Qəriblər hədisi

370- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İslam qərib olaraq başladı, başladığı kimi qərib (halına) dönəcəkdir. Nə xoş qəriblərə!"

---------------------

371- ibn Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz İslam qərib olaraq başladı və başladığı kimi qərib (halına) dönəcəkdir. O, ilanın yuvasına çəkildiyi kimi, 2 məscidin arasına çəkiləcəkdir."

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", İman kitabı: "İslamın qərib olaraq başladığı, təkrar qəribliyinə dönəcəyi və 2 məscid arasına çəkiləcəyini bəyan babı")

-------------------------

Şərhi:

Tuba: "Nə xoş"un mənasına gəlincə, müfəssirlər:

...طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍ

"...tuba onlara, gözəl dönüş yeri də onlaradır." (Ra'd/29)

ayətinin mənası haqqında fərqli görüşlərə sahibdirlər:

• ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə: "sevinc və göz aydınlığı" mənasındadır.

• İkrimə: "Onlara nə gözəl şeylər vardır."

• Dahhaq: "Onlar qibtə ediləcək haldadırlar."

• Qatadə: "Onlara gözəllik vardır."

deyə açıqlamışlardır.

Yenə Qatadə'dən gələn rəvayətə görə, bu: "onlar xeyir əldə etmişlərdir." mənasındadır.

• İbrahim isə: "Onlara xeyir, şərəf və ehsan vardır."

• ibn Aclan: "Onlara xeyrin mütəmadiliyi vardır."

deyə açıqlamışlardır. Bütün bunlar, hədisin mənası olaraq ehtimal daxilindədir. Ən doğrusunu Allah bilir.

-------------------

"2 məscid arası" buyuruğundan məqsəd isə: "Məkkə və Mədinə məscidləridir."

----------------------

Hədisin mənasına gəlincə, Qadı İyad (rahmətullahi aleyh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qərib olaraq" buyuruğu haqqında deyir ki:

"İbn əbi Uveys'in, Malik (rahiməhullah)'dan rəvayət etdiyinə görə, Mədinədə (belə başladı) deməkdir. İslam orda qərib olaraq başladı və təkrar ona dönəcəkdir."

Yenə Qadı İyad belə deyir:

"Hədisin zahiri mənasının ümumi olduğunu və İslamın bir neçə insan arasında başladığını, sonra yayılıb gücləndiyini, sonra təkrar əksilib ihlal ediləcəyi və nəhayət yenə başladığı kimi bir neçə insan və az bir qrup arasında qalacağı mənasındadır.

Hədisdə "qəriblər" ilə bağlı açıqlama keçmiş olmaqdadır. Bunlar isə: "qəbilələrindən çəkilib ayrılanlardır."

Əl-Hərəvi deyir ki:

"Bu sözlərilə uca Allah üçün vətənlərini tərk edən mühacirləri qəsd etməkdədir."

----------------------

Qadı İyad belə deyir:

"O, Mədinəyə çəkiləcəkdir."

buyuruğunun mənası:

"İman ilkində də, sonunda da bu özəlliyə sahibdir. Çünki İslamın ilk zamanlarında imanı ixlaslı və İslamı səhih olan hər kəs Mədinədə idi. Ya oranı özləri üçün yurd etmiş Mühacirlər, yaxud Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i görmək istəyən, Ondan öyrənən və Onun yaxınında olmaq istəyən kimsələr idilər.

Ondan sonra xəlifələr zamanında da, həm bu şəkildə, həm də onlardan ədalətli tətbiqatı öyrənib, səhabələrin çoxuna (Allah hamısından razı olsun) tabe olmaq üçün orda idilər.

Daha sonra isə, "zamanın qəndilləri" və hidayət imamları olan alimlərdən Mədinədə yayılmış olan sünnətləri öyrənmək üçün gedərlərdi.

Bundan sonrakı hər zamanda və bu zamana qədər Nəbi (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət etmək üçün və Onun əhəmiyyətli hadisələr yaşadığı yerlər ilə Onun və səhabələrin izlərinin bərəkətindın faydalanmaq üçün həmişə ora gedərdilər."

Qadı İyad'ın açıqlamaları bunlardır. Allah ən doğrunu bilir...

Read 12 times
In order to make a comment, please login or register