Qeybi bilməz.

Yanlış anlaşılan və bu səbəblə bir çox insanın haqsız təkfirə məruz qaldığı məsələlərdən biridə, Allahdan başqasının qeybdən xəbərdar olması məsləsidir.

Bəzi müsəlmanlar Qurani Kərimdəki ümumi ayələrə dayanaraq. Heç bir təfsilata getmədən qeyb bilgisi iddia edən hər kəsin kafir olduğuna hökm edirlər.

Qurani Kərimin bu haqda olan ayələrini iki qismə bölmək mükündür. Mütləq mənada qeybin Allaha aid olduğunun zikr edildiyi ayələr və Allahın öz elçilərinə qeybi bildirdiyinə dair olanlar.

Sünnətdəki dəlillər də eyni təqsimə tabedir. Allah Rəsulu ona "qeybdən xəbərdar" deyildiyi zaman etiraz etmiş, çox zaman isə özü qeybdən xəbərlər vermişdir.

Rəsulların, Allahın bildirməsiylə qeybi bildiyini yəqin ki, heç bir ağıl sahibi inkar etməz. Çünki, buna dəlalət edən açıq ayələr və hədislər çoxdur.

Misal üçün, ayədə zikr edilən İsanın – aleyhissəlam – insanlara evdəki ərzaqlarını xəbər verməsi, Yusufun – aleyhissəlam – həbsxanaya gətiriləcək yeməkləri öncədən bildirməsi, Nəbimizin – sallallahu aleyhi və alə alihi və səlləm – Bədrdə öldürüləcək kafirlərin düşəcəyi yerləri xəbər verməsi, Məkkəyə yazılmış gizli məktubu ifşa etməsi, irəlidə nəvəsi Hüseynin – kərrəməllahu vəchəh – öldürələcəyi yeri bilməsi və buna bənzər yüzlərlə örnək.

Bu mövzuda ancaq nassları cəm etməkdən aciz kimsələr tərəddüdə düşər.

 

Lakin ixtilafın qızğın olduğu və işin təkfirə qədər getdiyi digər nöqtə Allahın vəli qullarının, salihlərin ilham yoluyla qeybi bilib bilməyəcəyidir. Bəziləri ayələrin ümumu arxasında gizlənərək bunu küfr adlandırlar.

Bəs alimlərimizin bu haqda rəyləri nədir? Əhli Sünnət alimlərinə görə vəlilər, Allahın onlara ilham etməsiylə qeybi bilərmi?

 

Bu məqaləylə günümüzdə insanların malını haqsızlıqla yeyən, onlarla Allah arasına haqsızca soxulmuş, onları fərzlərdən qəsdli şəkildə uzaqlaşdıran saxta "vəliləri" müdafiə etmək məqsədi güdmürəm.

Məqsəd məsələ haqqında elm əhlinin görüşlərini təsbit etmək və düzgün etiqada sahib olmayan müsəlmanları bu mövzuda haqqa irşad etməkdir.

Müvəffəqiyyət ancaq Allahdandır.

 

***

 

Şeyxul İslam İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) bu məsələ haqda deyir:

 

وأما قوله تعالى { عَالِمُ الْغَيْبِ فَلا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَداً, إِلَّا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ } الآية فيمكن أن يفسَّرَ بما في حديث الطيالسي , وأما ما ثبَت بنصِّ القرآن أن عيسى عليه السلام قال إنه يُخبِرهم بما يأكُلون وما يدَّخِرون , وأن يوسفَ قال إنه يُنبِّئهم بتأويل الطعام قبْل أن يأتيَ إلى غير ذلك مما ظهَر مِن المعجزات والكرامات فكلُّ ذلك يُمكِن أن يُستفادَ مِن الاستثناء في قوله { إِلَّا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ } , فإنه يقتضي اطلاعَ الرسول على بعض الغيب

والولي التابع للرسول عن الرسول يأخُذ وبه يُكرَّم , والفرق بينهما أن الرسولَ يطَّلع على ذلك بأنواعِ الوحْي كلِّها والولي لا يطَّلع على ذلك إلا بمنامٍ أو إلهامٍ

 

"Uca Allahın: "O qeybi biləndir. Elçilərdən razı olduğu kimsələr müstəsna, heç kimi öz qeybindən xəbərdar etməz." (Əl Cinn: 72/26-27) ayəsinə gəlincə, bunun Tayəlisi hədisiylə təfsir edilməsi mümkündür.

Quran ayələrində sabit olmuş, İsanın – aleyhissəlam – insanlara nə yediklərini və evdə nə topladıqlarını xəbər verdiyini deməsi, Yusufun – aleyhissəlam – yemək gəlmədən öncə onun nə olduğunu açıqladığını deməsi, möcizə və kəramətlərdən olan digər şeylərə gəlincə, bütün bunları ayədəki "Elçilərdən razı olduğu kimsələr müstəsna" istisnasıyla anlamaq olar. Ayədəki bu ifadə, elçilərin qeybin bir qismindən xəbərdar olduğunu ifadə edir.

