlərin ibadətlərlə keçirdikləri 1000 aydan daha xeyirli qılmışdır.

İbn Məs'ud belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), İsrail oğulları arasından Allah yolunda silahlı olaraq 1000 ay cihad edən bir adamdan söz etti. Müsəlmanlar bu işə heyrət etdilər. Bunun üzərinə:

"Doğrusu, Biz onu Qədr gecəsində endirdik... Qədr gecəsi, bu şəxsin Allah yolunda silahlandığı 1000 aydan daha xeyirlidir."

Buna bənzər bir açıqlama, ibn Abbas'dan da nəql edilmişdir.

Malik, Muvatta'da ibnu'l-Qasım və başqalarından gələn rəvayət yolu ilə belə deyir:

"Güvəndiyim kəsləri belə deyərkən dinlədim:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə özündən öncəki ümmətlərin ömürləri göstərildi. Uzun ömürləri boyunca başqalarının nail olduqlarının bənzərlərinə, ümmətinin əməl etibarı ilə onlara yetişə bilməyəcək fikri ilə, ümmətinin (fərdlərinin) ömürlərini qısa gördü. Uca Allah ona Qədr gecəsini verdi və onu 1000 aydan daha xeyirli qıldı."

----------------------

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ﴿٤

4- "O gecə mələklər və ruh, Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər."

----------------------

Mələklər yerə enərlər və dan yeri ağarıncaya qədər, insanların etdikləri dualara amin deyərlər. Bax, Uca Allah'ın: 'O gecə mələklər enər.' buyuruğu, bunu anlatmaqdadır.

"Və Ruh, Rəbbi'nin iznilə..."

Ruhdan məqsəd, Cəbrail'dir. 

Əl-Quşeyri'nin nəql etdiyinə görə, "ruh" mələklərdən bir sinifdir. Bunlar, digərlərinin qoruyucuları olaraq yaradılmışlardır. Bizim mələkləri görmədiyimiz kimi, mələklər də bunları görməzlər.

Bunların, mələklər xaricində Allah'ın ordularından bir ordu olduğu da söylənmişdir. Bu açıqlamanı,  Mücahid, ibn Abbas'dan mərfu bir rəvayət (sənədi qüvvətli olsun və ya olmasın Peyğəmbərə isnad edilən rəvayət) olaraq nəql edilmişdir. Bunu əl-Mavərdi zikr etmişdir. 

Quşeyri'nin nəql etdiyinə görə, bunların Allah'ın yaratdıqlarından bir növ olduğu da söylənmişdir. Bunlar yemək yeyərlər, əlləri və ayaqları vardır, mələk deyillərdir.

"Ruh"un tək başına bir saf olaraq duracaq böyük bir məxluq olduğu da söylənmişdir.

"Ruh'un, Cəbrail'in bu gecədə, bu gecənin əhalisi üzərinə sair mələklərlə birlikdə endirdiyi rəhmət olduğu da söylənmişdir." 

Bunun dəlili isə:

"O, öz əmri ilə dilədiyi qullarından dilədiyi kimsələr üzərinə ruhu endirir." (Nəhl/2) buyuruğu olub "rəhmət endirir." deməkdir.

"Rəbbi'nin izni ilə hər bir işdən dolayı enərlər." 

"Uca Allah'ın təqdir edib, bu ildən gələcək ilə qədər hökmə bağladığı verilən hər bir əmr ilə enər." deməkdir. 

Bu açıqlamanı, ibni Abbas vermişdir. 

(1- İmam Qurtubi, əl-Cami li Ahkami'l-Quran, Qədr surəsi təfsiri)

--------------------

---سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ ﴿٥﴾

5- "O gecə dan yeri sökülənə kimi əmin-amanlıqdır!"

-------------------

Mücahid ayət haqqında belə deyir:

"O gecə hər hansı bir bəla, ya da şeytanın çalışmasından uzaqdır. Qədr gecəsi, hər hansı bir bəlanın gerçəkləşmədiyi və şeytanların göndərilmədiyi bir gecədir. Şeytan o gecədə, hər hansı bir pislik edə, sıxıntı yarada bilməz."

Dahhaq, ibn Abbas'ın belə dediyini rəvayət edər:

"O gecə, üsyankar olan cinlər və cinlərdən ifrit olanlar bağlanar. Bütün səma qapıları açılar və Allah Taala, tövbə edən hər qulunun tövbəsini qəbul edər. Bunun üçün O, belə buyurur:

"O gecə, dan yeri sökülənə kimi əmin-amanlıqdır!"

