Quran və kəlam elminin əqli dəlil gətirmə yolundakı metodları arasında, fərq vardırmı?

 

Sual:

"Avam, dini inanclarla bağlı məsələlərdə, ancaq (kəlam elmindəki) dəlillə tətmin olarsa, bu məsələnin dəlilini avama zikr etmək doğru olarmı? Əgər buna caiz deyərsənsə, avama, bu dəlillər haqqında düşünmək və araşdırmaq ruxsatı vermiş olarsan.

Bu halda, avam ilə avam olmayan arasında nə fərq qalır?"

deyə soruşarsansa, buna cavab belədir:

Mən, avama:

~ Yaradıcını;

~ Onun vahid olmağını;

~ Rəsulunun doğruluğunu; və

~ Axirət gününü

bilməklə əlaqəli dəlillərin söylənilməsini, ancaq 2 şərtlə caiz görürəm:

✓ Birincisi:

Avama, sadəcə Quranda mövcud olan dəlillər zikr edilməli, onun xaricində başqa bir şey zikr edilməməlidir.

✓ İkincisi:

Quranda zikr edilən dəlillər üzərinə, incə təfərrüatı ilə dalmamalı, dərin düşünməməli, sözün gəliş tərzindən mənanı əldə etməli, dərin araşdırmağa, təfərrüatlı mövzulara girməməlidir.

Bu 4 məsələ (Yaradıcı, Onun vahidliyi, rəsulunun doğruluğu, axirət gününü bilmək) ilə əlaqəli Quranda zikr edilən dəlillər:

1. Yaradıcını bilməklə bağlı dəlillər:

• قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ

"De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunus/31)

• أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَـٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٍ • وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَ‌ٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ • تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ • وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَـٰرَكًا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّـٰتٍ وَحَبَّ ٱلْحَصِيدِ • وَٱلنَّخْلَ بَاسِقَـٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ

"Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.

Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik." (Qaf/6-10)

• فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ • أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّا • ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّا • فَأَنۢبَتْنَا فِيهَا حَبًّا • وَعِنَبًا وَقَضْبًا • وَزَيْتُونًا وَنَخْلًا • وَحَدَآئِقَ غُلْبًا • وَفَـٰكِهَةً وَأَبًّا

"Qoy insan yediyinə diqqət yetirsin bir az! Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları sıx-sıx bağlar, meyvələr və otlar da bitiririk." (Əbəsə/24-31)

• أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا • وَٱلْجِبَالَ أَوْتَادًا • وَخَلَقْنَـٰكُمْ أَزْوَ‌ٰجًا •

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا • وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا • وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا • وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا • وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا •

وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَ‌ٰتِ مَآءً ثَجَّاجًا • لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا • وَجَنَّـٰتٍ أَلْفَافًا

"Məgər Biz yeri yataq etmədikmi? Dağları da payalar?! Biz sizi cüt yaratdıq. Yuxunuzu da sizin üçün rahatlıq etdik. Gecəni örtük etdik, gündüzü isə, ruzi qazanmaq vaxtı. Üstünüzdə yeddi möhkəm göy qurduq və çox parlaq bir çıraq yaratdıq. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək, habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq." (Nəbə/6-16)

Bunlara bənzər ayətlərin sayı, 500'ə yaxındır. Bunları, "Cəvahiru'l-Quran" kitabında topladıq. Bax Yaradıcının əzəməti və ucalığının bu kimi ayətlərlə başa düşülməsi gərəkdir, KƏLAM ALİMLƏRİNİN SÖZLƏRİLƏ DEYİL.

Məsələn, kəlam alimləri belə deyirlər:

"Arazlar, hadisdirlər (sonradan meydana gəlmişlərdir). Cövhərlər, mütləq araza sahibdirlər. Arazlar hadis olduğuna görə, cövhərlər də hadisdirlər. Bunu isbat etdikdən sonra, mütləq hadislərin bir var ediciyə ehtiyacı olduğu başa düşülmüş olur."

Bax bu kimi təqsimlər (məsələləri qisimlərə ayırmaq), müqəddimə və qaydalarla izah etmək və bunları dəlillərilə isbat etməyə çalışmaq, avamın qəlbinə ağır gələ bilər. Dolayısı ilə, başa düşmədiyi üçün qəlbi tətmin olmaya bilər.

Qurandakı dəlillər isə, avamın anlayışına daha yaxın və başa düşməsi cəhətindən daha asandır; üstəlik, nəfslərinə daha çox təsir edər və nəfslərini təskin edib tətmin edər, qəlblərinə də qəti inancı əkər.

