Qadınların üç gündən artıq yas tutması caizdirmi?

1279- Muhamməd b. Sirin belə deyir:

Ümmü Atiyyə'nin bir oğlu öldü. Üçüncü gün olunca, sufrə (sarı rəngli gözəl ətir) gətirilməsini istədi və bunu özünə sürtərək belə dedi:

"Əri xaricində başqa bir kimsə üçün, 3 gündən artıq yas tutmağımız (bəzənməyi tərk etməyimiz), qadağan edildi."

---------------------------

1280- Zeynəb binti əbu Sələmə belə deyir:

Əbu Sufyanın vəfat xəbəri Şam'dan gəldiyində, 3 gün keçdikdən sonra, ümmü Həbibə (radiyallahu anha), özünə gözəl ətir gətirilməsini istədi. Bunu yanaqlarına və qollarına sürtərək belə dedi:

"Mənim buna ehtiyacım yoxdur. Ancaq mən, Nəbi (sallallahu aleyhi və səlləm)'in belə dediyini eşitdim:

"Allaha və axirət gününə inanan bir qadının, əri xaricində ölən bir kimsə üçün, 3 gündən artıq yas tutması, halal deyildir. Əri üçün isə, 4 ay 10 gün yas tutar."

-------------------------------

1281- Zeynəb binti əbu Sələmə belə deyir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in xanımı ümmü Həbibə'nin yanına girdim. O, mənə belə dedi:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə dediyini eşitdim:

"Allaha və axirət gününə inanan bir qadının, ölən bir kimsə üçün, 3 gündən artıq yas tutması, halal deyildir. Ancaq əri üçün 4 ay 10 gün müstəsnadır."

-----------------------------

1282- Zeynəb binti əbu Sələmə davam edərək belə dedi:

Sonra qardaşı öldüyündə, Zeynəb binti Cahş'ın yanına girdim. Gözəl ətir gətirilməsini istədi və bu ətirdən istifadə etdi. Sonra belə dedi:

"Mənim gözəl ətirə ehtiyacım yoxdur. Ancaq mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in minbərdə belə dediyini eşitdim:

"Allaha və axirət gününə inanan bir qadının, ölən bir kimsə üçün, 3 gündən artıq yas tutması, halal deyildir. Ancaq əri üçün 4 ay 10 gün yas tutar."

--------------------

İzahı:

İhdad (yas tutmaq): əri ölən qadının, geyim, gözəl ətir və s. hər cür bəzənməkdən və cinsi münasibətə dəvət edən hər cür davranışdan çəkinməsidir.

Din, qadının, ərindən başqası üçün, 3 günə qədər yas tutmasına icazə vermişdir. Çünki, yaxını ölən kimsənin qəlbini hüzn yandırar və qəlbindəki kədər, özünə hakim olar.

Ancaq yaxını ölən qadının yas tutması, zəruri deyildir. Hətta qadının əri, bu vaxt özü ilə cinsi münasibətdə olmaq istəsə, bu halda qadının münasibətdən uzaq durması, halal olmaz.

Mövzu başlığındakı "...ərindən başqası üçün..." ifadəsi, qohum əqrəbanı da, yad kimsələri də ehtiva edən ümumi bir ifadədir. Hədis, buna, açıq olaraq dəlalət etməkdədir.

Başlıqda "ölüm"dən bəhs edilməməsinin səbəbi, yas tutmağın, örfdə (adət-ənənədə), yalnızca ölüm hadisəsinə xas olmasıdır. Başlıqda, bunun hökmü açıqlanmamışdır. Çünki rəvayətlər, 3 günlük müddət içində yas tutmağın, haram olmadığını göstərməkdədir. Bu halda, ən azından, bunun məşru olduğu, sabit olmaqdadır.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 23-cü kitab: "Cənazələr", 30-cu bab: "Qadının ərindən başqası üçün yas tutması")

Read 5 times
In order to make a comment, please login or register