Qiyamət günü ölümün öldürülməsi hədisi.

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qiyamət günü ölüm (bir qoç kimi) Sirat (körpüsünün) üstünə gətirilər və: 'Ey cənnət xalqı!' diyə nida edilər.

Cənnətdəkilər (bu çağırış üzərinə) içində olduqları (gözəl) yerdən çıxarılacaqları narahatçılığı və qorxusu ilə baxarlar. Sonra: 'Ey cəhənnəm xalqı!' diyə səslənilər. Onlar da içində olduqları (pis) yerdən çıxarılacaqları ümidilə sevinclə baxarlar. Daha sonra (cənnətdəkilər ilə cəhənnəmdəkilərə):

'Bunu tanıyırsınız mı?' diyə soruşarlar. Onlar da: 'Bəli, bu, ölümdür.' deyərlər. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu ki:

'Bunun üzərinə əmr verilərək ölüm, Sirat (körpüsü) üzərində boğazlanıb kəsilər və sonra cənnət xalqı ilə cəhənnəm xalqının hər ikisinə də:

'İçində olduğunuz halda davamlı qalacaqsınız. Orda sonsuzadək ölüm yoxdur.' deyilər."

Not: Zəvaid'də belə deyilmişdir:

"Sənədi səhih olub raviləri siqa kimsələrdir. Buxari, bunun bir qismini bu şəkildə rəvayət etmişdir. Ayrıca Buxari və Muslim'də mövcud olan əbu Səid (radiyallahu anh) hədisi, bunun üçün şahid mövqeyindədir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı", hədis no: 4327

-----------------------

İzahı:

Notda işarət edilən əbu Səid (radiyallahu anh) hədisini:

• Buxari, "Təfsir" və "Riqaq" bölmələrində;
• Muslim, "Cənnət" kitabında;
• Tirmizi və Nəsai, "Təfsir" bölmələrində 
rəvayət etmişlərdir.

------------------

Ölümün Sirat körpüsü üstünə gətirilib kəsilməsi hadisəsini bildirən hədisdəki ifadə, fərqli şəkillərdə açıqlanmışdır. 

"Tuhfətu'l-Əhvəzi" müəllifi, Tirmizi'nin şərhindəki izahların bir qismini nəql etdikdən sonra, Qurtubi'nin aşağıdakı izahını və nəhayət özünün tərəfdar olduğu bir izahı nəql edəcəyik:

İmam Qurtubi belə deyir:

"Ölüm, hədd-i zatında bir cisim olmayıb mənəvi bir şeydir. Mənaların cisimlərə çevrilməsi, qeyr-i adi bir şey deyildir. Allah Taala əməllərin savablarından bəzi cisimlər yaratdığı kimi, bir qoç yaradıb ona ölüm adını verər və gərək cənnət xalqının və gərəksə də cəhənnəm xalqının qəlblərinə bu xüsusu yerləşdirib kökləşdirər:

Ölüm adı verilən o qoçun boğazlanıb kəsilməsi, cənnət və cəhənnəmdə qalmağın əbədi olduğuna dəlalət edər."

• Bəzi alimlər belə izah gətirmişlərdir:

"Allahın ölümdən bir maddə və cəsəd yaratmasına bir əngəl yoxdur. (Yəni ölümü maddələşdirməsi mümkündür). Bunun nümunələri də mövcuddur:

Məsələn, Bəqərə və Al-i İmran surələrinin qiyamət günü 2 bulud parçası halında gələcəyinə dair hədis, Muslim'də mövcuddur. Buna bənzər başqa hədislər də vardır."

imam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi) də belə izah gətirir:

"Bəziləri demişlərdir ki, sirat körpüsü üstündə kəsilən ölüm elə bir şeydir ki, kəsildiyi zaman Allah, cənnətliklərin və cəhənnəmliklərin qəlblərində bu açıq məlumatı yaradar: -Artıq sonsuzadək ölüm, qətiliklə yoxdur.'

Əgər Allah diləyərsə, bu kəsmək hadisəsi olmadan da, bu qəti məlumatı onların qəlblərində yaradar. Amma Onun etdiyi heç bir şeydən sorğu-sual olunmaz. Yoxsa ölümün kəsilməsi, ondan sonra artıq ölümün olmaması bilgisini gərəkdirməz. Çünki Allah, hər şeyə qadirdir. Bütün ölüləri diriltdiyi kimi, fərz edək qoç halına çevrilmiş və kəsilmiş haldakı ölümü də diriltməyə qadirdir."

Xülasə, hədisdən çıxan nəticə budur ki:

Möminlər cənnətə, kafirlər də cəhənnəmə girdikdən sonra, hədisdə zikr edilən hadisə ilə, möminlər cənnətdə xoşbəxt olaraq, kafirlərin də cəhənnəmdə əzab içində sonsuzadək qalacaqlarına və artıq ölüm deyə bir şeyin bəhs mövzusu olmayacağına, qəti məlumat sahibi ediləcəklərdir.

In order to make a comment, please login or register