Qadına 3 gündən artıq yas tutması caizdirmi?

Humeyd b. Nafi, Əbu Sələmə'nin qızı Zeynəb'dən, bu 3 hədisi xəbər vermişdir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in zövcəsi um Həbibə'nin atası əbu Sufyan vəfat etdiyində, yanına girdim. Um Həbibə, içində səfran, gözəl ətirlər, ya da başqa şeylərin olduğu xoş ətirlərin gətirilməsini istədi. O xoş ətirlərdən bir qıza sürtdü, sonra özü də yanaqlarına qoydu. Sonra da:

"Allaha and olsun ki, gözəl ətirə ehtiyacım yoxdur. Bu qədər var ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, minbər üzərində belə buyurarkən, eşitdim:

'Allaha və axirət gününə iman edən bir qadına, 3 gündən artıq, hər hansı bir ölü üçün yas tutması, halal deyildir. Əri üçün tutduğu yas olan 4 ay 10 gün, müstəsnadır."

Zeynəb deyir ki:

Sonra qardaşı vəfat etdiyi zaman, Cahş qızı Zeynəbin yanına getdim. O da gözəl ətir gətirilməsini istədi və ondan bir miqdar sürtdü. Sonra (belə) dedi:

"Allaha and olsun ki, mənim gözəl ətirə bir ehtiyacım yoxdur. Ancaq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i minbər üzərində belə buyurarkən eşitdim:

'Allaha və axirət gününə iman edən bir qadının 3 gündən artıq bir ölü üçün yas tutması, halal deyildir. Əri üçün 4 ay 10 gün, müstəsnadır."

Zeynəb dedi ki:

Anam um Sələmə'ni də belə deyərkən, dinlədim:

Bir qadın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gələrək dedi:

"Ey Allahın rəsulu! Qızımın əri vəfat etdi. Gözləri xəstələndi. Ona sürmə çəkə bilərikmi?"

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Xeyir." deyə buyurdu.

İki ya üç dəfə (qadın təkrar) soruşdu. Hər birində Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Xeyir." deyə cavab verdi. Sonra:

"Hamısı, 4 ay 10 gündür. Halbuki, cahiliyyə dövründə, sizdən biri, il tamamlanınca təzək atardı." buyurdu.

Humeyd deyir ki, Zeynəb'ə:

"...il bitincə, təzək atırdı...nə deməkdir?" deyə soruşdum. Zeynəb (belə) dedi:

"Cahiliyyədə, qadının əri öldüyündə, qadın, tavanı alçaq (və ya kiçik) bir yerə girər, ən pis paltarlarını geyinər, əlini gözəl ətirlərə də, başqa şeylərə də sürtməzdi. Sonra üzərindən bir il keçincə, ona bir eşşək, bir qoyun, ya da bir quş gətirilər və ön tərəfini onunla silərdi. Onunla ön tərəfini silib ölməyən bir şeyə çox az rastlanardı. Sonra çölə çıxar, ona bir təzək verilər və onu atardı. Bundan sonra, artıq gözəl ətir və ya başqa hər nə isə, istədiyinə dönərdi (istifadə edərdi)."

Not:

Bu hədisi:

• Buxari (hədis no: 1280, 1281, 1282, 5334, 5335, 5336, 5338, 5345, 5706);

• Əbu Davud (hədis no: 2299);

• Tirmizi (hədis no: 1195, 1196, 1197)

• Nəsai (hədis no: 3500, 3501, 3502, 3527, 3533, 3534, 3535, 3540, 3541, 3542, 3543);

• ibn Macə (hədis no: 2084)

də rəvayət etmişlərdir.

-------------------------------

Şərhi:

"Allaha və axirət gününə iman edən bir qadının..."

Bu hədisdə, ərinin vəfatı dolayısı ilə, iddətli qadının ihdadının (haşiyə) vacib olduğuna dəlil vardır.

