Qasas surəsi 7-ci ayətin təfsiri

 

• وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ

Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”– deyə VƏHY etdik. (Qasas/7)

-----------------------------------

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَـٰمُوسَىٰ • وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ • إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ • أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّى وَعَدُوٌّ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ •

Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa!

Sənə bir dəfə də mərhəmət göstərmişdik.

O vaxt ki, anana VƏHY olunacaq şeyi belə VƏHY etdik:

“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”.

Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım.

(Taha/36-39)

-----------------------------------

Təfsiri:

Qadın peyğəmbər vardırmı?

Alimlərin əksəriyyəti, Musa (əleyhissəlam)'ın anasının, nəbi və peyğəmbər olmadığı xüsusunda, ittifaq etmişlərdir.

Bundan dolayı, bu ayətdən anlaşılan "vəhy" ilə, peyğəmbərlərə gələn o vəhy, necə murad edilmiş ola bilər?!

Həm qadın:

• hökm verməyə (hakim olmağa);

• imam (və dövlət başçısı) olmağa;

• hətta imam Şafi (radiyallahu anh)'a görə, öz-özünü evləndirməyə belə

səlahiyyətli olmadığı halda, biz bunu (yəni peyğəmbər olmağını) necə söyləyə bilərik?!

Bundan dolayı, qadın, peyğəmbər ola bilməz. Buna, Haqq Taalanın:

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

"Biz səndən əvvəl də, özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun." (Ənbiya/7)

ayəti dəlalət edir. Bu ayət, mövzu haqqında, çox açıq bir ifadədir.

Həm sonra da, Quranda, "vəhy" kəliməsi, həmişə "peyğəmbərlik" mənası da ifadə etmir. Necə ki, Haqq Taala, Nəhl/68'də:

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

"Rəbbin bal arısına belə VƏHY etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör."

buyurmuşdur.

Yenə Allah Taala:

وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّۦنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ

"Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə VƏHY etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər." (Maidə/111)

buyurmuşdur.

----------------------------------

Vəhyin bu ayətdə mənası:

Alimlər, bu ayətdə keçən vəhy ilə nə murad edildiyi xüsusunda, bu fərqli izahları vermişlərdir:

1. Bununla, Musa (əleyhissəlam)'ın anasının gördüyü bir yuxu qəsd edilmişdir. Bu yuxunun izahı, Musa (əleyhissəlam)'ın tabuta qoyulub, dənizə (Nilə) buraxılması və Allah Taalanın onu təkrar anasına qovuşdurması şəklində idi.

2. Bununla, Musa (əleyhissəlam)'ın anasının qəlbinə, bir anda düşən qəti bir qərar qəsd edilmişdir.

Bundan dolayı, içinə düşdüyü bir hal xüsusunda düşünən hər kəs üçün, o şeydən qurtulmağa ən uyğun fikir ortaya çıxar. Bax ağla gələn o fikrə də "vəhy" deyilir.

3. Bununla, "İLHAM" qəsd edilmişdir. Lakin ilhamdan bəhs etdiyimizdə, bununla, "ağla gələn, qəlbə qalib olan şey" mənasını qəsd edirik.

Bundan dolayı, bu da, eynilə ikinci izah kimi olur.

Bu 3 izaha, bu şəkildə etiraz edilmişdir:

"Dənizə atmaq da, onu həlak etmək (öldürmək) kimi bir şeydir. Bundan dolayı, bu hal, Firondan görülməyə ülfət edilmiş olan o öldürmə işinin qorxusuna bərabər bir qorxudur.

Dolayısı ilə, bunların ikincisindən qorunmaq (yəni Musanı ölümdən qurtarmaq) üçün, birincisini etmək (yəni Musanı dənizə atmaq) necə caiz ola bilər?"

Buna, bu şəkildə cavab verərik:

Bəlkə də, Musa (əleyhissəlam)'ın anası, araşdırma nəticəsində, yuxusunun doğruluğunu başa düşmüşdü.

Beləcə, uşağının Fironun əlinə düşməsindənsə, dənizə atmasının, qurtulmasına nisbətən imkan verəcəyini, zənn-i qaliblə (qalib olan zənnilə) başa düşmüş olur.

4. Bəlkə də, bu xüsus, o vaxt mövcud olan, Şuayb (əleyhissəlam) və bənzəri bir peyğəmbərə vəhy edilmişdi. Daha sonra, o peyğəmbər, bunu, Musa (əleyhissəlam)'ın anasına, ya sözlü olaraq (şəxsən), ya xəbər göndərərək bildirmişdir.

Buna da, bu şəkildə etiraz edilmişdir:

"Əgər hal belə olsaydı, Musa (əleyhissəlam)'ın anasının içinə düşdüyü o fərqli-fərqli qorxular, ona gəlməzdi?!"

Bu etiraza da, belə cavab verilə bilər:

Belə bir qorxu, insanlıq gərəyidir. Necə ki, Musa (əleyhissəlam) da, özünə, şəxsən Allah Taala, firona getməsini əmr etməsinə rəğmən, firondan qorxmuşdu.

5. Bəlkə də, İbrahim, İshaq, Yaqub (əleyhimussəlam) kimi, daha əvvəlki peyğəmbərlər, bunun belə olacağını, xəbər vermişlərdi. Bu xəbər də, o qadına çatmışdı.

6. Bəlkə də, Haqq Taala, eynilə Məryəmə:

...فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

"...Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu." (Məryəm/17)

ayətində bildirildiyi kimi, Cəbraili göndərməsi şəklində, peyğəmbərlik bəhs mövzusu olmadan, Musa (əleyhissəlam)'ın anasına da, bir mələk göndərmişdir. Ayətdəki:

"...anana vəhy edilməsi gərəkli olan şeyi vəhy etdik..."

deməkdir. Bunun vəhy edilməsi, gərəkli olmuşdur. Çünki hadisə, çox böyük və əhəmiyyətlidir. Bu xüsusda doğru və faydalı olanı bilmək, ancaq vəhy ilə mümkündür. Bundan dolayı vəhy, gərəklidir.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Taha/36-39 təfsiri)

 

Read 18 times
In order to make a comment, please login or register