Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)


Qadınların fiziki baxımdan yaradılışlarından irəli gələn bəzi xüsusi halları vardır. Bu hallar kişilərdə olmaz. Qadınların təmizlik şərtinə bağlı bəzi ibadətləri edə bilmələri və ər-arvad münasibətlərində haram işləməmələri üçün özləri ilə əlaqəli İslamın bu xüsusi hökmlərini öyrənmələri lazımdır. Həddi-büluğa çatmış bir qadının üç cür qan görməsi var:


a) Müəyyən yaş hədləri arasında və müəyyən fasilələrlə gələn heyz qanı.


b) Doğumdan sonra müəyyən bir müddət gələn nifas (zahılıq) qanı.


c) Bu ikisinin xaricində qalan və çox vaxt bir xəstəlik səbəbiylə gələn üzr (istihazə) qanı. Aşağıda bu üç halı izah edəcəyik.


A - AYBAŞI (HEYZ)


1.      Tərifi və Dəlilləri


Bir fiqh tərmini olaraq heyz yetkinlik yaşına çatan sağlam bir qadının cinsiyyət orqanından müəyyən fasilələrlə gələn qanı ifadə edir. Yetkinlik yaşından klimakteriya dövrünə qədər məydana gələn bu fizioloji hadisəyə də heyz halı (menstruasiya, reql), aybaşı halı, adət görmə, adət qanaması kimi adlar vərilir. Qadındakı bu heyz halı döl yatağının daxili üzünü əhatə edən pərdənin, yumurtanın mayalanmayıb ölməsi və hormon ifrazının kəsilməsi nəticəsində parçalanaraq qanla bərabər xaric olmasından ibarətdir. Heyz qanının kəsilməsiylə qadında təmizlik müddəti başlayar. Növbəti heyzə qədər olan müddətə də "təmizlik müddəti" dəyilir. Mayalanma məydana gəlincə isə, yumurta hüceyrəsi ana rəhminin daxili pərdəsinə yapışaraq inkişaf etməyə başlayar və aybaşı qanaması kəsilər. Buna görə də prinsip olaraq hamilə qadın aybaşı olmaz. (Heyət Elmihal,1, 211)


Qadınlar aybaşı halının vaxtlarına diqqət etməlidirlər. Çünki təmizlik şərtinə bağlı bəzi ibadətlərin qəbul olması, boşanmada iddət və nəfəqə kimi mövzuların müəyyən edilməsi bunların bilinməsinə bağlıdır.


Quran və sünnədə qadınların xüsusi hallarıyla əlaqədar müxtəlif nəslər (dəlillər) vardır. Quranda heyzin qadına əziyyət vərən və narahat edən bir hal olduğu, buna görə də bu vaxt ərzində qadınla cinsi əlaqədən uzaq durulmasının lazım gəldiyi (Bəqərə, 2/222.), boşanmış qadınların üç heyz və təmizlik müddətində iddət saxlamaları (Bəqərə, 2/228), heyzdən kəsilən (menopoz dövrünə girən) və ya hələ heyz olmayan qadınların iddətinin isə üç ay olduğu (Talaq,65/4.) bildirilir.


İslamın ilk vaxtlarında cahiliyyə dövrünün ərəbləri heyzli qadınların olduğu yerdə dayanmaz və bərabər yemək yeməzdilər. Yəhudilərin və məcusilərin adətləri də belə idi. Xristianlar isə aybaşı halına əhəmiyyət vərməz və cinsi əlaqədə belə olardılar.( Elmalılı, Hak Dini Qur`an Dili, Azim nəş., ll, 99.)


Tövrata görə heyzli qadın qanın kəsilməsindən yeddi gün sonraya qədər belə murdar sayılmış və buna görə də bəzi vəzifələrlə məsul idi.( Levililər, 15/19-24, 18/19, 20/18; ll Samuyel, 11/4; Həzəkiyəl, 22/10). Qadın bu müddətin sonunda "miqvəh" dəyilən qüsl alar və ancaq bundan sonra təmiz sayılardı.(Levililər, 15/19.)


İslamda qadına mənəvi (ruhi) və fiziki baxımdan əziyyət vərən heyz günləriylə əlaqəli olaraq bəzi qoruyucu hökmlər və asanlıqlar gətirilmişdir. Qurani-Kərimdə belə buyurulur:


"(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!" ( Bəqərə, 2/222.)


Hz. Peyğəmbərin bu haqda qaydalar gətirən müxtəlif hədisləri vardır.Bunlardan bəzilərini aşağıda qeyd edəcəyik.


"Bu heyz Allahın, Adəmin (ə.s.) qızlarına yazdığı bir haldır." (Buxari, Heyz, 1, 7, Ədahi, 3, 10; Müslüm, Həcc, 119, 120; Əbu Davud, Mənasik, 23.)


 Aybaşı olan bir qadından ayrı və uzaq durulacaqmı deyə soruşan bir səhabəyə Allahın Rəsulu belə cavab vərmişdir:


"Cinsi əlaqə xaricindəki şeylər, normal vaxtlardakı kimi edilə bilər (Müslüm, Heyz, 16; Nəsasi, Təharət, 18; İbn Macə, Təharət, 12.). Ancaq, belə bir qadının göbəyi ilə diz qapağı arasının örtülü olması kifayət görülmüşdür. (Buxari, Heyz, 5, Təharət, 175; Darimi, Təharət, 108)


Aybaşı olan qadının ancaq natəmiz olan tərəfi təkcə aybaşı halından ötrü gələn qanıdır. Onun tüpürcəyi və təri pis dəyildir. Bişirdiyi yeyilir və yeməyinin artığı təmizdir. Hz. Aişədən belə dədiyi nəql edilmişdir:


"Mən aybaşı olarkən, Rəsulullah qucağıma söykənir və bu vəziyyətdə Quran oxuyardı." (Buxari, Heyz, 2, 3; Müslim, Heyz, 15; Nəsai, Təharət, 173.)


