Qayyum isminin şərhi
64. Qayyum isminin şərhi:
Bil ki, əşya (şeylər), bir məhəllə:
~ ehtiyac duyanlar ilə;
~ ehtiyac duymayanlar
olmaq üzərə, 2 qismə ayrılırlar.
Bir məhəllə ehtiyac duyanlar, arazlar və cövhərlər kimidirlər. Bunlar haqqında, "öz başlarına qaim ola bilməyənlər" deyilir. Öz başlarına qaim olanlara misal isə, cövhərlərdir. Ancaq, cövhər, bir məhəldə iqamət etməkdən müstağni (zəngin) olub öz nəfsilə qaim olsa da; varlığı, labüd və var olmasının şərti olan şeylərdən müstağni deyildir. Belə olunca, cövhər, əslində, öz başına qaim olmuş sayılmaz. Çünki, hər nə qədər (araz kimi) bir məhəllə ehtiyacı yoxdursa da, varlıqda qaim olmaq üçün, özü xaricində başqasının varlığına ehtiyacı vardır. Əgər varlıqda,
~ zatı, öz zatına kifayət edən;
~ varlığının qaim olması, bir başqası ilə olmayan;
~ varlığının davamlılığı, başqa bir varlığı şərt qoşmayan
bir varlıq var isə, bax o, mütləq mənada özü ilə qaim olandır.
Bir də, bununla bərabər,
~ digər bütün varlıqların varlığı, Onunla qaimdirsə, -elə ki, heç bir şeyin, onsuz var olması da, varlığını davam etdirməsi də mümkün deyilsə- bax, Qayyum, yalnız Ona deyilir. Çünki, Özünün qaim olması, Öz Zatı ilə olduğu kimi; hər bir şeyin qaim olması da, Onun ilədir. Bu isə, ancaq Allah (subhənəhu və taala)'ya aiddir.
(Tənbeh):
Qulun bu isimdən nəsibi, Allahdan başqasından müstağni olması nisbətindədir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------------
----------------------
Əlavələr:
• "Varlığı və davamlılığı öz Zatından olan."
• "Zaval tapmayıb davamlı qaim olan."
• "Hər şeyi dəstək olan, varlıqlarını davam etdirən."
"Allah, özündən başqa heç bir ilah olmayan, Hayy və Qayyum olandır." (Al-i İmran surəsi, 2)
Allah, insanın ayaqda dayanmasını yerdəki çəkiliş qanununa, bədənin canlı olmasını ruh qanununa, Ayın düşməməsini Dünyanın çəkilişinə, Dünyanın dönməsini də Günəşin cazibəsinə bağlamış və bu məxluqlarında Qayyum ismini təcəlli etdirmişdir.
Bütün bu səbəblər zəncirini şəxsən yaradan və əşyanı onlarla dəstək olan Allah, əlbəttə davam və davamlılığı üçün başqasına möhtac olmayacaq. Çünki, Onun varlığı Zatındandır, başqalarının varlığı isə Onun var etməsiylədir. Varlığı Zatından olanın qiyamı da, yenə öz Zatı ilədir.
Allah, ‘əmr aləmi' deyilən bir qanunlar mənzuməsiylə, əşyanı sövq və idarə edir, varlıqlarına dəstək olur, davamlarını təmin edir.
Dünyada iman əhli yaşadıqca, qiyamətin qopmayacağı diqqətə alındığında, iman və ibadətin də kainatı bir baxıma dəstək olduqları və Qayyum isminə bir başqa şəkildə ayna olduqları aydın olar.
Qayyum ismini təfəkkür edən insan, ürəyini ancaq Allaha bağlar, şükrünü tək Ona edər. Onun var etməsiylə var olan və Qayyum isminin təcəllisiylə ayaqda dayanan fanilərə könülünü bağlamaz.
