Quranda “öldürməyi” əmr edən 7 ayənin qısa təhlili
Müasir dünyada İslamafobların (istər dinsizlər istər digər dinlərin nümayəndələri) dezinformasiyanın nəticəsində və ya İslama qarşı olan nifrətlərindən dolayı “İslam terror dinidi”, “İslam dinc qeyri-müsəlmanları öldürün deyir” tipli əsassız ittihamlar yönəldirlər. ”Cihad” qavramını çox zaman dinc qeyri-müsəlmanların öldürülməsinə səbəb ola bilən “müqəddəs savaş” mənasında qərb mənbələri qeyd edir. Halbuki Cihad sözünün əsas mənalaırndan biridə cəhd etməkdir. İnsanın öz nəfsinə qarşı mübarizəsidə cihad sayılır.
Qurani Kərimdəki müharibə əmri ancaq, müsəlmanların camaatına və ya dövlətinə qarşı edilən bir hücum, yaxud onun təhlükəsizliyini açıq şəkildə və tərəddüdə yer buraxmayacaq şəkildə təhlükəyə salan bir təhdidin mövcudluğu halında keçərlidir.
Heç bir ayədə müsəlmanlara qarşı savaş açmayan DİNC QEYRI-MÜSƏLMANLARIN ÖLDÜRÜLMƏSI BARƏSINDƏ AYƏ YOXDU.
İslamafoblar öz iddiaları üçün müdafiə xarakterli tipli savaşlar üçün gələn ayələrin əvvəlinə, sonuna və Quranın ümumi bütünlüyü və surə bütünlüyü çərçivəsində dəyərləndirmədən, ayəni sahib olduğu bağlamdan çıxararaq istədikləri öz mənanı verib “Baxın İslam qeyri-müsəlmanları öldür” deyib hay-həşir salırlar.
İstənilən bir mətndə olan bir cümlənin əvvəlinə, sonuna və ümumi mətn çərcivəsində dəyərləndirmədən çıxartsaq, o ayəyə istənilən mənanı vermək mümkündür.
Məsələn Teistlər Einşteinin “dinsiz elm topal, elmsiz din kordur” sözünü Einşteinin bir dini olduğuna dəlil gətirdikdə, qarşı tərəf o dəqiqə “Einşteinin bütün sözlərinə baxmadan onun teistik bir dinə inandığını demək yanlışdı. Einşteinin nəzərdə tutduğu din, Teizmin dediyi din deyil, daha çox kosmik-panteistik bir dindi” deyirlər.
Bu onun göstəricisidi ki, bir cümləni, daxil olduğu ümumi mətnə bağlı olaraq dəyərləndirmədikdə, cümləni çıxardıb mətndən kənar müstəqil olaraq dəyərləndirikdə təkcə quran yox istənilən mətndə “xəta” yaranır.
Lakin İslamafob-ateistlər məsələ Einşteinə gəldikdə o dəqiqə “ümumi mətnə görə dəyərləndirmə” metoduna keçirlər.
Quran barəsində isə “tək bir cümləyə” əsasən dəyərləndirmə metodundan istifadə edirlər. Çünki əksi sərf etmir .
Üstəlik qarşı tərəfin bu inanılmaz “mətn anlama” metodu ilə getdikdə nəinki Quranın dinc qeyri-müsəlmanları öldürdüyünü, hətta Namaz qılmağı “günah” gördüyüdə çıxır.
“Vay namaz qılanların halına”. Maun surəsi 4-cü ayə
Bəli, bu metoda əsasən Maun surəsində Namaz qılmaq pis əməl hesab olunur.
İndi isə keçək məlum ayələrin izahına;
İDDIA EDILƏN AYƏ 1: TÖVBƏ SURƏSI 5-CI AYƏ
Ayənin tərcüməsi:
“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
İddia: “Allah bu ayədə haram aylardan sonra kafirləri yəni müsəlman olmayanları harda gördünüz öldürün deyir. Qeyri-müsəlmanları sırf dinlərinə görə öldürməyi əmr edən kitab Allah sözü ola bilməz”
Cavab: Sözügedən ayəni 2 yöndən təhlil edək.
a) Quranın özü nöqteyi nəzərdən
Ayənin surə bütünlüyünə baxdıqda o dəqiqə, ayənin mənası məlum olur.
Tövbə surəsi 1-ci ayə
"(Bu,) Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır."