"Aybaşı olduğum halda sümüklü əti dişləyərdim və sonra ona vərərdim. Əti məndən alardı və mən dişlədiyim yərdən o da dişləyərdi. Yenə aybaşı olduğum halda su içdiyim qabı ona vərərdim. Qabı məndən alardı və ağzını, mən ağzımı qoyduğum yərdən qoyaraq suyu içərdi." (Müslim, Heyz, 14.)


2.   Aybaşı Halının Müddəti


Bir şəxs yetkinlik yaşına girməklə, uşaqlıq yaşından çıxıb gənclik çağına girmiş olur. Yetkinlik yaşının ən aşağı yaş həddi qızlarda 9, oğlan uşaqlarında isə 12 yaşdır. Yetkinlik yaşının əlaməti kişilərdə ehtilam olmaqla, qızlarda isə aybaşı halının məydana gəlməsi və ya hamilə qalmaqla özünü göstərir. Aybaşı olmağın ən üst yaş həddini açıq şəkildə ifadə edən bir ayə və ya hədis olmadığı üçün, fiqh alimləri təcrübəyə əsaslanaraq müxtəlif yaş hədlərini təyin etmişdirlər. Əksər fəqihlərə görə 9 yaşından etibarən başlayan aybaşı halı, təxminən 50-55 yaşlar arasında tamamilə kəsilir. Bu xüsusda feili olaraq aybaşı halının başlanması və qurtarması əsas alınır. Bu yaşların xaricində cinsiyyət orqanından gələn qan "üzr qanı" hesab edilir. Aybaşı halının olması və ya ehtilam gecikərsə, fiqh alimlərinin əksəriyyətinə görə 15 yaşının tamam olmasıyla hər iki cinsin nümayəndəsi yetkinlik yaşına çatmış hesab edilir. Əbu Hənifəyə görə isə yetkinlik yaşına çatmanın ən üst yaş həddi qızlarda 17, oğlanlarda isə 18-dir. Bu yaşa gələnlərdə yetkinlik yaşının əlamətləri hələ də görülməzsə bu hökm baxımından yetkinlik yaşına girmiş hesab edilir.” (İbn Abidin, e.a.ə., l, 279 vd.; Şurunbulalı, Məraqil-Fəlah, Misir, 1315, s. 23; İbn Qüdamə, Muğni, Qahirə, t.y. l, 363.)


Aybaşı halının başlamasına, qurtarmasına və tərtibinə təsir edən amillər bunlardır: Ağır keçən xəstəliklər, xroniki xəstəliklər, iqlim və etraf mühitdə məydana gələn dəyişikliklər, qorxu və həyacan, həddindən artıq fiziki fəaliyyət, arıqlamaq üçün tətbiq edilən anormal rejimlər, həddindən artıq hamilə qalma arzusu və ya hamilə qalma qorxusu bunlar arasında sayıla bilər.


HənəfiHənbəlilərə görə hamilə qadın aybaşı olmaz. Malikilər və son dövrdəki fitvasına görə Imam Şafei isə hamilə qadının da bəzən aybaşı ola biləcəyini söyləmişdir. Onlar, aybaşı qanamasından bəhs edən ayənin mütləq manasına və aybaşı halının qadının fitrəti ilə əlaqədar olduğunu bildirən bəzi xəbərlərə istinad edirlər. (İbn Rüşd, Bidayətul-müctəhid, l, 51.)


Ən uzun və qısa adət müddəti: Hənəfilərə görə, heyzin ən qısa müddəti üç gün, üç gecədir. Bundan az olarsa üzr qanı sayılır. Ortalama 5 gün, ən uzun isə 10 gün, 10 gecə olanıdır. 10 gündən çox olan qanamalar üzr qanaması kimi qəbul edilir. ən qısa 3 gün və ən uzun 10 gün müddət arasında məydana gələn qanamalar isə “heyz qanı" sayılır. İstinad etdikləri dəlil bu hədisdir: "Subay və ya dul qadın üçün ən qısa aybaşı halının müddəti üç gün, ən uzun müddəti isə on gündür.” (Zeyləi, Nəsbur-Rayə, l, 191) Şafeilərə görə ən qısa müddət 1 gün, 1 gecə; ən uzun müddət 15 gün olmaqla bərabər, qadınların əksəriyyətinin aybaşı halının müddəti altı və ya yeddi gündür. Malikilər, ən az müddət üçün bir hədd qoymazkən, ən uzun müddəti, yəni aybaşı olmağa başlamış bir qadın üçün 15 gün olaraq müəyyən edirlər. (Kasani, l, 39; İbnul-Hümam, e.a.ə., l, 11; İbn Rüşd, e.a.ə., l, 48 vd.; İbn Qüdamə, Muğni, l, 308.


Qanamanın heyz halının davam etdiyi müddət ərzində fasiləsiz olaraq baş vərməsi şərt dəyildir və aramla olma ehtimalı yüksəkdir. Məsələn; heyz halı 4 gün davam etsə, sonra 2 gün kəsilib, bundan sonra yenə 2 gün davam etsə, bu 8 günün tamamı heyz halı hesab edilir.


