Qadınların öz aralarında camaatla namaz qılmaları
QADINLARIN CAMAATLA NAMAZ QILMALARI:
Qadınların öz aralarında camaatla namaz qılmaları mövzuusu fəqihlər arasında ixtilaflı olub, Maliki məzhəbi xaricində məzhəblər və fəqihlər ümum olaraq caiz olduğu görüşündədirlər. Hənəfi fəqihlər isə, qadınların öz aralarında camaatla namaz qılmalarının təhrimən məkruh olduğunu söyləmişlərdir.
Hənəfi məzhəbinə görə, qadınlar üçün namazlarda əsas və əfdal olan münfəridən (yəni tək ) namaz qılmalarıdır. Hənəfi fəqihlər, camaat qadınlar üçün məşru olmadığından dolayı, fərz olsun, nafilə olsun qadınların öz aralarında camaatla namaz qılmalarını uyğun görməmiş, ancaq öz aralarında camaatla namaz qılarlarsa da bu namazın keçərli ancaq təhrimən məkruh olduğunu söyləmişlərdir.[1].
Hənəfi alimlər, qadınların öz aralarında camaatla namaz qılmalarının məkruh oluduğunu bu şəkildə izah etməkdədirlər. Qadınların öz aralarında camaatla namaz qılmaları durumunda iki ziddiyətli şeyi işləməkdən uzaq qala bilməzlər. Belə ki, imam olan qadın ya safın ortasında duracaqdır ya da camaatın önünə keçəcəkdir. Hər iki vəziyyətdə kərahət vardır və bu kərahət təhrimidir. Safın ortasında durması vəziyyətində, imamın yeri olan camaatın önündə durmağı tərk etdiyi üçün məkruhdur. Camaatın önündə durduğu zaman isə, qadınların camaatında imam olan qadının safın ortasında durması lazım gələcəyi üçün, yenə məkruh olur. İmam ola qadının camaatın önünə keçməsinin kərahəti, safın ortasında durmasının kərahətidən daha çoxdur. Əgər imam olan qadın önə keçərsə ikinci bir günahdır.[2]
Hənəfilər bu mövzuda qadınların evində qıldıqları namazın daha fəzilətli olduğunu ifadə edən rəvayətlər [3] yanında müxtəlif hədisləri dəlil olaraq istifadə etmişlərdir.[4] Hənəfi alimlər, qadınların öz aralarında camaat olmalarına əqli istidlalla da qarşı çıxarlar. Əgər qadınların öz aralarında camaatla namaz qılmaları müstəhəb olsaydı Rəsulullah ﷺ bunu muütləq bəyan edərdi. Rəsulullah'dan ﷺ belə bir bəyan olmadığına görə qadınların camaat olmaları bid’ətdir və məkruhdur.[5] Əgər qadınların camaatı məşru olsaydı tərki zəmm edilər və kişilərin camaatı kimi xəbər verilmiş olardı.[6]
Hənəfi alimlər, Aişə və Ümmü Sələmə’nin (r.a.) qadınlara imamlıq etməsi namaz qıldırdıqlarına dair rəvayətlərə [7] etibar etməmişlər, nəsx ilə açıqlama yoluna getmişlərdir. [8]
Mövzunu müxtəlif yönlərdən ələ alan İbnü’l-Hümam isə, “Qadınların qadınlara imamlığının sünnət oluşu nəsx edilmişdir və bu, edildiyi zamanlarda təhrimi kərahəti gərəkdirməz, əksinə “ daha yaxşı tərki olan” telənzihi kərahəti gərəkdirir” dəyərək məzhəbdəki təhrimən məkruh görüşünün əksinə tənzihən məkruh olacağı görüşünü müdafiə etmişdir..[9]
Hər nə qədər İbnü’l-Hümam’ın məzhəbin görüşünə tamamən müxalifət etmədiyi, sadəcə kərahətin dərəcəsində fərqli görüş menimsədiyi önə sürülərək məzhəbə müxalifət etmədiyi söylənə bilinirsə də, nəticə etibarilə kərahətin dərəcəsində dei olsa məzhəbin görüşündən fərqli bir görüş menimsədiyi açıqdır.
-----------------------------------------------------------------------
1. İbn Abidin, Rəddü’l-muxtar, II, 305-307.
2. İbn Abidin, Rəddü’l-muxtar, II, 305.
3. Əhməd, əl-Müsnəd, II, 76, VI, 297, 301; İbn Xuzeymə, əs-Sahih, III, 94; Əbu Davud, “Salat” 53, 54; Abdürrazzaq, əl-Musannəf, III, 150; İ
4. Əhməd, əl-Müsnəd, VI, 66, 154; İbn Əbi Şeybə, əl-Musannəf, III, 570. Təbərani, əl-Kəbir, XII, 317,əl-Əvsat, VII, 151, IX, 1; Beyhaqi, əs-Sünənü’l kübra, I, 600;
5. İmam Aynı, əl-Binayə, II, 396.
6. İmam Aynı, əl-Binayə, II, 399
7. İbn Əbi Şeybə, əl-Musannəf, III, 569; Beyhaqi, əs Sünənü’l-kübrâ, III, 187. Abdürrazzaq, əl-Musannəf, III, 140, 1
8. Səraxsi, əl-Məbsut, I, 133
9. İbnü’l-Hümam, Fəthu’l-Qadir, I, 363-365.
- Qadınların namaz qılma şəkli necədir?
- Kişi zövcəsiylə namazı necə qılmalıdır?
- Kilsədə namaz qılmaq olarmı?
- Cümənin şərtləri
- Bayram və Bayram Namazları
- Cümə namazı vaxtında çalışmaq, alışveriş etmək və qazanılan pul haramdırmı?
- Nafilə və ya Tətəvvü Namazları.
- Cahiliyyə adət ənənəsi və Hz. Peyğəmbər.
- Təravih Namazı