Ayədən məlum olur ki, Müşriklərlə Müsəlmanlar arasında bir sülh müqaviləsi bağlanıb.
Tövbə surəsi 4-cü ayə yəni İddia edilən Tövbə surəsi 5-ci ayədən öncəki ayə
“Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.”
Bu ayədən isə məlum olur ki, Müşriklərdən bəziləri müqaviləni pozub. Sülh Müqaviləsin pozmaq, müharibə elan etmək deməkdir. Yəni Müqaviləni pozanlar, savaş elan ediblər. Lakin bəzi müşriklər isə müqavilənin gərəyini yerinə yetirib. Ayə buna görə onlara toxunulmaması əmrini verib.
YƏNI İDDIA EDILƏN AYƏ MÜQAVILƏNI POZUB MÜSƏLMANLARA QARŞI SAVAŞ ELANI VERƏN MÜŞRIKLƏRLƏ BAĞLIDI. MÜHARIBƏ MÜDAFİƏ XARAKTERLIDI.
Qeyd: Tövbə surəsi 12-ci ayənin də izahı, 5-ci ayə ilə eynidi. Çünki bir-birinin davamıdı.
b) Tarix nöqteyi nəzərdən
Tarixi mənbələr və qədim təfsirlər (İbn Kesir və s.) Ayədə keçən müqavilənin Hüdeybiyyə müqaviləsi olduğunu vurğulayır.
Hüdeybiyyə müqaviləsinin şərtləri:
1- Müsəlmanlarla müşriklər on il müddətinə savaşmayacaqlar, bir birlərinə hücum etmiyəcəklər.
2- Müsəlmanlar bu Kəbəni ziyarətdən imtina edərək geri dönəcəklər, ancaq gələcək il ümrə edəcəklər, müşriklərin boşaldıcağı Məkkədə 3 gün qalacaqlar və yanlarına yol qılınclarından başqa silah daşımayacaqlar.
3-Məkkədən birisi müsəlman olaraq Mədinəyə sığındığı zaman geri qaytarılacaq, lakin Mədinədən Məkkəyə sığınanlar qaytarılmayacaq.
4-Ərəb qəbilələri istədikləri tərəflər müqavilə bağlamaqda sərbəst olacaqla
http://www.enfal.de/itarih21.htm
Müqavilənin ilk maddəsinə görə Müsəlmanlarla, Müşriklər arasında 10 illik sülh olacaq və heç bir tərəf bir digər tərəfə hücum etməyəcəkdir.
Müşriklər tərəfindən sülh müqaviləsi olan Hüdeybiyyə müqaviləsinin pozulması müharibə elanı deməkdir. Bu vəziyyətdə müsəlmanların üstünə düşən bu təhlükəyə qarşı müdafiə olunmaqdır.
Etiraz: “Ayə haram aylar çıxınca deyir hücum et deyir. Müharibə zamanı özünümüdafiə qəsd edilsə haram aylar çıxınca deməzdi.”
Etiraza Cavab:
Ayədə keçən haram aylar Həcc ziyarəti müddətinində daxil olduğu 4 aydır.
Haram aylarda Ərəblər qəbilələri arasında Hz İbrahimdən bu yana olan görüşə görə müharibə etmək qadağan idi. İslam öncəsi ərəb qəbilələri öz aralarında olan daxili müharibələri bu aylarda müvəqqəti olaraq dayandırırdı. Təbəri Bəqərə surəsi 217-ci ayənin təfsirində qeyd edir: “Cahiliyyə dövründə bu 4 aya hörmət edilirdi. Birisi, öz atasının qatilini görsə belə ona toxunmazdı və bu aylarda müharibə olmazdı” .
Həmdəki bu ayə cahiliyyə ərəbləri arasındada həcc ayı olduğu üçün müharibədən çəkinməyə üstünlük verirdilər. Ənfal surəsi 35-ci ayə Cahiliyyə ərəblərinində Kəbəni ziyarət edib ibadət etdiklərini bildirir.
“Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir”
Ərəblər arasında Hz İbrahimdən qalan bu faydalı ənəni İslamda sonrada təsdiq etmişdi.
Beləki bu 4 ayda döyüşçülərin düşünmə fürsəti taparaq döyüşü sonlandırması, barış və hüzura dəvət etmək, həcc ibadətini yerinə yetirmə imkanı və ticarətə işarə etmək imkanı yaranırdı. Zaman zaman bu ənənə pozulsa belə hər kəs bu qaydaya əməl etməyə çalışırdı.
