Quranda mübhəm ayələr
Lüğətdə, "gizli və qapalı olmaq; gizli buraxmaq" mənalarındakı "ibham" məsdərindən sifət olan "mübhəm" kəliməsi, "gizli qoyulan; mahiyyəti bildirilməyən şey" deməkdir. ("Lisanu'l-Arab", "bhm" maddəsi)
Rağib əl-İsfəhani, hiss və ya ağıl sahəsinə girməklə bərabər, idrakı və başa düşülməsi çətin olan hər şeyə, "mübhəm" deyildiyini bildirmişdir. (İsfəhani, "Mufrədat", "bhm" maddəsi)
Buna görə:
Quranda, öz adı ilə və ya nə olduğunu ortaya qoyan bir kəlimə ilə bildirilməyib bunların yerinə, insan, mələk, cin, heyvan, ağac, ulduz və şəhər üçün istifadə edilən damir (şəxs əvəzlikləri, o və s. kimi), işarə əvəzlikləri, zaman və məkan adları, kunyə, ləqəb və vəsf kimi qapalı bir kəlimə və ifadə ilə zikr edilən xüsuslara, "mübhəmatu'l-Quran" deyilmişdir. (əbu Abdullah əl-Bələnsi, "Təfsir-u Mubhəmati'l-Quran", l, 35)
-------------------
İmam Cəlaləddin əs-Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran" adlı əsərində (70-ci fəsil), belə deyir:
Bu mövzuda, Suheyli, ibn Asakir, Qadı Bədruddin b. Cəmaa, müstəqil əsərlər yazmışlardır. Həcmi kiçik olmasına baxmayaraq, bu kitabların əhəmiyyətli mövzularını toplayaraq, bəzi əlavələrlə, bir kitab yazdım. Sələf alimləri, mübhəmata (mübhəm ayələrə), böyük əhəmiyyət vermişlərdir. İkrimə belə deyir:
"(Nisa surəsi 100-cü ayədə ifadə edilən) Allah və rəsulu yolunda hicrət məqsədilə yurdundan çıxıb ölənin kim olduğunu, 14 il araşdırdım."
Ayələrdəki mübhəmlik səbəbi:
Ayələrin mübhəm olaraq gəlməsində, fərqli səbəblər vardır:
a. Başqa bir ayədə açıqlandığı üçün, bəyanına gedilməmişdir. Məsələn:
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ "Nemət verdiyin kəslərin yoluna." (Fatihə/7) ayətindəki mübhəmlik (yəni, bu nemət verilən kimsələrin kimlər olduqları),
وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَ ۚ "Allaha və Onun Elçisinə itaət edənlər, Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar." (Nisa/69)
ayətilə qaldırılmışdır.
b. Şöhrətindən dolayı bəlli olmasıdır. Məsələn:
وَقُلْنَا يَـٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ
• "Biz dedik: 'Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol." (Bəqərə/35)
Allah Taala, "zəvcukə/sənin zövcən" yerinə, Həvva kəliməsini istifadə etməmişdir. Çünki, Adəmin, Həvvadan başqa zövcəsi yox idi.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِى حَآجَّ إِبْرَٰهِۦمَ فِى رَبِّهِۦٓ
• "Rəbbi haqqında İbrahimlə cədəlləşəni görmədinmi?" (Bəqərə/258) ayəti də, bu qəbildəndir. Ayətdəki "cədəlləşən, höcətləşən kimsə", şöhrətindən dolayı bilinən Nəmrud'dur. Çünki İbrahim (əleyhissəlam), Nəmrud və qövmünə peyğəmbər olaraq göndərilmişdi. Bir rəvayətə görə, Allah, fironu, Quranda öz adı ilə "firavn" deyə zikr etmiş; lakin Nəmrudu, öz adı ilə anmamışdır. Çünki, Musaya verdiyi cavabdan başa düşüldüyü üzərə, Firon, Nəmruddan daha ağıllı idi. Nəmrud, "Mən də yaşadır, öldürürəm." (Bəqərə/258) ayətində ifadə edilən sözü ilə, axmaq olduğunu ortaya qoymuş; ölümə məhkum birini bağışlayıb, günahsız birini öldürmüşdü. Bu isə, axmaqlığa açıq bir dəlildir.
3. İnsan qazanmada daha müəssir olduğundan, ad gizli tutulmuşdur. Məsələn:
وَمِنَ ٱلنَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُۥ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا
"İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər." (Bəqərə/204) ayəti də, buna misaldır. Ayətdə, "minənnəs/insanlardan (eləsi)" ilə ifadə edilən kimsə, Əxnəs b. Şəriq'dir. Ayətin nüzulundan bir müddət sonra müsəlman olmuş; müsəlmanlığı mükəmməl bir şəkildə davam etmişdir.
4. Ad olaraq bildirilməsində, bir fayda olmamasıdır.
أَوْ كَٱلَّذِى مَرَّ عَلَىٰ قَرْيَةٍ..
• "Və ya, bu kimsə kimi, bir qəsəbədən keçmişdi..." (Bəqərə/259);
وَسْـَٔلْهُمْ عَنِ ٱلْقَرْيَةِ
• "Onlardan, kənd haqqında soruş..." (Əraf/153) ayələri, buna misaldır.
5. Təyin edilənin xilafına, xüsusi bir məna daşımamaqla birlikdə, ümum mənaya işarət etməsidir.
...وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا...
"...Kim evindən muhacir olaraq çıxar..." (Nisa/100) ayəti, buna misaldır.
6. Adını zikr etmədən təzim ifadə edən bir vəsfini bildirməkdir.
وَلَا يَأْتَلِ أُو۟لُوا۟ ٱلْفَضْلِ...
~ "Sizdən fəzilət və sərvət sahibi kimsələr..." (Nur/22);
وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِ...
~ "Haqqı gətirən və onu təsdiq edənlər..." (Zumər/33);
...إِذْ يَقُولُ لِصَـٰحِبِهِ...
~ "...dostuna deyirdi..." (Tövbə/40) ayələri, buna misaldır. Bu ayələrin hamısında, əbu Bəkr (radiyallahu anh) murad edilmişdir.
7. Bir nöqsanlıq sifətilə təhqir etməkdir.
إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ
"Doğrusu, Sənə ədavət bəsləyənin özü, sonsuzdur." (Kövsər/3) ayəti, buna misaldır.
Zərkəşi, "əl-Burhan"ında belə deyir:
"Allahın, elmini/o məsələ haqqındakı biliyi Öz Zatı üçün saxladığı mübhəmdən bəhs etmək, qula düşən bir vəzifə deyildir.
...وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ...
'...Onlardan başqa sizin bilmədiyiniz, Allahın bildiyi...' (Ənfal/60)
ayəti, buna misaldır."
- ƏR-RAUF
- "Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən." Fatir surəsi 22-ci ayətin təfsirini verə bilərsinizmi?
- Allah niyə and içir?
- Saffat surəsi 147-ci ayətin təfsiri
- Saff surəsi 8-ci ayətin təfsiri
- Ənfal surəsi 1-ci ayətin təfsiri
- Kainat Sarayı və İnsan
- Qədr surəsinin təfsiri (1)
- Qur`an'da beş vaxt namaz varmı?
- Sünnət nədir? Qisimləri hansılardır?