"Qiyamət günü 3 (zümrə) şəfaət edəcəkdir.

4313- Osman b. Affan (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qiyamət günü, 3 (zümrə) şəfaət edər:

• Peyğəmbərlər; sonra
• Alimlər; sonra
• Şəhidlər."

---------------

4314- Ubeyy b. Ka'b (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qiyamət günü olduğu zaman, Mən, peyğəmbərlərin imamı, xatibi və şəfaətlərinin sahibi olaram. (Bu sözüm), bir lovğalanma deyildir."

-----------------

4315- İmran b. Huseyn (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz bəzi (mömin) insanlar, cəhənnəmdən Mənim şəfaətimlə çıxacaqlar (və cənnətə girəcəklər)'dir. Onlar, cəhənnəmliklər deyə adlandırılacaqlardır."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Şəfaət haqqında gələn hədislər babı"

--------------------

İzahı:

4313 no-lu Osman (radiyallahu anh) hədisi, alimlərin, şəhidlərdən fəzilətcə üstünlüyünə dəlalət edər. Alimlərdən məqsəd:

Dini elmlərlə "təchiz olunub", elminin işığında hərəkət edən ixlaslı kimsələrdir.

-----------------

4314 no-lu Ubeyy (radiyallahu anh) hədisini, Tirmizi, "Mənaqib" bölməsində Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in fəzilətinə təhsis etdiyi babda rəvayət etmişdir. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün peyğəmbərlərin imamı, böyüyü və xatibi olmasının mənası açıqdır. 

• Peyğəmbərlərin şəfaətlərinə sahib olması məsələsinə gəlincə, çünki Onun məhşər xalqına şəfaəti ümumidir və dolayısı ilə peyğəmbərləri də əhatə edər.

• Belə də deyilə bilər:

O, məhşər xalqı üçün şəfaət edincə, digər peyğəmbərlərin ümmətləri üçün də şəfaət etmiş olar. Halbuki başqa ümmətlərə şəfaət etmə işi, onların peyğəmbərlərinin vəzifəsi olmalı idi. Bu etibarla, O, digər peyğəmbərlərin şəfaət vəzifəsini üstlənmiş olar. 

• Bu ifadə belə də açıqlana bilər:

Məhşər xalqı, şəfaət işi üçün peyğəmbərlərə baş vurunca, bu istəyi qəbullanıb şəfaət etmələri, onlara layiq və gözlənən davranış olaraq görülərdi. Lakin nəticədə bu işi, Allah rəsulu (sallallahu aleyhi və səlləm) edincə, Peyğəmbərlərin etməsi gözlənən şəfaət vəzifəsini ifa etmiş olar.

-----------------

4315 no-lu İmran (radiyallahu anh) hədisini:

• Buxari, "Riqaq"da;
• Tirmizi, "Cəhənnəm sifəti" bablarında; və 
• əbu Davud, "Sünnət" bölməsində 

rəvayət etmişlərdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in şəfaəti ilə cəhənnəmdən çıxarılacaq bəzi insanlara "cəhənnəmliklər" və ya "cəhənnəmilər" adının verilməsi və cənnət əhlinin onları bu isimlə çağırmaları, onları təhqir və ya əksikliklərini dilə gətirmək üçün deyil də, Allah Taala'nın azadlı qulları olmaları səbəbilə, bu adla anılmaq surətilə, sevinclərini sıx-sıx təzələmək və bu İlahi ehsanı, onlara xatırlatmaqdır.

Hədis şarihləri belə açıqlamışlardır.

Ancaq "Tuhfə" müəllifinin bəyanına görə, Muslim'in əbu Səid (radiyallahu anh)'dan olan bir rəvayətində belə bir əlavə vardır:

"Bu adı alan azadlılar, bir müddət sonra Allaha dua edərlər və Allah da, bu adı onlardan alar."

Gərək bu rəvayət, gərəksə də Beyhaqi'nin Huzeyfə (radiyallahu anh)'dan etdiyi bənzər rəvayət, bu adın, onların sevinclərinin təzələnməsinə vəsilə olduğuna dair izaha, kölgə düşürən mahiyyətdədir.

In order to make a comment, please login or register