------------------

İhdad və hidad:

Dilçi alimlərə görə, əngəlləmək mənasındadır. Çünki ihdad ilə mükəlləf olan qadının, bəzənməsi və gözəl ətir sürtməsi, qadağandır. Qadının, bu şəkildə yas tutmaq halını bildirmək üçün, "əhaddət" və "haddət" şəkilləri, istifadə edilə bilər. Cumhur belə demişdir.

Şər'i bir məfhum olaraq "ihdad", gözəl ətir istifadə etmək və bəzənməyi tərk etmək deməkdir.

-----------------------

Bu da, hər nə qədər təfərrüatında ixtilaf edilmiş isə də, ümumi olaraq, üzərində icma edilmiş bir xüsusdur.

• Özü ilə zifafa istərsə girilmiş olsun, istərsə girilməmiş olsun;

• Yaşı istərsə kiçik olsun, istərsə böyük olsun;

• İstərsə bakirə olsun, istərsə dul olsun;

• İstərsə cariyə olsun, istərsə azad olsun;

• İstərsə müsəlman olsun, istərsə kafir olsun,

(ərinin) vəfat dolayısı ilə iddətli qadına, ihdad vacibdir.

Şafi'nin və cumhurun görüşü budur.

• Əbu Hənifə və ondan başqa digər Kufə əhli;

• əbu's-Sevr; və

• Maliki'lərdən bəzi fəqihlər isə,

"...kitab əhlindən olan zövcəyə ihdad vacib deyildir, əksinə, bu, yalnız müsəlman qadına aid xüsusi bir mükəlləfiyyətdir. Çünki Nəbi (sallallahu aleyhi və səlləm):

'Allaha və axirət gününə iman edən bir qadına...'

buyuraraq, mömin bir qadının xüsusiyyəti olduğunu göstərmişdir."

Yenə əbu Hənifə'nin dediyinə görə, (yaşı) kiçik üçün də, ihdad mükəlləfiyyəti yoxdur, cariyə olan zövcə haqqında da bu mükəlləfiyyət yoxdur.

Um Vələd (ağasından uşaq doğmuş olan cariyə)'nin də, cariyənin də, ağalarının vəfat etməsi dolayısı ilə, ihdadla mükəlləf olmadığı, eyni şəkildə rici talaqla boşanmış zövcənin də, belə bir mükəlləfiyyətinin mövcud olmadığı, icma ilə qəbul edilmiş olmaqla bərabər, 3 talaq ilə boşanmış qadın haqqında, ixtilaf edilmişdir.

• Ata;

• Rabiə;

• Malik;

• Leys;

• Şafi; və

• ibnu'l-Munzir,

"...bunun ihdad mükəlləfiyyəti yoxdur..." deyərkən;

• əl-Hakəm;

• əbu Hənifə;

• Kufə əhli;

• əbu's-Sevr; və

• əbu Ubeyd

"...ihdadla mükəlləfdirlər..." demişlərdir. Eyni zamanda, bu, Şafi'nin də zəif bir görüşüdür.

Qadı İyad, Hasan əl-Basri'dən,

"...boşanmış və əri vəfat etmiş qadına, ihdad icab etməz..."

dediyini nəql etməkdədir ki, bu, şazz və qərib bir görüşdür.

3 talaq ilə boşanmış qadın haqqında ihdad mükəlləfiyyəti olmadığını söyləyənlərin dəlili, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Ölən kimsə üçün müstəsna..."

buyuraraq, başqası haqqında haram olduğunu bildirdikdən sonra, bu şəkildəki bir ihdadı, ölüyə xas olaraq bəhs mövzusu etməsidir.

