Quran təhrif edilmişdirmi?
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
"Şübhəsiz ki, Zikri Biz nazil etdik. Onun qoruyucuları da, şübhəsiz ki, Bizik." (Hicr/9)
--------------------------------------
Təfsiri:
Ayətlə bağlı bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i:
"Allah Taala, Mənə zikri endirdi."
deyərkən eşitdikləri üçün:
"Ey Özünə zikr endirilən kimsə!" (Hicr/6) demişlərdir.
"Biz" ifadəsinə gəlincə:
Bu, təzim və ululuğu izhar etmək əsnasında, hökmdarların söyləmiş olduğu söz qəbilindəndir. Çünki onlardan/padşahlardan biri bir iş görsə və ya bir söz söyləsə:
"Biz, elə etdik; biz, belə söylədik." deyərlər. Burda da belədir.
------------------------------------
✓ İkinci məsələ: Ayətdəki "Onun" əvəzliyi kimə racidir?
• Birinci görüş: Bu, yuxarıda (Hicr/6'da) keçən "zikr"ə racidir. Yəni:
"Biz, bu zikri, Quranı, təhrifdən, əlavə və nöqsandan mühafizə edəcəyik." deməkdir.
Bunun bir bənzəri də, Allah Taala'nın, Qurandan bəhs edərkən buyurmuş olduğu:
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ ۖ وَإِنَّهُۥ لَكِتَـٰبٌ عَزِيزٌ • لَّا يَأْتِيهِ ٱلْبَـٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ ۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ
"Şübhə yox ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir." (Fussilət/41-42) ayəti ilə
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَـٰفًا كَثِيرًا
"Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." (Nisa/82) ayətidir.
~ Allah Quranı qoruyacağını vəd etdiyi halda, Quran nə üçün cəm edildi?
Buna görə əgər:
"Elə isə, nə üçün səhabələr, Quranı Mushafda toplamaqla məşğul oldular? Halbuki Allah Taala, onu mühafizə edəcəyini vəd etmişdi...Allahın mühafizə edəcəyi şey xüsusunda, narahatlığa gərək yoxdur..."
deyilərsə, buna belə cavab verərik:
Onların Quranı cəm etmələri, Allahın onu mühafizə səbəblərindən biridir. Çünki Allah Taala, onu mühafizə etdiyində, səhabəni buna sövq etmişdir. Alimlərimiz (Şafilər):
"Bu ayətdə, hər surənin başındakı bismillahın, Qurandan bir ayət olduğuna dair qüvvətli bir dəlil vardır. Çünki Allah, Quranı mühafizə edəcəyini vəd etmişdir. Mühafizə etməyin mənası isə, onun əlavə və nöqsanlıqdan qorunmuş olaraq qalmasıdır.
Bundan dolayı, əgər (hər surə başındakı) bismillahlar Qurandan olmasaydı, Quran, dəyişikliklərdən qorunmuş, əlavələrdən mühafizə edilmiş olmazdı. Əgər səhabənin əlavə etdiyini zənn etmək caiz olsaydı, eyni şəkildə, nöqsanlaşdırdıqlarını düşünmək də caiz olardı. Bu isə, Quranın bir hüccət olmamasına yol açardı." demişlərdir.
• İkinci görüş: "Onun" əvəzliyinin Peyğəmbərə raci olması
Ayətin mənası da:
"Şübhəsiz Biz, Muhammədi qoruyacağıq." şəklindədir.
Bu, Fərra'nın görüşüdür. İbnu'l-Ənbari, bu görüşü, belə deyərək dəstəkləyir:
"Allah Taala, inzaldan (endirdiğindən), vəhydən bəhs etdiyinə; və endirilən şey də, özünə vəhy endirilən kimsəyə dəlalət etdiyinə görə, bu əvəzliyin ondan (peyğəmbərdən) kinayə, ona (peyğəmbərə) raci olması, gözəl olar. Çünki o, məlum bir şey olmuşdur. Necə ki, Allah Taalanın:
إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ
"Şübhəsiz Biz, onu Qədr gecəsində endirdik." (Qədr/1) ifadəsi də, belədir.
