Qəriblər hədisi

• Muslim, Səhih'ində, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İslam qərib başladı və (günün birində) təkrar başladığı kimi qərib olacaqdır. Nə xoş o qəriblərə!"

• İbn Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz İslam qərib başladı və (günün birində) təkrar başladığı kimi qərib olacaqdır."

• İmam Əhməd və ibn Macə'nin, ibn Məsud (radiyallahu anh)'dan rəvayət etdikləri hədisin sonunda bu əlavə vardır:

"Ey Allahın rəsulu! Qəriblər kimlərdir?" deyə soruşulunca:

"Qəbilələrindən (İslam üçün) ayrılıb uzaqlaşanlardır." buyurdu.

• Hədisi əbu Bəkr əl-Acurri (rahmətullahi aleyh) də bu şəkildə rəvayət etmişdir:

"İnsanlar pozulduqlarında, onları düzəltməyə çalışanlardır." (Acurri, "əl-Ğuraba", no: 4)

• Başqaları da bu hədisi bu şəkildə rəvayət etmişlərdir:

"Rasulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

'(Qəriblər) dinlərini fitnələrdən qorumaq üçün qaçanlardır.'" (bax: ibn Mübarək, "əz-Zühd", no: 1513; Nuaym b. Hammad, "əl-Fitən", no: 168)

• Tirmizi, Kəsir b. Abdullah əl-Muzəni'dən, o da atası yolu ilə babasından rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz din, qərib başladı və təkrar qərib olacaqdır. Nə xoş o qəriblərə ki, Məndən sonra insanların pozduqları şeyləri, sünnətimlə düzəldərlər." (Tirmizi, İman: 13)

• Taberani, Cabir (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İnsanlar pozulduğunda, onları düzəldənlərdir." ("əl-Mucəmu'l-Əvsat", V, 149, Vlll, 308)

Taberani bənzər bir hədisi Səhl b. Sad (radiyallahu anh)'dan da rəvayət etmişdir. ("əl-Mucəmu'l-Kəbir", Vl, 202)

• İmam Əhməd, hədisi Sa'd b. əbi Vaqqas (radiyallahu anh) yolu ilə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etmişdir:

"İnsanlar pozulduğunda, o gün nə xoş qəriblərə!" (Müsnəd, lV, 16)

• imam Əhməd və Taberani, Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Nə xoş o qəriblərə!"

Biz:

"Qəriblər kimlərdir?" deyə soruşduq. O:

"Pislikləri çox olan insanlar arasında, sayları az, saleh bir topluluqdur. Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur." (Əhməd b. Hənbəl, "Müsnəd", ll, 177, 222; Taberani, "əl-Mucəmu'l-Əvsat", lX, 14)

• Abdullah b. Amr (radiyallahu anh)'dan mərfu və məvquf olaraq bu hədis, bu şəkildə rəvayət edilmişdir:

"Qəriblər kimlərdir?" deyə soruşuldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Dinlərini qorumaq üçün qaçanlardır. Allah Taala, onları İsa b. Məryəm ilə birlikdə dirildəcəkdir." buyurdu. (Abdullah b. Əhməd, "Zəvaidu'z-Zühd", s. 149; əbu Nuaym, "Hilyətu'l-Əvliya", l, 25; Beyhaqi, "əz-Zühdü'l-Kəbir", no: 204)

-------------------

"İslam qərib başladı..."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu sözlə, Özünün Peyğəmbər olaraq göndərilməsindən əvvəl, insanların ümumi bir dəlalət (azğınlıq, sapıqlıq) üzərə olduğunu qəsd etmişdir. Necə ki, O (sallallahu aleyhi və səlləm), Muslim'in taxric etdiyi İyaz b. Himar'ın hədisində belə buyurmuşdur:

"Şübhəsiz Allah, yer üzündəki insanlara baxdı, əhl-i kitabdan bəzi kimsələr xaricində, ərəbinə, əcəminə buğz etdi." (Muslim, Cənnət/63)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), peyğəmbər olaraq göndərilib İslama çağırdığında, başlanğıcda hər qəbilədən insanlar tək-tək qəbul etdilər. Onun dəvətini qəbul edən, öz qəbiləsindən qorxurdu. Son dərəcə şiddətli əziyyətlər görürlərdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də əziyyətlərə uğrayırdı; ancaq O, əziz və uca olan Allah yolunda bütün bunlara səbr edirdi.

Müsəlmanlar o vaxtlar zəif halda idilər. Uzaqlaşdırılır, evsiz-bucaqsız buraxılırlardı. Onlar da, dinlərini yaşamaq üçün uzaq ölkələrə qaçırlardı. Necə ki, Həbəşistana (indiki Efiopiyaya) 2 dəfə, sonra Mədinəyə hicrət etmişdilər. İçlərində Allah yolunda işgəncələrə uğrayanlar və öldürülənlər vardı. O günlərdə İslama girənlər, qəriblərdi.

Mədinəyə hicrətdən sonra, İslam yayıldı və güc-qüvvət qazandı. Müsəlmanlar, hər sahədə üstün gəldilər. Bundan sonra insanlar, Allahın dininə qrup-qrup girdilər. Allah, onlara dinini göstərdi və üzərlərindəki neməti tamamladı.

Hal belə ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdi. Müsəlmanlar, dinləri mövzusunda istiqamət üzərə idilər. Bir birilərini dəstəkləyir və üstün idilər. Əbu Bəkr və Ömər (radiyallahu anhum) vaxtlarında da bu halda idilər.

Sonra şeytan, müsəlmanlara qarşı tələlərini hazırladl və aralarına pislik atdı. İçlərində arzular və şübhələr fitnəsi yaydı. Bu 2 fitnə, yavaş-yavaş yayıldı. Nəhayət, şeytanım tələsi möhkəmləndi. Aralarında, arzularının fitnəsinə düşənlər olduğu kimi, şübhələrin fitnəsinə düşənlər də vardı. Bütün bunlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gerçəkləşəcəyini xəbər verdiyi şeylər idi.

