Qiyamət günü şəfaət

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Möminlər, qiyamət günü toplanaraq:

"Rəbbimizə bir şəfaətçi göndərsək də, Rəbbimiz bizi bu (sıxıntılı) yerimizdən rahata qovuşdursa." deyəcəklər.

(Bunu söyləmələri üçün Allah tərəfindən) Qəlblərinə ilham edilər (və ya onlar bu sıxıntıya lazımi əhəmiyyəti verərlər. -Bu tərəddüd ravi Səid'ə aiddir-). 

Bunun üzərinə möminlər, Adəm (əleyhissəlam)'a gedərlər və (ona):

"Sən Adəm'sən, bütün insanların atasısan, Allah səni (qüdrət) əli ilə yaratdı və mələklərini sənə səcdə etdirdi. Artıq bizim üçün Rəbbin qatında şəfaət et də, bizi bu (sıxıntılı) yerimizdən (qurtarıb) rahata qovuşdursun." deyərlər. Lakin Adəm (əleyhissəlam):

"Mən sizin dediyiniz (şəfaət) məqamında deyiləm (və Adəm vaxtı ilə işlədiyi xətanı onlara bildirərək bundan dolayı həya edər) və lakin Nuh'a gedin. Çünki O, Allahın yer üzündəkilərə göndərdiyi ilk rəsuldur (elçi)." deyər. 

Bunun üzərinə möminlər, Nuh (əleyhissəlam)'a vararlar. O da:

"Mən, sizin dediyiniz (şəfaət) mövqeyinde deyiləm. (Və Nuh, haqqında məlumatı olmayan bir şeyi -ki, oğlunun ailə fərdlərindən olması dolayısı ilə, tufanda boğulmaması istəyidir- Rəbbindən dilədiyini söyləyər və bundan dolayı həya edər) və lakin Xalilu'r-Rahmən (yəni Rahmən olan Allahın dostu) İbrahim (əleyhissəlam)'ın yanına gedin." deyər.

Sonra möminlər, İbrahim (əleyhissəlam)'a vararlar. Lakin O da:

"Mən, sizin dediyiniz şəfaət mövqeyində deyiləm. Və lakin Allahın özü ilə danışdığı və Tövrat'ı verdiyi qulu Musa (əleyhissəlam)'a gedin." deyər. O da:

"Mən, orda (yəni şəfaət mövqeyində) yoxam və (Musa bu arda vaxtı ilə qisas halı olmadan adam öldürdüyünü söyləyər) və lakin siz, Allahın qulu, rəsulu, kəliməsi və ruhu (deyilən) İsa (əleyhissəlam)'ın yanına gedin." deyər. O da:

"Mən, sizin dediyiniz şəfaət məqamında yoxam və lakin Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, Allahın, özünün keçmiş və gələcək xətalarını bağışladığı (o uca) qula gedin." deyər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu ki:

"Bunun üzərinə Mən, Rəbbimin hüzuruna çıxmaq üçün icazə istəyərəm. Mənə icazə verilər. Sonra Rəbbimi gördüyüm zaman, səcdəyə qapanaram. Allah, dilədiyi müddət ərzində, Məni, səcdə halında buraxar. Sonra (Mənə):

'Başını qaldır, ey Muhamməd! Və 

• Söylə, eşidilərsən; 
• İstə, istədiyin verilər;
• Şəfaət et, şəfaətin qəbul olunar.' buyurular.

Bunun üzərinə Mən, (başımı səcdədən qaldıraraq) Ona, Zatı'nın Mənə öyrətdiyi bir həmd şəkli ilə həmd edərəm. Sonra (ümumi və xüsusi) şəfaət edərəm. 

Bunun üzərinə Rəbbim Mənə bir hədd cızar. Mən də o hədd (yəni ölçü) içində qalanları cənnətə daxil edərəm. 

Sonra ikinci dəfə (şəfəat üçün) dönərəm və Onu görüncə səcdəyə vararam. Allah Məni dilədiyi qədər səcdədə buraxar. Sonra Mənə:

(Başını) qaldır, ey Muhamməd! 

'• Söylə, eşidilərsən;
• İstə, istədiyin verilər;
• Şəfaət et, şəfaətin qəbul olunar.' buyurular.