Ubey b. Ka'b (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Şeytan o gecə hər hansı bir kimsəyə, fəsad iplərindən vura bilməz. O gecə sehrbazın (cadugərin) sehri də təsirli ola bilməz."

Zəif bir isnadla Ənəs'dən mərfu olaraq (sənədi qüvvətli olsun və ya olmasın Peyğəmbərə isnad edilən hədis), bu hədis rəvayət edilir:

"O gecə, ulduz düşməz, itlər hürməz."

Bütün bunlar, şeytanların yer üzündə yayılmasının əngəlləndiyinə işarət edər. 

Ey Adəm oğlu! Əgər canının dəyərini biləcək olsaydın, günahlarla özünə xəyanət etməzdin. 

Sən varlıqlar içərisində iradəsi olan bir varlıqsan. Cənnət sənin üçün hazırlandı. Əgər uzaq durarsansa, müttəqilərin yerinə keçərsən.

Dünya, İblis'in yurdudur. O yurtdan ayrılmağa və İblis'in yaxınında durmağa, sabah onun qrupu arasında yer almağa necə razı olursan? 

Allah, atamız Adəm'ə səcdə etməkdən uzaq durduğunu görə, onu səmadan qovdu. Allah, sənin yaxınlığını istədi. Amma sən özünə, Allah'ın düşmənini dosd, dostunu da düşmən tutdun. 

"(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!" (Kəhf/50)

(2- ibn Rəcəb əl-Hənbəli, Ravaiu't-təfsir əl-Camiu li təfsiri'l-imam ibn Rəcəb əl-Hənbəli, Qədr surəsi 5-ci ayətin təfsiri, 4. Cild, s. 420)

-----------------------

1- Qədr gecəsinin təyini:

Qədr gecəsinin müəyyən olaraq hansı gün olduğu xüsusunda elm adamlarının fərqli görüşləri vardır. Böyük çoxluğun qəbul etdiyi görüşə görə, Qədr gecəsi- 27-ci gecədir. 

Çünki Zirr b. Hubeyş'dən rəvayət edilən hədisə görə, o belə demişdir:

"Mən, Ubey b. Ka'b'a dedim ki: qardaşın Abdullah ibn Məs'ud belə deyir:

'Kim bir il boyunca (gecələri) namaz qılarsa, Qədr gecəsinə rastlayar.' 

Bunun üzərinə Ubey b. Ka'b belə dedi:

'Allah, Əbu Abdurrahmana (ibn Məs'uda) məğfirət etsin. O, bu gecənin Ramazan'ın son 10 günündə olduğunu və bunun 27-ci gecə olduğunu bilir. Lakin o, insanların buna bel bağlamamasını istəmişdir.'

Daha sonra o qəti bir şəkildə and içərək: 

'O, Qədr gecəsinin 27-ci gecə olduğunu ifadə etmişdir.' 

Mən ona:

'Ey əbu'l-Munzir (Ubey b. Ka'b'ın künyəsidir.) bunu nəyə dayanaraq söyləyirsən?' dedim. 

Belə cavab verdi:

'Bunu Allah Rəsulu sallallahu aleyhi və səlləm'in bizə xəbər verdiyi dəlilə dayanaraq -yaxud da bildirdiyi əlamətə görə- xəbər verirəm ki, o gün günəş (gözləri qamaştıracaq qədər) bir parıltısı olmadan doğar. 

Tirmizi:

'Bu həsən-səhih bir hədisdir.' demişdir.

Bu hədisi Muslim də rəvayət etmişdir. 

Bu gecənin, ilin digər ayları bir tərəfə, yalnızca Ramazan ayında olduğu da söylənmişdir. Bu, Əbu Hureyrə və başqalarının görüşüdür.

İmam Azam Əbu Hənifə də, Qədr gecəsinin ilin bütünündə gizli olduğu görüşünü mənimsəmişdir. Ondan belə deyildiyi nəql edilir:

'Bu gecə, sadəcə bir dəfə olmuş və bitmişdir. Ancaq doğrusu, bu gecənin qalmağa davam etdiyidir.'

Yenə ibn Məsud'dan rəvayət edildiyinə görə, Qədr gecəsi əgər bu il hər hansı bir gündədirsə, gələcək il başqa bir gündədir.