İki aybaşı halı arasındakı təmizlik halına "tuhr" dəyilir. Bunun müddəti 15 gündən az olmaz. Ancaq bundan çox ola bilər. Bu hal aylarca, illərcə davam edə bilər. Bu şəkildə təmizlik halı uzanıb gedən qadına "mümteddut-tuhr" dəyilir.


Maliki və hənbəlilərə görə, heyz halının görüldüyü müddətdə qanın kəsildiyi günlərə "təmizlik günləri (yevmunnəka)" dəyilir. Aybaşı olan qadın bu günlərdə təmiz sayılır və digər təmiz qadınların edə biləcəyi işləri edər


Bəzi qadınların heyz günləri sayılı və müəyyəndir. Məsələn; hər ay 5 və ya 6 gün aybaşı olurlar. İlk dəfə aybaşı olan gənc bir qızda, aybaşı halının günləri bununla müəyyən olur. Məsələn; belə bir gənc qızda, ilk dəfə olaraq altı gün qan gəlsə və bundan sonra 24 gün təmiz qalsa, artıq bu şəkildə aybaşı halının günləri müəyyən olmuş olar. Bu gənc qızdan ayrıca olaraq xəstəliyi səbəbiylə üzr qanı gəlməyə başlayarsa, hər ay aybaşı halı 6 və təmizlik günləri də 24 gün olaraq hesab edilir.


Bəzi qadınlarda heyz günləri, bir ayda 5, digər ayda 6 gün olmaq üzrə aybaşı halı dəyişkən ola bilər. Bu vəziyyətdə ehtiyata görə əməl etmək lazımdır. Məsələn; belə bir qadın, altıncı gün olunca yuyunar, namazlarını qılar və ya Ramazan ayıdırsa orucunu tutar. Çünki bu altıncı gündəki qanamanın, üzr qanı olması ağla gəlir. Ancaq altıncı gün çıxmadığı müddətcə cinsi münasibət, boşanmışsa iddəti qurtarmış sayılmaz. Çünki bu altıncı gündəki qanamanın aybaşı qanı olması ehtimalı var.


Bir qadının adət etdiyi aybaşı halı müddətinin dəyişmiş sayılması üçün, ən az iki dəfə başqa bir müddət daxilində məydana gəlməsi lazımdır. Məsələn; müntəzəm olaraq hər ay 5 gün müddətində aybaşı halı olarkən, bu müddət daha sonra 6 günə çıxsa, artıq bu yəni müddətə görə hesablanır.


Aybaşı halında əvvəlcədən müəyyən olan sıranı keçən, ancaq 10 günü keçməyən qanamalar, aybaşı qanaması sayılır. Məsələn, hər ay 7 gün aybaşı qanı gələn bir qadın, daha sonra 10 gün gələrsə, aybaşı halının müddəti 10 günə çıxmış olar. Ancaq müəyyən günlər sayısınca olan bir aybaşı halından sonra, qanama müddəti 10 günü keçərsə, əvvəlcədən müəyyən olunan günlərin sayısına etibar edilir və artıq günlərdə gələn qan isə üzr qanı sayılır. Məsələn, daha əvvəl 7 gün olaraq bəlli günlər sayısınca aybaşı halı olan bir qadın, daha sonra hər ay 11 və ya 12 gün qan görərsə, bunun əvvəlcədən bəlli olan 7 günü heyz, gəri qalan 4 və ya 5 günü isə üzr qanı kimi qəbul edilir.


Əvvəlcədən müəyyən olunan bəlli günlərdən əvvəl gəlməyə başlayıb və cəmi 10 günü keçməyən qanamalar da heyz qanaması sayılır.Əgər 10 günü keçərsə əvvəlcədən bəlli olan günlər sayısınca gələn qan heyz, bu günlərdən əvvəl gələn qan isə üzr qanıdır. Məsələn, hər ayın başında 5 gün heyz olan qadın, daha sonra bu bəlli beş gündən əvvəl 2 və ya 3 gün artıq qan gəlməyə başlayarsa, bunların cəmi olan 7 və 8 gün aybaşı müddəti sayılır. əgər cəmi 10 günü keçərse, əvvəlcədən bəlli olan 7 günü heyz, artıq günlər isə üzr qanı qəbul edilir.


Aybaşı halının müddəti daxilində qanamanın kəsilməsi:


Bəzi vaxtlarda aybaşı halı davam etdiyi halda qanama kəsilir, sonra yenə gəlməyə başlayır. Belə bir halda, hənəfi şafeilərə görə qadın, aybaşı günlərinin içində qanın gəlmədiyi günlərdə də heyzli sayılır. Məsələn; bir qadından bir gün qan gəlsə və ikinci gündə qan kəsilmiş olsa, üçüncü və ya dördüncü günləri yənidən qan gəlməyə başlayarsa, qadın bütün bu vaxt ərzində heyzli sayılır. Buna görə, iki qanama arasında məydana gələn təmizlik günləri, aybaşı halını bölən bir müddət olaraq qəbul edilməmişdir. əksinə, başdan və axırdan qanın gəlməsi şərtiylə, on günü keçməyən bu müddət içində qadın heyzli sayılır.” (İbn Rüşd, e.a.ə., l, 52; Züheyli, e.a.ə., l, 463; İbn Abidin, e.a.ə., l, 263 vd.; Bilmən, e.a.ə., 95 vd.)