Bunun üzərinə Mən də başımı qaldırıb Ona, Mənə öyrətdiyi bir həmd şəkli ilə həmd edərəm. Sonra (təkrar) şəfaət edərəm. Rəbbim, Mənim (şəfaət edəcəyim kimsələr) üçün bir hədd (və çərçivə) cızar. Mən də o ölçü içinə girənləri cənnətə daxil edərəm. 

Sonra üçüncü dəfə (şəfaət etməyə) dönərəm və Rəbbimi görüncə səcdəyə qapanaram. Rəbbim, Məni dilədiyi qədər (səcdədə) buraxar. Sonra:

'(Başını) qaldır, (ey) Muhamməd! 

• Söylə, eşidilərsən;
• İstə, istədiyin verilər;
• Şəfaət et, şəfaətin qəbul olunar.' buyurular.

Mən də başımı qaldırıb Ona, Mənə öyrətdiyi şəkildə həmd edərəm. Sonra şəfaət edərəm. Allahım yenə Mənə bir hədd təyin edər. Mən də onları cənnətə daxil edərəm. 

Sonra dördüncü dəfə (Rəbbimin hüzuruna) dönərək:

"Ey Rəbbim, (cəhənnəmdə), Quran'ın həbs etdiyi (yəni əbədi olaraq cəhənnəmdə qalmalarına hökm etdiyi) kimsələrdən başqa heç kimsə qalmadı." deyəcəyəm.

Hədisin ravisi deyir ki:

"Qatadə, bu hədisin arxasından belə dedi:

Və Ənəs b. Malik (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu da bizə rəvayət etdi:

'Qəlbində bir arpa (dənəsi) ağırlığınca xeyir (yəni iman) olduğu halda, 'lə iləhə illəllah' deyən hər kəs, cəhənnəmdən çıxacaqdır.

Bununla bərabər: Qəlbində bir buğda (dənəsi) ağırlığınca xeyir (yəni iman) olduğu halda, 'lə iləhə illəllah' deyən hər kəs cəhənnəmdən çıxacaqdır.

Qəlbində zərrə ağırlığı qədər xeyir (yəni iman) olub da 'lə iləhə illəllah' deyən hər kəs də cəhənnəmdən çıxacaqdır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Şəfaət haqqında gələn hədislər babı", hədis no: 4312)

--------------------

İzahı:

Bu hədisi:

• Buxari, "Təfsir", "Tövhid" və "Riqaq"; 

• Muslim, "İman"; və

• Nəsai, "Təfsir" bölməsində 

bənzər ləfzlərlə rəvayət etmişlərdir.

------------

Bu hədis, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ən böyük şəfaətini bəyan edər. Bu şəfaət:

• həm məhşər xalqının məhşərdə daha çox gözlədilməməsi, hesabların görülməsinə bir an əvvəl başlanması;

• həm də cəhənnəmlik olan və bəzi rəvayətlərdə bildirildiyi kimi, felən cəhənnəmə girmiş olan günahkar bəzi möminlərin bağışlanıb cənnətə qovuşdurulması üçün edilən bir şəfaətdir.

Bu səbəblə buna, "şəfaət-i uzma", yəni əzəmətli və böyük şəfaət adı verilmişdir.

-----------------

Hədisin baş qismində qiyamət günü möminlərin bir araya gələrək öz aralarında, məhşər sıxıntı və kədərindən bir an əvvəl qurtulmaq üçün, Allaha bir şəfaətçi tapmaq işini danışacaqları bildirilir. 

Bu mövzunu öz aralarında danışma təşəbbüsü, ya Allah tərəfindən onların qəlblərinə ilham nəticəsində və ya onların məhşərdəki sıxıntı və kədərin vahiməliyini və əhəmiyyətini düşünmələri nəticəsində baş verər. Bu nöqtədəki tərəddüd, yəni Peyğəmbər (sallallahu aleyhi və səlləm) "belə mi buyurdu, yoxsa elə mi buyurdu" yolundakı şübhə, ravi Səidə aiddir.

----------------

Allah Taala'nın, möminlərin qəlblərində əvvəl Adəm (əleyhissəlam)'a və sıra ilə digər peyğəmbərlərə baş vurmağı ilham etməsinin və başdan Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə müraciət etmələri üçün onlara ilham verməməsinin səbəbi, Peyğəmbərimizin üstünlüyünü elan etməkdir. 