--------------------------------

2. Allah Taala'nın vahid olduğunu izah etmək üçün, Qurandakı ayətlər kifayət edir. Bu mövzu ilə bağlı dəlillərdən bəziləri bunlardır:

Allah Taala, belə buyurur:

• لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ

"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (Ənbiya/22)

İdarə etmədə bir neçə idarəçinin olması, idarənin fəsada uğramasına səbəb olar.

• قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا

"De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar”. (İsra/42)

• مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ

"Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır." (Mu'minun/91)

----------------------------------

3. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in doğruluğuna dair dəlillər:

Allah Taala, belə buyurur:

• قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَـٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

"De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”. (İsra/88)

• وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ

"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!" (Bəqərə/23)

• أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِۦ مُفْتَرَيَـٰتٍ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ

"Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (Hud/13)

Bu və bənzəri ayətlər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in doğru sözlü olduğuna açıq bir şəkildə dəlalət edir.

-----------------------------------

4. Axirət gününün varlığını isbata dəlalət edən dəlillər:

Allah Taala, belə buyurur:

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَـٰمَ وَهِىَ رَمِيمٌ • قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

"O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?"

De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir." (Yasin/78-79)

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى • أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ • ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ • فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ • أَلَيْسَ ذَ‌ٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ

"Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?" (Qiyamə/36-40)

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَـٰكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍ شَيْـًٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ

"Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir." (Həcc/5)

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir." (Fussilət/39)

Bu və bənzər ayətlər çoxdur. Qurandakı dəlillər kifayətdir. Quran xaricində başqa bir dəlil əlavə etməyə gərək yoxdur.

--------------------------------

Əgər belə deyilərsə:

"Quranda zikr edilən bu və bənzəri ayətlərin avama bildirilməsinə icazə verilir, lakin avamın, bunlar xaricindəki kəlam alimlərinin təqdim etdiyi dəlillərə baxması isə, əngəllənir. Halbuki bu hər 2 cür dəlilin dəlaləti də, ağıl, nəzər və düşünməklə idrak edilir.

Əgər avama, dəlilləri düşünmək və onlara nəzər qapısını açırsansa, ya tamamilə aç, beləcə avamın düşünməsi və nəzəri, bütün dəlilləri əhatə etsin, ya da tamamilə bağla və avamı dəlilsiz olaraq təqlid etməklə mükəlləf qıl?!"

Buna belə cavab verirəm:

Dəlillər, 2 qismə ayrılır:

1. Başa düşülməsi üçün təfəkkür və tədqiqə ehtiyacı olan dəlillər;

2. Hər kəsin ilk baxışda asanlıqla idrak edəcəyi, başa düşülməsi asan və açıq olan dəlillər.

İkinci növ dəlilləri avama təqdim etməkdə, heç bir təhlükə yoxdur.

Ancaq incə düşünməyə və tədqiqə ehtiyacı olan dəlillər, avamın gücünü aşar. Bu səbəblə, ona, bunları təqdim etməmək gərəkdir.

Quranın dəlilləri, qida kimidir; bütün insanlar ondan faydalanar. KƏLAM ALİMLƏRİNİN DƏLİLLƏRİ İSƏ, DƏRMAN KİMİDİR, ANCAQ BƏLLİ İNSANLAR ONDAN FAYDA QAZANAR, ÇOX İNSAN İSƏ, EHTİYACI OLMADIĞI HALDA ALARSA, ZƏRƏR GÖRƏR.

Hətta deyə bilərik ki, Quranın dəlilləri, su kimidir. Ondan həm süd əmər uşaq faydalanar, həm də qüvvətli bir adam.

KƏLAM ALİMLƏRİNİN TƏQDİM ETDİKLƏRİ DƏLİLLƏRİ İSƏ, YEMƏK KİMİDİR. ORQANİZMİ QÜVVƏTLİ OLANLAR, ONDAN BƏZƏN İSTİFADƏ ETDİYİ KİMİ, BƏZƏN BUNDAN DOLAYI XƏSTƏLİYƏ DÜÇAR OLAR VƏ ƏSLA BU KİMİ YEMƏKDƏN SÜD ƏMƏR UŞAQLAR FAYDA QAZANMAZ.

Bundan dolayı, belə dedik:

Quranın açıq dəlilləri belə olsa, avam, bunlar özünə oxunduğunda, açıq olan söz kimi, gözəl dinləsin; dərinə enməsin, incəliyini araşdırmasın və haqqında mübahisəyə girişməsin. Sözün gəliş tərzindən anlaşılması lazım gələm nədirsə, elə başa düşsün və nəfsinə, bunun incəliyini və təfərrüatlı olan məsələləri yükləməsin.

