Qəlb, Allahın nəzər etdiyi yerdirmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah şübhəsiz (mükafatlandırma və ya cəzalandırma baxımından) sizin surətlərinizə və mallarınıza baxmaz və lakin ancaq əməllərinizə və qəlblərinizə baxar."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Verilən ruziyə) Qənaət etmək babı", hədis no: 4143

-------------------------

İzahı:

Bu hədisi, Muslim və Tirmizi də rəvayət etmişlərdir.

Bilindiyi kimi, Allah hər şeyi görür və Ondan gizli heç bir şey yoxdur. Bu etibarla, hədisdən məqsəd, mükafatlandırma və ya cəzalandırma baxımından olan baxışdır. Yəni mükafatlandırması və ya cəzalandırması, qəlblərdəki niyyətlərə və əməllərə görədir. İnsanların surətlərinin gözəlliyinə və ya çirkinliyinə, bununla bərabər çoxluğuna və ya azlığına görə deyildir.

İmam Sindi (əl-Hənəfi) hədisin izahında belə deyir:

"Yəni əməllərinizi və qəlblərinizi islah edin, düzəldin. Səyləriniz və çalışmalarınız, bədənlərinizin gözəlliyinə və mallarınızı çoxaldmağa hədəflənməsin. 

Allahın baxıb-baxmamasından məqsəd, zənnimcə budur:

Allah, qulunu, surətinin gözəlliyi ilə və ya malının çoxluğu ilə qəbul buyurmaz, onu Öz qatında ucaldmaz. 

Bununla bərabər, əksinə, qulunu, surətinin çirkinliyi ilə və ya malının azlığı ilə də qəbul buyurmaz, ucaldmaz. 

O, qulunu, əməlinin gözəlliyi ilə və ya qəlbinin ixlaslı olması, yəni niyyətinin sırf Allah rizası olması ilə qəbul buyurar, qatında ucaldar. 

Bununla bərabər, O, qulunu əməlinin çirkinliyi ilə və niyyətinin xarablığı ilə rədd edər."

Read 8 times
In order to make a comment, please login or register