Bəzi hədis şarihləri (şərh edənləri) eyni qənaəti bildirirlər. Çünki əgər möminlər heç bir peyğəmbərə baş vurmadan bir başa Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə müraciət etsəydilər, digər peyğəmbərlərin də bu işi görmə gücünə sahib olmalarına ehtimal verilərdi. Lakin möminlər, ilk əvvəl Adəm peyğəmbərdən başlamaq surətilə, sırayla seçkin peyğəmbərlərə baş vurub mənfi cavab aldıqdan sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə müraciət edincə və Ondan müsbət cavab alınca, bu hal, Allah rəsulunun üstün fəzilətini, Allah qatındakı qiymət və uca rütbəsini ortaya qoyar. 

Bu hal, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün peyğəmbərlərdən, bütün mələklərdən və nə qədər məxluq varsa, hamısından üstün olduğuna dəlildir. Çünki bu ən böyük şəfaət işinə, Ondan başqa heç kəs girişə, buna cəsarət edə bilməz və gücü çatmaz.

Adəm (əleyhissəlam) ilə Onu izləyən digər peyğəmblər'in:

"Mən, sizin dediyiniz şəfaət mövqeyində deyiləm." 

şəklində verdikləri cavabın hikmət və səbəbi haqqında, Nəvəvi, Qadı İyad'dan icmal olaraq bunları nəql edir:

"Peyğəmbərlər, bu cavabı, təvazö yəni alçaq könüllülük və şəfaət işinin ağırlığını idrak etdikləri üçün söyləmişlərdir. Bu cavab, şəfəat səlahiyyətinin özlərində olmadığına və başqa şəxsdə olduğuna sıra ilə işarət mahiyyətində də ola bilər. 

Peyğəmbərlərin bəhs mövzusu ümumi şəfaət səlahiyyətinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə məxsus olduğunu bildikləri və möminləri bir birilərinə həvalə etmk surətilə, onları əsl səlahiyyətli şəxsə yollamaq metodunu təqib etmiş olduqları da möhtəməldir.

Möminlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə müraciət edincə, Onun dərhal bu işə girişməsi və tələsməsi səbəbinə gəlincə, bu səlahiyyət və üstün məqamın Özünə aid olduğunu bilməsidir."

Hədisə görə, şəfaət işi üçün möminlərin baş vurduqları peyğəmbərlərdən:

• Adəm (əleyhissəlam) işləmiş olduğu günahı, yəni ağacdan yemək xətasını;

• Nuh (əleyhissəlam) bilmədiyi bir şeyi Allahdan istəməsi, yəni gəmiyə minməyən oğlunun, Öz ailə fərdlərindən olduğu gərəkcəsi ilə və ailəsindən olanların tufanda boğulmayacaqlarına dair İlahi vəd'ə istinadən oğlunun qurtulmasını, Allahdan istəsi xətasını; və

• Musa (əleyhissəlam) da, İsrail ilə qibti dalaşarkən, aralarına girib qibtini dəf etməsi nəticəsində, qibtini öldürməsi xətasını

üzr göstərərək, Allaha qarşı üzlərinin olmadığını bəyan etmişlərdir.

----------------

Peyğəmbərlər günah işləmişlərdir mi? İşləmələri mümkünmüdür?

Nəvəvi, Muslim'in şərhində, bu hədisi izah edərkən, bu mövzuda Qadı İyad (rahmətullahi aleyh)'dən nəqlən bunları deyir:

"Alimlər, bütün peyğəmbərlərin peyğəmbərlik vaxtlarından əvvəlki həyatlarında, küfür üzərində bir an belə olmadıqları xüsusunda, ittifaq halındadırlar.

Küfür xaricində qalan günahlara gəlincə, yenə bütün alimlər, bütün peyğəmbərlərin böyük günahlardan məsum və pak olduqları üzərində ittifaq etmişlərdir. 

Ancaq günahsızlıqları ağıl yönündən mi, din və şəriət yönündən mi sabit olduğu nöqtəsində, görüş ayrılığı olmuşdur ki, bu fərqli görüş, nəticəni dəyişdirməz.