Vəli də (bu mövzuda) Rəsula tabedir. (Öz gücünü) rəsuldan alar, onun vasitəsiylə şərəf qazanar.

Bu ikisinin (Rəsulla vəlinin) arasındakı fərq bundan ibarətdir ki, Rəsul qeybdən vəhyin bütün növləriylə, vəli isə ancaq yuxu və ya ilhamla xəbərdar olar."

 

Qaynaq: İbn Həcər: Fəthul Bari: 10/487

Riyad: Daru Teybə: 1426/2005

 

Qeyd: Bu nəqldən aşıq aşkar aydın olur ki, İbn Həcər – rahiməhullah – vəlilərin Rəsullar kimi bəzi qeybi məsələlərə vaqif olacağını qəbul edir. Fərq isə bu məlumatı əldə etmə yollarındadır. Məlumatları Rəsullar vəhylə, vəlilər isə ilhamla alarlar.

 

***

 

İbn Həcər, məşhur təfsir sahibi Qadi Nəsiruddin Əl Beydavidən (v. 680 h/1286 m) nəqlən deyir:

 

وقال القاضي البيْضاوي : يخصَّص الرسولُ بالملَك في اطلاعه على الغيب , والأولياءُ يقع لهم ذلك بالإِلهام

 

"Qadi Əl Beydavi dedi: Qeybdən xəbərdar olması üçün Rəsula mələk ayrılar. Vəlilər üçün isə bu (qeybi bilmək) ilham vasitəsilə baş verər."

 

Qaynaq: İbn Həcər: Fəthul Bari: 17/316

Riyad: Daru Teybə: 1426/2005

 

***

 

İbn Həcər, Təqiyyuddin Əs Subki və digər elm dənizlərinin belə məclisinə faydalanmaq üçün getdiyi İbn Ataillah Əl İskəndərinin (658-709 h/1260-1309 m) "Kim mənim bir vəlimə düşmənlik edərsə..." hədisinə açıqlamasını nəql edir:

 

وفيه دِلالةٌ على جواز اطلاعِ الولي على المغيَّبات بإطلاعِ الله تعالى له , ولا يمنَع مِن ذلك ظاهرُ قوله تعالى : { عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا إِلَّا مَنْ اِرْتَضَى مِنْ رَسُولٍ } ,فإنه لا يمنَع دخولَ بعضِ أتباعه معه بالتبعية لصدْق قولنا : ما دخَل على الملِك اليومَ إلا الوزيرُ , ومن المعلوم أنه دخَل معه بعضُ خَدَمِه

 

"Bu hədisdə, Allahın ona bildirməsiylə, vəlinin qeybdən xəbərdar olmasının caizliyinə dəlil vardır.

Uca Allahın: "O qeybi biləndir. Elçilərdən razı olduğu kimsələr müstəsna, heç kimi öz qeybindən xəbərdar etməz." (Əl Cinn: 72/26-27) ayəsinin zahiri buna mane deyildir. Çünki, Rəsullarla bərabər onlara tabe olaraq başqalarının da daxil olmasına əngəl deyildir.

Biz "Bu gün kralın yanına vəzirdən başqa heç kim daxil olmadı" desək, vəzirlə bərabər bəzi xidmətçilərinin də girməsinə baxmayaraq sözümüz doğru olar."

 

 

Qaynaq: İbn Həcər: Fəthul Bari: 14/681

Riyad: Daru Teybə: 1426/2005

 

***

 

Hənəfi alimlərindən İbn Abidin (1198-1252 h/1784-1836 m) "Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar" isimli əsərə yazdığı haşiyədə bu haqda Mötəziləyə cavab olaraq deyir:

 

قوله : قيل بكفُر , لأنه اعتقَد أن رسولَ الله صلى الله عليه وسلم عالمُ الغيب , قال في التتارْخانية : وفي الحجة ذكَر في الملْتقَط أنه لا يكفُر , لأنَّ الأشياءَ تُعرَض على روحِ النبي صلى الله عليه وسلم وأنَّ الرسلَ يعرِفون بعضِ الغيب , قال تعالى : { عَالِمُ الْغَيْبِ فَلا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَداً, إِلَّا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ } الآية

 

قلت : بل ذكَروا في كتُبِ العقائد أن مِن جملةِ كراماتِ الأولياء الاطلاعُ على بعضِ المغيبات , وردوا على المعتزلة المستدلِّين بهذه الآية على نفْيها بأنَّ المرادَ الإظهارُ بلا واسطةٍ , والمرادُ مِن الرسول الملَك أي لا يُظهِر على غيبه بلا واسطةٍ إلا الملكَ ، أما النبي والأولياء فيُظهِرهم عليه بواسطةِ الملك أو غيرِه ، وقد بسطنا الكلامَ على هذه المسألة في رسالتنا المسمَّاة [ سَلُّ الحُسام الهنْدي لنُصرة سيِّدنا خالدِ النقشبَندي ] فراجِعْها فإن فيها فوائدَ نفيسةً

 

"Şarihin (Nigahda Allah və Rəsulu şahiddir deməsinin) küfr olduğu söylənmişdir sözünə gəlincə, buna səbəb olaraq Rəsulun – sallallahu aleyhi və alə alihi və səlləm – qeybi bildiyinə etiqad etməsi göstərilmişdir.