Davamlı olaraq üzr qanı gələn qadının aybaşı halı müddətinin hesablanması:


İlk dəfə aybaşı halı olmağa başlayan bir gənc qızın, aybaşı halı müəyyən olunmadan qanı kəsilməyib davam edəcək olarsa, hər aydan on günü "heyz", iyirmi günü də "təmizlik"günləri sayılır. Bu təmizlik günlərində üzr sahibi olan şəxs kimi əməl edər.


Hər dəfə müəyyən günlər sayısınca aybaşı halı olan bir qadın, xəstəlik səbəbiylə davamlı olaraq qan gəlməyə başlayarsa, əvvəlcədən müəyyən olan günlər qədər heyzli, bunun xaricində təmiz sayılır. Yenə hər ay on gün heyz; 20 gün və ya 6 aydan daha az bir müddətdə təmizlik halı bəlli olan bir qadından daha sonra davamlı olaraq qan gələrsə, hər ayın 10 günü heyz, digər 20 günü və ya 6 aydan az olan müddətdə təmizlik sayılır. Ancaq təmizlik müddətini 6 ay keçərse, 6 aydan bir saat nöqsan qəbul edilir. Çünki 6 ay, hamiləlik müddətinin aşağı həddidir.


Bir xəstəlik və ya diqqətsizlik nəticəsində, adət günlərini unutmuş olan bir qadına "mütəxəyyirə" dəyilir. Belə bir qadında kəsilmədən qanama davam edərsə, aybaşı halının müddətini qənaətinin ağır olanına görə qəbul edər. Qənaətinin ağır gəldiyi bir tərəfi yoxdursa, ehtiyata görə hərəkət edər. Məsələn; aybaşı halı müddətinin 5 gün olduğuna qənaət gətirərsə buna tabe olar. Əgər ehtiyata görə hərəkət edəcəksə; boşanma iddətinə görə adəti 10 gün, təmizlik müddəti də 6 aydan bir saat nöqsan olaraq müəyyən edilir. Başqa bir görüşə görə isə, təmizlik müddəti 2 ay olaraq qəbul edilir.” (Bilmən, e.a.ə., 97.)


3. Dövrümüzdə Tibb Elminə Görə Aybaşı


Tibb elminin əhəmiyyətli dərəcədə inkişaf etdiyi bu gündə qadının aybaşı halı dövrü, müddəti və bunlarla əlaqəli olaraq alınacaq sağlamlıq tədbirləri tibb elminə əsaslandırılmalıdır. Həmçinin müşahidə və təcrübəyə əsaslanaraq, öz dövrlərində fiqh alimlərinin əldə etdiyi nəticələrlə tibb elmi əsaslarının nə qədər üst-üstə düşdüyü aşağıda vərəcəyimiz məlumatlardan da aydın olacaq.


Tibb elmi əsaslarına görə təxminən ilk aybaşı halının başlanma yaşı 11-14 yaşlar arasıdır. Birinci dəfə aybaşı qanaması 16-18 yaşlar arasında olarsa, buna "gecikmiş aybaşı halı" adı vərilir. 9 yaşdan əvvəl olması da vaxtından əvvəl inkişafın əlamətlərindəndir. Bir gənc qızın 18 yaşına gəldiyi halda heyz halı olmaması "aybaşı halının yoxluğu" olaraq qiymətləndirilir və həkim müayinəsindən keçməsi lazımdır. Birinci adət görmə yaşı ailəvi, çoğrafi və qidalanma şərtlərindən asılıdır. Türk xalqlarında ilk aybaşı qanama yaşı həddi təxminən 12-dir.


Ancaq yetkinlik dövründən əvvəl, hamiləlik əsnasında, uşaq əmizdirmə dövrlərində və menopozdan -aybaşı halının tamamiylə kəsildiyi 45-50 arası yaş həddindən sonrakı dövrlərdə- aybaşı halının olmaması normaldır və "fizioloji aybaşı halının yoxluğu" adını alır. Bunun xarcində məydana gələn bütün aybaşı hallarının yoxluqları (amenorelər) isə anormaldır yəni "patoloji aybaşı halının yoxluğudur". Aybaşı halı dövrlərinin qurtarmasına, yəni aybaşı halı qanamasının tamamiylə kəsilməsinə və artıq olmamasına "menopoz" adı vərilir. Menopoz ümumiyyətlə 45-50 yaşlar arasında olur. Bu yaşlardan əvvəl və ya gec olması da mümkündür. Aybaşı halı qanamaları arasındakı müddətin getdikcə uzanması və qanama miqdarında get-gedə azalmanın müşahidə edilməsi menopozun ən çox təsadüf edilən əlamətlərindəndir. Bəzən də aybaşı halı qanamalarının qurtarması birdən-birə olur. Menopoz dövrünə yaxın vaxtlarda həddindən artıq olan və gün sayısı dəyişən qanamalarla müşahidə edilir. (Görsel Sağlık Ansklopedisi, ll, 314 -316.)


Adət qanaması ümumiyyətlə 28 gün aralıqlarla təzələnir. Qadınların yaş və ruhi halları kimi amillər səbəbiylə, normal olaraq 24-34 gün arasında ola bilər. Aybaşı halı qanamasının müddəti ümumiyyətlə 3-5 gün olmaqla yanaşı, 2-8 gün arası ola bilir. Qanama müddəti eyni qadında belə fərqlidir.( Eyni əsər, eyni yər)


Aybaşı halı əsnasında məydana gələn bu qanama kəsilməsinə, tibb elmində kriptomenore dəyilir. Bunun iki səbəbi ola bilər: Ya aybaşı qanaması bilinməyəcək qədər az miqdarda olmuşdur, ya da ümumiyyətlə mayalanma orqanıyla əlaqədar məydana gələn bir nöqsan, aybaşı halı qanının xaric olmasına manə olmuşdur.(Görsel Sağlık Ansklopedisi, Görsel nəş., İstanbul 1984, ll, 316.)