Peyğəmbərlərdən kiçik günahların meydana gəlib gəlməməsi məsələsində isə, bu xüsusdakı görüşlər belədir:

Bütün peyğəmbərlər, mərtəbələrinə kölgə düşürücü, Onları alçaldıcı və mürüvvətlərini (insanlıqlarını) zədələyici ən kiçik günahlardan belə pak və münəzzəh olduqları xüsusunda, alimlər arasında bir ixtilaf yoxdur. Hamısı bu nöqtədə də ittifaq halındadırlar.

Yuxarıda sıraladığımız günahlar xaricində qalan bəsit xətalara və əhəmiyyətsiz isabətsizliklərə gəlincə, fəqihlərin, mühəddislərin və kəlam əhlinin sələf və xələf sayılan alimlərinin böyük əksəriyyətinə görə, bu cür xətaları işləmələri də, caizdir. Yəni mümkündür. Bunların dəlilləri isə, bəzi ayətlərin və hədislərin zahiri mənalarıdır. 

Lakin imamlarımız mövqeyindəki mühəqqiq fəqihlər və kəlam əhlindən böyüklərimiz, bütün peyğəmbərlərin böyük günahlardan olduğu kimi, hər növ kiçik günahlardan da məsum olduqlarına hökm etmişlər və bəzi ayətlər ilə bəzi hədislərdə görülən halı incələyərək:

Peyğəmbərlərdən görülən bu hal:

• ya bir təvil nəticəsində; və ya 
• yanılma əsəri, yaxud da 
• Allahdan aldıqları icazə ilə meydana gəlmiş, bir qismi də peyğəmbərlik vaxtlarından əvvəl baş vermiş, demişlərdir. 

Haqq olan məzhəb də budur."

Peyğəmbərlərə isnad edilən xətalar nələrdir:

Bunlar:

• Adəm (əleyhissəlam)'ın unudaraq cənnətdəki ağacdan yeməsi;

• Nuh (əleyhissəlam)'ın kafir olan qövmü əleyhində bəddua etməsi;

• Musa (əleyhissəlam)'ın icazəsiz olaraq, bir kafiri öldürməsi; və

• İbrahim (əleyhissəlam)'ın öz qövmünün şərrindən qorunması üçün təvriyyə yollu (birdən çox mənası olan sözü, 2 mənaya gələcək şəkildə istifadə etmək) olub əslində doğru olan söz söyləməsidir.

Bu saydıqlarımızdan hansılar başqa insanlar üçün günah sayılar? Əslində heç biri günah sayılmaz. 

Bununla bərabər, onlar bu işləri, Allahdan icazə almadan işlədikləri üçün, qorxmuşlar, həya etmişlər və uca mərtəbələri ilə uyğun düşmədiyi üçün, bəzilərindən dolayı, Allah tərəfindən qınanmışlar. Hamısı bu qədərdir.

-------------------

Bu hədisə görə, yer üzündəki insanlara göndərilən ilk rəsul, yəni elçi mövqeyindəki peyğəmbər, Nuh (əleyhissəlam)'dır.

Ondan əvvəl Adəm və Şit (əleyhimussəlam) gəlmişlər isə də, bu 2 rəsuldan Adəm (əleyhissəlam), yalnız Öz övladının irşadı üçün göndərilmişdi. Övladı içindı küfür üzərində olan kimsə yoxdur. 

Onun xələfi Şit (əleyhissəlam) da elə idi. Yəni sadəcə o günki möminlərə, Allaha itaət yolunu göstərmək və iman əsaslarını öyrətməklə vəzifəli idi. 

Lakin Nuh (əleyhissəlam)'a gəlincə, O, yer üzündəki kafirləri imana dəvət etmək üzərə göndərilmiş və rəsul və elçi idi. 

Bu məlumatlar da, Qadı İyad'dan nəqlən verilmişdir.

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in keçmiş və gələcək günahlarının bağışlanmış olması" məsələsinə gəlincə, bu ifadənin bənzəri, Fəth surəsinin 2-ci ayətində də mövcuddur:

"لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَ‌ٰطًا مُّسْتَقِيمًا"

"Allah Sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, Sənə olan nemətini tamamlasın, Səni düz yola yönəltsin."

Alimlər, bu ifadənin mənası üzərində fərqli izahlar və açıqlamalar vermişlərdir. Qadı İyad:

• Bir qövlə görə, keçmiş günahlardan məqsəd, peyğəmbərlik vaxtından əvvəlki müddətdə, (fərz edək ki) ola bilən qüsur; və gələcək günahlardan məqsəd, Onun peyğəmbərlik vaxtlarındakı günahsızlıq halıdır.

• Digər bir qövlə görə, bundan məqsəd, Onun ümmətinin günahlarıdır. Bu ifadə belə açıqlansa, günahların bağışlanmasından məqsəd, ümmətin bir qisminin bağışlanması və ya bütününün cəhənnəmdə əbədi qalmaqdan ayrı tutulması, istisna edilməsidir.

• Bir başqa qövlə görə, bundan məqsəd, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bir yanılma və ya təvil yolu ilə meydana gələn hallardır. 

Təbəri bu qövlü nəql etmiş və Quşeyri də bunu tərcih etmişdir.

• Bir digər görüşə görə, bundan məqsəd, Onun atası Adəm (əleyhissəlam)'ın keçmişdə işləmiş olduğu xəta və gələcəkdə ümmətinin işləyəcəyi günahlardır. 

• Bəzilərinə görə, məqsəd budur:

Fərz edək ki, Ondan bir qüsur və ya xəta meydana gəlsə belə, bundan dolayı bir sorğu-suala tabe tutulmamasıdır.

• Başqa görüşə görə, məqsəd, Onun hər cür qüsur və xətadan pak və münəzzəh olduğunu ifadə etməkdir. 

Ən doğrusunu, Allah bilir.

------------------

Hədisə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), şəfaət üçün dördüncü dəfə Allahın hüzuruna çıxdığında:

"Ey Rəbbim! Quranın həbs etdiyi kimsələrdən başqası (cəhənnəmdə) qalmadı." deyəcək.

• Buxari və Muslim'dəki bir rəvayətə görə, hədisin ravisi Qatadə:

"Quranın həbs etdiyi" ifadəsindən məqsəd, cəhənnəmdə əbədi qalması vacib olan kimsələrdir." demişdir.

• Bu ifadədən məqsəd, haqlarında heç bir kimsənin şəfaətinin qəbul edilməməsi, Quran və ya Onun açıqlaması hökmündə olan sünnətlə sabit olan kimsələr də ola bilər. 

Yəni bəzi günahkar möminlər ola bilər ki, Allah heç bir şəfaətçi və vasitəçi olmadan, sırf ehsan və kərəmi ilə azad edər, cəhənnəmdən çıxarıb cənnətlik edər.

--------------------

Hədisin sonlarında yenə, Qatadə'nin Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət etdiyi yer, Buxari və Muslim'də "İman" kitabı bölmələrində, ayrı olaraq rəvayət edilmişdir. Əhməd'in rəvayəti burdakı kimidir.

Hədisin bu hissəsindəki "Tövhid" kəliməsini dili ilə söyləyib də qəlbində bir arpa və ya buğda ya da bir zərrə ağırlığı qədər xeyir mövcud olan kimsələrin, nəticə etibarı ilə cəhənnəmdən çıxacaqları müjdələnir.

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi)'nin bildirdiyi kimi, bəzi rəvayətlərdə, xeyir kəliməsi yerinə, iman kəliməsi mövcuddur.

Yəni tövhid kəliməsini dili ilə söyləyən kimsənin, qəlbən də inanması gərəkdir. Əgər münafiqliklə tövhid kəliməsini gətirər, lakin qəlbində zərrə miqdarı iman yoxdursa, belə bir kimsə mömin sayılmaz və kafirdir. Cəhənnəmdə də əbədi qalar.

Tövhid kəliməsi yanında da, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinə iman etmək və şəhadət kəliməsini gətirmək də gərəkdir. 

Sadəcə Allahın varlığını bildiyini qəbul və iqrar etmək, bilindiyi kimi, mömin sayılmaq üçün kafi deyildir. Bu xüsusda, bir çox ayət və hədis mövcuddur.

In order to make a comment, please login or register