Qadı İyad (belə) deyir:

Əri vəfat etmiş qadın haqqında ihdadın vacib olduğu hökmü -hədisin ləfzində vücuba (vacibliyə) dəlil bir ifadə mövcud olmamaqla bərabər, hədisi bu şəkildə ittifaqla açıqlamalarından anlaşılmaqdadır. Hər nə qədər vücub ifadə edən bir ləfz yoxdursa da, onlar, vücub ifadə etdiyini ittifaqla qəbul etmələrilə bərabər, ayrıca um Sələmə'nin və um Atiyə'nin rəvayət etdikləri:

• sürmənin;

• gözəl ətirin; və

• gözəl libas geyinməsinin

ihdad etməkdə olan qadına qadağan etməsindən də çıxarmışlardır. Ən doğrusunu Allah bilir.

Bizim də, ümumi olaraq elm adamlarının da görüşü, budur.

Bundan Yəhya b. əbu Kəsir və Əvzai'dən nəql edilən bu görüş müstəsnadır:

"Məqsəd, 4 ay, 10 gecədir. Artıq 10-cü gün, halal olur."

Bizə və cumhura görə isə, 11-ci günün gecəsi girmədən, halal olmaz.

Bunu da bildirək ki, bizə görə, 4 ay və 10 gün qeydi, iddətli qadınların əksəriyyətlə, aylar hesabı ilə iddət etmələrindən dolayı bəhs mövzusu edilmişdir. Əgər bu halda, iddətli qadın hamilədirsə, onun iddəti, hamiləliyi ilə məhduddur. Artıq doğana qədər, iddəti boyunca, o ihdad etmək məcburiyyətindədir. Bu müddət, istər qısa, istərsə də uzun olsun. Doğuşdan sonra artıq ihdad, bəhs mövzusu olmaz.

Elm adamları belə deyirlər:

Talaq iddətində deyil, vəfat iddətində ihdadın vacib olmasının hikməti budur:

Bəzənmək və gözəl ətir sürtmək, nigaha çağırır. Özünə bunlar qadağan edilərək, bu nigahdan uzaq tutsun, istənilmişdir. Çünki ər ölmüşdür. O, özündən dolayı iddət gözləyən qadının nigahını əngəlləyə bilməz. O qadını nigahlayacaq kimsə də, onun (ölənin) haqqına riayət etməz. Yaşayan və zövcəsini boşamış kimsənin əksinə, ondan qorxmaz. Çünki boşamış ərin varlığı ilə, ayrıca başqa bir əngəlləyiciyə ehtiyac qalmaz.

Bax, bu illət səbəbilə, əri vəfat etmiş qadının, iddət gözləməsi icab etmişdir. İstərsə, onunla cinsi münasibət baş verməmiş olsun. Bu isə, boşamaqdan fərqli bir haldır.

Bax, iddətin vacib qılınması surətilə, ölən şəxsin haqqı qorunub dəstəklənmiş və bu müddət də, 4 ay 10 gün olaraq təsbit edilmişdir. Çünki əgər qadın hamilədirsə, bu müddət zərfində, uşağa ruh üflənir. 10 gün isə, bir ehtiyatdır. Bu müddət zərfində, uşaq, anasının qarnında hərəkət etməyə başlayır.

Elm adamları davamla belə deyirlər:

Bu iş, qadınların bu xüsusdakı güvənilən qənaətlərinə buraxılmamış və talaqda olduğu kimi, "qurrlar" (haşiyə) ilə hesab edilməmişdir. Buna səbəb isə, sözünü etdiyimiz ölü adına ehtiyatdır.

Digər tərəfdən, yaşca kiçik zövcələr, az təsadüf edildiyindən ötürü, onlar da iddətin və ihdadın vücubunun hökmü cəhətindən, əksəriyyətlə təsadüf edilənlərin hökmünə tabe tutulmuşlardır.

--------------------------------

(Haşiyə:

"Boşanmış qadınlar, 3 'qur' gözləməlidirlər..." (Bəqərə/228) ayətində keçən "qur" kəliməsi:

Bu kəlimə, ərəb dilində birdən çox məna verir.

• İçində keçdiyi cümlədə "heyz" mənasına gələ biləcəyi kimi,

• (2 heyz arasındakı) təmizlik müddəti mənasına da gələ bilir;

• Hətta hər 2 məna da qəsd edilmiş ola bilər.

