Qiyamət günü insanların Allaha ərz olunması haqqında məlumat verərsinizmi?

əbu Musa əl-Əşari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qiyamət günü insanlar 3 dəfə Allaha ərz olunacaqlar (yəni hüzurunda sorğu-suala çəkiləcəklər).

2 ərz etmə, mücadilə və üzrlərdən ibarətdir.

3-cü ərzə gəlincə, (insanların işlədikləri əməllərin yazılı olduğu) dəftərlər, o vaxt əllərə uçacaqlar (yəni sürətli bir şəkildə insanlara veriləcəkdir). Artıq (dəftəri) kimisi sağ əli ilə tutacaq və kimisi də sol əli ilə tutacaqdır."

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Sənədin raviləri güvənilən şəxslərdir. Lakin sənəd, münqatıdır (yəni qopuqdur). Çünki əl-Həsən, əbu Musadan hədis eşitməmişdir. Bu halı, Əli b. əl-Mədini, əbu Xatim və əbu Zur'a söyləmişlərdir.

Tirmizi də bu hədisi əl-Həsən kanalı ilə əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edərək:

'əl-Həsən'in əbu Hureyrə (radiyallahu anh)'dan hədis eşitməməsi cəhətindən, bu hədis səhih deyildir.' demişdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4277)

--------------------------

İzahı:

Bu hədisi:

• Əhməd; və

• Tirmizi

də rəvayət etmişlərdir.

Tirmizi, "Əbvabu Sifəti'l-Qiyamə" bölməsinin "Bab-u mə cəə fi'l-ard" babında, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etmişdir.

"Tuhfətu'l-Əhvəzi" müəllifi bu hədisi açıqlayarkən, icmal olaraq belə deyir:

"Yəni insanlar qiyamət günü, Allahın hüzurunda 3 dəfə sorğu-suala çəkiləcəklər.

• Birinci dəfədə, insanlar, özlərini müdafiə edər və peyğəmbərin təbliğlərindən xəbərimiz yoxdur, deyərək, Allah ilə münaqişə etməyə girişərlər.

• İkincisində, insanlar, günahlarını etiraf edərək, bilməyərək, yanılaraq və unudaraq xəta işlədik kimi ləfzlərlə üzrlər iləri sürərlər. Lakin iş, bununla bitməyəcək.

• Üçüncü dəfə, sorğu-suala çəkilərkən, hər kəsin əməl dəftəri əlinə sürətlə veriləcək, dəftərlər sanki quş kimi uçarcasına anidən əllərində mövcud olacaqdır. Cənnətlik olanların dəftərləri sağ əllərinə veriləcək və cəhənnənlik olanların dəftərləri də, sol əllərinə veriləcəkdir. Bu məlumatlar, "əl-Mirqat"dan nəqlən verilmişdir."

"əl-Fəth" müəllifi də bu hədisi nəql etdikdən sonra:

"Tirmizi, əl-Hakim, deyirlər ki:

• Mücadilə və münaqişə ilə keçən sorğu-sual bölməsi, kafirlərə məxsusdur. Çünki kafirlər, Rəblərini tanımazlar və münaqişə etməklə qurtulacaqlarını sanarlar.

• Üzrlərə aid sorğu-sual isə, Allahın peyğəmbərləri haqlı çıxarması və vəzifələrini gördüklərini bildirməsilə keçəcək. Bu müddətdə, insanların bir qisminin küfr üzərində qalmaları xüsusunda, peyğəmbərlərin bir qüsuru olmadığı və peyğəmbərlərin bu mövzuda üzrlü görüldükləri bəyan buyurulacaqdır.

• Üçüncü ərz işi, möminlərə aiddir. Buna böyük ərz deyilir."

deyə məlumat vermişdir.

Read 7 times
In order to make a comment, please login or register