Şübhələrin fitnəsinə gəlincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, ümmətinin 70'dən çox firqəyə bölünəcəyi və tək firqə xaric, bu firqələrin hamısının cəhənnəmlik olduğu, bir çox hədislə rəvayət edilmişdir. O firqə də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrinin yolunu izləyən firqədir.

Arzuların fitnəsinə gəlincə, Muslim'in "Səhih"ində, Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İran və Bizans xəzinələrini fəth etmə imkanı sizə verildiyində, (halınız) necə olar?" Necə bir topluluq olarsınız?"

Bunun üzərinə Abdurrahman b. Avf (radiyallahu anh) belə dedi:

"Allahın bizə əmr etdiyi kimi deyərik (yəni Ona həmd edər, şükr edərik)."

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Başqa bir şey etməzsinizmi? Yarışarsınız, sonra bir birinizə həsəd edərsiniz. Ardından bir birinizə arxa çevirər və kin güdərsiniz." buyurdu. (Muslim, Zuhd/7)

Buxari'nin "Səhih"ində, Amr b. Avf (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Vallahi, sizin üçün kasıblıqdan qorxmuram. Lakin sizdən əvvəlkilərin önünə dünya nemətlərinin sərildiyi kimi, dünyanın önünüzə sərilməsindən, onların bir birilərilə yarışdığı kimi sizin də yarışmağınızdan və bu yarışın, onları həlak etdiyi kimi sizi də həlak etməsindən qorxuram." (Buxari, Məğazi/12)

Buxari və Muslimdə, Uqbə b. Amir (radiyallahu anh)'ın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bənzər mənada rəvayət etdiyi bir hədis də vardır. (bax: Buxari, Riqaq/7; Muslim, Fəzail/31)

Kisranın xəzinələri fəth edilib Ömər (radiyallahu anh)'a gətirildiyində, ağlayıb belə demişdi:

"Bunlar hansı millətə verilmişdirsə, mütləq aralarına düşmənlik və kin girmişdir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), ümməti adına bu 2 fitnədən qorxurdu. İmam Əhmədin "Müsnəd"ində, əbu Bərzə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizin üçün mədələriniz və cinsi orqanlarınız mövzusunda azdırıcı arzulardan və fitnələrin aldatmasından qorxuram." (bax: "Müsnəd", lV, 420)

Digər bir rəvayətdə:

"Arzuların aldatmasından" ifadəsi keçməkdədir.

İnsanların böyük bir qrupu, bu 2 fitnəyə və ya birinə düşdüklərində, daha əvvəl bir birilərini sevən, ziyarət edən din qardaşları ikən, bir birilərindən ayrılar və qarşılıqlı qəzəb duyarlar.

Şübhəsiz arzularin fitnəsi, insanların böyük əksəriyyəti arasında yayılmış, onları dünya və bər-bəzəyilə, fitnəyə salmışdır. Dünya həyatı, onların hədəfi olmuşdur. Onlar, dünyanı istəməkdə, onunla məmnun qalmaqda, onun üçün qəzəblənməkdə, bir birilərilə dünya üçün dost və düşmənlik etməkdədirlər. Bunun üçün qohum-əqrəbalıq bağlarını qopardılar, qan tökdülər və günahlar işlədilər.

Şübhələrin və arzuların fitnəsinə gəlincə, bunlardan dolayı, əhl-i qiblə dağıldı, qruplara ayrıldılar. Daha əvvəl qardaş ikən və qəlbləri tək bir adamın qəlbi kimi döyünərkən, bir birilərini təkfir etdilər; düşmən, firqə və hizb oldular. Bu firqələrdən sadəcə tək bir firqə qurtulacaqdır ki, o da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hədisində zikr edilməkdədir:

"Ümmətimdən haqqa yardım edəcək bir tayfa (qrup, topluluq), hər zaman olacaqdır. Onlara, onları tərk edən və ya müxalifət edənlərin zərərləri toxunmayacaqdır. Ta ki, Allahın əmri (qiyamət) gələnədək, onlar bu hal üzərə davam edəcəklərdir." (Buxari, İ'tisam/10; Muslim, İmarə/173)

Onlar, bu hədislərdə zikr edilən, axır zamanda insanlar pozulduğunda, onları düzəldən qəriblərdir. Onlar, insanların pozduğu sünnəti düzəldənlər, dinlərini fitnələrdən uzaq tutanlardır. Onlar, qəbilələrindən (İslam üçün) ayrılıb uzaqlaşanlardır, çünki onlar sayca azdırlar. Hər qəbilədə onlardan ancaq bir və ya bir neçə insan mövcud olar. Bəzi qəbilələrdə də, onlardan heç kim olmaz. Necə ki, başlanğıcda İslama girənlərin halı da belə idi. Hədis imamları, hədisi bu şəkildə açıqlamışlardır.

• Əvzai:

"İslam qərib başladı və (günün birində), təkrar başladığı kimi qərib olacaqdır."

ifadəsi haqqında belə deyir:

"İslam yox olmayacaqdır, ancaq sünnət əhli yox olacaqdır. Elə ki, onlardan tək bir kəs belə qalmayacaqdır."

Bu mənada, sələfin:

• sünnəti tərifləyən;

• sünnəti qəribliklə; və

• sünnətə bağlı kimsələri sayca az olmaqla vəsf edən bir çox sözü vardır.

• Hasan əl-Basri (rahmətullahi aleyh), öz dostlarına belə deyirdi:

"Ey sünnət əhli, mərhəmətli olun ki, Allah da sizə mərhəmət etsin. Şübhəsiz ki, siz, sayca az bir topluluqsunuz."