Əbu Amr b. əl-Ala belə deyir:

"Ərəblərdən bir qismi heyzə, bir qismi təmizlik müddətinə, bir qismi də həm heyz, həm təmizlik müddətlərinin ikisinə birdən "qur" deyirlər." (Qurtubi, "əl-Cami li ahkami'l-Quran", lll, 113)

Bu şəri ləfz, birdən çox mənaya ehtimallı olduğu üçün alimlər, zikr edilən ayətdə keçən "3 qur" təbirinin nə bildirdiyi mövzusunda ixtilaf etmişlərdir. İmam Qurtubi, təfsirində belə deyir:

"Alimlər burdakı '3 qur' mövzusunda ixtilaf etmişlərdir:

• Kufəlilər, onun heyz olduğunu söyləyərkən -ki, bu, eyni zamanda Ömər, Əli, ibn Məs'ud, əbu Musa, Mücahid, Qatadə, əd-Dahhaq, İkrimə və əs-Süddi'nin də məzhəbidir-;

• Hicazlılar, "təmizlik müddəti" olduğunu söyləmişlərdir. Aişə, ibn Ömər, Zeyd b. Sabit, əz-Zühri, Əban b. Osman və Şafi də bu görüşü mənimsəmişdir." (Qurtubi, "əl-Cami li ahkami'l-Quran" təfsiri, lll, 113, Bəqərə/228 ayəti)

-------------------------------

"...yanaqlarına sürtdü..."

Yanaqlar, çənənin üstü, qulaqların altı olan üzün 2 yanıdır. Bunu etməsinin səbəbi isə, ihdad şəklini ortadan qaldırmaqdır. Um Həbibə'nin etdiyi bu şey ilə bərabər zikr edilən Zeynəbin etdiyini göstərən hədisdə, ərindən başqaları üçün 3 gün və daha aşağı müddət, ihdadın caiz olduğuna dəlalət etməkdədir.

------------------------------

"...ona sürmə çəkəkmi?' dedi. Peyğəmbər: "xeyr" buyurdu...

Bu hədis ilə, bundan sonra zikr edilən um Atiyə hədisində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"...sürmə çəkməsin..." buyuruğu, istər eşitsin, istərsə də eşitməsin, ihdad edən qadına sürmə çəkməyin haram olduğuna dəlil vardır.

Muvatta və başqa qaynaqlardakı um Sələmə'nin rəvayət etdiyi hədisdə:.

"..onu gecə vaxtı sürt, gündüz sil..." buyurulmaqdadır.

Bu hədislərin bir arada cəm və təlif şəkli belədir:

• Əgər sürməyə ehtiyacı yoxdursa, onu istifadə etməsi, halal deyildir.

• Əgər ehtiyacı varsa, gecə caiz, gündüz isə, caiz deyildir. Bununla birlikdə, ən uyğunu, bunu, tamamilə tərk etməkdir.

• Əgər sürmə istifadə edərsə, gündüz onu silməlidir. O halda, icazə verən hədisdə, gecə sürmə istifadə edəcək olarsa, haram olmadığını bəyan etməkdədir. Qadağan edən hədis də, ehtiyac olmaması halına təvil edilir.

• Gözü ağrayıb sürməməsini söylədiyi qadın ilə bağlı hədis isə, bu qadağanın, tənzih bildirdiyi şəklində açıqlanır.

Bəziləri isə, "...gözə zərər gələcəyi qəti deyildi..." deyə açıqlamışlardır.

Elm adamları, ihdad halında olan qadının sürmə çəkməsinin hökmü haqqında ixtilaf etmişlərdir.

• Salim b. Abdullah;

• Süleyman b. Yəsar; və

• Özündən gələn bir qövlə görə Malik,

"...əgər gözünə zərər gələcəyindən qorxarsa, gözəl iy ehtiva etməyən sürmə istifadə etməsi, caizdir..." demişlərdir.

