Qiyamət günü insanlar lüt olacaqlarmı?

Aişə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən:

"Ey Allahın rəsulu! Qiyamət günü insanlar necə həşr ediləcəklər?"

deyə soruşdum. O:

"Yalın ayaq və çılpaq olaraq (həşr ediləcəklər)."

buyurdu. Mən:

"Qadınlar da mı (çılpaq olacaqlar)?" dedim. O:

"Qadınlar da (çılpaq olacaqlar)." buyurdu. Mən:

"Bəs həya edilməyəcəkmi?" deyə soruşdum. O:

"Ey Aişə! Həşr etmə işi çox mühim olduğundan, insanların bir-birilərinə baxacaq vaxtları olmayacaq (yəni hər kəs sorğu-sual və əzab qorxusundan öz dərdilə məşğul olacaq, başqasının halından xəbərləri olmayacaq)." buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4276)

---------------------

İzahı:

Aişə (radiyallahu anha) hədisini:

• Buxari;

• Muslim; və

• Nəsai

də rəvayət etmişlərdir. Bu hədis, məhşər gününün şiddətini, kişi-qadın bütün insanların anadan doğmuş kimi bütün vücudlarının çılpaq və yalın ayaq olduqlarını və hər kəsin öz dərdilə məşğul olması səbəbilə, başqasına baxmayacağını ifadə edir.

Ustad Said Nursi (rahmətullahi aleyh) isə, hədisin şərhi sədədində belə deyir:

"Cenâb-ı Hak, insandan başka zîruh mahlûkatına (ruh sahibi məxluqlarına), fıtrî birer libas giydirdiği gibi, meydan-ı haşirde (məhşər meydanında) sun'î libaslardan üryan (çılpaq) olarak, fakat fıtrî bir libas giydirmesi, ism-i Hakîm muktezasıdır (Hakim (hikmət sahibi) isminin gərəyidir).

Dünyada sun'î libasın hikmeti:

• yalnız soğuk ve sıcaktan muhafaza; ve

• ziynet ve setr-i avrete münhasır değildir (övrətin yerinin örtülməsilə məhdudlaşmamışdır).

Belki mühim bir hikmeti, insanın sair nevilerdeki tasarruf ve münasebetine ve kumandanlığına işaret eden bir fihriste ve bir liste hükmündedir.

Yoksa, kolay ve ucuz, fıtrî bir libas giydirebilirdi.

Çünkü bu hikmet olmazsa, muhtelif paçavraları (parçaları) vücuduna sarıp giyen insan, şuurlu hayvânâtın (heyvanların) nazarında ve onlara nisbeten bir maskara olur, mânen onları güldürür. Meydan-ı haşirde (məhşər meydanında) o hikmet ve münasebet yok; o liste de olmaması lâzım gelir."

(Said Nursi, Mektubat, 28. Mektup, 8. Mesele, s. 369-370)

Ustad Nursi'nin görüşünü bir az açıqlayaq:

Dünyada insanların süni libaslar geyinməsi, özlərini sadəcə:

• isti və soyuqdan qorumaq; və ya

• bəzək olsun; vəya

• övrət yerlərini örtmək üçün deyildir.

Bəlkə ən mühim bir hikməti, insanların sair canlı növlərindəki təsərrüf və hökmranlığına işarət edən bir fixristə, yəni ehtiva etdiyi şeyləri göstərən bir list kimidir.

Məsələn, bir paşa və ya valinin sinəsinə və ya çiyinlərinə ulduzlar və ya nişanələr taxması, bəzək və ya əyləncə olsun deyə değil, cəmiyyətdə rütbə və mövqeyini rəiyyətinə bildirmək üçündür. Bu hikmət, yəni rütbə bildirmək mənası olmadan, o nişanələri normal mülki həyatda taxsa, gülməli bir mövqeyə düşər, özü ilə istehza edilər.

Eynilə bunun kimi, dünyada insanların süni libasları da, sair məxluqata qarşı bir rütbə və mövqe bildirmə vasitəsidir. Bu hikmət məhşərdə olmayacağı, ya da gərək qalmayacağı üçün, libasa da ehtiyac olmayacaqdır. Onun üçün, insan bu süni libaslardan üryan (çılpaq) olaraq, ancaq fitri bir libas ilə məhşərdə ortaya çıxacaqdır.

Yoxsa insan, məhşər meydanında süni libaslar geyinsə, misaldakı paşanın mülki həyatda nişanə, medal taxması kimi, sair şüur sahibi məxluqlara qarşı gülməli bir hala düşər.

Bu səbəbdən, Allah Taala, məhşərdə insanlara süni libaslar geyməyi məcbur etməyəcək və ona münasib fitri bir libas verəcək və bizim başa düşdüyümüz mənada övrətləri, görünən bir çılpaqlıqda buraxmayacaqdır.

Read 81 times
In order to make a comment, please login or register