B - ZAHILIQ (NİFAS)


Nifas doğumdan sonra gələn qan dəməkdir. Doğum əsnasında uşaq ilə bərabər və ya doğuşdan əvvəl gələn qan əsli dəyişmiş bir qan və ya üzr (istihazə) qanıdır. Qadın hamiləlik müddətində və doğum məydana gələnə qədər dəstəmaz alar və namazını qılar. Narahat olması səbəbiylə dəstəmaz ala bilməzsə təyəmmüm alar və namazını ima ilə qılar. Namazı vaxtından sonraya təxir etməz.


Zahılıq halının ən az müddəti üçün bir vaxt həddi yoxdur. Bir gün belə ola bilər. Çünki bunu müəyyən edən bir ayə və hədis yoxdur. Bu vəziyyətdə, onun feli olaraq məydana gəldiyi müddətə baxılır. Hənəfilərlə hənbəlilərə görə, zahılıq halının ən uzun müddəti 40 gündür. Bu müddətdən sonra gələn qan üzr qanıdır. Dəlil, Ümmü Seləmədan (r.anhə) nəql edilən bu hədisdir:


"Zahı qadın Rasulullahın (sallallahu aleyhi və səlləm) dövründə qırx gün qırx gecə gözIəyərdi.” (Əbu Davud, Təharət, 119).


Şafei və malikilərə görə isə zahılıq halının ən çox müddəti 60 gündür. Ancaq bu müddət çox vaxt 40 gün olaraq məydana gəlir.


Modərn tibb elmində doğuşdan sonra məydana gələn zahılıq dövrü belə tərif edilir: Zahılıq dövrü altı həftə müddətində qadının ana rəhmi, doğum kanalı və hamiləliyin məydana gətirdiyi dəyişikliklərdən təmizlənib əvvəlki vəziyyətinə qayıtma mərhələsidir. Doğumla böyüyən ana rəhmi doğuşdan sonraki günlərdə hər gün bir az kiçilir. Bu kiçilmənin ən başda gələn səbəbi, ana rəhmindəki əzələ hüceyrələrinin kiçilməsidir.” (Görsel Sağlık Ansklopedisi, 3. Nəş. Ankara 1984, "Zahılık Dövrü" mad., ll, 354, 355)


Qadın doğumla qan görməyə bilər. Rəvayətə görə, Rəsulullahın dövründə bir qadın doğmuş və zahılıq qanı gəlməmişdir. Buna görə də o qadına "zatul-cüfur" adı vərilmişdir. (İbnul-Hümam,e.a.ə., l, 129; Kasani, e.a.ə., l, 41 - 43; İbn Abidin, e.a.ə., l, 275 vd; Məydani, Lübab, l, 352; Şürunbulalı, e.a.ə., 23; Züheyli, e.a.ə., l, 466, 468.)


Əl və ayaq kimi əzaları bilinən bir uşağın düşməsiylə zahılıq halı məydana gəlir və ümumiyyətlə 10-15 gün müddətinə davam edər. Ancaq hələ orqanları bilinməyən düşüyə görə zahılıq halının hökmləri tətbiq edilməz. Belə bir düşüklə məydana gələn qanama üç gün davam edər. Daha əvvəlcədən ən az 15 gün təmizlik halı olmuşsa, bu bir aybaşı qanaması olmuş olar. Əgər bu belə dəyilsə, üzr qanı hesab edilir.


Əbu Yüsif İmam Məhemmədə görə, uşaq doğan qadından heç qan gəlməzsə zahı sayılmaz. Buna görə də qüsl alması lazım gəlməz. Təkcə dəstəmaz alması kifayətdir. Əbu Hənifəyə görə, ehtiyat olaraq qüsl alar.


Zahılıq müddətində qanamanın kəsilməsi zahılıq halında ara vərilmiş sayilmaz. Başdan və axırdan qanın gəlməsi ardarda olan qanama kimi qəbul edilir. Qanın kəsilmə müddətinin 15 gündən az və ya daha çox olması arasında fərq yoxdur.


Şafei malikilərə görə isə aradakı təmizlik müddəti 15 gündən çox olarsa, "təmizlik" günləri, bundan sonra gələn isə “heyz" qanı sayılır. Təmizlik halı yarım aydan az olarsa, təmizlik günləri, təmizlik günlərindən sonra və əvvəl gələn qanama günlərinin hamsı zahılıq sayılır.


Əkiz doğumlarda zahılıq müddəti birinci uşağın doğumu ilə başlayar. Şafeilərə görə bu müddət ikinci uşağın doğumu ilə başlayar. Bu zaman birinci uşağın doğumundan sonra gələn qan isə, əgər aybaşı halının olacağı vaxtda olmuşsa heyz qanı, əks təqdirdə üzr qanı sayılır. (İbn Abidin, e.a.ə., l, 275 vd.; Züheyli,e.a.ə., l, 446 vd.; Bilmən,e.a.ə., s. 97 vd.)