"Ət Tətərxaniyyə" adlı kitabın sahibi deyir: "... "Əl Huccə"də "Əl Multəqat" adlı kitabdan nəqlən, belə deyənin kafir olmayacağı hökmü zikr edilmişdir. Çünki, baş verən hadisələr Nəbinin – sallallahu aleyhi və alə alihi və səlləm – ruhuna ərz edilər və rəsullar qeybin bir qismini bilər.

Uca Allah buyurur: "O qeybi biləndir. Elçilərdən razı olduğu kimsələr müstəsna, heç kimi öz qeybindən xəbərdar etməz." (Əl Cinn: 72/26-27)…"

 

Mən (İbn Abidin) deyirəm: Hətta əqidə kitablarında zikr edilmişdir ki, qeybin bir qismini bilmələri övliyanın kəramətlərindəndir.

Bu ayəni, (qeybi bilmə şəklindəki) kəraməti inkar üçün dəlil gətirən Mötəziləyə isə, ayədə qəsd edilənin, "qeybə vasitəsiz xəbərdar etmə" olduğunu söyləyərək cavab vermişlər.

Ayədəki elçilərdən qəsd mələklərdir. Yəni Allah öz qeybindən, vasitəsiz olaraq ancaq mələkləri xəbərdar edər.

Nəbi və vəlilərə gəlincə, onları qeybdən mələk və ya başqa vasitəylə xəbərdar edər.

Biz bu məsələni "Səllul Husamil Hindi li Nusrati Seyyidinə Xalidin Nəqşibəndi" adlı risaləmizdə geniş açıqladıq. Ora müraciət et! Çünki, o risalədə nəfis faydalar vardır."

 

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 4/99

Daru Aləmil Kutub: 1423/2003

 

***

 

Alimlərin sultanı ləqəbiylə tanınan məşhur Şafi fəqihi İzzuddin bin Abdis Səlam (577-660 h/1181-1262 m) bizim mövzumuzla bağlı deyir:

 

الضرْبُ الثاني : علومٌ إلهاميةٌ ، يُكشَف بها عما في القلُوب ، فيرى أحدُهم بعينيْهِ مِن الغائبات ما لمْ تجرِ العادةُ برُؤيَتِه , ويسمَع بأُذْنيْه ما لمْ تجْرِ العادةُ بسَماعِ مثلِه , وكذلك شَمُّه ومَسُّه ولَمْسُه

وكذلك يُدرِك بقلْبِه عُلومًا متعلِّقةً بالأكوانِ ، وقد أُرِيَ إبراهيمُ مَلكوتَ السمواتِ والأرضِ ، ومنهم مَن يرى الملائكةَ والشّياطينَ والبِلادَ النائيةَ ، بل ينظُر إلى ما تحْتَ الثَّرَى ، ومنهم مَن يرى السمواتِ وأفلاكَها وكَواكِبَها وشمْسَها وقمرَها على ما هي عليه ، ومنهم مَن يرى اللوْحَ المحفوظَ ويقرَأُ ما فيه . وكذلك يسمَع صَرِيرَ الأقلامِ وأصْواتَ الملائكةِ والجانِّ ، ويفهَم أحدُهم مَنْطِقَ الطََّيْرِ

فسبحانَ مَن أعَزَّهم وأدْناهم ، وأَذَلَّ آخرِينَ وأقْصاهم ، ومن يُهِنْ اللهُ فما له مِن مُكرِمٍ ، إنَّ اللهَ يفعَل ما يَشاءَ

 

"(Nəbilərə və Vəlilərə verilən elmlərdən) ikinci qismi: İlhamla alınan elmlərdir. Bu yolla qəlblərdə olan bilinər, bu elmə sahib olanlar gözləriylə adətən görülməyən qeybdəki şeyləri görərlər, qulaqlarıyla adətən eşidilməyən şeyləri eşidərlər. Qoxu alma, toxunma və hiss etmələridə beləcə qeyri adi olar.

Eləcədə bu kimsələr, qəlblərilə yaradılmışlarla əlaqəli elmləri idrak edərlər.

İbrahimə - aleyhissələm - göylərin və yerin hökmdarlığı göstərilmişdi.

Onlardan elə kimsələr vardır ki, mələkləri, şeytanları, uzaq diyarları, hətta hətta torpağın altındakıları görərlər.

