Qəriblər kimlərdir?

3986- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İslam qərib olaraq başladı və başladığı kimi (günün birində) qəribə halına dönəcəkdir. Nə xoş qərib (mömin)'lərə."

------------------------

3987- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İslam şübhəsiz qərib (kimi) başladı və (günün birində) təkrar qərib (kimi) olacaqdır. Nə xoş o qərib (mömin)'lərə."

---------------------

3988- Abdullah b. Məs'ud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İslam, şübhəsiz, qərib olaraq başladı və (günün birində) qərib halına dönəcəkdir. Nə xoş qərib (mömin)'lərə."

İbn Məs'ud deyir ki:

"Qəriblər kimlərdir?" deyə soruşuldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Qəbilələrindən (İslam üçün) ayrılıb uzaqlaşanlardır." buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Fitən (Fitnələr kitabı): "İslam qərib olaraq başladı" babı)

--------------------

İzahı:

3986 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisini, Muslim də rəvayət etmişdir.

3988 no-lu ibn Məsud (radiyallahu anh) hədisini, Tirmizi də rəvayət etmişdir. Ancaq Tirmizi'nin "İman" bölməsində rəvayət etdiyi mətndə, qəriblərin kimlər olduğuna dair sual və cavab yoxdur.

Nəvəvi, Muslim'in şərhində, buna bənzər ibn Ömər (radiyallahu anh) hədisini izah edərkən:

"Qəriblərin kimlər olduğu, hədisdə açıqlanmışdır."

deyərək, burdakı cavabı eynilə nəql edir. O, qəriblərin, qəbilələrindən (İslam üçün) ayrılıb uzaqlaşanlar olduğuna dair açıqlamanı nəql etdikdən sonra belə deyir:

"əl-Hərəvi deyir ki:

Qəbilələrindən ayrılıb uzaqlaşanlardan məqsəd:

vətənlərini tərk edib Allah uğrunda hicrət edənlərdir."

---------------------------

İslamın qərib adam kimi və ya qərib olaraq başlamasının mənası budur:

"İslam ilk zamanlarda, çox az kimsə tərəfindən qəbul edildi. O dövrdə müsəlmanların sayı az olduğu üçün, İslam dini, kimsəsiz və qərib bir adam kimi idi. Sonra müsəlmanların sayı çoxaldı, İslamı tətbiq edənlər və əmirlərini yerinə gətirənlər, qadağalarından çəkinənlər, hər tərəfə yayıldılar.

Beləcə, ilk zamanlarda görülən qəriblik qalmadı. Son zamanlarda:

• fitnələrin çoxalması;

• insanların pozulması;

• dini vəzifələrin yerinə gətirənlərin sayının azalması

nəticəsində, İslam, ilk zamanlardakı hala dönəcəkdir."

------------------------

Hədislərdə İslamın qəribləşəcəyi xəbəri verildikdən sonra:

فطوبى للغرباء

"Fə tuba li'l-ğuraba" buyurulmuşdur.

Ğuraba kəliməsi, qərib'in cəm halıdır, qəriblər deməkdir. Son hədisdə, qəriblər, qəbilələrindən, vətənlərindən ayrılıb Allah yolunda hicrət edən mühacirlər deyə açıqlanmışdır.

Tirmizi'nin Amr b. Avf (radiyallahu anh)'dan rəvayət etdiyi bir hədisdə, İslamın qərib olaraq başladığı və təkrar (günün birində) qərib hala dönəcəyi buyurulduqdan sonra:

فطوبى للغرباء الذين يصلحون ما افسد الناس من بعدي من سنتي

"Nə xoş o qərib (mömin)'lərə ki, xalqın, Məndən sonra pozduqları sünnətimi (yolumu) islah edərlər."

buyurulur.

Bu rəvayətdə, qəriblər:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətini (yolunu) izləyən;

• Onunla əməl edən; və

• Var güclərilə açıqlamağa, ihya etməyə (diriltməyə) çalışan möminlər

deyə açıqlanmışdır. Bu rəvayəti diqqətə alan bəzi alimlər, qəribləri buna görə təfsir etmişlərdir.

--------------------

"Tuba" kəliməsi: "gözəllik" və "təmizlik" mənasını ifadə edən "tib" kökündən alınmışdır.

Bu kəlimə:

"fərəh, göz aydınlığı, sevinc, qibtə, ehsan, cənnət və cənnətdə bir ağac"

kimi mənalarda açıqlnmışdır.

Bunların hamısı "xoşbəxtlik və səadət" mənasına yaxın olduğu üçün, tuba kəliməsini "xoşbəxtlik" mənasında tərcümə etdik.

.

Read 7 times
In order to make a comment, please login or register