C - HEYZ və ZAHILIĞIN HöKMLƏRİ


1. Qüsl almanın vacib olması: Heyz və nifas halı qurtarınca qadının qüsl alması lazımdır. Namaz, oruc və həccdə təvaf kimi ibadətləri edə bilməsi üçün bu fərzdir. Quranda, aybaşı halı olan qadınlarla ərlərinin cinsi əlaqədə ola bilməsi üçün, qadınların təmizlənmələrinin lazımlı olduğu bildirilir.(Bəqərə, 2/222)


Digər tərəfdən Hz. Peyğəmbər uzun müddət kəsilməyən üzr qanının hökmünü soruşan Fatma binti Əbi Hübeyşə (r.anhə) belə dəmişdir:


"Bu qanamanı məydana gətirən incə bir damardır. Bu, aybaşı halı dəyildir. Aybaşı halının vaxtı gəlincə namazını tərk et. Aybaşı günün qədər bir müddət keçdikdən sonra qanını yu, qüsl al və namazını qıl. Bundan sonra da hər namaz üçün təkcə dəstəmaz alaraq namazını qıl.” (Buxari, Heyz, 19, 24, Vüdu, 63; Müslim, Heyz, 62, 63; Əbu Davud, Təharət, 107; Tirmizi, Təharət, 93, 95, 96.)


2. Qadının aybaşı olmaqla həddi-büluğ yaşına çatmış sayılması:


Gənc bir qızın aybaşı olması, kişinin isə ehtilam olması yetkinlik əlamətidir. Bununla namaz, oruc, həcc, zəkat kimi dini əmr və qadağanlarla məsul tutulur. Hədisi-şərifdə belə buyurulmuşdur:


"Allah aybaşı halı olacaq yaşa gələn qadının namazını, başörtüsüz qəbul etməz.” (İbn Macə, Təharət, 132; Əbu Davud, Salat, 84; Tirmizi, Səlat, 160; Əhməd İbn Hənbəl, IV, 151)


3. Namazdan azad olması:


Aybaşı və ya zahı olan qadının namaz qılması caiz dəyildir. Fatimə binti Əbi Hübeyşin (r.anhə) nəql etdiyi yuxarıdakı hədisin Buxaridə keçən rəvayəti belədir: "Aybaşı halının davam etdiyi müddətcə namazı tərk et, sonra qüsl al və namazı qıl.” (Buxari, Heyz, 19, 24.)


Qadınların bu müddətdə qıla bilmədikləri namazları qəza etmələri lazım gəlməz. Hz. Aişə (r.anhə) belə dəmişdir:


"Biz Rəsulullah`ın zamanında aybaşı olurduq. Bu müddət ərzində qıla bilmədiyimiz namazları qəza etməklə əmr olunmurduq, tuta bilmədiyimiz orucları isə qəza etməklə əmr olunurduq." (Buxari, Heyz, 20; Əbu Davud, Təharət, 104; Tirmizi, Səvm, 67; Nəsai, Heyz, 17, Sıyam, 64)


4. Fərz orucu təxirə salmaq:


Aybaşı halı və ya zahı olan qadın Ramazan orucunu tutmaz, ancaq daha sonra bunları qəza edər. Dəlil, Hz. Aişədən nəql edilən yuxarıdakı hədisdir.


5. Kəbəni təvaf etməmək: Aybaşı olan qadın həcc və ümrədə Kəbəni təvaf etməyin xaricindəki bütün həcc və ya ümrə mənasikini (ibadətlərini) edə bilər. Dəlili bu hədisdir. Vida həccində iştirak edən Hz. Aişə belə dəyir:


Biz Şərifdə ikən mən aybaşı oldum. Rəsulullah (sallallahu aleyhi və səlləm) yanıma gəldi, o vaxt mən ağlayırdım. "Sənə nə oldu, yoxsa heyzmi oldun?" deyə soruşdu. "Beli" dədim. O zaman belə buyurdu: "Şübhə yoxdur ki, bu, Allahın Adəmin qızlarına yazdığı bir şeydir. Beytullahın xaricində, hacıların etdiyi hər şeyi et.” (Buxari, Heyz, 1, 7, Həcc, 71, Ədahi, 3, 10; Əbu Davud, Mənasik, 23.)


6. Qurana toxunmamaq və oxumamaq: Malikilərin xaricində digər üç fiqh məzhəbinə görə aybaşı halındakı qadının Quran oxuması və ona toxunması caiz dəyildir. Bunun dəlili Kitab və Sünnədir. Ayədə belə buyurulur: "Ona yalnız pak olanlar toxuna bilər!" (Vaqiə, 56/79.)


Abdullah İbn Ömərin nəql etdiyi bir hədisdə belə buyurulur:


"Cünub və heyzli qadın Quranı oxuya bilməz.” (İbn Macə, Təharət, 105; Tirmizi, Təharət, 98.)


Hz. Alidən belə nəql edilmişdir:


"Rəsulullah (sallallahu aleyhi və səlləm) tualətə gedər, dəstəmazını pozar, sonra çıxar, bizimlə bərabər çörək və ət yeyər və Quran oxuyardı. Buna manə olmazdı. Onu Qurandan cünubluğun xaricində heç bir şey uzaqlaşdıra bilməzdi. “ (İbn Macə, Təharət, 105, H. Nö: 593.)


Təhsil məqsədiylə təfsir, hədis və ya fiqh kitablarıyla məşğul olmaq caiz görüldüyü kimi, Quran ayələrini kəlmə-kəlmə öyrətməkdə və ya dua və zikr niyyətiylə Quran oxumaqda bir günah yoxdur.


