Quddus isminin şərhi
5. Quddus isminin şərhi
~ Hisslərin idrak etdiyi;
~ xəyalın təsəvvür etdiyi;
~ vəhmə gələn;
~ qəlbə dolan;
~ təfəkkürün iqtiza etdiyi (gərəkdirdiyi)
hər vəsfdən, münəzzəh olandır.
Mən demirəm, əskiklərdən və eyblərdən münəzzəhdir. Çünki, bunu demək belə, ədəbin tərkinə yaxındır. Çünki, birinin: "Diyarın padşahı, hacamatçı və toxumaçı biridir." deməsi, ədəbdən deyildir. Şübhəsiz, bir şeyin varlığını nəfy etmək, onun var olmasının mümkün olduğunu vəhm etdirir; bu vəhm etdirmədə isə, qüsur vardır.
Əksinə, deyirəm ki, Quddus, insanların əksəriyyətinin kamal zənn etdikləri bütün kamal sifətlərindən münəzzəh olandır. Çünki, insanlar, ilk əvvəl, özlərinə baxıb öz sifətlərini bilmiş; və (bunların öz haqlarında, kamal və əskiklik olmaq üzərə, ikiyə) ayrıldığını idrak etmişlərdir. Kamal sifətləri olaraq qəbul etdikləri, məsələn, elm, qüdrət, səm (eşitmək), basar (görmək), kəlam (danışmaq), iradə və ixtiyar sifətləridir. Onlar, bu mənaların qarşısında bu ləfzləri vaz edib (qoyub) dedilər:
"Bunlar, kamal isimlərdir."
(Yenə, öz haqlarında nöqsanlıq ifadə edən) mənalar qarşısında da, cəhalət, acizlik, korluq, dilsizlik, karlıq ifadə edən ləfzlər vaz etdilər (qoydular).
Bu insanların, Allah Taala'nı səna etmək xüsusunda çata biləcəkləri son nöqtə,
~ özləri üçün vəsf etdikləri bu kamal sifətlərilə, -elm, qüdrət, görmək, eşitmək, kəlam- Onu vəsf etmək;
~ (yenə), özləri haqqındakı nöqsanlıq sifətlərindən də, Onu tənzih etmək
olmuşdur.
Allah (subhənəhu və taala) isə, onların nöqsanlıq ifadə edən sifətlərindən olduğu kimi; kamal sifətlərindən də münəzzəhdir. Hətta, məxluqat üçün təsəvvür edilə biləcək bütün sifətlərdən və bunların bənzərlərindən, O, münəzzəh və müqəddəsdir. Əgər bunları söyləmək xüsusunda, ruxsat və icazə varid olmasaydı, bunların çoxunun söylənməsi, caiz olmayacaqdı. Bu sözümüzün mənasını, 4-cü fəslin "Müqəddimələr" bölməsində qavradığın üçün, yenidən təkrar etməyə ehtiyac yoxdur.
Qulun qüdsiyyəti, iradəsini və elmini tənzih etməsidir. (Belə ki):
~ Elmini tənzih etməsi: təxəyyülə, hisslərə və vəhmə (mövzu) olan və heyvanların idrak xüsusunda müşarəkət (şərik olduğu) hər şeydən, (elmini) tənzih etməsidir. Hətta, nəzəri və elmi, Özünə yaxınlaşıla bilməkdən və hisslərlə idrak edilməkdən; və yaxud da Özündən uzaqlaşılmaqdan və (beləliklə) hisslərə gizli qalmaqdan münəzzəh olan əzəli İlahi işlərin ətrafında tavaf edər (dönüb-dolaşar). Əksinə, (hətta), bütün təxəyyülatdan, məhsusat (hiss edilən)'lərdən, nəfsində təcərrüd etmiş olar. Elə elmlər əldə edər ki, əgər hiss və təxəyyül gücü əlindən alınacaq olsa, İlahi, külli, şərəfli elmlərlə dolmuş olaraq qalar. (Bu elmlər ki), əbədi və əzəli məlumat ilə əlaqəlidir. İmkansız və mütəğayyir (dəyişgən) şəxsiyyətlər (varlıqlar) ilə əlaqəli deyildir.
~ İradəsini tənzih etməsi: bəşəri həzlərin ətrafında döndüyü şeylərdən, iradəsini tənzih etməsidir. (Bəşəri həzlərə), şəhvət və qəzəb ləzzətləri, yemə, içmə, nikah, geyinmə, toxunma və baxmaq ləzzətləri və sadəcə hiss və qəlb vasitəsilə çatılan ləzzətlər də daxildir. Hətta Allah (azzə və cəllə)'dən başqasını murad etməz. Və özündə, Onun (Allahın) xaricində heç bir şeyə həzzi qalmaz. Və onda, sadəcə, Onun liqasına (yəni, Allaha qovuşmağa) şövq qalar. Və onda, sadəcə Ona qurbiyyət (yaxınlıq) ilə fərahlıq olar. Vələv ki, cənnət, hər şeyilə önünə ərz edilsə, onun himməti, onlara iltifat etməz. Və o ev (cənnət) ilə də qane olmaz. Sadəcə, o evin Rəbbi, ona kifayət edər.
Qısacası, xəyali və hissi idrak xüsusunda, heyvanlar da müştərəkdir (yəni, bunlar, heyvanlarda da mövcuddur). Bundan dolayı, bunları aşaraq, yalnız insani xüsusiyyətlərə yüksəlməlidir.
Bəşərin nəfsani arzularında da, heyvanlar şərikdirlər. (Elə isə), bunlardan da uzaqlaşmalıdır.
Mürid'in cəlallığı, muradının cəlallığı nisbətindədir. Himməti, qarnına girən şey qədər olanın qiyməti, qarnından çıxan şey qədərdir. Allah (azzə və cəllə)'dən başqa bir şeyə himməti olmayanın dərəcəsi də, himmətinə görədir. Hisslər və təxəyyülat (a mövzu olan şeylər)'dən elmini tərəqqi etdirən; və iradəsini də, şəhvətlərinin gərəkdirdiyindən təqdis edən, Hazirətu'l-Quds (Allahın mənəvi hüzuru)'nun ortasına enər (yəni, bura girmiş olar).