Onlardan elə kimsələr vardır ki, səmaları, onların orbitlərini, ulduzlarını, günəşi və ayı olduqları (orijinal) halda görərlər.

Onlardan elə kimsələr vardır ki, "Əl Ləvhul Məhfuz"u görər və orada olanları oxuyar, qələmlərin qıcırtısını, mələklərin və cinlərin səslərini duyar.

Onlardan elə kimsələr vardır ki, quşların dilini bilər.

Onları (Nəbilərini və Vəlilərini) izzətləndirib yaxınlaşdıran, digərlərini zəlil edib uzaqlaşdıran Allah nöqsanlardan münəzzəhdir.

Allahın alçaltdığını ucaldacaq kimsə yoxdur. Şübhəsiz ki, Allah dilədiyini edər."

 

Qaynaq: İzzuddin bin Abdis Səlam: Qavaidul Əhkəm fi İsləhil Ənəm: 1/195-196

Darul Qələm: 1421/2000

 

***

 

Şafi alimlərindən Abdur Rauf Əl Munəvi (952-1031 h/1545-1622 m) "Qeybin açarları beşdir. Onu Allahdan başqa kimsə bilməz" məzmunlu hədisi açıqlarkən deyir:

 

وأما قوله (لا يعلمها إلا هو) فمفسَّر بأنه لا يعلَمها أحدٌ بذاته ومِن ذاته إلا هو , لكن قد تعلَّم بإعلام الله , فإن ثَمَّةَ مَن يعلَمها , وقد وجَدنا ذلك لغير واحدٍ كما رأينا جماعةً علموا متى يموتون وعلِموا ما في الأرحام حالَ حمْل المرأة بل وقبْله

 

"Hədisdəki "Bunları (beş şeyi) Ondan başqası bilməz" ifadəsinə gəlincə, açıqlaması belədir: Bunları bizatihi (öz özünə) və zatından (qaynaqlanan bilgiylə) ancaq O bilər. Digərləri isə Allahın bildirməsiylə öyrənmiş olarlar.

Bunları (beş şeyi) bilənlər mövcuddur. Biz bunu bir çox insanda müşahidə etmişik. Necəki, bir qrup insan gördük ki, nə zaman öləcəklərini bilirdilər, qadın hamiləykən, hətta hamilə olmadan öncə bətnində nə olduğunu bilirdilər..."

 

Qaynaq: Abdur Rauf Əl Munəvi: Feydul Qadir: 5/526 (8190)

Beyrut: Darul Məarifə: 1391/1972

 

***

 

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) eyni məzmunlu hədisin şərhində deyir:

 

فإن قلتَ : قد أخبر الأنبياءُ ، والأولياءُ بشيءٍ كثيرٍ مِن ذلك فكيف الحصْر ؟ قلتُ : الحصر باعتبار كليَّاتها دونَ جزْئيَّاتها ، قال تعالى: { فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا - إِلَّا مَنِ ارْتَضَى مِنْ رَسُولٍ } الآية

 

"Əgər desən ki, Nəbilər və vəlilər bu şeylərdən bir çoxu haqda məlumat verdiyi halda hasr (qeybi ancaq Allaha xas qılma) necə mümkündür? Cavab olaraq deyərəm: Buradakı hasr, cüzi bilgilər deyil külli/ümumi bilgilər etibarilədir.

Uca Allah buyurur: "… Elçilərdən razı olduğu kimsələr müstəsna, heç kimi öz qeybindən xəbərdar etməz." (Əl Cinn: 72/26-27)."

 

Qaynaq: Mulla Əli Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/128

Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

 

***

 

İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məsəilul Mənsura" adlanan fətvalar kitabında deyir:

 

ما معنى قوله تعالى : { قُلْ لا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ } , وقول النبي صلى الله عليه وسلم « لاَ يَعْلَمُ مَا فِى غَدٍ إِلاَّ اللَّهُ » وأشباه هذا في القرآن والحديث مع أنه قد وقَع علْمُ ما في غدٍ في معجزاتِ الأنبياء - صلوات الله وسلامه عليهم - وكراماتِ الأولياء - رضي الله عنهم ؟

 

الجواب : معناه لا يعلَم ذلك استقلالاً وعلْمَ إحاطةٍ بكلِّ المعلومات إلا اللهُ تعالى ، وأما المعجزاتُ والكراماتُ فحصَلتْ بإعلام الله تعالى للأنبياءِ والأولياءِ ، لا استقلالاً

 

"Sual: Uca Allahın "De: Göylərdə və yerdə qeybi Allahdan başqası bilməz." (Ən Nəml: 27/65) ayəsi və Nəbinin - sallallahu aleyhi və səlləm - "Sabah nə olacağını Allahdan başqası bilməz" hədisi, Quranda və Hədisdə buna bənzər şeylər necə anlaşılmalıdır? Halbuki gələcəkdə olacaq şeylər haqda bilgi Nəbilərin - salavatullahi və sələmuhu aleyhim - möcizələrində və vəlilərin - radiyallahu anhum - kəramətlərində ortaya çıxır.