Bəziləri, ehtiyac halında, içində gözəl qoxu olsa belə, bunu, caiz qəbul etmişlərdir.

Məzhəbimiz (Şafi məzhəbi) isə,

"...ehtiyac olması halında, içində gözəl iy olmayan sürmənin, gecə istifadə edilməsi, caizdir..." demişlərdir.

--------------------------

"...hamısı 4 ay 10 gündür... İl başında təzək atardı..."

Yəni, siz qadınlar, bu iddəti və iddət müddəti içərisində sürmənin qadağan edilməsini, özünüzə çox görməyin. Bu, qısa bir müddətdir. Sizin bu mükəlləfiyyətiniz də xəfiflədilmiş və əvvəlləri bir il ikən, 4 ay 10 günə endirilmişdir. Bu da, bir il iddət gözləməyin nəsx edildiyini açıqca ortaya qoymaqdadır ki, bu da, Bəqərə surəsindəki ayətdə bəhsi keçən bir il iddət gözləməyin nəsx edilmiş olduğunu açıqca ifadə etməkdədir.

"...il sonunda təzəyi atması"na gəlincə, bu, hədisdə açıqlanmışdır.

• Bəzi elm adamları da, mənanın bu olduğunu söyləmişlərdir:

"O, iddəti atar və iddətdən çıxmış olar. Eynilə, bu təzəkdən ayrılması və onu atması kimi..."

• Bəziləri də:

"Bu:

• onun etdiyinin bir il boyunca iddətə səbr edib ən pis libasları geyməyə qatlaşmasının;

• kiçik bir evdə qalmasının;

• ərin haqqına və onun bu haqqına riayət edilməsi

gərəkdiyinə nisbətlə, bu təzəyi atmaq nə qədər əhəmmiyətsizdirsə, eləcə əhəmiyyətsiz olduğuna işarətdir, demişlərdir..."

--------------------------------

"...sonra eşşək, qoyun, ya da quş kimi canlı bir heyvan gətirilər və onunla təmizlənər..."

• İbn Quteybə deyir:

"Hicazlılara bu kəlimənin nə mənaya gəldiyini soruşdum. Onların mənə bildirdiklərinə görə, iddət gözləyən qadın, yuyunmaz, əlini suya vurmaz, dırnaqlarını kəsməzdi. Bir il keçdikdən sonra, ən çirkin bir görünüşlə çölə çıxar, sonra içində olduğu bu iddət halını, önünü özü ilə sildiyi bir quş ilə qırar, qaldırardı. O quşla önünü sildikdən sonra, onu atardı. Özü ilə sildiyi bu canlı, çox vaxt yaşamazdı."

• imam Malik deyir:

"Bu, dərisini ona silərdi, deməkdir."

• ibn Vehb isə:

"Əlini onun üzərinə, ya da belinə sürtərdi." deməkdir.

• Bunun:

"Onunla silinər, sonra ifdidad edərdi, yəni qüsl edərdi." mənasında olduğu da söylənmişdir.

Çünki ifdidad: təmizlənmək və bir gümüş parçası kimi bəyaz və təmiz hala gəlincəyə qədər kirləri ortadan qaldırmaq üçün su ilə yuyunmağa deyilir.

• Axfəş belə deyir:

"Bu, təmizlənər, deməkdir. Bu ifadə, təmizliyi və bəyazlığı etibarı ilə, gümüşə bənzədilərək istifadə edilmişdir."

(Nəvəvi, "əl-Minhac fi şərh-i Səhih-i Muslim b. Haccac", Talaq kitabı, 9-cu bab: "Vəfatdan sonra iddətdə, ihdad (bir növ yas tutmağ)'ın vacibliyi və bundan başqası dolayısı ilə -3 gündən artıq yas saxlamağın- haram olduğu babı, hədis no: 3709

Read 13 times
In order to make a comment, please login or register