Malikilərin səhih görüşünə görə aybaşı və zahı olanın əzbərdən Qurani-Kərim oxumasında bir günah yoxdur. Hənəfilərə görə isə belə bir vəziyyətdə dua ayələrini dua məqsədiylə oxuya bilər. (Züheyli, l, 470, 471.) 


İmam Malikə görə cünub olan Quranı oxuya bilməsə də aybaşı və ya zahı olan qadın oxuya bilər. Çünki cünub dərhal yuyuna bilər, aybaşı və ya zahı olan uzun müddət yuyuna bilməz. İstinad etdikləri dəlil isə istehsandır.(İbn Həzm, əl-Mühəlla, l, 78-80; Züheyli, e.a.ə., l, 380.) Bu görüş Qurani-Kərimi öyrədən qadınlar üçün bir asanlıqdır.


7. Məscidə girməmək: Aybaşı olan qadın və cünub şəxslərin namaz qılmayacaqları üçün məscidə gəlməmələri də normaldır. Nəcə ki, bir hədisdə, "Heç bir heyzli və cünub olan məscidə girməsin.” (İbn Macə, Təharət, 92; Darimi, Vüdu, 116.) buyurulmuşdur. Ancaq ibadət məqsədi olmadan, bir zərurət və ya ehtiyacdan ötrü aybaşı olan şəxsin məscidə girməsi mümkün və caizdir. (Müslim, Heyz, 11-13; Nəsai, Təharət, 172, Heyz, 18; İbn Macə, Təharət, 120)


Hz. Aişədən edilən bir rəvayətə görə belə dəmişdir: "Bir gün Allahın Rəsulu mənə; Mənə məsciddən səccadəyi al gətir" dədi. Mən heyz olmuşam, dəyincə də; "Heyz olman sənin öz əlində olan bir şey dəyildir." buyurdu. (Müslim, Heyz, 11-13; Nəsai, Təharət, 172, Heyz, 18; İbn Macə, Təharət, 120.)


8. Cinsi əlaqədə olmamaq:


Quranda; heyzli qadınlara təmizlənincəyə qədər yaxın durulmaması bildirilmişdir.(Bəqərə, 2/222. )


Burada ərin xanımına yaxınlaşmayaraq uzaq durmasından məqsəd cinsi münasibət qurmamasıdır. Digər tərəfdən heyzli xanımıyla nəcə və nə qədər münasibət quracağını soruşan bir səhabəyə Allahın Elçisi bu cavabı vərmişdir: "Göbeklə diz qapağı arası örtülü olaraq ondan normal vaxtlardakı kimi faydalana bilərsən”. (Müslüm, Heyz, 16; Nəsai, Təharət, 18; İbn Macə, Təharət, 12)


Əksər fəqihlərə görə heyzli və ya nifaslı qadınla edilən cinsi əlaqədən ötrü kəffarət cəzası lazım gəlməz, ancaq haram işlədiyi üçün tövbə və istiğfar etməsi lazımdır. Bundan məqsəd narahat vəziyyətində olan qadının qorunmasıdır.


9. Heyz və nifasın boşanmağa və iddətə təsiri:


Heyzli qadını boşamaq caiz dəyildir, ancaq buna baxmayaraq əksər alimlərə görə belə bir vəziyyətdə boşayarsa, bu da qəbul edilir. Ayədə;


"(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.” (Talaq, 65/1.) buyurulur.


Burada təmiz günlərdə boşama nəzərdə tutulmaqdadır. Digər tərəfdən, həyat yoldaşını heyzli olaraq boşayan Abdullah ibn Ömərə, Allahın Rəsulu, xanımına dönməsini, daha sonra istəyərsə təmizlik günlərində və ya hamilə ikən boşaya biləcəyini bildirmişdir. (Müslim, Talaq, 1-5.) Zahılıq halının boşamaya bir manə olduğuna dair hər hansı bir ayə və hədis yoxdur. Ancaq aybaşı halına qiyas edilərək eyni illətin zahılıq halı üçün də var olduğu düşünülməlidir. Bununla bərabər zahılıq halında edilən bir boşama qəbul olur və qadın üç heyz və təmizlik müddətincə boşama gözləmə müddətini (iddətini) gözləyər. (Bəqərə, 2/228.) Hamilə ikən boşanan qadının iddəti doğumla başa çatar. (Talaq, 65/4)


Ç - ÜZR QANI (İSTİHAZB)


Qadının cinsi orqanının daxilində olan bir damardan, xəstəlik və ya anormallıq səbəbiylə aybaşı və ya zahılıq müddətləri xaricindəki vaxtlarda məydana gələn qanamaya "üzr (istihazə) qanı" dəyilir. Fəqihlərin aybaşı və ya zahılıq halları üçün ən qısa və ən uzun müddətləri təyin etməkdə səy göstərmələrinin bir məqsədi də, heyz və nifaz qanı ilə istihazə qanını bir-birindən ayırd etməkdir. Buna görə bir qadında 3 gündən az və 10 gündən çox olan qanama, zahılıq halında 40 gündən çox görülən qanama və bəzi fəqihlərə görə hamilə qadından gələn qanama istihazə (üzr) qanamasıdır. İstihazə qanaması; kəsilməyən burun qanaması, sidiyini saxlaya bilməməsi və ya yaradan davamlı qan axması kimi təkcə dəstəmazı pozan bir üzr halıdır. Belə bir üzr dəstəmaz alıb namazı eda edəcək qədər bir müddətdə belə kəsilmədən tam bir namaz vaxtı boyunca davam edər və digər namaz vaxtları içində də bircə dəfə də olsa təkrar edərsə, belə bir şəxs üzrlü sayılır. Buna "sahibi-üzr" dəyilir. Buna görə də belə bir şəxsə üzrlüyə aid hökmlər tətbiq edilir. Yəni aybaşı və zahılıq halları səbəbiylə qadağan olunan oruc, namaz, təvaf, Quran oxumaq, müshəfə toxunmaq, məscidə girmək, etikafa girmək və cinsi əlaqədə olmaq kimi ibadət və əməllərə maneə dəyildir. Qadının sağlamlığına zərər vərən bir vəziyyət olmadığı müddətcə bunlarda bir kərahət olmaz. Çünki İslam dini üzrlü olanlara bu asanlıqları gətirmişdir. (İbn Abidin, l, 111, İbn Qüdamə, Muğni, l, 339.)