• Yunus b. Ubeyd belə deyir:

"Sünnətdən daha qərib bir şey yoxdur. Bundan daha qəribi, sünnəti bilən kimsələrdir."

Yenə ondan belə dediyi rəvayət edilir:

"Sünnəti bilən kimsə, onun qərib olduğunu başa düşər. Sünnətdən daha qərib olan, sünnəti biləndir."

• Süfyan əs-Sevri belə deyir:

"Bu imamların sünnət ilə qəsd etdikləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrinin üzərində olduqları, şübhələrdən və arzulardan uzaq olan yoldur."

• Bunun üçün Fudayl b. İyad belə deyərdi:

"Mədəsinə girən halalı bilən, sünnət əhlidir."

Çünki halalından yemək, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrinin izlədikləri sünnətin ən böyük özəlliklərindəndir.

Daha sonra, əhl-i hədis və digərlərindən meydana gələn son dövr alimlərindən bir çoxu, sünnəti, xüsusilə Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, qiyamət gününə iman, qədər mövzuları və səhabələrin fəzilətləri kimi etiqad mövzularında, şübhələrdən uzaq tutan bir ifadə olaraq qəbul etdilər. Bu elmdə bir çox əsərlər yazdılar və onları, sünnət kitabları olaraq adlandırdılar. Bu elmə, müstəqil olaraq sünnət adını verdilər. Çünki bu elmin əhəmiyyəti böyükdür və bu mövzuda müxalif qalan kimsə, "həlakın sahilində"dir.

Kamil mənada sünnətə gəlincə, o:

• Hasan əl-Basri;

• Yunus b. Ubeyd;

• Süfyan əs-Sevri;

• Fudayl b. İyad

və digərlərinin dediyi kimi, şübhələrdən və arzulardan uzaq olan yoldur. Bunun üçün sünnətə bağlı olan kimsələr, axır zamanda saylarının azlığı və sünnət mövzusundakı bağlılıqlarından dolayı, qərib olaraq vəsf edilmişlərdir. Bu səbəblə, bəzi rəvayətlərdə, qəriblər, daha əvvəl açıqlandığı kimi:

"Pislikləri çox olan insanlar arasında sayları az, saleh bir topluluqdur. Onlara qarşı gələnlər, onlara tabe olanlardan daha çoxdur."

şəklində ifadə edilmişdir. Bu hədisdə, onların çağırışına qarşılıq verənlərin və onları qəbul edənlərin sayının az; onlara müxalifət edənlərin və qarşı gələnlərin sayıca çox olduğuna işarət vardır.

Bunun üçün bir çox hədisdə, axır zamanda dininə sarılan kimsələr təriflənməkdədir. Axır zamanda dininə sarılan, odu əlində tutan kimidir. Onlardan əməl edənlərin savabı, özlərindən əvvəl əməl edənlərin savabından 50 dəfə çoxdur. Çünki onlar xeyirli işlər görməkdə özlərinə yardım edən kimsələr tapmazlar.

Qəriblər, 2 qismə ayrılmışdırlar:

• Birincisi: İnsanlar pozulduğunda özlərini islah edənlər (düzəldənlər);

• İkincisi: İnsanların sünnətdən pozduqlarını (dəyişdiklərini) düzəldənlər. Bu qisim, 2 qisimdən ən üstünü və ən fəzilətlisidir.

Taberani və başqaları, əbu Umamə (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər şeyin rəğbət dövrü olduğu kimi, ondan üz çevirmə dövrləri də vardır. Bu dinin də, rəğbət edilən dövrləri olduğu kimi, üz çevirmə dövrləri də olacaqdır.

Bu dindən üz çevirmə:

• korların və cahillərin üzərində yer alacağı;

• Allahın, mənimlə göndərdiyi dinə müxalifət ediləcəyi dövrdür.

Bu dinə rəğbət etmə:

• bir qəbilənin başından sonuna qədər dində bilgi sahibi olması;

• aralarında sadəcə bir və ya iki fasiqin qaldığı;

• onların da zillətə düşmüş olduğu zamandır;

• danışdıqları zaman danışdırılmazlar, hər vaxt məğlub edilər və xor görülərlər.

Diqqət edin, bu dindən üz çevirmə zamanları isə:

• bir qəbilənin başdan sona dini anlamaqdan uzaqlaşdığı;

• aralarında sadəcə bir və ya iki fəqihin qaldığı;

• onların da zillətə düşmüş olduğu zamandır;

• danışdıqlarında, (insanlara) yaxşılığı əmr edib (onları) pislikdən uzaqlaşdırdıqlarında, danışdırılmazlar, məğlub edilər və xor görülərlər;

• onlar bu mövzuda dost və köməkçi də tapa bilməzlər." (Heysəmi, "Məcmau'z-Zəvaid", Vll, 261-262)

Bu hədisdə, sünnəti bilən kimsə, dində fəqih olmaqla vəsf edilmişlərdir. O, axır zamanda, insanların pozulduğu sırada, təhqir edilmiş və zillətə düşmüş olacaq, hər hansı bir dost və köməkçi də tapa bilməyəcəkdir.

Taberani, yenə zəif bir isnadla, ibn Məs'ud (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), qiyamət əlamətlərini zikr etdiyi uzun bir hədisdə belə buyurmuşdur:

"Qiyamət əlamətlərindın biri də, mömin bir kimsənin, qəbiləsi içində, bir qoyundan daha dəyərsiz görülməsidir." (Heysəmi, "Məcmau'z-Zəvaid", Vll, 322-323)

İmam Əhməd'in "Müsnəd"ində keçdiyinə görə, Ubadə b. Samit, dostlarından birinə belə deyir:

"Ömrün uzun olarsa, bir adamın, Muhamməd (sallallahu aleyhi və səlləm)'in dili üzərə Quran oxuduğunu və ya oxuduğunun Muhamməd (sallallahu aleyhi və səlləm)'in dili üzərə olduğunu, təkrar-təkrar haqqını verərək oxuduğunu, Quranın halalını halal və haramını haram qəbul etdiyini, evlərindən birində qonaqladığında isə, aranızdan ölü bir eşşək başı kimi keçdiyini görməyin yaxındır." (Müsnəd, lV, 126)

Bu mövzuda ibn Məsud (radiyallahu anh) belə deyir:

"Elə bir zaman gələcək ki, o dövrdə mömin, bir cariyədən daha dəyərsiz olacaqdır."

Axır zamanda mömin, şübhə və arzularına tabe olanlardan meydana gələn fəsad əhli arasında, sadəcə qəribliyindən dolayı dəyərsiz olacaqdır.

• Yolunun yollarına;

• Hədəfinin hədəflərinə tərs düşməsindən; və

• İzlədikləri yolun pisliyini onlara açıqladığından dolayı

hər kəs ondan nifrət edəcək və ona əziyyət edəcəkdir.

Davud ət-Tai öldüyündə, ibnu'-Səmmak belə dedi:

"Davud, önündəkinə qəlbilə baxdı və gözlərin ağı getdi. Sanki o, sizin baxdığınız şeyə heç baxmadı. Və sanki siz, onun baxdığı şeyə baxmırsınız. Siz, ona təəccüb edirdiniz, o da sizə. Onu yalqız buraxın, həqiqətən də o, ölülərin arasında diridir."

Sələf dövründə, halından xoşlanmadıqlarından dolayı ailəsinin və uşaqlarının özündən nifrət etdiyi kimsələr vardı. Ömər b. Əbdü'l-Əziz, bir dəfə xanımının:

"Allah, bizi səndən qurtarıb rahatlığa qovuşdursun." dediyini eşidincə: "amin" demişdi.

Sələf, əvvəldən bəri, öz zamanlarındakı mömini, qərib deyə vəsf edərlərdi. Necə ki, onların buna bənzər sözləri, Hasan əl-Basri, Əvzai, Süfyan əs-Sevri və digərlərindən nəql edilmişdir.

Əbu Süleyman əd-Darani'nin zamanındakı ariflərin öndə gələnlərindən -Əhməd əl-Antaqi- belə deyirdi:

"İslamın başladığı kimi qərib olduğu bir dövrə yetişdim. O dövrdə, doğruluq vəsfi, başladığı kimi yenə qərib idi.

O zamanda bir alimə yönəldiyində, onun dünya sevgisilə sərxoş olduğunu, hörmət göstərilməsindən və liderlikdən xoşlandığını görərdin.

Bir abidə yönəldiyində, onun da ibadətlərində cahil və aldanmış olduğunu görərdin. Düşməni olan iblis, onu yerə yıxmış ikən, guya ibadətin ən yüksək dərəcəsinə çıxmışdı. Bu adam, ən alt səviyyədəki bir ibadəti belə bilməzkən, ən ülvi dərəcəyə necə çıxsın?!

Daha nə əyriliklər, cins-cins kirlənmələr, yırtıcı və tülkü ruhlu insanlar gördüm...

Bu, elm və Quran əhli ilə hikmət dəvətçilərindən meydana gələn zamanın öndə gələnlərinin vəsf edilməsidir."

Əbu Nuaym, bu rəvayəti, "Hilyətu'l-Övliya"da nəql etmişdir.

Bu, onun zamanındakıların özəllikləri idi. Bəs yaxşı, Əhməd b. Asim'in ağlına gəlməyən və xəyallarında yer etməyən fəlakət və sıxıntılardan sonra, görəsən hal necə oldu?!

Taberani, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ümmətimin pozulduğu vaxtda, sünnətimə sarılana, şəhid savabı vardır." (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 172)

Əbu'ş-Şeyx əl-İsbahani, isnadı ilə Hasan əl-Basri'dən bunu rəvayət edir:

"İlk dövrdən bir adam bu gün dirilsə, bu namaz xaricində İslamdan heç bir şey tanıya bilməz."

Sonra belə dedi:

"Allaha and olsun ki, bu qeyr-i müəyyənlik üzərə yaşasa və bidət sahibinin bidətə, dünya sahibinin dünyaya çağırdığını görsə, əziz və uca olan Allah, onu qoruyar. Qəlbi, sələf-i salehin həsrətini çəkər. Onların izlərini təqib edər, sünnətlərini adət edər və yollarına tabe olar. Ona, böyük bir savab vardır."

Mübarək b. Fudalə, Hasan b. Basri'dən rəvayət etdiyinə görə, o, rəfah içində yaşayan, zəngin bir adamdan bəhs etdi. O torpaqlarda, malları qəsb edən və bu mövzuda əzab görməyəcəyini iddia edən bir hökmdar vardı. Ardından, qılıncı ilə Müsəlmanlara qarşı çıxan, yoldan çıxmış bidətçi bir kimsədən bəhs etdi. Bu adam, Allahın kafirlər haqqında endirdiyi ayətləri, Müsəlmanlar əleyhinə təvil etdi, sonra belə dedi:

"Sünnətə sarılın! Özündən başqa ilah olmayan Allaha and olsun ki, Allah, zəngin ilə kobud, cahil ilə bolluq içində yaşayan kimsələr arasında hökmünü verəcəkdir. Siz, sünnət üzərə olmaqda səbrli olun! Şübhəsiz sünnətə bağlı olanlar, sayca azdırlar. Onlar, bolluq içində yaşayanlardan rəfahlarını almadılar. Bidət əhlinin arzularına qapılmadılar. Rəbbinizə qovuşuncaya qədər onların sünnəti üzərə olmaqda səbrli olun!"