 

Cavab: Bunun mənası, qeybi bilgiləri müstəqil olaraq və bütün məlumatı əhatə edəcək şəkildə uca Allahdan başqası bilməz deməkdir.

Möcizə və kəramətlərə gəlincə, bunlar uca Allahın Nəbilərə və vəlilərə bildirməsiylə baş verir, yoxsa müstəqil şəkildə deyil."

 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Fətəvəl İmamin Nəvəvi: 131

Məcəllətul Əzhər: 1411

 

***

 

Şafi fəqihlərindən Xatib Əş Şirbini (v. 977 h/1570 m) rahiməhullah özünün "Əs Siracul Munir" adlı təfsirində deyir:

 

وقال الزمخشَري : في هذه الآية إبطالُ الكراماتِ , لأنّ الذين تُضاف إليهم وإن كانوا أولياءَ مُرتضيْنَ فليسوا برُسلٍ ، وقد خصَّ الله تعالى الرُّسل مِن بين المرتضيْنَ بالإطْلاع على الغيب ، وفيها إبطالُ الكَهانة والتنجيمِ لأنّ أصحابَهما أبعد شيءٍ مِن الارتضاء وأدْخلَه في السُّخط

 

وإنكار الكراماتِ مذهَبُ المعتزِلة , وأمّا مذهَب أهلِ السُّنة فيُثبتونَها ، فإنّه يجوز أن يُلهِمَ الله تعالى بعضَ أوليائِه وقوعَ بعضِ الوَقائع في المُستقبَل فيخْبِر به وهوَ مِن إطْلاع الله إياه على ذلك ، ويدلُّ على صِحّة ذلك ما رُوِي عَن أبي هريرة عن النبي صلى الله عليه وآله وسلم أنه قال : "لقدْ كان فيمَن قبلَكم مِن الأمَمِ ناسٌ محدَّثونَ مِن غيرِ أن يكونوا أنبِياءَ , وإنْ يكنْ في أمّتي أحدٌ فإنّه عمَر" أخرجه البخاري , قال ابن وهب : تفسير محدَّثون مُلهَمون

ولمسلم عن عائشةَ عن النّبيّ صلى الله عليه وآله وسلم أنّه كان يقول : "في الأمَمِ قبلَكم محدَّثون ، فإنْ يكنْ في أمّتي منهم أحدٌ ، فإنّ عمرَ بنَ الخطّاب مِنهم" , ففي هذا إثباتُ كراماتِ الأولياء

 

"Zəməxşəri demişdir: Bu ayədə kəramtlərin ibtalına dəlil var. Çünki özlərinə (kəramət) nisbət edilənlər, övliya və razı qalınmış kəslərdən olsalar da rəsul deyillər. Allah Təala, qeybi göstərmədə Rəsulları digər razı qalınan kəslərdən ayırıb seçmişdir. Bu ayətdə həmçinin kahinliyin və münəccimliyin ibtalına işarə var. Çünki bu iki şeyin əhli, razı qalınmadan ən uzaq, (Allahdan gələn) qəzəbin içində ən çox olan kəslərdir. (Zəməxşərinin sözü burda bitdi.)

 

Kəramətləri inkar etmək mötəzilənin görüşüdür. Əhli Sünnətin görüşünə gəlincə onlar kəraməti isbat edirlər. (Əhli Sünnətə görə) Allah Təalanın, bəzi ovlyalarına gələcəkdə olanları ilham edib xəbər verməsi mümkündür. Bu, Allahın onu (övliyanı) qeybə xəbərdar qılmasıdır.

Bu görüşün doğruluğuna, Əbu Hureyrənin Peyğəmbərdən – sallAllahu aleyhi və əlihi və səlləm – rəvayət etdiyi bu hədis dəlildir: "Sizdən öncəki ümmətlərin içində, Peyğəmbər olmadıqları halda muhəddəs/ilham verilən kəslər olmuşlar. Mənim ümmətimnən olacaq olsa Ömər olar''. Buxari rəvayət etmişdir.

İbn Vəhb demişdir: "Muhəddəslər sözünün anlamı ilham alanlardır."

Müslimin rəvayətində Aişədən Peyğəmbərin – sallAllahu aleyhi və əlihi və səlləm – belə dediyi gəlir: "Sizdən öncəki ümmətlər içində muhəddəslər var idi. Mənim ümmətimdə də belə biri olsaydı Ömər bin Əl Xattab onlardan olar".

Bütün bunlar övliyaların kəramətlərini isbat etməyə dəlildir."

 

Qaynaq: Xatib Əş Şirbini: Əs Siracul Munir: 4/447

Beyrut: Darul Kutubil İlmiyyə

 

***

 

Maliki alimlərindən Əhməd bin Muhəmməd Əs Savi (1175-1241 h/1761-1825 m) "Cəlaleyn" təfsirinə yazdığı haşiyəsində deyir:

 

قوْله تعالى : { وَمَا تَدْرِي نَفْسٌ مَاذا تَكْسِبُ غَداً } أيْ مِن حيْث ذاتِها , وأما بإعْلام الله لِلعبد فلا مانعَ مِنه كالأنْبِياء والأوْلياء , قال الله تعالى : { وَلاَ يُحِيطُونَ بِشَيءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَآءَ } , وقال تعالى : { عالم الغيب فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا إِلَّا مَنِ ارْتَضَى مِن رَّسُولٍ} , قالَ العُلماء : وكذا وليٌّ فلا مانعَ مِن كوْنِ الله يُطلِع بعضَ عِباده الصّالحِينَ على بعضِ هذه المغيباتِ لتكونَ معجِزةً للنّبِي وكرامةً لِلولي

 

"Allahın "Heç bir nəfs sabah nə kəsb edəcəyini bilməz" ayətinə gəlincə, yəni öz özünə bilə bilməz. Lakin Allahın, Peyğəmbərlər – aleyhimussələm – və övliyalar kimi bəzi qullarına bildirməsi ilə (onların) qeybi bilməsinə bir əngəl yoxdur.

Allah Təala buyurur: "Onun elmindən dilədiyindən başqa heç bir şeyi əhatə etməzlər".

Yenə Allah Təala buyurur: "O qeybi biləndir. Elçilərdən razı olduğu kimsələr müstəsna, heç kimi öz qeybindən xəbərdar etməz".

Alimlər demişlər: Övliya da bu cürdür. Allahın, saleh qullarından bəzisinə qeybin bir qismini, Peyğəmbər - əleyhissalam - üçün möcüzə, övliya üçün kəramət olaraq bildirməsinə bir əngəl yoxdur."

 

Qaynaq: Əhməd bin Muhəmməd Əs Savi: Haşiyətus Savi alə Təfsiril Cəlaleyn: 3/215

Birinci Nəşr: 1345/1926

 

***

 

İmam Muhyiddin ən Nəvəvi (631-676 h/1233-1277 m) "Əl Məcmu" adlı əsərində imam əl Buveyti və əl Muzəni haqda danışarkən deyir:

 

وكان الشّافعي قال لجماعةٍ مِن أصْحابِه : أنت يا فلانُ يجري لك كذا , وأنت كذا , وقال لِلْبُوَيْطيّ ستَموت في حديدِك , فكان كما تفرَّس جرى لكُلّ واحدٍ ما ذكَره

 

“İmam əş Şafii əshabından bir qrupa “Ey filankəs! Sənin başına belə belə hadisələr gələcək” deyərdi. İmam əl Buveyti haqda “Sən öz dəmirində/qandalında öləcəksən” demişdi. Hər birinin başına əvvəlcədən öngördüyü hadisələr gəldi.”

 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/107

İdarətut Tıbəatil Muniriyyə

 

Təliq: Ola bilər bəzi dar düşüncəlilər “bu qeybi bilmək yox fərasətdir” desinlər. Cavabımız odur ki fərasət bir şeyin əlamətləri ortaya çıxdıqda əqli təxminlərin təqdim etdiyi qərinələrə dayanaq hasil olur. Sözsüz ki İmam əş Şafiinin məclisində əl Buveytinin nə zamansa qandallanacağına və bu şəkildə oləcəyinə dair hansısa bir əlamət olduğunu demək gülüncdən də o tərəfə səslənir. Bu açıq aydın qeybi bilməkdən başqa bir şey deyil. Ona qeybi açan Allaha həmd olsun!

 

***

 

Şafii alimlərindən böyük mühəddis və fəqih İbn Həcər əl Heytəmi (909-974 h/1504-1567 m) rahiməhullah, insanı dindən çıxaran şeylər haqqında yazdığı “əl İlam bi Qavatiil İslam” kitabında Ənam surəsi 59 və Cin surəsi 26-cı ayələri hüccət gətirərək qeybi bildiyini iddia edənin bu ayələrə müxaləfət etdiyi üçün kafir olduğunu iddia edənlərin ittihamına cavab olaraq deyir:

 

ويُجَاب بأنّ قوْلَه ذلك لا يُنافي النّص , ولا يتضَمّن تكذيبَه لصِدقِه بكونِه يعلَم الغيْب في قضِيّةٍ , وهذا ليْس خاصًّا بالرُّسل , بلْ يُمكِن وجودُه لغيرِهم مِن الصّدِّيقينَ

على أنّ في الآية الثّانِيةِ قولاً أنّ الاستثناءَ منقطِعٌ فيكون الرُّسُلُ كغيْرِهم , وعلى كُلٍّ فالخواصُّ يجوز أنْ يعلَموا الغيْبَ في قضِيّةٍ أو قضايا كما وقَع لكثيرٍ مِنهم واشتَهر , والّذِي اختُصَّ به تعالى إنما هوَ عِلْم الجميعِ وعلمُ مفاتيحِ الغيْب المشار إليها بقوله تعالى : { إنَّ اللهَ عِنْدَه عِلْمُ السّاعَةِ وَيُنَزِّلُ الغَيْثَ } الآية

وينتُج مِن هذا التقريرِ أنّ مَن ادَّعى عِلمَ الغيْبِ في قضيّةٍ أو قضايا لا يكفُر , وهوَ مَحْمَل ما في الرّوضة , ومَن ادَّعى علْمَه في سائرِ القضايا كفَر , وهوَ محمَل ما في أصلِها

 

“Cavab olaraq deyilər ki, onun bu (qeybi bilirəm) sözü nassa müxalif deyil. Həmçinin o bu sözüylə - müəyyən bir məsələdə qeybi bildiyi üçün - (ayələri) yalanlamış sayılmaz. Bu (qeybi bilmək) Rəsullara xas deyil, əksinə siddiqlər kimi Rəsullardan başqası üçün də mümkündür.

Həm də ikinci aydəki (Cin surəsi 26) istisnanın munqati istisna olduğu və Rəsullar kimi onlardan başqalarını da içinə aldığı görüşü də var.

Hər bir halda, xas insanların müəyyən bir məsələdə və ya bir çox məsələlərdə qeybi bilmələri caizdir. Necə ki onlardan bir çoxundan sadir olmuş və məşhurlaşmışdır.

Yalnız Allahın – təbərakə və təala – bildiyi isə, hər şeyin ümumi elmi və qeyb açarlarının elmidir. Bu, Allahın aşağıdakı ayəsinin tərcüməsində işarə edilən şeydir: “Qiyamətin elmi Allahın qatındadır, yağışı da O endirir” (Loğman surəsi 34)

Bu təqririn nəticəsi odur ki, müəyyən bir məsələdə qeybi bildiyini iddia edən birisi kafir olmaz. Bu, “ər Ravda” kitabında zikr olunan görüşün (qeyb iddia edənin kafir olmadığı görüşünün) həml olunduğu mənadır. Kim hər məsələdə qeybi bildiyini iddia edərsə kafir olar. Bu da “ər Ravda”nın əslində (İmam ər Rafiinin “Əziz şərhul Vəciz” kitabında) zikr olunan görüşün həml olunduğu mənadır.”

 

Qaynaq : İbn Həcər əl Heytəmi: əl İlam bi Qavatiil İslam: 39

Beyrut: Darul Kutubil İlmiyyə: 1407/1987

 

***

 

Yenə İbn Həcər əl Heytəmi (909-974 h/1504-1567 m) özünün “əl Fətəval Hədisiyyə” adlı əsərində bu barədə danışarkən deyir:

 

ثُمّ إعلامُ اللهِ تعالى لِلأنبِياءِ والأوْلياءِ بعضَ الغُيوبِ مُمْكنٌ , لا يستَلْزِم مُحالاً بوجهٍ , فإنكارُ وقوعِه عِنادٌ , ومِن البَداهةِ أنّه لا يؤدِّي إلى مشاركتِه له تعالى فيما تفرّد به , العلمِ الذي تمدّح به واتّصَف به في الأزَلِ وما لا يزالُ

وما ذكَرناه في الآية صرَّح به النّووِيُّ رحِمه الله في فتاويه فقال : معناها لا يعلَم ذلك استِقْلالاً وعِلمَ إحاطةٍ بكُلِّ المعلوماتِ إلا الله , وأما المعجِزاتُ والكَراماتُ فبِإِعْلامِ اللهِ لهُم عُلِمَتْ

 

“Uca Allahın Peyğəmbərlərə və vəlilərə qeybin bir qismini bildirməsi mümkündür. Bu, heç bir vəchlə qeyri mümkün bir şey deyildir. Bu kimi şeylərin vaqe olduğunu inkar etmək inaddır.

Məlum məsələdir ki bu, kiminsə uca Allahla, yalnız Onun bildiyi, onunla öyündüyü, əzəldən və hal hazıra vəsf olunduğu elmdə müştərək olduğu anlamına gəlməz.

Ayət haqqında dediyimizi imam Nəvəvi – rahiməhullah – öz fətvalarında qeyd edərək demişdir: “Ayətin mənası onu (qeybi) müstəqil şəkildə və hər bilinən şeyi əhatə edən bir elmlə Allahdan başqası bilməz deməkdir. Möcüzə və kəramət (olaraq baş verən qeybi bilməyə) gəlincə bunlar, Allahın onlara (Peyğəmbərlərə və vəlilərə) bildirməsiylə bilinmişdir.”