Üzr qanının dəstəmazi pozuduğu haqda hədislərdə bəhs olunur. Hz. Aişədən belə dədiyi rəvayət edilmişdir:


"Fatimə binti abi Hübeyş Rəsulullaha (sallallahu aleyhi və səlləm) xitab edərək belə soruşdu: "Mən istihazə qanı gələn bir qadınam, heç cürə kəsilmir, buna görə namazı tərk edimmi?" Resulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:


"Bu qanamanı törədən bir damardır. Aybaşı halı dəyildir. Aybaşı halının vaxtı gəlincə namazı tərk et. Aybaşı günlərinin sayı qədər bir müddət keçdikdən sonra qanı təmizlə, qüsl et və namaz qıl" (Buxari, Vüdu, 63, Heyz, 24; Müslim, Heyz, 62, 63; Əbu Davud, Təharət, 107; Tirmizi, Təharət, 93, 95, 96.)


 Digər tərəfdən Hz. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Xamnə binti Cahşa istihazə halında oruc və namaz qılmasını əmr etdiyi nəql edilir. (Şövkani, e.a.ə., l, 271)


Hənəfi, Şafei və Hənbəlilərə görə, aybaşı və zahılıq müddətinin xaricində üzr qanı gələn qadının qanı təmizləyib, pambıq və buna bənzər şeylər qoyaraq təmizlik üçün lazımi tədbirləri aldıqdan sonra, hər namaz üçün dəstəmaz alması lazımdır. Bu dəstəmaz dəstəmazı pozan başqa bir səbəb olmadıqca, bir sonrakı namaz vaxtı girincəyə qədər, bu üzr qanı səbəbilə pozulmaz. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) həddindən artıq qan gəldiyi üçün şikayət edən Xamnəyə (r.anhə) belə dəmişdir:


"Cinsiyyət orqanına pambıq qoyub bağlamanı məsləhət görürəm. Çünki bu qanı kəsər" (244. Əbu Davud, Təharət, 109; Tirmizi, Təharət, 95; İbn Macə, Təharət, 115)


Yenə üzr qanı gələn bir qadına Allah Elçisi belə buyurmuşdur:


Aybaşı halında namazını tərk edər, sonra qüsl edər və hər bir namaz üçün dəstəmaz alar, namazını qılar, orucunu tutar.” (Şövkani, e.a.ə., l, 274; Zeyləi, e.a.ə., l, 202 vd.) Çünki qadının bu cür təmizliyi üzr və zərurət halı səbəbiylədir.


Üzr qanı bəzən doqquz yaşından balaca olan qız uşaqları ilə aybaşı halından kəsilən yaşlı qadınlarda da müşahidə edilir. Məsələn; yetmiş yaşına gəlmiş bir qadından gələcək qan, üzr qanıdır. Başqa bir görüşə görə isə, belə bir qadından özündə əvvəllər olan aybaşı halına görə qan gələrsə, aybaşı halı gəri qayıtmış olar. Ancaq az miqdarda islaqlıq aybaşı sayılmaz. (İbn Abidin,e.a.ə., l, 111 vd.; Fətavai-hindiyyə, 2. Nəş., Bulaq, 1310, l, 38 vd.; Züheyli, e.a.ə., l, 478 vd.; Bilmən, e.a.ə., s. 102.)


Üzr qanı görən qadının aybaşı müddətinin hesablanması:


1. Yetkinlik yaşına ilk dəfə çatan gənc bir qız, aybaşı halıyla bərabər üzr qanamasını da görməyə davam edərsə, hər ayın 10 günü "aybaşı qanaması", 20 günü isə "təmizlik halı" kimi qəbul edilir. Bu haldakı qadının zahılıq müddəti də 40 gündür.


2. Müəyyən bir tərtibə görə aybaşı olan bir qadından üzr qanaması gələrsə, aybaşı halı müddətindən artıq olaraq davam edən qan üzr qanı sayılır.


3. Aybaşı halının müddətini unutmuş olan (muxəyyirə və ya mütəxəyyirə) qadından, üzr qanı gələrsə, ehtiyata görə hərəkət edərək, ona görə əməl edər. (İbnul-Hümam,e.a.ə., l, 122 124; Məydani, e.a.ə., l, 50; Kasani,e.a.ə., l, 41 vd.; İbn Abidin, e.a.ə., l, 277.)


Dəlilləriylə İslam Elmihalı, İpək Yolu Nəşriyyatı, Bakı, 2010

Read 42.550 times
In order to make a comment, please login or register