Ona görə ayədə müharibənin “haram aylardan” sonra olacağını bildirirdi. Əlbəttə qarşı tərəf bu qaydaya riaəyət etməyib tez hücuma keçsə, cavabda veriləcəkdi. Lakin hər iki tərəf bu qaydaya riayət etdiyi təqdirdə müharibənin haram ay daxilində olma ehtimalı yoxdu.
Qısaca: Haram aylarda döyüşməmək bir növ “beynəlxalq qayda” idi. Və bu qaydanı qəbul edən həm müsəlmanlar həmdə müşriklər qaydaya riaəyət etməli idilər.
Nəticə: Tövbə surəsi 5-inci ayə həm Qurani cəhətdən, həmdə ki, tarix nöqteyi nəzərdən sülh müqaviləsini pozaraq, müsəlmanlara müharibə elan edən Məkkəli müşrikləri nəzərdə tutur.
2) İDDIA EDILƏN AYƏ 2: TÖVBƏ SURƏSI 29-CU AYƏ
Məlum ayə:
“(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Peyğəmbərinin haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.“
a) Quran nöqteyi nəzərən
Quran nöqteyi nəzərdən qeyri müsəlmanlarla müharibə üçün qarşı tərəfin savaş elan etmələri şərt qoyulur.
“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz.“ Bəqərə 190
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” Mumtəhinə 8
“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” Mumtəhinə 9
“Dində məcburiyyət (zorakılıq) yoxdur”. Bəqərə 256“(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. ” İsra 107
Və s.
Əhli kitabla (yəhudi, xristian) savaş qaydalarını nizamlayan Tövbə surəsi 29-cu ayənin, surənin başlarında (tövbə1-6) keçən müşriklərlə savaş məntiqinin əhli kitab səviyyəsində bir əksi olduğu görünür. Çünki surənin başlarında və bağlı olan digər ayələrdə göstərildiyi kimi quranın savaş məntiqi müdafiə xarakterlidi.
b) Tarixi nöqteyi nəzərdən
Bütün təfsircilər bu ayənin “Təbük” savaşı üzərinə gəldiyini iddia edir. Məsələn məşhur təfsirçi Təbəri (9-10-cu əsrlər) bu barədə belə qeyd edir:
“Müfəssirlər, bu ayənin, Rəsulullahın, Bizanslarla savaşmasını əmretmek üzərinə endiyini və bu ayənin enməsindən sonra Rəsulullah, Bizanslılara qarşı Təbük savaşını etdiyini söyləmişlərdir”
İndi isə Təbük savaşının səbəblərinə baxaq. 10-cu əsrdə yaşamış təfsirci Əbu l Leys Əl Səmərqəndi məlum ayənin təfsirini edərkən Təbük savaşı barədə aşağıdakıları qeyd edir:
“Bu ayənin nüzul səbəbi budur: Peyğəmbərimiz (s.a.s) iman edənlərə Təbük hərbinə çıxmalarını demişdi. Təbük, Mədinə ilə Şam arasında bir yerin adıdır. Bizanslılar Ərəb yarımadasını işğal etməyi düşünürdülər. Və bu işi Suriyada yaşyan Qassanilərə buraxmışdılar. Hicrətin 9-uncu ilində Qassanilər Bizans Kralı Herakliusa Peyğəmbərin öldüyünü, Hicazda böyük bir qıtlıq başladığını və xalqın üsyan etdiyini bildirərək yardım istəmişdilər. Heraklius onlara 40 min nəfərlik bir ordu göndərmişdi. O gün üçün bu çox böyük bir ordudur. Peyğəmbərimiz vəziyyətdən xəbərdar olur, Bizanslıların belə bir hazırlıq içində olduğunu öyrənir, dərhal ümumi səfərbərlik elan edir”
Təbük savaşının səbəbi üçün bu yazınıda oxuya bilərsiz: http://www.enfal.de/itarih27.htm
Ayənin nüzul səbəbindən müəyyən olur ki, ayə müsəlman dövlətinə hücum edən Bizanslılara qarşı vuruşma əmrini nəzərdə tutur.
