Qəzəbi udmağa dair hədis vardırmı?

Muaz b. Ənəs (əl-Cuhəni) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim bir qəzəbi, gərəyini etməyə gücü çatdığı halda udarsa, Allah qiyamət günü o kimsəni bütün məxluqata təriflərlə tanıdıb məşhur edər.

Ən nəhayət, onu, hurilər içərisindən istədiyini seçmək xüsusunda sərbəst qılar."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Hilm (ağıllı davranmaq, səbirli olmaq, qəzəblənməmək) babı", hədis no: 4186)

-------------------------

İzahı:

Bu hədisi, əbu Davud, Tirmizi və Əhməd də rəvayət edirlər.

Hədis, qəzəbi üstələməyin fəzilətinə dəlalət edər. Çünki qəzəbi üstələmək, daim pisliyi əmr edici olan nəfsi məğlub etmək deməkdir. 

Hədisdə bu fəzilətin, qəzəbləndiyi zaman, gərəyini etməyə iqtidar sahibi olan kimsəyə aid olduğunu bildirir. Çünki əsl hünər və məziyyət, intiqam almağa güc sahibi olduğu halda, bundan dönüb qəzəbi üstələməyin fəzilətini gözləməktədir.

Hədisdə bildirildiyi kimi, bu şəkildə qəzəbini üstələyən bir mömin, axirət günü Allah'ın təqdir və ehsanına qovuşar. Bu xislətindən dolayı, mədh ilə bütün varlıqlara tanıdılıb halı elan edilər və cənnətə daxil edilib yüksək mərtəbələrə qaldırılar. 

Onun cənnətlik olduğu, hurilər içərisində bəyəndiyini seçmək xüsusunda sərbəst qılınmasına dair cümlədən anlaşılır.

Read 18 times
In order to make a comment, please login or register