Qavi isminin şərhi

54 və 55. Qavi və Mətin isimlərinin şərhi:

Qüvvət kəliməsi, tam qüdrətə; mətanət isə, qüvvətin şiddətinə dəlalət edir.

Allah (subhənəhu və taala):

~ qüdrətinin əskiksiz olması cəhətindən: "Qavi";

~ qüdrətinin şiddətli olması cəhətindən isə: "Mətin"dir.

Bunlar, qüdrətin mənalarına racidir (qayıtmaqdadır) və iləridə gələcəkdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------

-----------------------------

Əlavələr:

"Tam və kamil bir qüvvət sahibi."

"Qüvvəti tam olub haqqında zəiflik mümkünsüz olan."

"...Allahın ayələrini inkar etdilər də, Allah da onları günahlarından ötəri tutdu. Şübhəsiz, Allah Qavidir, əzabı çox şiddətlidir." (Ənfal surəsi, 52)

Qavi ismi, Allahın qüdrətinin zəiflikdən uzaq və hər şeyə qalib olduğunu ifadə edər. Münkir və müşriklər özlərini nə qədər qüvvətli də zənn etsələr, Allahın qəhri qarşısında zəlil və pərişan olarlar. Keçmiş əsrlərdə, bəzən hava, bəzən yağış, bəzən yer kürəsi insanın qəhrinə vəsilə olmuş və o zalım, inadçı və qürurlu qövmlərə nə qədər zəif olduqları həqiqətən göstərilmişdir.

Bu ad da digər isimlər kimi, kamalıyla, axirətdə təcəlli edəcək.

"Kafirlər əzabı görüncə, bütün qüvvətin Allahın olduğunu anlayacaqlar. "(Bəqərə surəsi, 165)

Qavi isminə tabe olan bir qul, maddi və mənəvi cəhətdən qüvvətli olar; qəzəb və şəhvət kimi eqoist qüvvətlərə qarşı gələ bilər.

 

Read 8.986 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR