Qiblə niyə dəyişdirildi?

Qiblənin dəyişdirilməsindəki hikmətlər:

Əvvəllər namazın Beytu'l-Məqdisə doğru qılınmasının təşri qılınmasındakı (qanun olaraq qoyulmasındakı) göz qamaşdırıcı hikmət üzərində duraq. Çünki ora, peyğəmbərlərin qibləsi idi. Digər rəsullar ilə nə göndərilmişdisə, bizim Rəsulumuz ilə də, o göndərilmişdi. Bununla bərabər, bunlar, kitab əhlinin bildiyi şeylər idi.

Beytu'l-Məqdisə yönəlmək isə:

~ Onun nübüvvətinin gerçəkliyini;

~ Özündən əvvəlki peyğəmbərlərlə göndərilənlərin, eyni şəkildə Özü ilə də göndərildiyini;

~ Onun dəvətinin, digər rəsulların dəvətinin eynilə özü olub, Onun, rəsullar arasında bənzəri görülməmiş və onlara müxalifət edən biri olmadığını; əksinə

~ Onları təsdiq edən və onlara iman edən bir Rəsul olduğunu

ortaya qoyurdu.

Nübüvvətinin dəlilləri qəlblərə yerləşib doğruluğunun dəlilləri hər yöndən ortaya çıxaraq

-risalətini, inad edərək, qısqanaraq və paxıllıq edərək inkar edənlər olsa da-

və qəlblər də, Onun, həqiqətən Allahın rəsulu olduğuna şahidlik edib uca Allah da, həm Özünün, həm ümmətinin maslahatının:

~ yer üzünün ən fəzilətli parçası,

~ Allah tərəfindən sevilən evlərin ən böyüyü, ən şərəflisi və ən qədimi

olan Beytu'l-Harama, yəni Kəbəyə yönəlmələrində gerçəkləşəcəyini bildiyi vaxt,

-o işin əhəmiyyəti çox böyük olduğundan-

bu böyük hadisədən əvvəl, bir növ müqəddimələr məsabəsində olan bəzi xüsuslar təqdir etdi.

Bunun üçün, ilk əvvəl, nəsxdən bəhs etdi. Bir ayəti, ya da bir hökmü nəsx edəcək olarsa, ya ondan xeyirli olanını, ya da onun kimisini gətirdiyini və Özünün gücünün hər şeyə çatdığını, göylərin və yerin mülkünün Özünə aid olduğunu zikr etdi.

--------------------------------------

Bax:

(مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ)

"Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?" (Bəqərə/106)

--------------------------------------

Daha sonra --->

Onları, özlərindən əvvəlki kitab əhlinə etdiyi kimi, Rəsuluna qarşı inadlaşıb Ondan üz çevirməkdən çəkindirdi. Ardınca --->

Kitab əhlinə və onların düşmənliklərinə qarşı ayıq-sayıq olmaları gərəkdiyini və:

"Kaş ki, kafir olsalar." deyə çox arzu etdiklərini, dolayısı ilə, onların sözlərinə qulaq verməmələri və yenə sözlərini qəbul etməmələri gərəkdiyini bildirərək, onları (bundan) çəkindirdi.

-----------------------------------------

Bax:

وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَوْ يَرُدُّونَكُم مِّنۢ بَعْدِ إِيمَـٰنِكُمْ كُفَّارًا حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ ۖ فَٱعْفُوا۟ وَٱصْفَحُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir." (Bəqərə/109)

-------------------------------------

Ardından --->

İslam dininin böyüklüyünü, yəhudilikdən və xristiyanlıqdan üstün olduğunu, bu dinə mənsub olanların, həqiqi xoşbəxtlərdən olacaqlarını və umduqları şeyləri əldə edərək qurtulacaqlarını, batil arzulara qərq olmuş kimsələrin belə olmadığını ortaya qoydu.

Bunun ardından --->

Yəhudilərlə xristiyanlar arasındakı ayrılıqları zikr edib birinin, digəri əleyhində haqq naminə bir şeyə sahib olmadıqlarına dair şahidliklərini ifadə etdi. O halda, Müsəlmanların etmələri lazım gələn şey, onlara tabe olmamaq və onları bu batillərində, onlara müxalifət etməkdir.

-------------------------------------

Bax:

وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَـٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ

Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Bəqərə/111)

قَالَتِ ٱلْيَهُودُ لَيْسَتِ ٱلنَّصَـٰرَىٰ عَلَىٰ شَىْءٍ وَقَالَتِ ٱلنَّصَـٰرَىٰ لَيْسَتِ ٱلْيَهُودُ عَلَىٰ شَىْءٍ وَهُمْ يَتْلُونَ ٱلْكِتَـٰبَ ۗ كَذَ‌ٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

"Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir." (Bəqərə/113)

-------------------------------------

Daha sonra uca Allah, evlərində və məscidlərində adının anılmasını və Özünə ibadət edilməsini əngəlləyən kimsələrin; günahlarını, zülümlərini, belə etmək surətilə, bu evlərin və məscidlərin viranə qalması üçün çalışanlardan olacaqlarını dilə gətirdi. Çünki məscidlərin imar edilməsi, ancaq orda Onun adının anılması və Ona ibadət edilməsi ilə gerçəkləşir.

-----------------------------------

Bax:

(وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَـٰجِدَ ٱللَّهِ أَن يُذْكَرَ فِيهَا ٱسْمُهُۥ وَسَعَىٰ فِى خَرَابِهَآ ۚ أُو۟لَـٰٓئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَآ إِلَّا خَآئِفِينَ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌ

"Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır." (Bəqərə/114)

--------------------------------------

Daha sonra --->

Uca Allah, şərqin də, qərbin də, yalnız Özünün olduğunu, əzəməti və hər şeyi əhatə edici olması etibarı ilə, namaz qılan şəxs, üzünü hansı tərəfə çevirərsə çevirsin, Allahın yönünün/Özünə üzün çevriləcəyi istiqamətin, orda olduğunu bəyan etdi.

Dolayısı ilə, hər hansı bir kimsə, Beytu'l-Harama üzünü çevirəcək olarsa, Rəbbinə və Onun qibləsinə çevrilmiş olmağın xaricinə, qətiliklə çıxmayacağını açıqladı. Çünki şübhəsiz ki, Allah, Vasi/hər şeyi elmilə, qüdrətilə əhatə edən və Alim/hər şeyi biləndir.

-------------------------------------

Bax:

(وَلِلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا۟ فَثَمَّ وَجْهُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ وَ‌ٰسِعٌ عَلِيمٌ

"Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Vasi'dir/hər şeyi Əhatəedəndir, Biləndir." Bəqərə/115)

---------------------------------

Daha sonra --->

Göylərdə və yerdə olanların Allaha qul olduqlarını və hamısının, Onun əmrinə itaətlə boyum əydiklərini zikr etdi.

------------------------------------

...بَل لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّ لَّهُۥ قَـٰنِتُونَ • بَدِيعُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۖ وَإِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

"...Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar." (Bəqərə/116-117)

---------------------------------

Arxasınca --->

Kitab əhlinə uyğun davranmağın, maslahata uyğun olmadığına, bunun, özlərinin xeyrinə olmayıb bunu etməklə (yəni kitab əhlinə uyğun davranmaqla) birlikdə iman etmələrinin də əsla umulmayacağına, əsasən, dinlərinə tabe olmadıqca, onların özlərindən əsla razı qalmayacaqlarına diqqət çəkdi.

Bunun muhtəvasında isə, qiblə xüsusunda onlara müvafiq olmaqda da, hər hansı bir maslahatın bəhs mövzusu olmayacağına dair, olduqca lətif bir xəbərdarlıq və diqqət çəkmək də vardır.

Dolayısı ilə, Sən, qiblə xüsusunda onlara müvafiq olsan da, olmasan da, dinlərinə tabe olmadıqca, Səndən əsla razı qalmayacaqlardır.

--------------------------------------

Bax:

وَلَن تَرْضَىٰ عَنكَ ٱلْيَهُودُ وَلَا ٱلنَّصَـٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۗ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ ٱلَّذِى جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

"Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar." (Bəqərə/120)

---------------------------------

Bunlardan sonra --->

Beytin ilk sahibi olub onu bina edən İbrahim (əleyhissəlam)'ın böyüklüyü dilə gətirilməkdə, o təriflənməkdə, onun, insanların imamı və özünə tabe olunmağa ən çox layiq olan şəxs olduğundan bəhs edilməkdədir.

--------------------------------

Bax:

وَإِذِ ٱبْتَلَىٰٓ إِبْرَ‌ٰهِۦمَ رَبُّهُۥ بِكَلِمَـٰتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّى جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا...

"Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi..." (Bəqərə/124)

--------------------------------

Arxasınca --->

Beytin əzəmətini, üstünlüyünü və şərəfini mövzu etməkdə; insanlar üçün əmin-amanlıq duyacaqları və dəfələrlə gedib gəldikləri halda, bir cür özünə doya bilmədikləri, təkrar-təkrar gəldikləri bir yer olduğunu zikr etməkdədir.

Bu buyruqda da, Onun (Kəbənin), başqa məscidlərə görə qiblə edilməyə daha çox layiq olduğuna diqqət çəkilməkdədir.

----------------------------------

Bax:

وَإِذْ جَعَلْنَا ٱلْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْنًا...

"Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik..." (Bəqərə/125)

----------------------------------

Sonra uca Allah, özlərinə, İbrahim məqamı yaxınında namazgah edinməyi əmr etdi.

-------------------------------

Bax:

...وَٱتَّخِذُوا۟ مِن مَّقَامِ إِبْرَ‌ٰهِۦمَ مُصَلًّى...

...“İbrahimin dayandığı yeri namazgah edin!”... (Bəqərə/125)

---------------------------------

Arxasınca --->

İbrahim və İsmayılın Beyti inşa etmələrindən və əmri gərəyincə onu təmiz tutmalarından söz etdi.

---------------------------------

Bax:

...وَعَهِدْنَآ إِلَىٰٓ إِبْرَ‌ٰهِۦمَ وَإِسْمَـٰعِيلَ أَن طَهِّرَا بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْعَـٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ

"Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik." (Bəqərə/125)

----------------------------------

Onların:

~ Kəbənin təməllərini yüksəltmələrini;

~ Rəblərinə, etdikləri bu işlərinin qəbul edilməsi üçün dua etdiklərini;

~ Özlərini Ona təslim olmuş kimsələrdən qılmasını;

~ Özlərinə ibadət yeri və ibadət şəkillərini göstərməsini;

~ Soylarından, aralarından özlərinə ayətlərini oxuyacaq, özlərini təmizləyəcək, onlara kitab və hikməti öyrədəcək bir rəsul göndərməsini

niyaz etdiklərini ifadə etməkdədir.

------------------------------------

Bax:

وَإِذْ يَرْفَعُ إِبْرَ‌ٰهِۦمُ ٱلْقَوَاعِدَ مِنَ ٱلْبَيْتِ وَإِسْمَـٰعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّآ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ • رَبَّنَا وَٱجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ ۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ • رَبَّنَا وَٱبْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (Bəqərə/127-129)

--------------------------------------

Daha sonra --->

Uca Allah, İbrahimin dinindən üz çevirənin, qıt ağıllı, səfeh kimsələrdən olduğunu xəbər verməkdədir.

----------------------------------

Bax:

وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَ‌ٰهِۦمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ...

"Səfeh olanlardan başqa, kim İbrahimin dinindən üz çevirər?" (Bəqərə/130)

----------------------------------

Arxasınca --->

Onlara, İbrahimin milləti/dini üzərə olmalarını və bu dinin xaricinə çıxaraq yəhudiliyə, xristiyanlığa və ya başqa dinə girəcək olarlarsa, qətiliklə hidayət tapmamış olan, dəlalət/azğınlıq içərisindəki kimsələr olacaqlarını da, xüsusilə vurğulamaqdadır.

----------------------------------

Bax:

وَقَالُوا۟ كُونُوا۟ هُودًا أَوْ نَصَـٰرَىٰ تَهْتَدُوا۟ ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَ‌ٰهِۦمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (Bəqərə/135)

---------------------------------

Bütün bunlar, Kəbəyə yönəlmə əmri verilməsinin əvvəlindəki müqəddimələrdir. Bunları yaxşıca düşünən və Kəbəyə yönəlmək ilə arasındakı əlaqəni öyrənən bir kimsə, bu yolla:

~ Quran-i Kərimin əzəmətini, böyüklüyünü;

~ (Allahın, bu) Dinin mükəmməlliyinə, gözəlliyinə diqqət çəkməsini,

~ Qullarının maslahatının şəxsən bu dində olduğunu;

~ Onun xaricində özlərinə faydalı heç bir intizamın olmadığını

öyrənər.

Beləliklə, nəfslər, onun gözəlliyinə, mükəmməlliyinə, hikmətinin də əskiksiz olduğuna şahidlik etmə arzusuna sahib olarlar.

Bütün bu xüsusları bildirdikdən sonra, özlərinə, qiblələrini tərk etmələri halında, insanların ağılsızlarının nələr söyləyəcəyini xəbər verdi. Beləliklə, bunu (onların nələr söyləyəcəklərini) bilmədən, bununla anidən qarşı-qarşıya qalmamalarını murad etdi. Çünki o təqdirdə, söyləyəcəklərinin onlar üzərindəki təsiri daha böyük olacaq idi.

Bu xəbərdarlıqdan sonra, söylədikləri ortaya çıxınca, təəccüblənmədilər və onların söylədikləri şeylər, müsəlmanlara ağır gəlmədi. Hətta uca Allah, şərqin də, qərbin də yalnız Özünün olduğunu, dilədiyi kimsələri doğru yola yönəltdiyini xəbər verdi.

---------------------------------

Bax:

سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمْ عَن قِبْلَتِهِمُ ٱلَّتِى كَانُوا۟ عَلَيْهَا ۚ قُل لِّلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَ‌ٰطٍ مُّسْتَقِيمٍ

Səfeh adamlar deyəcəklər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” (Bəqərə/142)

----------------------------------

Daha sonra --->

Uca Allah, özlərini xeyirli, mötədil bir ümmət olaraq yaratdığı kimi; onlar üçün qibləyə yönəlmə cəhətlərinin ən mötədil və ən xeyirli olanlarını seçdiyini də xəbər verdi. Necə ki, dinlərin də ən xeyirlilərini onlar üçün seçmiş, şəriət qılmış; kitabların ən xeyirlilərini onlara endirmiş və özlərini, bütün insanlara qarşı şahidlər qılmışdı. Bu isə, fəzilətlərinin, elmlərinin və ədalətlərinin kamalından dolayı belə olmuşdu.

Uca Allahın, qiblələrin ən fəzilətlilərini, ən şərəflilərini onlar üçün seçməsindəki hikməti, açıqca ortaya çıxmışdır. Çünki qiblə, rəsul, kitab və şəriət xüsuslarında, onlarla bağlı olaraq bütün üstünlük cəhətləri bir araya gəlmiş və bir-birini tamamlamışdır.

Daha sonra --->

Uca Allah, ilk olaraq, qibləni Beytu'l-Məqdisə doğru təşri qılmasındakı sonsuz hikmətinə diqqət çəkməkdədir. Çünki beləliklə, O (Allah), daha meydana gəlmədən əvvəl, Özünün bildiyi həqiqətləri xarici aləmdə bir vaqeə olaraq ortaya çıxarmağı murad etmişdir. Bununla, bütün hallarında, Rəsula kimlərin tabe olub boyun əyəcəyini, uca Rəbbin əmrlərinə tabe olaraq və harda olursa olsun, din olaraq bunlara bağlı qalacağını (belə etməyəcək şəxslərdən) ayırd etmək istəmişdir. Bax haqqı ilə qulluq edən həqiqi mömin də, budur.

Belə bir möminlə, iman qəlbinə kök salmadığı və iman xüsusunda ayağı sağlam yerə basmadığı üçün, dönüb qayıdanlar, ayırd edilmiş oldu. Belə olduğu üçün də, qarşı çıxdı, üz çevirdi, arxasını dönüb getdi, nübüvvət xüsusunda şübhə etdi. Qəlbinə, belə deyən kafirlərin şübhəsi də girdi:

"(1) Əgər birinci qiblə haqq idisə, sizlər, haqqın xaricinə çıxmış oldunuz. (2) Əgər batil idisə, siz, elə isə batil üzərə idiniz."

Belə şəxslərin tərsinə çevrilmiş ağılları, (3) həqiqətin özü olan üçüncü qismin ola biləcəyini isə, başa düşə bilməmişdilər. O da, budur:

Qiblə, ilk zamanlarda, həqiqət və maslahat idi. İkinci səfər isə, belə bir qibləyə yönəlmək, bir batil oldu. Bundan dolayı, uca Allah, bu dəyişikliyin və qiblədəki bu nəxsin əzəmətini xəbər verərək belə buyurdu:

"Bu, Allahın hidayət etdiyi kimsələrdən başqasına, əlbəttə ağıl gələr." (Bəqərə/143)

Sonra --->

Uca Allah, ilk qibləyə dönərək qılmış olduqları namazların boşa çıxmayacağını, Onun, şəfqət və mərhəmətinin əleyhinə olan belə işlər görməsinin imkansız olduğunu və əsasən, onların o namazları, Allaha itaət olmaq üzərə etmiş olduqlarını xəbər verməkdədir.

------------------------------------

Bax:

وَكَذَ‌ٰلِكَ جَعَلْنَـٰكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا ٱلْقِبْلَةَ ٱلَّتِى كُنتَ عَلَيْهَآ إِلَّا لِنَعْلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَـٰنَكُمْ ۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir. (Bəqərə/143)

-------------------------------------

Uca Allah, bütün bu xüsusları təsbit edib bu Beytin əzəməti, şanının yüksəkliyi və ucalığı səbəbilə bu tərəfə dönməyin gözəlliyini bəyan etdikdən sonra:

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَىٰهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ...

"Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!" (Bəqərə/144)

buyurmaqda və bu xüsusa gərəkdiyi kimi əhəmiyyət vermək, onun əhəmmiyyətinin böyüklüyünü vurğulamaq lazım gələn bir xüsus olduğunu açıqlamaq üzərə, onlara bu əmri ard-arda verərək qüvvətləndirmiş olmaqdadır.

İndi göstərilən bu əhəmiyyəti, bu açıqlamaları və şəriətin təfərrüata dair hökmlərindən biri olan bu şeydən ortaya çıxan maslahatlara dair açıqlamaları; buna zidd hərəkət edilməsi halında bəhs mövzusu olacaq pisliklərin/fəsadların nə şəkildə açıqlandığı üzərində də yaxşıca düşün.

Bununla bərabər, birinci qiblənin, öz zamanında maslahatın eynilə özü olduğu, uca Rəbbin birinci qibləni təşri qılmaqdakı və qullarını o qiblədən Məscidu'l-Harama (Kəbəyə) doğru dönmələrinin əmr edilməsindəki sonsuz hikmətinin bəyan edilməsi üzərində də, yaxşıca düşün...

(Xülasə) bu kimi xasusların, zamanların, məkanların, halların və şəxslərin dəyişməsi səbəbilə dəyişiklik göstərə biləcəyi isə, ağıl sahibi kimsələr tərəfindən şübhə və tərəddüd gərəkdirməyən bir mövzudur.

(İbnu'l-Qayyim əl-Cevziyyə, "Miftah-u Dari's-Saadə" əsərindən nəql)

Read 2 times
In order to make a comment, please login or register