Nəticə: Tövbə surəsi 29-cu ayə həm Quranın bütünlüyü çərçivəsində həmdə qədim təfsirlərdə bizə gələn məlumatlar əsasında yəni tarix nöqteyi nəzərdən dinc qeyri müsəlmanların öldürülməsini deyil, əksinə müsəlman torpaqlarına hücum edən xristian qoşunlarına qarşı müdafiəni buyurur.
3) İDDİA EDİLƏN AYƏ 3: TÖVBƏ SUƏSİ 73-CÜ AYƏ
Məlum Ayə:
“Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!”
Cavab: Bu ayədə əvvəl izah etdiyimiz tövbə surəsi 29-cu ayə ilə bağlıdı.
Ayə müsəlman torpaqlarına hücum xristian qoşunları və daxili düşmən münafiqlər barədədi. Tarixi Mənbələrdə də bu ayənin Təbük müharibəsi zamanı baş verən hadisələr zamanı endiyi bildirən rəvayətlar var.
Məsələ İbn Kəsir öz təfsirində Süddidən belə nəql edir: “Rəvayətə görə Allah Rəsulu Təbük müharibəsində ikən yürüyüş sırasında gecələrdən birində münafiqlərdən bir qrup Hz Peyğəmbərə suiqəsd etməyə niyyət etmişlərdi. 10-dan artıq idilər. Dəhhaq, bu ayənin onlar haqqında nazil olduğunu deyir. Bu, Hafiz Əbu Bəkr Əl-Beyhəqi-nin “Dəlailün-Nübuvvə” adlı kitabında rəvayət elədiyi hədisdə açıqca görülür.”
4) İDDİA EDİLƏN AYƏ 3: NİSA SURƏSİ 74-CÜ AYƏ
Məlum Ayə:
“Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.”
Cavab:
Bu şübhə də digərləri kimi, çox bəsit şübhədi. Sonrakı ayəyə yəni Nisa surəsi 75-ci ayəyə diqqət etməmiz məsələni izah edir.
Nisa surəsi 75-ci ayə:
“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”
NƏTİCƏ: Ayədən məlum olur ki, Allah müsəlmanları zülm görən müsəlmanları xilas etmək üçün vuruşmağı buyurur. Burdada “dinc qeyri-müsəlmanları öldür” deyə bir şey yoxdu. Zalıma qarşı vuruşub, yardım istəyən dinc insanları qurtarma var.
5) İDDİA EDİLƏN AYƏ 4: NİSA SURƏSİ 91-Cİ AYƏ
Məlum Ayə:
“Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.”
Cavab: Bu ayədə də “dinc qeyri-müsəlmanların öldürülməsi deyə bir şey yoxdu. Ayə onlarla savaşmağı yalnız “Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr” şərtinə bağlayıb.
Fəxrəddin Razi (12-ci əsr) öz təfsirinə məlum ayənin təfsiri barədə belə qeyd edir:
“Alimlərin çoxu,” Bu ifadə, onlar bizimlə savaşmaz, sülh bağlamaq istəsələr və bizə əziyyət etməkdən əllərini çəkərlərsə, bizim onlarla nə savaşmamızın, nə də onları öldürməmizin icazəli olmayacağına dəlalət edər” demişlər. Bu ayənin bənzəri də, “Allah sizi, sizinlə din mövzusuna savaşmamış olanlara yaxşılıq etməyi qadağan etməz” ( Mumtəhinə 8), “Sizinlə savaşanlarla, Allah yolunda sizdə savaşın” (Bəqərə 190) ayələridir Beləcə savaş əmri, bizimlə savaşmayanlara deyil, savaşanlara aid edilmiş olur.””
NƏTİCƏ: AYƏ MÜDAFİƏ ƏMRİNİ NƏZƏRDƏ TUTUR.
6) İDDİA EDİLƏN AYƏ 6: MUHAMMƏD SURƏSİ 4-CÜ AYƏ
Məlum Ayə:
“İnkar edənlərlə qarşılaşdığınızda boyunlarını vurun. Sonunda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında azad edin. Müharibə vəziyyəti ortadan qalxıncaya qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdinnən qurtarardı; ancaq O sizi beləcə birbiriniclə sınamaqdadır. Allah yolunda öldürülünlərə gəlincə, onların etdikləri boşa çıxmayacaqdır.”
Cavab: Ayədə “dinc qeyri müsəlmanları öldür” deyə bir ifadə yoxdu. Ayə davamında “Müharibə vəziyyəti ortadan qalxıncaya qədər” deyə bir şərt qoyur. Yəni bu ayə müharibə zamanı düşmən gücə qarşı savaşmaqdan bəhs edir.
