Quran məxluqdurmu?

Əgər bizə:

"Quran, qədimdirmi, yoxsa məxluqdurmu?" deyə soruşularsa, belə cavab verərik:

Quran, məxluq deyildir, qədimdir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Quran, Allahın kəlamıdır, məxluq deyildir." demişdir.

Əgər bizə:

"Quran hərfləri, qədimdirmi, deyildirmi?" deyə soruşularsa, belə cavab verərik:

Səhabələr, bu məsələ haqqında bir şey zikr etməmişlərdir. Bu səbəblə, bu məsələyə girmək, bidətdir, haqqında sual soruşmayın. Lakin bir kimsə, Haşəviyyə'lərin hakim olduğu və onların:

"Quran hərfləri, qədimdir." deməyənləri təkfir etdiyi bir diyarda yaşayırsa, bundan dolayı cavab vermək məcburiyyətində qalarsa, belə desin:

"Əgər hərflərdən qəsd etdiyin, Quranın özüdürsə, bil ki, Quran qədimdir. Əgər qəsd etdiyin Quran və Allahın sifətlərindən başqa bir şeydirsə, Allah və sifətləri xaricindəki hər şey, muhdəsdir (sonradan var olmuşdur)."

Bunun üzərinə başqa bir söz söyləməsin. Çünki avamın, bu məsələnin həqiqətini anlaması, çox çətindir.

--------------------------------

"Nəbi (sallallahu aleyhi və səlləm):

"Kim Qurandan bir hərf oxuyarsa, ona bu qədər savab vardır." deyərək, Quran üçün, hərflər isbat etmişdir və Quranı məxluq olmamaqla da vəsf etmişdir. Bu da göstərir ki, Quranın hərfləri də, qədimdir." deyilərsə, belə cavab verərik:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in söylədiyi sözə əlavə etmərik. Rəsul isə, Quran haqqında belə buyurmuşdur:

"Quran, məxluq deyildir."

~ Bu, birinci məsələdir.

~ Əgər Quranın hərfləri varsa, bu, ayrı bir məsələdir.

~ Bu hərflər, qədimdirmi, deyildirmi məsələsi isə, üçüncü bir məsələdir.

Biz, sadəcə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in söylədiyini söyləyər, söylədiyinə də bir şey əlavə etmərik.

(Yəni, "Quran, məxluq deyil." deyərik. Çünki bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm) söyləmişdir. Quranın hərflərinin də olduğunu söyləyərik. Çünki bunu da Allah rəsulu (sallallahu aleyhi və səlləm) bildirmişdir. Lakin hərflərinin qədim olub-olmadığı mövzusunda, Allah rəsulunun sözü yoxdur. Elə isə, bu mövzuda bir şey söyləmərik.)

Əgər:

"Birinci məsələ (Quranın qədim olması) ilə, ikinci məsələ (Quranın hərflərinin olması), üçüncü məsələni (Quranın hərflərinin də qədim olmasını) gərəkdirir." deyə iddia edilərsə, belə deyərik:

"Etdiyiniz, qiyas olub təfri etməkdir (təfərrüatına varmaqdır). Halbuki daha əvvəl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözünə qiyas edib təfərrüata girilməməsi gərəkdiyini, əksinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən varid olduğu şəklilə kifayətlənmək gərəkdiyini bəyan etmişdik.

Eyni şəkildə:

"Quranın ərəbcəsi də, qədimdir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Quran, qədimdir.' demişdir. Allah Taala da:

'Şübhəsiz ki, biz, Quranı ərəbcə olaraq endirdik.' (Yusuf/2) buyurmaqdadır.

Buna görə, Quranın ərəbcəsi də, qədimdir."

deyilərsə, buna belə cavab verərik:

Quranın ərəbcə olması, haqdır. Çünki bunu bizə, Quran bildirmişdir. Quranın qədim olması da, haqdır. Çünki bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm) söyləmişdir. Lakin Quranın ərəbcəsinin qədim olub-olmaması, üçüncü bir məsələdir və qədim olduğuna dair, hər hansı bir şey varid olmamışdır. Bu səbəblə, "Quranın ərəbcəsi qədimdir." demək, lazım gəlmir.