Açıq olan məsələlərə, bunu nümunə verə bilərik:

Yoxdan var etməyə qadir olan, varlığından sonra yox olan bir şeyi təkrar diriltməyə də, əlbəttə ki, qadirdir. Allah Taala'nın bu sözündə olduğu kimi:

وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ...

"Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da (öldükdən sonra diriltmək), ilk dəfə yaratmaqdan daha asandır..." (Rum/27)

• Başqa bir nümunə:

Bir evdə belə 2 idarəçi olduğunda qarışıqlıqlar yaranırsa, elə isə, 2 idarəçilə aləm, necə qarışmaz?!

Başqa bir nümunə:

Bu, bir həqiqətdir ki, Yaradan, yaratdığı şeyi bilir. Bu, hər kəsin qəbul etdiyi bir şeydir. Allah Taala'nın bu buyuruğu kimi:

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

"Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?" (Mulk/14)

Bax bu kimi dəlillər, avam üçün, Allah Taala'nın özü ilə hər şeyə həyat verdiyi su kimidir.

Kəlam alimlərinin təqdim etdikləri dəlillər isə, bundan başqadır. Çünki onların dəlilləri, məsələnin incəliyinə baxar, sual soruşub problem və müşkili çoxaldar, sonra da bunları həll etməklə məşğul olar. Bax belə etmək, BİDƏTDİR (çünki səhabələrin etmədiyi bir şeydir) və bu şeylərin xalqın əksəriyyətinə olan zərəri açıqdır. Dolayısı ilə, belə etməmək, bundan uzaq durmaq lazımdır. Belə etməyin xalqın əksəriyyətinə zərərli olduğunun dəlili isə, görünən vaqiələr və təcrübə ilə sabitdir. Kəlam alimləri ortaya çıxdıqlarından bəri və kəlam elmi sənəti yayıldıqdan sonra ortaya çıxan zərərli təsir, bunu göstərir. Halbuki, səhabə əsrində, bu kimi zərərləri görməməkdəyik. Bunun zərərli olduğunun bir başqa dəlili isə, nə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, nə də səhabələrin bu yola baş vurmuş olmalarıdır. Onlar, kəlam alimlərinin izlədiyi yolu izləmədilər; etdikləri təqsimlər və tədqiqlər kimi etmədilər. Belə etməmələrinin səbəbi, kəlam alimləri kimi hərəkət etməkdən aciz olduqları səbəbilə deyildir. Əksinə, faydalı olduğunu bilsələrdi, bu məsələlərə yönələr və üzərində çoxca durardılar. Hətta miras məsələlərinə və incəliklərinə daldıqlarından daha çox bu məsələlərin dəlilləri və incəliklərinə dalarlardı.

"Bəli, səhabələr, kəlam alimlərinin etdikləri kimi etmədilər. Bunun səbəbi, buna ehtiyac hiss etməmələridir. Çünki bidətlər, onların dövründən sonra yayıldı. Bundan dolayı, mütəaxirrun alimləri, kəlam alimlərinin dəlillərinə və izlədiyi yola daha çox ehtiyac hiss etməyə başladılar. Kəlam elmi isə, bidət xəstəliyinə tutulmuş olanlara dərman vermək, onları sağaltmaq elmidir. Səhabələrin dövründə bidət xəstəliyi az idi; bundan dolayı səhabələr, sağaltma yollarının hamısına əhəmiyyət vermədilər."

deyilərsə, buna 2 şəkildə cavab verilə bilər:

✓ 1. Səhabələr, miras ilə əlaqəli məsələlərdə, sadəcə baş verən hadisənin hökmünü açıqlamaqla kifayətlənməyib əksinə, illər keçsə belə, bəlkə bənzəri gerçəkləşməyəcək məsələləri də ehtimal daxilində görüb hökümlərini açıqladılar. Onlar, bu mövzularda dərinə enmədə və daha hadisə gerçəkləşmədən hökmünü açıqlamada, bir zərərin baş verməyəcəyini bildiklərindən dolayı, gerçəkləşməsini imkan daxilində gördükləri məsələlərin elmini, daha o məsələ baş vermədən əvvəl təsnif etdilər. Bidətləri ortadan qaldırıb nəfslərdən uzaqlaşdırmaq, miras məsələsindən daha əhəmiyyətli bir məsələ olduğu halda, bu mövzuda, hadisə baş vermədən əvvəl fərz edib hökmünü bəyan etməyi, adət halına gətirmədilər. Çünki onlar, bu məsələlərə dalmağın zərərinin, mənfəətindən daha çox olduğunu, çox yaxşı bilirdilər. Əgər onlar, bu məsələlərə dalmamaqları gərəkdiyi mövzusunda tənbehlənməyib bunun haram olduğunu başa düşmüş olmasaydılar, bu məsələyə dalmaqdan, bir an belə geri durmazlardı.