Sonra belə dedi:

"Vallahi, bir adam bu pisliklərə yetişsə:

'Mənə gəlin'; bir digəri də: 'Ona deyil, mənə gəlin. Mən, Muhamməd (sallallahu aleyhi və səlləm)'in sünnətindən başqa bir şey istəmirəm.' deyər.

Sünnəti araşdırar, onu istəyər. Şübhəsiz bu kimsə üçün, böyük bir əcr vardır. Əgər bilirsənizsə, onlar kimi olun."

Bu mənada əbu Nuaym və başqaları Kumeyl b. Ziyad yolu ilə Əli (radiyallahu anh)'dan bu rəvayəti nəql edirlər:

"İnsanlar 3 qisimdir:

1. Rabbani alim;

2. Qurtuluş yolu üzərə (və ya qurtuluş yolunu tapmaq üçün) elm tələb edənlər; və

3. (Geri qalanlar isə), hər səsin arxasına düşən axmaq kimsələr. Bunlar, nə yollarını tapmaq üçün elm işığı ilə aydınlanmışlardır, nə də özlərini qurtara biləcəkləri güvənilən bir dəstəyə söykənmişlərdir.

Sonra elmin fəzilətindən bəhs etdi və sinəsinə işarət edərək belə dedi:

Burda çox dərin və geniş elm vardır. Lakin bunu daşıya biləcək əhil kimsələr tapa bilmirəm. Tapdıqlarım isə, ya sözü alan ancaq güvənilməyən, dini, dünya istəyinə alət edən, Allahın dəlil və bürhanları ilə Allahın dostlarına və haqq əhlinə qarşı üstünlük davasına girişən, Allahın nemətlərilə Ona üsyana qalxan kimsələrdir. Və ya haqqı daşıyanlara boyun əyən, lakin haqqın incəliklərinə bəsirəti olmayan, özünə yönələn ilk şübhə ilə tərəddüdə düşərək qəlbində şəkk yerləşən kimsədir. Oysa nə bu (elm öyrənməyə layiqdir), nə də o. Ya da dünya ləzzətinə sarılan, şəhvətə meyilli olan və ya mal-mülk toplamağa düşkün olan şəxslərdir ki, bunlardan heç biri dini qoruya biləcək, bəsirət və yəqin sahibi kimsələr deyildirlər, bunlar daha çox otlayan heyvanlara bənzəməkdədirlər.

Beləcə elm, elm əhlinin ölümü ilə ölüb gedər. Lakin yer üzü, Allah üçün dəlil və hüccətilə qaim (ayaqda) olan birindən boş (məhrum) qalmaz; ancaq ya meydanda olar, bilinər. Onların sayları azdır, amma Allah qatında dəyərləri böyükdür. Hardadır onlar? Sayları azdır onların, ancaq dəyərləri çox böyükdür. Allah, onlar kimi başqa birilərinə təslim edincəyə, onların bənzərlərinin qəlblərinə yerləşdirincəyədək, dəlillərini onlarla qoruyar.

Elm, onları iman həqiqətlərinə vardırmış, yəqinlik ruhunu yaxından idrak etmişlərdir. Dünyapərəst insanların çətin və ağır gördüyü şeyləri asan qarşılayarlar; cahillərin çəkindikləri, xor gördükləri şeylər, onlara xoş görünər; ruhları mələkut aləminə bağlı olan bədənlərlə dünyada yaşayarlar. Bax onlar, Allahın yer üzündəki xəlifələri və dinin dəvətçiləridir."

Möminlərin əmiri Əli (radiyallahu anh), elm öyrənənləri 3 qismə ayırmışdır:

• Bir qrupu, şübhə əhlidir. Onlar, sahib olduqları elm mövzusunda bəsirətli olmayanlar, hətta özünə yönələn ilk şübhə ilə tərəddüdə düşərək, qəlbində şübhənin yer etdiyi kimsədir. Şübhə onu alar və burdan da bidətlər və azğınlıqlar çıxar.

• Bir qrup da, arzularına tabe olan kimsələrdir. Əli (radiyallahu anh) onları da ikiyə ayırmışdır:

1. Elmlə dünya əldə etmək istəyən. Beləliklə elm, onun əlində dünya qazanmaq üçün bir alət olar.

2. Elmi olmadığı halda dünya əldə etmək istəyən. Buna 2 nümunə verilir:

Birincisi, bütün qayğıları dünya ləzzətləri və arzuları olan, buna istəkli olan, sürətli bir şəkildə dünyaya boyun əyəndir.

İkincisi, qayğısı, dünyalıq toplamaq olandır.

Bunların heç biri, dinin dəvətçisi deyildirlər. Onlar ancaq heyvanlar kimidirlər. Bunun üçün Allah Taala, Tövrat ilə mükəlləf tutulub onunla əməl etməyənlərin misalını, cildlərlə kitab daşıyan eşşəyin misalına bənzətmişdir.

مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا ۚ بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

"Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz." (Cümə/5)

Yenə Allahın ayətlərini tərk edən, dünyaya qapılan və arzularına tabe olan pis alimi, itə bənzətmişdir.

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَـٰهُ ءَايَـٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَـٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ • وَلَوْ شِئْنَا لَرَفَعْنَـٰهُ بِهَا وَلَـٰكِنَّهُۥٓ أَخْلَدَ إِلَى ٱلْأَرْضِ وَٱتَّبَعَ هَوَىٰهُ ۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّ‌ٰلِكَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا ۚ فَٱقْصُصِ ٱلْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ • سَآءَ مَثَلًا ٱلْقَوْمُ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَأَنفُسَهُمْ كَانُوا۟ يَظْلِمُونَ

"Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!" (Əraf/175-177)

İt və eşşək, heyvanların ən adisi və yol olaraq ən azğın olanlarıdır.