 

Qaynaq: İbn Həcər əl Heytəmi: əl Fətaval Hədisiyyə: 223

Dəməşq: Darul Fikr

 

***

 

Alləmə Saduddin Ət Təftəzəni (712-793 h/1312-1390 m) İmam Nəsəfinin yazdığı qısa risaləyə şərhində deyir:

 

وبالجملةِ العلْمُ بالغيبِ أمرٌ تفرَّد به اللهُ تعالى , لا سبيلَ إليه للعبْد إلا بإعلامٍ منه تعالى أو إلهامٍ بطريقِ المعجِزةِ أو الكرامةِ أو إرشادٍ إلى الإستدلالِ بالأَمَارات فيما يُمكِن فيه ذلك

 

"Xülasə: Qeybi bilmək uca Allahın qullardan (xüsusən) ayrıldığı bir məsələdir. Qullar qeybi ancaq aşağıdakı yollarla öyrənə bilərlər:

1. Uca Allahın bildirməsiylə.

2. Möcizə və ya kəramət yoluyla ilham.

3. Mümkün olan məsələlərdə əlamətlərdən istidlal etməyə irşadla."

 

Qaynaq: Saduddin Ət Təftəzəni: Şərhul Aqaidin Nəsəfiyyə: 113

İstanbul: Məktəbətu Yasin: 1429/2008

 

***

 

Şafi alimlərindən Təcuddin Əs Subki (727-771 h/1327-1370) kəramətlərin növlərini sayarkən deyir:

 

الرابع عشر : الإخبارُ ببعْضِ المغيَّباتِ والكشفُ , وهو دَرَجاتٌ تخرُج عن حدِّ الحصْر

 

"Kəramətlərin öndördüncü növü: Bəzi qeybi məlumatlardan xəbər vermək və kəşf halıdır. Bu isə sayılmayacaq qədər dərəcələrdən ibarətdir."

 

Qaynaq: Təcuddin Əs Subki: Tabaqatuş Şafiiyyətil Kubra: 2/340

Qahirə: 1383/1964

 

***

Sələfilərin xüsusi simpatiya ilə yanaşdığı Muhamməd bin Əli Əş Şəvkəni (1173-1250 h/ 1760-1834 m) alimlərin həyatı haqda yazdığı "Əl Bədrut Tali bi Məhəsini Mən Bəadəl Qarnis Səbi" adlı kitabında Yəmən alimlərindən birinin tərcümeyi halını zikr edərkən deyir:

 

وكان يُنكِر ما يدَّعِيه الصوفيةُ مِن الكّشْف فمرِضتِ ابنتُه زَيْنَبُ في بيْتِه مِن مكَّةَ , وكان مُلاصقاً للحرَم , فكانتْ تُخبِره وهي مِن وراءِ جدارٍ بما فُعِل في الحرَمِ , وكان يُغلِق عليها مِراراً وتذكُر أنها تُشاهِد كذا وكذا , فيخرُج إلى الحرَم فيجِد ما قالتْ حقاً

 

"204. Salih bin Mehdi Əl Məqbəli Əl Yəməni (v. 1108 h).

 

... O, Sufilərin kəşf haqqında iddialarını rədd edərdi. Daha sonra onun qızı Zeynəb Məkkədəki evində xəstələndi. Onun evi Məsçidi Harama bitişik idi.

Qızı evdəykən Məsçidi Haramda baş verən şeyləri ona xəbər verərdi. O dəfələrlə qızı evdə qapalı tutduğu halda qız gördüyü şeyləri deyərdi. Mehdi çolə çıxıb qızın dediyinin doğru olduğunu görərdi."

 

Qaynaq: Muhamməd bin Əli Əş Şəvkəni: Əl Bədrut Tali: 1/291

Qahirə: Darul Kitəbil İsləmi

 

***

 

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) "Əş Şifa" əsərinin şərhində “Peyğəmbərlərdən başqası qeybi bilməz” prinsipinə açıqlıq gətirərkən deyir:

 

وأمّا الأولياءُ وإنْ كان قدْ ينكَشِف لهُم بعضُ الأشياءِ , لكن علْمهم لا يكون لَهُم يقيناً وإلهامهم لا يُفيدُ إلّا أمرًا ظنِّيًّا . وبِهذا المَقالِ يندَفِع ما يرِد على الحصْرِ في الآية مِن نوعِ الإشكالِ

 

“Övliyalara gəlincə, (qeybdən) bəzi şeylər onlara açılsa da bu haqda elmləri onlar üçün yəqin ifadə etmir. Onlara gələn ilhamları ancaq zənn ifadə edir. Bu izahla, ayədəki (qeybi ancaq Rəsulların bildiyi şəklindəki) xüsusiləşdirməyə yönəlik problem ortadan qalxmış olur.”

 

Qaynaq: Mulla Əli Əl Qari: Şərhuş Şifa: 2/342

Beyrut: Darul Kutubil İlmiyyə: 1421/2001

Read 1.251 times
In order to make a comment, please login or register