Bax bu şəkildə avam və Haşəviyyə, bu kimi məsələlər haqqında təsərrüf etməkdən əngəllənər. Beləcə, onları qiyas etməkdən və sözün lazımını danışmaqdan əngəlləyərik. Hətta bununla da kifayətlənməz, bu mövzuda onları sıxışdırar və belə deyərik:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Quran, Allahın kəlamıdır. Məxluq deyildir." sözü, Quranın qədim olduğuna dair başqa bir nass olmasaydı:

"Quran, qədimdir." demək, bir rüxsət (izn, icazə; qulların üzrlərindən dolayı, özlərinə bir asanlıq olmaq üzərə, ikinci dərəcədə məşru qılınan şeylər) olmazdı. Çünki "məxluq deyildir." sözü ilə, "qədimdir" sözü arasında, fərq vardır.

Belə ki:

Ərəb dilində:

"Filanın sözü, məxluq deyildir." deyilir və bundan: "Onun sözü, uydurma deyildir." mənası başa düşülür. "Məxluq" ləfzi, "uydurma" mənasına da gəldiyinə görə, "məxluq deyildir" sözündə ehtimallar da, bəhs mövzusu olur. "Qədim" ləfzində isə, belə bir ehtimal yoxdur, dolayısı ilə bu 2 söz arasında fərq vardır.

Bizim, Quranın qədim olduğuna dair inancımız, sadəcə bu: "Quran, məxluq deyildir." sözündən dolayı deyildir. Şübhəsiz, bu söz üzərində təhrif, dəyişdirmə və təsərrüf etmək, DOĞRU DEYİLDİR. Əksinə, belə inanılması lazımdır:

Bu söz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəsd etdiyi məna ilə haqdır. Kim, bu mövzuda bir nass nəql etmədən, Quranı məxluq olmaqla vəsf edərsə, bidət işləmiş və sələfin məzhəbindən başqa bir yola meyl edərək, ondan ayrılmış olur.

...əgər sual soruşan kimsə, incə anlayışa sahib və həqiqətləri anlamaq istəyən biridirsə, məsələnin üzərindəki örtünü qaldırar və onu, Quran haqqındakı şübhələrdən qurtararıq. Ona belə deyərik:

Bil ki, varlıqda hər şeyin 4 mərtəbəsi vardır:

1. Öz zatındakı varlığı;

2. Zehnlərdəki varlığı;

3. Dillərdəki varlığı;

4. Ağ kağızlar üzərinə yazılı olan varlığı.

Məsələn, atəş...

~ Təndirdəki atəşin varlığı vardır;

~ Xəyal və zehində də, atəşin varlığı vardır, ki, bu, atəş və onun həqiqəti haqqındakı bilikdir;

~ Dildə atəşin varlığı vardır ki, bu, atəşə dəlalət edən kəlimədir;

~ Eyni şəkildə, atəşin, ağ kağız üzərində də yazılmış bir varlığı vardır.

Yandırmaq, atəşin xüsusi bir sifətidir. Bizə:

~ "Zehnimizdəki atəş kəliməsi, yandırandırmı?" deyə soruşularsa, "xeyr" deyərik.

~ "Dilimiz üzərindəki atəş hərfləri, yandırandırmı?" deyə soruşularsa, yenə "xeyr" deyərik.

~ "Kağız üzərinə yazılmış bu hərflər, yandırandırmı?" deyə soruşularsa, eyni şəkildə "xeyr" deyərik.

~ "Dildə tələffüz edilən atəş kəliməsindən və ya kağız üzərinə yazılmış atəş kəliməsindən qəsd edilən şey yandırandırmı?" deyə soruşularsa, bax buna, "bəli" deyərik. Çünki tələffüz edilən və yazılan bu kəlimədən qəsd edilən şey, təndirdəki atəşdir və bu, yandırandır.

Necə ki, yandırıcılıq, atəşin vəsfidirsə, qidəm də, Allah kəlamının vəsfidir.

Özünə "Quran" ismi verilən şeyin varlığı da, 4 mərtəbədə olur:

1. Bu, əsl olandır. Bu Quranın varlığı, Allahın zatında qaimdir. Çünki Onun sifətlərindəndir. Bu, atəşin təndirdəki varlığına bənzəyir.

Bunu, sadəcə bir misal olaraq söylədik. Yoxsa verdiyimiz nümunə ilə, Allah kəlamı olan Quran arasında, əsla həqiqi bir bənzərlik yoxdur. Allah Taala'nın, Nəhl surəsi 60-ci ayətində də buyurduğu kimi:

...وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ...

"...ən uca misal (sifətlər) isə, şübhəsiz Allaha aiddir..."

Lakin bu misallar, anlama mövzusunda aciz olan kimsələrin anlaması üçün gərəklidir. Bax qidəm (qədimlik), Allahın kəlamı olan Quran üçün, xüsusi bir vəsfdir.

2. Zehnlərimizdəki elmi varlığı. Quranı öyrəndiyimizdə, onu dilimizlə tələffüz etmədən əvvəl, varlığı zehnimizdə elmi olaraq vardır.

3. Səs parçalarının birləşməsilə (hərflərin ard-arda sıralanması ilə) meydana gələn dilimizdəki varlığı.

4. Kitablarda və kağız üzərində yazılı olan varlığı.

~ Əgər bizə, dilimizlə tələffüz etmədən əvvəl, zehnimizdə olan Quranın elmi haqqında soruşularsa, belə cavab verərik:

Bildiyimiz şey, Quranın zehnimizdəki sifətidir (yəni bizə aiddir) və məxluqdur. Lakin bildiyimiz şeyin əsli olan Quranın özü qədimdir. Bu, eynilə, atəşin bilinməsinin və xəyalımızda təsəvvür edilməsinin yandırıcı olmayıb bilinən şeyin, yəni atəşin əslinin yandırıcı olması kimidir.

~ Əgər Quran oxuduğumuz zamanki səsimiz, dilimizin hərəkəti və tələffüzümüz haqqında soruşularsa, belə cavab verərik:

Bunların hamısı, dilimizin sifətidir. Dilimiz hadisdir (sonradan meydana gəlmişdir), onun sifətləri də sonradan meydana gəlmişdir. Hadisdən sonra meydana gələn şey, əlbəttə hadisdir. Lakin hadis olan, bu səslərlə tələffüz etdiyimiz, zikr etdiyimiz, oxuduğumuz və tilavət etdiyimiz Quran, qədimdir. Eynilə atəş kəliməsinin hərflərini dilimizlə zikr etməyimiz kimi. Bu hərflərlə zikr etdiyimiz atəşin əsli yandırıcı olsa da, tələffüz etdiyimiz hərflərimiz və səslərimiz, yandırıcı DEYİLDİR.

Ancaq biri çıxıb:

"Atəş kəliməsinin hərfləri, atəşin özüdür." deyərsə, o halda atəşin hərfləri də yandırıcı olmalıdır. Yenə tələffüz etdiyimiz Quran hərfləri, Quranın özüdürsə, o zaman bu hərflər də qədimdir. Eyni şəkildə kağız üzərinə yazılan atəş kəliməsi də, yandırıcıdır. Çünki siz:

"Yazılan şey, eyni atəşin əsli kimidir." deyirsiniz. Halbuki, atəş kəliməsi, atəşin surətidir, yandırıcı deyildir. Çünki kağız üzərindəki atəş kəliməsi, yanan və yandıran bir şey deyildir.

Bax varlıqda, bu 4 dərəcə vardır. Avamın, bunların təfsilatlarını tək-tək idrak etməsi, mümkün deyildir və onu şübhəyə salar. Bundan dolayı, onlarla danışarkən, bu təfsilatlara girmərik. Bunun səbəbi, bu təfsilatların həqiqətini bilməməyimiz deyildir. Bilirik ki, atəş, təndirdə olduğunda, "yanan, sönmüş və ya odlu" deyə vəsf edilir.

Eyni şəkildə, dillərdəki varlığından dolayı:

~ ərəbcə olmayan;

~ türkcə;

~ ərəbcə;

~ hərfləri çox; və ya

~ hərfləri az

olaraq da vəsf edilir.

• Təndirdəki atəş, "ərəbcə olmayan, türkcə, ərəbcə" deyə qisimlərə ayrılmadığı kimi;

• Dilimizdəki atəş də, "sönmüş" və ya "alovlu" deyə vəsf edilməz.

Əgər atəş kəliməsi, kağız üzərinə yazılmışdırsa, yazılan bu şey, "qırmızı, yaşıl, qara" ilə vəsf edilə bilər. Bu yazılan şey, "sulus və ya riqa" xətti ilə, ya da nəsx (haşiyə) qələmilə yazılmışdır.

------------------------------

(Haşiyə:

• Sulus: 1/3 deməkdir. Sulus ilə yazılan bir hərf, 2/3 nisbətində düz, 1/3 nisbətində isə, yuvarlaq olur. Yumşaq bir görüşə sahib olan sulus, "ummu'l-xutut"/"xətlərin anası" olaraq da adlandırılmışdır.

• Riqa: təqvinin kiçik şəklidir. Bu yazı, qısa mətnlərin yazılmasında istifadə edilmişdir.

Hərf və hərflərin birləşmələri, təvqi şəklində olmaqla bərabər, riqa qələminin ayrı xüsusiyyətləri vardır. Əlif hərfinin uzunluğu, sulusda 7 nöqtə ikən, təvqi və riqada öz qələminə görə, 5 nöqtədir. Riqada da, hərflərin eni və uzunluğu, sətirə olan bucağı, meyli və s. kimi estetik qaydalar, öz qələminə görə müəyyənləşdirilmişdir.

Təvqi qələminə görə, riqada hərflər, daha yuvarlaqdır. Bitişməyən əlif, ra və vav kimi hərflərin digər hərflərə bağlandığı, kəlimələrin bir-birinə yaxınlaşdırıldığı görülməkdədir. Hərflərin uzunluğu, təvqi qələminə görə daha qısa, kiçik, incə və gözəldir.

• Təvqi: hərflərinin yarısı düz, yarısı yuvarlaq xətlərdən meydana gəlir. Sulus yazıya görə, uzunluğu daha kiçikdir. Sulus əlifinin uzunluğu, qələminin nöqtəsilə 7 nöqtəyə yaxın olduğu halda, təvqi'in əlifi, 5 nöqtədir. Bitişməyən hərfləri də, bir-birinə yaxınlaşaraq, ilişərək bitişir.

Təvqi yazıda, hərflərin qaydaları, sulus qələminə uyğun olmaqla bərabər, aralarında bəzi fərqlər vardır. Sulusa nisbətlə təvqidə, hərflər daha yuvarlaqdır. Yazı, sətir içərisində yazının sonuna doğru yüksəlir.)

--------------------------------

Dildəki atəş sözü isə, əsla "qırmızı, yaşıl, qara" ilə vəsf edilməz.

Atəş ismi, təndirdə, zehndə, dildə və kağızda olan şeylərə verilir, lakin müştərək bir isim olaraq verilir.

Təndirdəki atəşə verilən isim, atəşin həqiqətinə verilmiş bir isimdir. Ancaq zehində mövcud olan şey, atəşin həqiqətinin surətidir. Eynilə, aynada görülən şeyin, insan olaraq isimləndirilməsi kimi...Zehindəki atəş də, atəşin həqiqəti deyil, atəşin həqiqətini bildirən bir surətdir.

Dildəki "insan" və "atəş" kəlimələrilə isimləndirilən "insan" və "atəş" də, üçüncü bir mənadır. Çünki zehndə mövcud olan elmə dəlalət etməkdədir, ki, bu elm də, insan və atəşin həqiqətinə dəlalət etməkdədir. Bu kəlimələr, istilaha (dilə) görə dəyişsə də, birinci məna (həqiqət) və ikinci məna (həqiqətin zehndəki surəti) dəyişməz. Kağız üzərinə yazılı olan "atəş" isə, dördüncü məna olaraq isimləndirilər və dildəki istilahi qarşılığı olan hərflərə dəlalət edər.

"Quran" isminin də, "atəş" ismi kimi müştərək olduğu və hər varlığın 4 mərtəbədə olduğu məsələsi başa düşülərsə,

~ "Quran, qulun qəlbindədir." və ya

~ "Quran, oxuyanın dilindədir." ya da

~ "Quran, Allahın zati sifətidir." şəklində bir xəbər varid olduğunda, bu sözlərin hamısı qəbul edilər və mənaları başa düşülən olub hər hansı bir ziddiyyət də, bəhs mövzusu olmaz.

Ağıllı kimsələr, bu sözlərlə murad edilən şeylərin həqiqətini bilərək, hamısını təsdiq edərlər. Çünki bu məsələlər, açıq və dəqiqdir. Qüvvətli anlayışa sahib və zəkalı kimsələrə görə, bu məsələlərdən daha açıq, daha dəqiq bir məsələ yoxdur.

Lakin anlayışı zəif və axmaq şəxslərə görə, bunlar, çox çətin və qapalı məsələlərdir. Bu səbəbdən dolayı, anlayışı zəif şəxslərin haqqı, bu məsələlərə girməkdən əngəllənmələridir. Onlara:

"Sənə Quran haqqında soruşulduğunda:

"Quran, məxluq deyildir." de və sus; nə buna bir şey əlavə et, nə də bundan, başqa bir şey əskild. Bu məsələlər haqqında, incələmə və tədqiqat aparma." deyilər.

Zəkalı şəxs isə, özünə bu şeylər bildirildiyində, müşkil olan bu məsələni dərhal qavrayar və ağlındakı şübhə, ortadan qaldırılmış olar. Lakin ona bu anladığını, qaldıra bilməyəcəyi şeyi avama yükləməsin deyə, onlara bildirməməsi nəsihət edilər.

Bax bu şəkildə, zahirində müşkilat olan bütün xəbərlərdəki həqiqətlər, bəsirət sahibi kimsələr üçün açıqdır. Lakin kor olan (ağıl edə bilməyən) avamlar üçün, gizlidir.

Dolayısı ilə, sələfin böyüklərinin bu həqiqətləri bilməkdən aciz olduqlarını zənn etmək, doğru olmaz. Onlar, bu ləfzlərin həqiqətini açıqlamamışlarsa, özləri bu həqiqətləri bilmədikləri üçün deyildir; avamın bu mövzudakı acizliyini bildikləri üçün, onlara açıqlama verməmişdilər və onları, susdurmuşdular.

Bax bu, haqqın və doğruluğun özüdür. Sələfin böyüklərindən qəsdim isə, mövqe, məqam və şöhrət cəhətindən böyük olanları deyildir. Ancaq qəsdim: incə mənaları bilən və bu sözlərin sirlərinə vaqif olanlardır. Avamlar isə, "böyüklər" sözündən məşhur olanları başa düşərlər. Bax bu, azğınlığın bir başqa səbəbidir.

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İlcamu'l-avam an ilmi'l-kəlam" əsərindən nəql)

Read 4 times
In order to make a comment, please login or register