Etiraz: “”Deyək ki, müharibə zamanını nəzərdə tutur. Lakin ayədə “boyunlarını vurun” deyir. Bəs bu necə? “
Etiraza Cavab: Burada qəribə bir şey yoxdu. Ayənin mahiyyətini anlamamaqda irəli gələn bir yanlışlıqdı. Quranın endiyi vaxtlarda müharibələr qılıncla edildiyi üçün savaş zamanı düşmən gücü məhv etməyin yeganə yolu qılıncdan istifadə etmək lazımdır. Yəni ayədə “boyunları vurun” ifadəsi müharibələrdə qılıncın düşmən gücünü məhv eləmək üçün tətbiq edilməsindən dolayı yaranan bir haldı. Ayənin mahiyyəti isə savaş zamanı düşmən gücü məhv eləməkdi. Bu keçmişdə qılıncla idisə, indiki dövrdə odlu silahla, gələcəkdə isə ola bilsin hər hansı lazer silahla (misal üçün) olsun . Forma zamana uyğun dəyişilə bilər lakin mahiyyət eyni olaraq qalır.
7) İDDİA EDİLƏN AYƏ 7: BƏQƏRƏ SURƏSİ 191-Cİ AYƏ
Məlum Ayə:
“Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!”
Cavab: Ayənin öncəsinə və sonrasına baxaraq, ayənin müdafiə müharibəsini nəzərdə tutduğunu görmək olar.
Bəqərə surəsi 191-ci ayədən:
–1 ayə əvvəlki 190-cu ayə: “SIZINLƏ VURUŞANLARLA SIZ DƏ ALLAH YOLUNDA VURUŞUN, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!”
–1 ayə sonrakı 192-ci ayə:” Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!”
İddia edilən 191-ci ayədə “öldürün” kəliməsindən sonrakı cümlələr:
–Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın!
–Əgər sizinlə vuruşsalar, siz də onları öldürün.
NƏTİCƏ: AYƏ MÜDAFİƏ MÜHARİBƏSİNİ NƏZƏRDƏ TUTUR.
Qeyd: Ayələrin tarix nöqteyi nəzərdən təhlilini, Quranın quranla təfsirini “fırlamaq olaraq” qəbul edən İslamafoblar üçündü. Əslində tarixi nöqteyi nəzərdən təhlilə ehtiyac yoxdu. İddia edilən ayələrə Ayənin öncəsi əvvəli, surə bütünlüyü, quran bütünlüyü nöqteyi nəzərdən yanaşdıqda, ayənin İslamafobların dediyi mənada olmadığı aydın olur.
____________________________________________________
İstifadə olunan mənbələr:
-Ebu Cafer Muhammed b. Cerir et-Taberi, Taberi Tefsiri, Hisar Yayınevi
-Fahruddin Er-Râzi, Tefsir-i Kebir Mefâtihu’l-Gayb, Akçağ Yayınları
-Ebu’l-Leys Semerkandi, Tefsiru’l Kur’an, Sezgin Naşriyat ve Ciltevi
-İmam Kurtubi, el-Camiu li-Ahkâmi’l-Kur’an, Buruc Yayınları
– İbn Hazm, Cevâmiu’s-Sire, Çıra Yayınları
-İbn Kesir Tefsiri Çeviren : PROF.DR.BEKİR KARLIĞA – PROF.DR. BEDRİDDİN ÇETİNER, Çağrı Yayınları
-İmam Zehebi, Tarihu’l-İslam, Cantaş Yayınları
dinisuallar.wordpress.com
- cizyə
- “Qur`anı Muhamməd peyğəmbər uydurub?”
- Cihad ayələrində necə bir sıra vardır?
- Bismillahsız başlayan surə hansıdır? Bu surənin başında nə üçün bismillah yoxdur?
- İslamın köləliyə münasibəti necədir?
- Niyə yəhudilər Müsəlmanlara bu qədər düşməndir?
- Bismillahsız başlayan surə hansıdır?
- Quranı Kərimdə Hz. İsanın axırzamanda gələcəyi niyə açıq ifadə edilməmişdir?
- Quranda cihad necə təşviq edilmişdir?
- Boşandıqda iddət müddəti nə qədər olmalıdır?