✓ 2. Səhabələr, yəhudi və xristiyanlarla girdikləri münazirələrdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in nübüvvətini isbat etmək, yenidən dirilişi inkar edənlərə, dirilişin var olduğunu isbatlamaq üçün başqa dəlillərə ehtiyacları olduğu halda, əqidənin təməlini meydana gətirən Quran dəlillərinə əlavə etmədilər. Onlar, bu dəlillərlə inananları, müsəlman olaraq qəbul edir, inanmayanlara isə, müharibə elan edirlərdi. Quran dəlillərini açıqladıqdan sonra inanmayan kimsələrə qarşı, qılınc və mizrağa baş vururlardı. Onlar, çətin olan yollara baş vurub əqli qiyaslar gətirərək müqəddimələr və münazirə yolları tərtib etmək üçün, bu münazirə yollarının metodlarını özlərinə asanlaşdırmaq səyi göstərmədilər. Bütün bunların, fitnə oyandırmaq, fikirləri qarışdırmağın əsas qaynağı olduğunu bildikləri üçün, bunlardan uzaq dururlardı.

Quran dəlillərilə inanmayan şəxsə, sadəcə qılınc və mizraq həddini bildirər. Çünki Allah Taala'nın açıq bəyanından başqa bir bəyana ehtiyac yoxdur.

İnsaflı davranmağımız lazım gələrsə, bu halı göz ardı edə bilmərik:

Xəstəlik artdıqca müalicə üçün istifadə ediləcək dərmanlara duyulan ehtiyac da, daha çox artar. Nübüvvət əsrindən uzaqlaşdıqca, problemlər və şübhələr, əlbəttə artmışdır. Bunun dərmanı isə, 2 yolla olur:

• Birincisi: Əqli dəlillərlə açıqlama yoludur.

Bu yolla, xəstə olan 3 şəxsdən biri islah olsa da, qalan 2 şəxs, islah olmaz. İslah olan şəxs, zəkalı olan şəxsdir, islah olmayanlar isə, zəkalı olmayan şəxslərdir. Və insanları ümumi dəyərləndirdiyimizdə, əksəriyyəti zəkalı deyildir, zəkalı olanlar isə, azdır.

Buna görə, sayı çox olanlara əhəmiyyət vermək, daha əvladır. Dolayısı ilə, bu yol, hər vaxt üçün uyğun bir yol DEYİLDİR.

• İkincisi: Sələfin yoludur.

Bu, sifətlərlə bağlı mütəşabih (zahirən təşbihi xatırladan) xəbərlər haqqında təvil etməyib susmaq və mənasını Allaha həvalə etməkdir. Buna tabe olmayan şəxsə zoba, qırmanc (şallaq), ya da qılınc istifadə edilər.

Bu metodla, hər nə qədər az sayda şəxs inanmasa da, insanların çoxu inanar.

Bu yolun inandırıcı olmasının dəlili:

Kafirlərdən əsir alınıb nökər və cariyə edilən şəxslərin, əvvəlində qılıncların kölgəsi altında müsəlman olduqlarını görürsən. Sonra girdikləri bu dinə, bir müddət zorakı davam edirlər, zamanla zorakı qəbul etdikləri İslamı, istəyərək qəbul etməyə başlayırlar. Başlanğıcda riya və şübhə ilə inandıqları şey, onlarda qəti və şübhəsiz bir inanca çevrilir. Bunun səbəbi, İslam dininə bağlı olanlarla oturub-durub onları görmələri, onlarla iç-içə olub yaxınlıq etmələri, Allahın kəlamı olan Quranı eşitmələri, saleh şəxsləri görüb onlarla bağlı xəbərləri dinləmələri və bu cinsdən olan digər şeylər, onların təbiətlərinə, cədəlləşmə, ya da əqli dəlil təqdim etmək yolundan daha uyğundur.

Zikr edilən bu 2 dərmandan biri, bir qövmə uyğun olub digərinə uyğun olmadığına görə, əksəriyyətə uyğun olan dərmanı tərcih etmək gərəkdir (bu isə, ikinci dərmandır).

~ Ruhu'l-Qudus ilə dəstəklənən;

~ Digər qulların bilmədiyi İlahi sirlərə vaqif olan;

~ Bilən və görən tərəfindən qulların gizlədikləri şeylər Özünə vəhy edilən;

~ Birinci həkim olan

Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə Onun zamanında yaşayanlar, əlbəttə ən doğru olanı və ən sağlam dərmanı, daha yaxşı bilirlər. Bundan dolayı, onların yolunu izləmək, əlbəttə daha əvladır.

(Ğazzali, "İlcamu'l-Avam")

Read 3 times
In order to make a comment, please login or register