Qasas surəsi 7-ci ayətin təfsiri-2

وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ

"Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”– deyə VƏHY etdik."

(Qasas/7)

-------------------------------

Təfsiri:

"Musanın anasına: "Onu əmizdir..." deyə VƏHY etdik."

buyuruğunda keçən "vəhy"in mənasına və nə şəkildə izah ediləcəyinə dair açıqlamalar:

• Al-i İmran/44;

• Məryəm/11;

• Taha/38

ayətlərinin təfsirlərində keçməkdədir.

-------------------------------

Musanın anasına edilən bu vəhyin mahiyyəti haqqında, görüş ayrılıqları vardır:

• Bir qrup:

"Bu, yuxuda ona söylənmiş bir sözdür." deyərkən;

• Qatadə:

"Bu, bir ilham idi." demişdir.

• Bir başqa qrup:

"Bu, özünə görünən bir mələk vasitəsilə olmuşdu."

Muqatil belə deyir:

"Cəbrail bu xüsusu ona bildirmişdi."

Buna görə, bu, ilham deyil, bildirmək surətində bir vəhydir.

Bununla birlikdə, hər kəs, Musanın anasının peyğəmbər olmadığını, icma ilə qəbul etmişdir. Ona mələyin göndərilməsi isə, Buxari və Muslim tərəfindən rəvayət edilən, məşhur hədisdə, keçal, cüzzam xəstəliyinə tutulmuş kimsə və korla danışması (Buxari, Ənbiya:51) qəbilindəndir.

Bunun xaricində, ayrıca, peyğəmbərlik bəhs mövzusu olmadan, mələklərin insanlarla danışdıqlarına dair gələn başqa rəvayətlər də, bu qəbildəndir.

Mələklər, İmran b. Husayn'a salam vermişdilər. Lakin o, bununla, peyğəmbər olmamışdı.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri, Qasas/7)

-------------------------------

-------------------------------

إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ

"O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik..." (Taha/38)

---------------------------

Təfsiri:

Burdakı "vəhy etmişdik..." buyruğunun, "ilham vermişdik..." mənasında olduğu söylənmişdir.

Deyildiyinə görə, ona yuxuda ikən vəhy etmişdi.

İbn Abbas da:

"Peyğəmbərlərə vəhy etdiyi kimi, ona (Musanın anasına) da vəhy etmişdi." demişdir.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Taha/38 təfsiri)

Read 4 times
In order to make a comment, please login or register