• Elm sahiblərindən üçncü qrup, elmi daşımağa və öyrənməyə əhil olanlardır. Onlar, Allahın dəlil və hüccətlərini ayaqda tutarlar. Əli (radiyallahu anh), onların sayca az olduğunu, ancaq Allah qatında dəyərli olduqlarını zikr etmişdir. Onların dəyərli olmasının səbəbi, bu qrupda yer alan alimlərin sayının az olduğuna və digər alimlər arasında qərib olduqlarına işarət edər.

Hasan əl-Basri də, Quran hafizlərini, Əli (radiyallahu anh) elm sahibləri üçün etdiyi bu bölgüyə bənzər bir şəkildə, qruplara ayırmışdır. O, belə deyir:

"Quran qariləri 3 qrupdur:

• Bir qrup, onu mal olaraq qəbul edər və onun sayəsində yeyərlər;

• Digər bir qrup, onun hərflərini çox gözəl bir şəkildə oxuyarkən, Quranın halal və haramlarını zay edərlər. Öz torpaqlarındakı insanlara qarşı lovğalanarlar. Onunla dostluqlar qazanmaq istəyərlər. Quran hafizlərindən bu qrupun sayı çoxdur, Allah saylarını çoxaltmasın;

• Bir qrup da, Quranın şəfasına sığınmış, Onu qəlblərinin xəstəliklərinə qarşı istifadə etmişdirlər. Mehrablarında Onunla baş-başa qaldılar, cübbələri içində başlarını əydilər. Qorxunu hiss etdilər, hüzünləndilər. Bax onlar, Allahın özlərindən dolayı yağış endirdiyi, düşmənlərə qarşı qalibiyyət verdiyi kimsələrdir. Allaha and olsun ki, bu Quran hafizləri, kibrit-i əhmərdən, yəni qırmızı qızıldan daha az və daha dəyərlidirlər."

Hasan əl-Basri, -Quranı, Allah üçün və qəlblərinə şəfa olması üçün oxuyan, bunun nəticəsində Quranın, qəlblərinə qorxu və hüzün verdiyi- bu qrupun, Quran qariləri arasında kibrit-i əhmərdən daha dəyərli olduğuna işarət etmişdir.

Möminlərin əmiri Əli (radiyallahu anh), elm sahiblərindən olan bu qrupu, bu özəlliklərlə vəsf etmişdir:

"Elm, onlardan bəzilərini iman həqiqətlərinə çatdırmışdır. Bunun mənası, elmin onlara, elmdən daha böyük bir məqsədi göstərdiyidir ki, bu da, Allah Taala'nı bilmək/ mərifətdir. Beləcə Ondan qorxar və Onu sevərlər. Hətta dünya və dünyanın bər-bəzəyi ilə hərəkət edən, dünyaya aldanan, qəlbi Allahı tanımağa və ucaltmağa yaxın durmayan digər insanların çata bilmədiyi və onlara çətin gələn şeylərin bütünü, bu kimsələr üçün asanlaşar."

Bunun üçün onlar, rəfah içindəki kimsələrə çətin gələn şeyləri, yumşaq qarşılayarlar. Çünki dünyanın arzu və ləzzətləri ilə kifayətlənən mürəffəh kimsəyə, bu ləzzətləri və arzuları tərk etmək, çətin gəlir. Çünki tərk etməsi halında, dünya ləzzətlərinin yerini alacaq (dolduracaq) bir şey yoxdur. Dolayısı ilə o, bunları tərk etməyə səbr edə bilməz.

Onların qəlblərində, Allahı tanıma, Onu sevmə və ucaltmağın dadından dolayı çatmış olduqları daha böyük bir qarşılıq vardır. Necə ki, Hasan əl-Basri belə deyirdi:

"Şübhəsiz Allahı sevənlər, gözəl bir həyata varis olanlar və bu gözəl həyatın nemətlərini dadanlardır. Onlar, sevdiklərinə yalvarmaqla və qəlblərindəki hiss etdikləri sevginin dadı ilə buna çatarlar."

Bu mənada, burda sözü daha da uzatmaq gərəksizdir.

Bu kimsələr, cahillərin özlərindən dolayı yalnızlıq hiss etdikləri şeylə ünsiyyət qurarlar. Allahdan qafil olanlar isə, dünya və dünyadakı arzuları tərk etməkdən xoşlanmazlar. Çünki onlar, dünya xaricində heç bir şey bilməzlər. Bax onların məmnunluğu budur.

Digərlərinə gəlincə, onlar bundan xoşlanmazlar; Allahı zikr etməkdən, Onu tanımaqdan, Onu sevməkdən və Kitabını oxumaqdan məmnun olarlar.

Allahı bilməyənlər və qəflətdə olanlar, bundan xoşlanmazlar və Allaha qarşı bir yaxınlıq hiss etməzlər.

Möminlərin əmiri Əli (radiyallahu anh), onlara aid olduğunu söylədiyi özəlliklərdən biri də budur:

Onlar, ruhları mələkut aləminə bağlı olan bədənlərlə dünyada yaşayarlar. Bu, onların dünyanı özləri üçün bir vətən etmədiklərinə, orda iqamət etməkdən xoşlanmadıqlarına, oranı qalacaqları bir yer deyil, sadəcə bir körpü olaraq qəbul etdiklərinə işarət edər.

Bütün kitablar və peyğəmbərlər, bunu tövsiyyə etmişlərdir. Allah Taala, Kitabında, Firon ailəsindəki mömin kimsənin, qövmünə bu sözlərilə nəsihət etdiyini bildirir:

يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْءَاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ

"Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə, qərar tutacağınız yurddur." (Ğafir/39)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), ibn Ömər (radiyallahu anh)'a belə buyurmuşdu:

"Dünyada qərib biri və ya yolçu kimi ol." (Buxari, Riqaq/3)

Digər bir rəvayətdə:

"...və özünü qəbir əhlindən say." ifadəsi keçməkdədir.