Çünki burdakı "huvə/o" əvəzliyi, daha əvvəl bəhs edilməmiş olmasına baxmayaraq, Qurana racidir. Onun, məlum və məşhur olması səbəbilə, ondan əvəzliklə bəhs etmək, gözəl olmuşdur. Burda da, belədir."
Lakin birinci görüş (ayətdən məqsədin Quran olması görüşü), bu 2 görüşün (Quran və ya Peyğəmbər görüşlərinin) ən çox tərcihə uyğunu olub, ayətin zahirinə görə də ən uyğun olanıdır. Allah, ən gözəl biləndir.
--------------------------------------------
✓ Üçüncü məsələ: Quranın mühafizə edilmə şəkilləri
Biz, burdakı (onun) əvəzliyinin Qurana raci olduğunu söyləsək, alimlər, Allah Taalanın, Quranı necə mühafizə etmiş/qorumuş olduğu xüsusunda ixtilaf edərlər.
• Bəziləri:
"Allah Taala, Onu, bir möcüzə, insanların sözündən fərqli bir söz qılmaq surətilə mühafizə etmişdir. Beləcə, insanlar, ona bir əlavə etməkdən və ya ondan bəzi şeyləri əskiltməkdən aciz qalmışlardır. Çünki əgər Ona bir şey əlavə etsələr, ya da ondan bir şey əskiltsələr, o vaxt, Quranın nəzmi (sözlərinin düzülüşü) pozular, beləcə də, hər ağıllı insan, bunun Qurandan olmadığını açıqca görüb başa düşər.
Bundan dolayı, Onun möcüzə olması, bir şəhərin istehkamlarla əhatələnməsi kimi olmuşdur. Çünki bu, onu qorumaqda, mühafizə etməkdədir."
• Bəziləri də:
"Allah Taala, insanlardan hər hansı birinin, Onun bənzərini söyləməyə qadir olmasından Onu qorumuş, mühafizə etmişdir." demişlərdir.
• Digər bəziləri də:
"Allah bir camaatı/topluluğu, Onu mühafizə etməyə, tədrisə (öyrənib-öyrətməyə) və mükəlləfiyyət zamanının sonuna qədər insanlar arasında məşhur etməyə sövq edərək, insanları, onu ibtal (batil etmək, çürütmək, qeyr-i məqbul qılmaq) və ifsad etməkdən aciz buraxmışdır." demişlərdir.
• Başqaları isə, belə demişlərdir:
"Bu mühafizədən murad olunan, budur:
Əgər bir kimsə, Onun bir hərfini, yaxud bir nöqtəsini dəyişdirməyə cəhd etsə, bütün dünya:
'Bu, yalandır və Allahın kəlamını dəyişdirməkdir.' deyərlər.
Hətta əgər heybətli bir alimin, Allahın kitabında büdrəməsinə və bir qiraət imamının xətasına rastlansa, ona bütün uşaqlar belə:
'Ey şeyx! Yalnış oxudun, doğrusu isə, belədir.' deyərlər.
Bax:
'Onun qoruyucuları da, şübhəsiz ki, Bizik.'
ayətilə, bu qəsd edilmişdir."
Bil ki, heç bir kitabın, belə bir şəkildə mühafizə edilib, qorunduğuna təsadüf edilməz. Çünki mütləq hər kitaba, az-çox, təshif (yalnış yazma və ya oxuma), dəyişdirmə və təhrif girmişdir. Dinsizlərin, yəhudilərin və xristiyanların, Quranı ibtal etmək üçün o qədər cəhdlərinə baxmayaraq, hər cür təhrifdən qorunmuş olaraq qalması, ən böyük möcüzələrdəndir.
Həm sonra da, Allah Taala, Onun təhrifdən qorunmuş olaraq qalacağını xəbər vermişdir. Bu vaxta qədər, təxminən 600 il (Razi'nin dövrü etibarı ilə) keçmişdir.
Bundan dolayı, bu, qeybdən xəbər vermək olur ki, bu da, qəti bir möcüzədir.
------------------------------------------------
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