Ancaq Cumhurun qənaətinə görə, Qədr gecəsi, hər ilin Ramazan ayındadır.

Digər tərəfdən Qədr gecəsinin Ramazan ayının ilk gecəsi olduğu da söylənmişdir. Bu, Əbu Rezin əl-Ukayli'nin görüşüdür.

---------------------------

Əl-Həsən, ibn Ishaq və Abdullah b. Zubeyr belə demişlərdir:

"O, Ramazanın 17-ci gecəsidir. Sabahında Bədr döyüşünün baş verdiyi gecə də odur."

Onlar bu qənaətə, Uca Allah'ın:

"(Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə iman gətirmisinizsə..." (Ənfal/41) 

ayətindən yola çıxaraq bu qənaətə varmış kimi görsənirlər. Bu da 17-ci gecə(nin gündüzü) olmuşdu.

-------------------------

Qədr gecəsinin 19-cu gecə olduğu da söyləmişdir.

Ancaq səhih və məşhur olan, Qədr gecəsinin Ramazan'ın son 10 gecəsində olduğudur. Malik, Şafii, Əbu Sevr və Əhməd'in görüşü budur.

------------------------

Bir başqa qrupun qənaətinə görə, Qədr gecəsi, 21-ci gecədir. İmam Şafi də bu görüşə meyl etmişdir. Buna səbəb isə, Əbu Said əl-Xudri'nin rəvayət etdiyi, Malik və başqalarının da öz kitablarında qeyd etdikləri, su və palçıqdan bəhs edən hədisdir.

--------------------------

Qədr gecəsinin Ramazan'ın 23-cü gecəsi olduğu da söylənmişdir. Çünki ibn Ömər'in rəvayət etdiyinə görə, bir adam belə dedi:

'Ey Allahın Rəsulu! Mən, Qədr gecəsini Ramazanın bitməsinə 7 gecə qalmış olan gecədə gördüm.'

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Bu adam, (Qədr gecəsinin) 23-cü gecəyə rastlayan bir yuxu görmüşdür. Hər kim, bu ayda hər hansı bir gecəni namazla keçirmək istərsə, 23-cü gecəni ihya etsin.'

Mamər isə, belə deyir:

'Əyyub, 23-cü gecə qüsl alar və xoş qoxular istifadə edərdi.'

Muslim'in Səhih'ində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən belə dediyi rəvayət edilməkdədir:

"Mən yuxuda özümü, Qədr gecəsinin sabahında, su və palçıq içində səcdə edərkən gördüm."

-------------------------

Qədr gecəsinin Ramazanın 25-ci gecəsi olduğu da söylənmişdir. Çünki Əbu Said əl-Xudri'nin rəvayət etdiyi hədisə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz o gecəni, son 10-cu gecədə, 9-cu gecədə, 7-ci gecədə, 5-ci gecədə axtarın.' 

Bu hədisi, Muslim rəvayət etmişdir.

Malik deyir:

• Doqquzuncu gecə ilə qəsd etdiyi (ayın) 21-ci gecəsi;

• Yeddincisi ilə qəsd etdiyi (ayın) 23-cü gecəsi;

• Beşinci gecə ilə qəsd etdiyi (ayın) 25-ci gecəsidir.

----------------------------

Qədr gecəsinin 27-ci gecə olduğu da söylənmişdir ki, bunun dəlilini daha öncə zikr etdim. Bu, Əli, Aişə, Müaviyə və Ubey b. Ka'b'ın görüşüdür.

İbni Ömər'in rəvayətinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Qədr gecəsi, 27-ci gecədir."

Əbu Bəkr əl-Vərraq isə, belə deyir:

"Uca Allah, bu ayın -yəni Ramazan ayının- gecələrini, bu surənin (Qədr surəsinin) kəlimələrinə bölmüşdür. 27-ci kəliməyə çatınca ona işarət edərək "o" deyə buyurmuşdur. 

Eyni şəkildə Qədr gecəsi 3 dəfə zikr edilmişdir və 9 hərfdir. Bunların cəmi də 27 etməkdədir."

----------------------

Qədr gecəsinin 29-cu gecə olduğu da söylənmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Qədr gecəsi 29-cu -yaxud 27-ci- gecədir. Mələklərin bu gecə sayları çınqıl daşları qədərdir."

-----------------------

Qədr gecəsinin cüt gecələrdə olduğu da söylənmişdir. 