İsa (əleyhissəlam)'dan rəvayət edilən tövsiyyələrdən biri belədir; O, səhabələrinə belə deyirdi:

"Dünyanın üzərindən keçib gedin, onu imara (bəzəməyə, təmirə) qalxmayın!"

Yenə Onun belə dediyi rəvayət edilir:

"Dəniz dalğaları üstünə, kim bir ev inşa edə bilər?! Bu dünyanı, məskən yeri qəbul etməyin!"

Dünyada mömin, dünyanı özünə yurd etmədən, başqa bir yurda gedən yad elli kimidir. O, öz diyarının həsrətini çəkər. Dərdi ora dönmək, yurduna gedən yolda ehtiyac duyduğu şeyləri azuqə etməkdir. O diyarı özünə yurd edənlər, burda güc mövzusunda yarışmazlar. Bu şey uğrunda qarşılaşmış olduqları təhqirlər, onları üzməz.

Fudayl b. İyad deyirdi:

"Mömin, dünyada qayğılı və hüzünlüdür. Qayğısı, hazırlanmaqdır"

Hasan əl-Basri belə deyirdi:

"Mömin, dünyada qərib (yad elli) biri kimidir. Ordakı zillətdən qorxmaz, ondakı izzət üçün yarışmaz. Onun özünə görə bir halı, insanların da özlərinə görə bir halı vardır."

Əslində mömin, dünyada qəribdir. Çünki Atası (Adəm əleyhissəlam), əbəd yurdunda idi, sonra ordan çıxarıldı. Onun dərdi, ilk yurduna dönməkdir. O, daim çıxarılmış olduğu vətəninin həsrətini çəkər. Necə ki, bu mövzuda:

"Vətən sevgisi, imandandır." deyilmişdir. (Haşiyə)

(Haşiyə:

Bu söz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə də nisbət edilmişdir. Ancaq Ondan olan rəvayət, səhih deyildir. Bax: Acluni, "Kəşfu'l-Xafa", l, s. 413-414; "əs-Silsilətu'z-Daifə", no: 36)

Möminlər bu mövzuda fərqli qruplara ayrılırlar:

İçlərindən qəlbləri cənnətə bağlı olanlar və qəlbləri Yaradıcısına bağlı olanlar vardır. Qəlbləri Yaradıcısına bağlı olanlar, ariflərdir. Bəlkə də möminlərin əmiri Əli (radiyallahu anh), sadəcə bu qrupa işarət etmişdir. Ariflərin bədənləri dünyada, qəlbləri isə, Rəblərinin yanındadır.

Hasan əl-Basri'nin rəvayət etdiyi mürsəl hədislərdən birində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əziz və uca olan Rəbbinin belə buyurduğunu nəql edir:

"Təmizliyin əlaməti, qulun qəlbinin Mənə bağlı qalmasıdır. Qul belə olarsa, Məni heç bir halda unutmaz. Əgər belə olarsa, Məni unutmaması üçün, onun Mənimlə məşğul olmasını təmin edərəm. Məni unutduğunda, onun qəlbini hərəkətə keçirərəm. Danışarsa, Mənim üçün danışar, susarsa, Mənim üçün susar. Ona gələn bu kömək, Mənim qatımdan gələr." (İbn Rəcəb bu hədisi "Camiu'l-Ulum və'l-Hikəm" əsərində 15-ci hədisin şərhində də rəvayət etmişdir.)

Bu hala sahib olanlar, qəriblərin qəribləridir. Onların qəriblikləri, ən şərəfli qəriblikdir. Şübhəsiz, təriqət əhli nəzərində, qəriblik ikiyə ayrılır:

Zahiri və Batini qəriblik.

1. Zahiri qəriblik:

• Fasiqlər içində islah əhlinin;

• Riya və nifaq əhli arasında sadiqlərin;

• Cahil və əxlaqsızların arasında alimlərin;

• Özlərindən şəfqət və mərhəmətin alındığı dünyaya bağlı alimlərin arasında axirət əhlinin;

• Yox olacaq hər şeyə rəğbət göstərən və qalıcı olmayan dünyaya rəğbət göstərənlərin arasında zahidlərin

qəribliyi.

2. Batini qəriblik:

Himmət qəribliyidir. Bu, bütün insanlar arasında, hətta alimlər, abidlər və zahidlər arasında, arif kimsənin qəribliyidir. Çünki onlar, elm, ibadət və zühd ilə məşğul ikən, ariflər, Məbudları ilə məşğuldurlar, qəlbləri Ondan ayrılmaz.

Əbu Süleyman, onları tərif edərkən belə deyirdi:

"Onların dərdləri, insanların dərdlərindən fərqlidir. Onların istəkləri, insanların istəklərinin əksinə axirətdir; duaları da insanların dualarından fərqlidir."

Əbu Süleymana əməllərin ən fəzilətlisinin nə olduğu soruşuldu. Əbu Süleyman ağladı və belə dedi:

"Qəlbinin, Allahdan başqa dünya və axirətdən heç bir şey istəmədiyini fərq etməsidir."

Yəhya b. Muaz deyir:

• Zahid, dünyanın qəribidir;

• Arif, axirətin qəribidir.

O, bu sözü ilə, zahidin, dünya əhli arasında qərib, arifin də axirət əhli arasında qərib olduğuna, abidlərin və zahidlərin onu tanımadığına, sadəcə onun kimi olan və onunla eyni dərdi paylaşan kimsələrin onu tanıdığına işarət etmişdir.

Bəlkə də arif, bu qəribliklərin hamısını və ya daha çoxunu ya da bir qismini özündə cəm etmişdir. O halda, ondan qəriblik soruşulmaz. Abidlər, dünya və axirət əhlinin gözündə zahiddirlər. Ariflər isə, dünya və axirət əhlinin gözündə gizlidirlər.

Yəhya b. Muaz belə deyirdi:

"Abid, məşhur; arif isə, gizlidir."

Bəlkə də arifin halı, halını gizlədiyindən və nəfsi haqqında su-i zənn bəslədiyindən dolayı, özünə belə gizlidir.

İbrahim b. Ədhəm belə deyir:

"Bu halı sadəcə bir kimsədə gördüm ki, onu da nə nəfsi bilirdi, nə də insanlar."

Sa'd (radiyallahu anh)'ın rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, Allah, təqva sahibi və xalqdan uzaq duran qulunu sevər." (Muslim, Zühd/11)

Muaz (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz Allah, təqva sahibi və xalqdan uzaq duran qullarını sevər. Onlar, görüldüklərində tanınmazlar, görülmədikləri zaman axtarılmazlar. Bax onlar, hidayət imamları (öndərləri) və elm qəndilləridirlər." (İbn Macə, Fitən/16)

Əli (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Nə xoş, insanların nə olduqlarını bilən, ancaq öz əməllərini kimsəyə göstərməyən və Allahın özündən razı olduğu kimsələrə! Onlar, hidayət qəndilləridir. Allah, bunlar vasitəsilə hər cür qaranlıq fitnəni yox edər."

İbn Məsud (radiyallahu anh) belə deyir:

"Yer üzü əhli arasında tanınmayan, səma əhli arasında tanınan, qəlbləri yeni və libasları köhnə gecə qəndilləri olun!"

Bax onlar, qəriblərin ən xas olanlarıdır. Onlar, dinlərini fitnələrdən qoruyanlar, qəbilələrindən (İslam üçün) ayrılıb uzaqlaşanlardır. Onlar, İsa b. Məryəm ilə birlikdə diriltiləcəklərdir. Axirət əhli arasında, kibrit-i əhmərdən (qırmızı qızıldan) daha dəyərlidirlər. O halda, onların dünya əhli arasındakı halı necə olar?! Onların halları, ümumilikdə, hər 2 qrup tərəfindən də bilinməz. Onlardan insanlar tərəfindən görülənlər, bədənləri ilə insanların arasındadır. Möminlərin əmiri Əli (radiyallahu anh), onları tərif edərkən dediyi kimi, qəlbləri isə, Mələ-i Əla'ya (ən böyük mələklərin olduğu aləmə) bağlıdır. Onlardan bir çoxu, insanlar arasına qarışmaz. O, Sevdiyi ilə baş başa qalmaq üçün başqalarından qaçar. Bunun üçün onlardan bir çoxu, uzun müddət yalnız qalar.

Ariflərdən birinə:

"Yalnızlıq hiss etmirsənmi?"

deyə soruşuldu. O:

"Allah:

'Mən, Məni zikr edənlər birlikdəyəm.'

dediyi halda, necə yalnızlıq hiss edə bilərəm ki?!" deyə cavab verdi.

Bir başqası:

"Bir kimsə, Allah ilə birlikdə ikən yalnızlıq hiss edərmi?!" demişdir.

Sələfdən biri belə deyir:

"Tək başına qaldığından dolayı yalnızlıq hiss etməyin səbəbi, insanın Rəbbi ilə bərabərliyinin az olmasındandır."

Yəhya b. Muaz, çox zaman üzlətə (yalnızlığa) çəkilər və tək başına qalardı. Qardaşı, bu mövzuda onu qınadı və:

"Əgər sən də bir insan isən, insanlarla bərabər olmağın lazımdır." dedi. Bunun üzərinə Yəhya:

"Əgər sən bir insan isən, Allah ilə birlikdə olmağın lazımdır." dedi.

Yəhyaya:

"İnsanları tərk etdiyində, kiminlə birlikdə yaşayırsan?" deyə soruşuldu. O:

"İnsanların, Özü üçün hicrət etdiyi ilə birlikdə yaşayıram." deyə cavab verdi.

Qazvan, yalnızlığından dolayı qınanınca:

"Ehtiyacımı yanında tapdığım Kimsənin məclisində olmaqdan dolayı, qəlbim rahata qovuşdu." dedi.

Onların insanlar arasındakı qəribliklərindən dolayı, bəlkə də, bəziləri, onları, insanların halından uzaq bir hal sərgilədiklərindən, dəli olmaqla günahlandırmışdırlar. Necə ki, Üveys əl-Qarani haqqında bu cür şeylər söylənmişdir.

Əbu Muslim əl-Halvani, çoxca zikr edərdi. Dili, zikirdən uzaq qalmazdı. Bir adam, Onun yaxınlarından birinə:

"Dostunuz dəlidirmi?" deyə soruşdu. Əbu Muslim:

"Xeyir! Lakin bu, dəliliyin dərmanıdır." deyə cavab verdi.

Hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Allahı o qədər çox zikr edin ki, sizə məcnun (dəli) desinlər." (Əhməd, "Müsnəd", lll, 68; ibn Hibban, "Səhih", lll, 99; Hakim, "əl-Müstədrək", l, 499. İsnadı zəifdir.)

Hasan əl-Basri, onların sifətləri haqqında belə deyir:

"Cahil bir kimsə, onlara baxdığında, onların xəstə olduğunu zənn edər; oysa ki onlar, xəstə deyildirlər."

Yenə O belə deyirdi:

"Aldandılar! İnsanlar böyük bir yanılma içindədirlər. And olsun Allaha, onlar, sizin dünyanızdan uzaqdırlar."

(Əbu Musab Talat b. Fuad əl-Hulvani'nin, ibn Rəcəbə aid hədis şərhləri və risalələrini, 4 cild halında bir araya gətirdiyi: "Məcmu'u Rəsailu'l-Hafiz b. Rəcəb əl-Hənbəli" adı ilə nəşr etdiyi əsərdən nəql, 8-ci hədis: "Nə xoş o qəriblərə!")

Read 176 times
In order to make a comment, please login or register