Əl-Həsən dedi ki:

"Mən 24-ci gecə(nin sabahının) günəşini 20 il müddətlə izlədim. Gördüm ki, günəş (qamaşdırıcı) işığı olmayan bəyaz bir şəkildə doğurdu."

Bununla o gecədəki nurların çoxluğundan dolayı, günəşin belə olduğunu qəsd etməkdədir.

--------------------------

Qədr gecəsinin bütün il içərisində gizli olduğu da söylənmişdir. Beləliklə, hər kəs bütün gecələri ihya etmək üçün səy göstərsin.

---------------------------

Allah'ın, bu gecəni Ramazan ayının bütünündə gizlətdiyi də söylənmişdir.

Beləliklə Ramazan ayı boyunca onu (qədr gecəsini) idrak etmək ümidi ilə bütün gecələr, çoxca əməl və ibadətlə keçirilsin.

Eynilə:

• Digər namazlar arasında orta namazı;

• Əsmau'l-Hüsnası (Allahın bütün gözəl isimləri) arasında İsm-i Azam'ı (Allahın ən böyük ismini);

• Qəzəbini günahlarda;

• Razılığını itaətlərdə;

• Müəyyən edilmiş bir vaxtı sair vaxtlar arasında;

• Saleh qulunu digər qulları arasında;

Rəhmətinin bir gərəyi və bir hikməti olaraq saxlaması kimi...

---------------------

2- Qədr gecəsinin əlamətləri:

Gecənin sabahında günəşin göz qamaşdırıcı bir parıltısı olmadan bəyaz olaraq doğmasıdır.

Əl-Həsən dedi ki:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qədr gecəsi haqqında belə buyurmuşdur:

"Qədr gecəsinin əlamətləri arasında bunlar da vardır:

• O gecə aydınlıq və xoş bir gecədir. 

• O gecə nə isti, nə də soyuqdur. 

• O gecənin sabahında günəş, (gözləri qamaşdıran) işıqları olmadan doğar."

------------------------

3-Qədr gecəsinin fəzilətləri:

Uca Allah'ın: 

"Qədr gecəsi 1000 aydan daha xeyirlidir." 

və: 

"Onda mələklər və ruh enər." buyurması,

(fəzilətini anlatmaq üçün) yetərlidir.

Buxari və Muslim'də də belə buyurulmuşdur:

"Hər kim Qədr gecəsini (mükafatına) inanaraq, (əcrini) umaraq namaz qılmaqla (və sair ibadətlərlə) ihya edərsə, onun keçmiş (kiçik) günahları bağışlanar."

Bu hədisi Əbu Hureyrə rəvayət etmişdir.

İbni Abbas dedi ki:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Qədr gecəsi olduğunda, aralarında Cəbrail'in də olduğu Sidrətu'l-Müntəha'da sakin olan mələklər, ard-arda enərlər. Bərabərlərində bəzi sancaqlar (bayraqlar) olur. Bu sancaqlardan:

• biri mənim qəbrimin üzərinə;

• biri Beytu'l-Maqdis'in üzərinə;

• biri Məscid-i Haram'ın üzərinə;

• biri Tur-u Sina'nın üzərinə dikilər. 

Salam vermədikləri mömin kişi və qadın buraxmazlar. 

İçki içən, donuz əti yeyən və zəfərana bulaşan kimsələr müstəsna."

Ubeydullah b. Amir b. Rabia'nın rəvayət etdiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər kim Qədr gecəsində, məğrib və işa namazlarını camaatla birlikdə qılarsa, artıq o kimsə Qədr gecəsindən payına düşəni almış olar."

Bu hədisi, Sələbi, təfsirində zikr etmişdir.

Aişə (radiyallahu anha) dedi ki:

"Ey Allah'ın Rəsulu! Əgər Qədr gecəsinə rast gəlsəm, nə deyim?" diyə soruşdum.

Belə buyurdu:

"Allahummə, innəkə əfuvvun kərimun tuhibbu'l-əfvə fə'fu ənni."

"Allah'ım! Şübhəsiz Sən çox əfv edənsən, əfv etməyi sevirsən, məni də əfv et, de." diyə buyurdu. 

Qədr surəsi burda sonlanır. Allaha həmd olsun.

(3- İmam Qurtubi əl-Cami li Ahkami'l-Quran, Qədr surəsi təfsiri)

 

 

 

 

 

Read 17 times
In order to make a comment, please login or register